Mühazirə Mövzu İdarəetmə səviyyələri və idarəetmə prosesi



Yüklə 23,49 Kb.
tarix02.01.2022
ölçüsü23,49 Kb.
#45777
növüMühazirə
Mövzu 2.


Mühazirə

Mövzu 2. İdarəetmə səviyyələri və idarəetmə prosesi

Plan:


  1. Dövlətin idarəetmə sistemi

  2. Dövlətin idarəetmə prosesinin məzmunu

  3. Dövlət idarəetmə mexanizmi

Dövlət - xüsusi məcbur etmə aparatı olan və bütün əhali üçün öz göstərişlərinə məcburi qüvvə verən hakim sinifin (demokratik dövlətdə xalqın) siyasi hakimiyyətinin xüsusi suveren təşkilatıdır. Müasir beynəlxalq hüquqda dövlətin bir neçə əlaməti fərqləndirilir: ərazi; əhali; ərazi və əhalinin əksəriyyəti üzərində səmərəli nəzarəti həyata keçirə bilən suveren təşkilatdır. Daha geniş şəkildə dövlət aşağıdakı əlamətləri ilə xarakterizə edilir.

1. Dövlət sərhədləri ilə müəyyən edilən ərazi. Ərazi dövlətin maddi əsasını təşkil edir. Dövlət hakimiyyəti müəyyən ərazi hüdudları daxilində yaşayan bütün əhaliyə şamil edilir. Başqa sözlə, dövlət bütün ölkə miqyasında siyasi hakimiyyətə malik vahid ərazi təşkilatı kimi fəaliyyət göstərir. Dövlət hakimiyyətinin ərazi prinsipi üzrə həyata keçirilməsi, onun məkan hüdudlarının – dövlət sərhədlərinin müəyyən edilməsini şərtləndirir. Dövlətin insanaların ərazi təşkili forması olması prinsipial əhəmiyyətə malikdir.

2. Vətəndaşlığın mövcud olması. Vətəndaşlıq fərdlərlə dövlət arasında hüquqi-siyasi əlaqənin xüsusi forması olub, şəxsin müəyyən dövlətə mənsubiyyətini, onun suveren hakimiyyətinin təsiri altında olmasını ifadə edir. Siyasi partiyalarda və ictimai təşkilatlarda üzvlükdən fərqli olaraq, vətəndaşlıq bir qayda olaraq məcburi xarakter daşıyır. Yəni şəxs doğulduğu andan etibarən vətəndaşlıq əldə edir.

3. Xüsusi idarəetmə aparatının mövcudluğu. Dövlətin mahiyyəti həm də onunla müəyyən olunur ki, öz məqsədlərinin və funksiyalarının yerinə yetirilməsini təmin etmək üçün dövlət müəyyən həcmdə öz aparatını yaradır. Bu aparat mürəkkəb struktura malik olur və müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Onun bir hissəsi qanunvericiliyə, qanunların icra olunmasına və vətəndaşların məhkəmə müdafiəçisinə xidmət edir, digər hissəsi isə - daxili və beynəlxalq dayanıqlılığı, dövlətin təhlükəsizliyini, onun dünya birliyi ilə qarşılıqlı münasibətlərini təmin edir. Dövlət xüsusi idaretmə aparatı vasitəsi ilə cəmiyyətə bilavasitə rəhbərlik edir, onun normal həyat fəaliyyətini təmin edir, hüquq qaydalarını mühafizə edir

4. Suverenlik. Bu müəyyən ərazidə dövlət hakimiyyətinin aliliyi və müstəqilliyini ifadə edir. Dövlət hakimiyyətinin aliliyi onun ölkə daxilində bütün başqa hakimiyyətlərdən üstün olmasında və universallığında öz əksini tapır. Yalnız dövlət hakimiyyəti cəmiyyətdə istənilən qanunsuz hərəkətləri, o cümlədən digər içtimai hakimiyyətlərin hərəkətlərinin qarşısını almaq imkanına malikdir. Yalnız dövlət hakimiyyəti ölkənin bütün ərazisinə və əhalisinə şamil edilir. Dövlət hakimiyyətinin müstəqilliyi onun başqa dövlətlərdən asılı olmamasında, özünün daxili və xarici siyasətini sərbəst həyata keçirməsində ifadə olunur.

