Onlayn sorğunun ən böyük üstünlüyü onun təmin etdiyi səmərəlilik və sərfəlilikdir. Sorğular elektron qaydada tərtib edilib göndərildiyindən vərəqlərin çapı və poçtla göndərilməsi kimi müəyyən xərc tələb edən əməliyyatlara ehtiyac duyulmur. Eynilə sorğu elektron qaydada istənilən coğrafiyada istənilən sayda şəxsə göndərilə bilər.
Digər üstünlük kimi isə onlayn sorğularla toplanan məlumatların təhlil prosesini göstərə bilərik. Belə ki, informasiya elektron qaydada olduğundan o, kompüterdə sürətli qaydada müvafiq proqramlar tərəfindən təhlil edilə bilər.