İnternetin yaratdığı şəraitdə qrup müzakirəsinin onlayn müstəvidə aparılması mümkündür. Fokus qrup da digər onlayn metodlar kimi sinxron, yaxud asinxron qaydada aparıla bilər. Mann və Stuart tövsiyə edirlər ki, sinxron qaydada aparılan onlayn fokus qrupda iştirakçıların sayı 8-dən çox olmamalıdır. Lakin asinxron qaydada aparılan onlayn fokus qrupda bu say daha çox ola bilər.
Ümumiyyətlə, onlayn və fiziki şəraitdə aparılan fokus qrup arasında ciddi fərqlər olmasa da, müəyyən səciyyəvi xüsusiyyətlər var əvvəlcə onlayn fokus qrupun səciyyəvi xüsusiyyəti və üstünlüyü ondadır ki, burada istirakçılar coğrafi baxmdan eyni məkanda eyni zamanda olmaq məcburiyyətində deyil. Bu üstünlük xüsusilə o məqamlarda nəzərə çarpır ki, iştirakçılar eyni zamanda eyni məkana toplaşa bilmir. Íştirakçılar cografi baxımdan bir-birindən uzaq yerlərdə yaşayırlarsa və yaxud onların qrafiki sıxdırsa, onlar eyni
məkana eyni vaxtda gəlməkdə çətinlik çəkə bilərlər. Eynilə asinxron qaydada həyata keçirilən onlayn fokus qrupunda iştirakçılar özlərinə münasib vaxtlarda müzakirəyə daxil olaraq fikirlərini ifadə edə bilərlər.
Onlayn fokus qrupun həyata keçirilməsi üzbəüz qrup müzakirəsinə nisbətdə nəzərəçarpacaq dərəcədə aşağı xərc tələb etməklə yanaşı, nəticələrin təhlili də daha az vaxt çəkir. Belə ki, iştirakçıların qarşılıqlı yazışmaları kompüterdə qeydə alındığından onların emalına ehtiyac duyulmur — təhlil məhz elə hazır yazışmaların üzərində həm xüsusi proqram, həm də təhlilçi tərəfindən mexaniki qaydada aparılır.
Digər üstünlük isə bundan ibarətdir ki, iştirakçıların fikirləri yazılı halda olduğuna görə onların yazıya alınmasına ehtiyac yoxdur. Bu isə yazıya alınma prosesindəki potensial nöqsanların olmasının qarşısını alır. Nəhayət, onlayn fokus qrupda iştirakçılar yalançı adlarla çıxış edərək, həssas mövzulara dair fikirlərini daha rahat səsləndirə bilərlər. Eynilə iştirakçıların bir-birini görə bilməməsi potensial narahatlıqlarıə, — məsələn, irqi, sosial, yaxud dini fərqlər üzündən, — yaranma ehtimalını da əhəmiyyətli dərəcədə azaldır.
Onlayn fokus qrup məlumat toplama metodunun başlıca zəif cəhəti ondan ibarətdir ki, müzakirə ənənəvi metodla müqayisədə daha sönük keçə bilər, hətta iştirakçılar bir müddətdən sonra müzakirəni tərk edə bilərlər (bu hal xüsusilə asinxron qaydada aparılan fokus qruplar üçün münasibdir). Oxşar problem kimi moderatorun iştirakçıları fəal olmağa çağırmaqda çətinlik çəkməsini göstərmək olar — fiziki müstəvidə bu, moderator üçün daha rahat olur.