5. Hüquq normalarının müəyyən edilməsi. Yalnız dövlət özünün səlahiyyətli orqanları simasında bütün cəmiyyət üçün məcburi qüvvəyə malik olan davranış qaydaları - hüquq normaları müəyyən edə bilər. Başqa sözlə, dövlət cəmiyyət həyatını hüquqi əsaslarla təşkil etmək imkanına malik olan yeganə siyasi təşkilatdır. Dövlət həm də özünün xüsusi orqanlarının (inzibati orqanlar, məhkəmələr və s.) köməyi ilə hüquq normalarının tələblərinin həyata keçirilməsini təmin edir.

6. Əhalidən vergilerin və müxtəlif yığımların toplanması. Yalnız dövlət (bəzi hallarda isə yerli özünüidarələr) bütün ölkə miqyasında əhalidən vergilər və müxtəlif yığımlar toplamaq hüququna malik olan siyasi təşkilatdır.

7. Rəsmən fiziki güc, zorakılıq tətbiq etmək inhisarı. Dövlət xüsusi orqanların(ordu, polis, təhlükəsizlik xidməti, məhkəmə, prokurorluq) və vasitələrin (həbsxanavə s.) köməyi ilə zəruri hallarda cəmiyyət üzvlərinə münasibətdə fiziki məcburiyyəti leqal şəkildə tətbiq etməyə səlahiyyəti olan yeganə təşkilatdır.

Ölkədə idarəetmə quruluşu idarəetmə sisteminin daxili formasını əks etdirir. İdarəetmə quruluşunun ünsürləri bir-biri ilə üzvü şəkildə bağlı olmaqla bütöv, vahid bir sistemi – dövlət idarə edilməsi sistemini təşkil edir. Ona görə bu dövlət idarə edilməsinin güzəşt ünsürlərinin məzmunu idarəetmə sisteminin əsasını təşkil edir. Sistemlərin idarə olunmasını ölkənin idarəedən orqanları həyata keçirirlər. Dövlət orqanının idarəetmənin təşkilati strukturunda əsas sistem əmələgətirici element kimi qəbul olunması, onun daxili quruluşunun tipik əlaqələrini müəyyənləşdirilməsini tələb edir. İdarəetmə strukturunun hər bir vahidi elə xarici əlaqələrə malik olmalıdır ki, onlar aşağıdakıları təmin etsin:

- hər bir idarəetmə orqanının qarşısına qoyulmuş məqsəd və ya funksiyalara nail olmaq üçün tam məsuliyyəti;

- müəyyən idarəetmə səviyyəsinin bütün manqalarının məqsədlərini yuxarı səviyyə məqsədləri ilə balanslaşdırılmasını;

- qarşıya qoyulmuş məqsədə nail olmaq üçün həm şaquli, həm də üfüqi istiqamətdə bütün idarəetmə funksiyalarının kompleks həyata keçirilməsini;

- yerinə yetirilən idarəetmə funksiyaları baxımından dövlət idarəetmə aparatının müxtəlif səviyyələrinin səylərinin səmərəli bölüşdürülməsi

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi. qanunların aliliyini təmin edən hüquqi, dünyəvi

dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və

əmin-amanlıq şəraitində yaşamaq, bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Müasir dövrdə dövlət hakimiyyəti və idarəetmə orqanları sisteminin söykəndiyi prinsiplər ümumi dövlət idarəetmə sistemi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prinsiplər hər bir dövlətin ərazi quruluşu, dövlət quruluşu, siyasi rejimi, tarixi-mədəni və nəhayət, dövlətçilik ənənələrinə söykənir və adətən ölkə konstitusiyasında, qanunlarında öz əksini tapır.

2. Dövlətin idarəetmə prosesinin məzmunu
İdarəetmə prosesi idarəetmə sisteminin və onu əmələ gətirən ünsürlərin fəaliyyət göstərməsi prosesidir. Bu isə bilavasitə müxtəlif idarəetmə orqanlarının mövcudluğu və fəaliyyət forması ilə bağlıdır. İdarəetmə prosesi fasiləsiz bir prosesdir. O, idarəetmə sistemlərinin strukturu, onun həlqələri arasındakı əlaqələri göstərir. Bu isə idarəetmə prosesinin dinamik xarakterindən irəli gəlir. Ona görə də idarəetmə prosesi həm də təsiredici bir prosesdir. Həmin təsir, birinci növbədə idarəetmənin idarə olunan obyektə təsiri, habelə yarımsistemlərin bir-birinə təsiri formalarında olur. İdarəetmə prosesinin dinamikliyinin təmin edilməsi, birinci növbədə idarəetmə fəaliyyətinin keyfiyyətcə yeni, elmi səviyyədə təşkil olunmasını, idarəetmə mədəniyyətinin yüksəldilməsini tələb edir. Bu, konkret idarəetmə fəaliyyətini bilməkdən, bacarmaqdan başqa həm də idarəetməyə ciddi bir proses, bir elm sahəsi kimi yanaşmağı tələb edir. Elmi səviyyədə duran problemlərin özü də elmi səviyyədə həll olunmalıdır.

İdarəetmə prosesləri idarəetmə strukturu ilə bağlıdır və ondan irəli gəlir. İdarəetmə proseslərinin idarəetmə strukturu ilə əlaqədar olması həmin proseslərin iyerarxiyalı, çoxpilləli xarakterini müəyyən edir. Bu baxımdan idarəetmə prosesləri aşağı, yuxan və orta səviyyəli idarəetmə proseslərinə aynlır. İdarəetmə prosesləri müxtəlif səviyyəli əlamətlərinə görə makroprosesləri və mikroprosesləri əhatə edir. Bu, əslində idarəetmə sisteminin özündə makro və mikro sistemlərin mövcudluğundan irəli gəlir. İdarəetmə prosesləri idarəetmə orqanlarında cərəyan edən proseslərdir, funksional və sahə təsərrüfat orqanlarının qarşılıqı təsirindən irəli gələn proseslərdir. Burada, ölkə iqtisadiyyatı miqyasında idarəetmə prosesləri makroproseslər, idarəetmə orqanları daxilində baş verən proseslər, hər bir işçinin fəaliyyəti mikroproseslərdir. Proseslərin makro və mikro proseslərə ayrılması başlıca olaraq idarəetmə iyerarxiyası ilə əlaqədardır. Bütövlükdə ölkə iqtisadiyyatı miqyaslı proseslər apancı proseslərdir. Çünki bu proseslər nəticə etibarilə mikroprosesləri, onun xarakterini müəyyən edir.

Makro və mikro proseslərin tənsifatı, onlann məzmunu və xarakterinin öyrənilməsi öz-özünə məqsəd deyildir. Burada ən başlıca məqsəd həmin proseslər arasındakı qarşılıqlı əlaqənin və qarşılıqlı təsirin öyrənilməsidir. Bu baxımdan bu səviyyəli proseslərə uyğun gələn idarəetmə orqanlan arasındakı bir-birinə qarşılıqlı təsirin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Məsələn, keçmiş Dövlət Plan Komitəsi xalq təsərrüfatımn sosial-iqtisadi inkişafının perspektiv və uzunmüddətli planlanm işləyib hazırlayarkən bu mühüm planlaşdırma prosesini təcrid olmuş halda deyil, digər orqanlarla, o cümlədən Dövlət Tikinti Komitəsi, Dövlət Təchizat Komitəsi, Maliyyə Komitəsi, Əmək və Sosial inkişaf Komitəsi, Dövlət Elm və Texnika Komitəsi ilə qarşılıqlı formada həyata keçirirdi. Öz növbəsində, bu orqanlar sahə nazirliklərinin öz aralannda qarşılıqlı təsir halında olurdular. Dövlət İdarəçiliyində, onun ayn-ayn bölmələrində və idarəetmə orqanlarında baş verən idarəetmə prosesləri müxtəlif olur. Ona görə də hər hansı bir sosial-iqtisadi sistemdə baş verən idarəetmə prosesləri məhdud çərçivə daxilində olmur. O, məzmunca bir çox proseslərin məcmusundan ibarətdir.

Dövlət idarəetməsi prosesinin mövcud funksiyalarının əsasını dövlətin sosial - iqtisadi mahiyyəti, onun məqsədləri təşkil edir. Bu məqsədlər idarəetmədə funksiyaların məzmununu müəyyənləşdirir. Dövlətin başlıca funksiyaları təsərrüfat-təşkilatçılıq və mədəni-tərbiyə funksiyalarıdır. İdarəetmə prosesi düzxətli və bir anlıq deyildir. Dövlət idarəetməsi prosesi –ictimai vəziyyətdə dəyişikliklərə səbəb olan məqsədyönlü, müntəzəm və düşünülmüş fəaliyyət başa düşülür. Burada isə idarəermə obyektinin və subyektinin olması vacibdir. Dövlət idarəetmə subyekti kimi dövlət hakimiyyəti çıxış edir. Dövlət idarəetmə obyekti kimi isə cəmiyyət çıxış edir.

Dövlət idarəetməsinin ümumi funksiyalan kimi aşağıdakıları fərqləndirirlər:

Proqnozlaşdırma - (elmi öncədəngörmə) gələcəkdə təsirə məruz qalacaq proseslərin elmi əsaslandırılmış şəkildə öncədən qiymətləndirilməsi və işlənib hazırlanmasıdır.

Planlaşdırma - idarəetmədə planların tərtibi, razılaşdırılması və təsdiqi prosesidir. Bu funksiya qarşıya qoyulmuş məqsədlərə nail olmaqda xüsusi əhəmiyyətə malikdir, çünki gözlənilən nəticələr planlaşdırmanın keyfiyyətindən çox asılıdır.

Təşkiletmə - dövlət idarəetmə sisteminin formalaşdırılması qaydalarını müəyyən edən əsasnamələrin, reqlamentlərin, normativlərin, tələblərin, və s. müəyyənləşdirilməsini nəzərdə tutur.

Koordinasiya - dövlət idarəetməsinin ümumi məqsədlərinə və vəzifələrinə nail olmaq üçün müxtəlif dövlət orqanlarının fəaliyyətinin razılaşdırılmasını və əlaqələndirilməsini nəzərdə tutur.

Nəzarət - dövlət orqanlarının ümumi fəaliyyətinin, idarəetmə subyektlərinin konkret hərəkətlərinin öyrənilməsi və nəticələrinin qiymətləndirilməsi.



Uçot- dövlət idarəetməsinin təşkili və fəaliyyətinə təsir edən bütün amillərin kəmiyyətcə qeydiyyatının aparılmasıdır.

3. Dövlət idarəetmə mexanizmi

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları idarəçilik fəaliyyəti vasitəsilə dövlət idarəetməsinin məqsəd və vəzifələrini (funksiyalarını) həyata keçirirlər. İdarəçilik fəaliyyəti xüsusi hazırlıq, səriştə və təyinatlı şəxslər qrupunun İctimai peşəkar əməyinin təzahürüdür. İdarəçilik fəaliyyəti tarixi baxımdan obyektiv qaydada şərtləndirilmiş prosesdir. Nəticə etibarilə dövlət idarəetmə mexanizmi idarəçilik fəaliyyəti üzrə peşəkar əməyin kompleks məcmusundan ibarətdir.

Dövlət hakimiyyətinin reallaşması, yəni dövlət idarəçilik sisteminin fəaliyyət mexanizmi dedikdə aşağıdakıları nəzərdə tuturlar:

- cəmiyyətin idarə olunmasını həyata keçirən və dövlət fəaliyyətinin əsas istiqamətlərini təmin edən xüsusi qurumlar və orqanlar toplusu;

- dövlət idarəetmə sistemininin fəaliyyət mexanizmini: qanunverici orqanlar, icraedici orqanlar, məhkəmə orqanları və zəruri hallarda məcburiyyət tədbirlərini tətbiq edən güc strukturları (ordu, polis, daxili qoşunlar, prokurorluq, təhlükəsizlik xidməti və.s.).

Dövlət idarəetmə sisteminin struktur - funksional quruluşuna statik nöqteyi-nəzərdən baxmaq olar. Onda biz dövlət idarəetmə mexanizminin əsas tərkib hissələrini ardıcıl və müstəqil qaydada öyrənə bilərik. Bununla yanaşı dövlətin idarəçilik fəaliyyətini dinamikada, yəni orqanların fəaliyyətinin sistemdaxili və sistemətrafı qarşılıqlı əlaqələr və təsirlərin qanunauyğun dəyişməsi baxımından görmək vacibdir. Bunlar dövlətin (sistemin) idarəçilik fəaliyyətinin mexanizmini təşkil edir və öz tərkibində dövlətin tərkib hissələrinin qarşılıqlı asılılıq şəraitində hərəkətə gəlməsini təmin edən daxili amillər, normalar, institutlar və digər zəruri vasitələr çoxluğunu kəsb edir.

Başqa bir yanaşma fəaliyyət mexanizmi tərkibində qərarların hərəkəti prosesi ilə bağlıdır. Ən böyük məsuliyyət yükü qərar qəbul edən strukturlara və orqanlara (Prezident, hökumət) düşür, eyni dərəcədə qərarları icraçılara çatdıranların (siyasət bələdçiləri, ingilisdilli ədəbiyyatda – “providers” - provayderlər) öhdəsinə, həmçinin çatdırılmış qərarların icrasına nəzarət edən orqanların üzərinə düşür. Başqa sözlə desək, dövlətin fəaliyyət mexanizmini dövlətdaxili idarəetmə və özünüidarəetmə ilə bağlı hər bir element birlikdə təşkil edir və bu mexanizmin hərəkətə gətirilməsi yalnız normativ-hüquqi təminat vasitəsilə mümkün olur.

Müasir idarəçilik nəzəriyyələrində dövlətin fəaliyyət mexanizmini eyni zamanda bir neçə səpkidə nəzərdən keçirirlər: dövlətin hüquqi mexanizmi, inzibati mexanizmi, iqtisadi mexanizmi, sosial mexanizmi (sosial texnologiyalar daxil olmaqla), ideoloji-informasiya təminatı mexanizmi (informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr, başqa ifadə “piar” - PR ingiliscə “pablik rileyşnz”).

Geniş mənada dövlət idarəetmə prosesi dövlət idarəçilik sisteminin ardıcıl və kəsilməz fəaliyyətidir. Dar mənada isə idarəetmə subyektinin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün həyata keçirdiyi bir-birindən asılı olan ardıcıl tədbirlər toplusudur. Xatırladaq ki, burada idarəetmə özü proses mənasında başa düşülür və hər hansı bir sistemin (təşkilatın) məqsədlərinə nail olmaq üçün müvafiq resursların formalaşması və tətbiq olunması üzrə konkret əlaqəli hərəkətlərdən ibarətdir.

İdarəetmə prosesi təkrar olunan mərhələlərdən ibarət silsilə prosesidir. Yəni ümumi halda prosesin təkrar olunan başlanğıc, aralıq və yekun mərhələləri vardır. Onlar bütövlük halında təzahür edirlər və dövlət idarəçiliyinin funksional-struktur məzmununda xüsusi sistem qismində çıxış edirlər.
Yüklə 23,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin