Avtonəqliyyat təsərrüfatlarında gəlir, mənfəət və rentabelliyin planlaşdırılması



Yüklə 19,8 Kb.
tarix10.12.2022
ölçüsü19,8 Kb.
#73728
Avtomobil təsərrüfatlarında gəlir


Avtonəqliyyat təsərrüfatlarında gəlir, mənfəət və
rentabelliyin planlaşdırılması.

Təsərrüfatın gəlirinə təsr edən amilllər texniki istismar göstəricilərinin gəlirin səviyyəsinə təsiri kimi nəzərə alınır. Ümumi və ya balans mənfəətinin əsas mənbələri, balans mənfəətinin səvyyəsinə təsir edən göstəricilərlə müəyyən edilir. Ümumi və hesabi rentabeliyin səviyyəsinə təsir edən amillər texniki istismar göstəricilərinin istehsal fondlarının istifadə dərəcəsənin rentabellik səviyyəsinə təsiri araşdırmalıdır. Gəlirin uçotu aparılır, aylıq, rüblük, yarımillik və illik gəlirin faktiki və plan səviyyələri müqayisə edilir və təhlil edilir. Yaranan fərqin səbəbləri aydınlaşdırılır, əsaslandırılır, təsərrüfatın ümumi və ya balans mənfəətini planlaşdırmaq üçün istismar xərclərinin nəqliyyat işi vahidinin maya dəyərinin və gəlirin plan səviyyələrindən istifadə edilir.


D=Q T
Burada: Q-daşımanın həcmi;
T-daşımanın tarifidir;
D-gəlirin ümumi məbləğidir.
Ümumi və hesabi rentabelliyin səviyyəsinə təsir edən amillər tədqiq edildikdən sonra kompleks amillərin rentabellik səviyyəsinə təsirini aşağıdakı düsturla ifadə etmək olar. Ümumi rentabelik bu düsturla ifadə olunur:
100

Təsərrüfat hesabı istehsalın idarə edilməsinin plan metodudur . O, eyni zamanda təsərrüfatın idarə edilməsinin əsas iqtisadi metodudur.Bu metodun əsas etibarilə iki növü çox yayılmışdır:


1) Tam təsərrüfat hesabı
2) Natamam və ya istehsal daxili təsərrüfat hesabı
Tam təsərrüfat hesabı müəssisənin və istehsal birliyinin hər tərəfli müstəqilliyi və təsərrüfat hesabının bütün prinsiplərinin həyata keçirilməsinə əsaslanır.Müəssisə daxili təsərrüfat hesabında tam təsərrüfat hesabının bütün prinsiplərini eyni ilə tətbiq etmək zərurəti olmadığından ona natamam və ya istehsal daxili təsərrüfat hesabı deyilir.Təsərrüfat hesabının prinsipləri müəssisələrin və istehsal birliklərinin briqada şöbələrinə ,sexlərinə və hətta iş yerlərinə tətbiq edildikdə istehsal daxili təsərrüfat hesabı alınır.İstehsal daxili təsərrüfat hesabı tam təsərrüfat hesabına nisbətən az inkişaf etmişdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, təsərrüfat hesabı metodu ilə işlədikdə natural göstəricilərlə yanaşı daha çox pul göstəricilərinin planlaşdırılması və uçota alınması lazım gəlir. Digər tərəfdən təsərrüfatın istehsal maliyyə fəaliyyətinin qiymətləndirilməsi tələb olunur. Təsərrüfatın və onun ayrı-ayrı bölmələrinin istehsal fəaliyyətinin pul göstəriciləri ilə qiymətləndirilməsi lazım gəlir.Burada birinci növbədə gəlirin planlaşdırılması və uçotu zərurəti yaranır. Tam təsərrüfat hesabı ilə işlədikdə gəlirin və digər maliyyə göstəricilərinin planlaşdırılması və uçotunda da elə bir çətinlik yoxdur. Belə ki, gəliri hesablayarkən daşıma tarifindən yəni dövlətin təsdiq etdiyi qiymətdən istifadə edirik.
Nəqliyyat işi vahidinin maya dəyərini müəyyən etmək üçün müvafiq istismar xərclərinin cəmini həmin müddətdə görülən nəqliyyat işinin cəminə bölürlər.Düsturun surətindəki istismar xərclərinin hər biri ayrı-ayrılıqda nəqliyyat işinə bölünür ,yəni daşımanın maya dəyəri kalkulyasiya edilir.
Daşımanin maya dıyəri plan,faktiki(uçot) və normativ rəqəmlərə görə kalkulyasiya edilir.Beləliklə,daşımanın maya dəyəri 3növ kalkulyasiya edilir:
1.normativ kalkulyasiya
2.plan kalkulyadiyası
3.hedabat(uçot)kalkulyasiyası
2-ci və 3-cü növ kalkulyasiya aylıq,rüblük,yarımillik və illik müddətlər ücün aparılır.Bu iki kalkulyasiyaların səviyyəsini düzgün qiymətləndirmək üçün onları normativ kalkulyasiya ilə müqayisə edirlər.Daşımanın maya dəyərinin planı tərtib edilərkən,təsərrüfat elmin,texnikanın bütün tələblərinə cavab verirsə,təşkilatçılıq səviyyəsi yüksəkdirsə,daşımanın maya dəyərinin normativ kalkulyasiyasının səviyyəsi maya dəyərinin plan və uçot səviyyəsindən kəskin fərqləndikdə demək bütün imkanlar nəzərə alınmışdır.Odur ki,müəssisə kollektivi normativ maya dəyərinə yaxınlaşmaq üçün texniki,təşkilati və iqtisadi tədbirlər işləyib həyata keçirilməlidir.Daşımanın maya dəyəri kompleks xərc maddələrinə görə planlaşdırıldığı kimi xərc elementlərinə görədə planlaşdırılır və tərtib olunan cədvəl istismar smetası adlanır.
İstismar smetası daha geniş şəkildə səkkiz xərc elementlərinin açılışı kimi də tərtib edilə bilər.Üstəlik xərclərin smetası ayrılıqda da tərtib edilir.İstismar smetası və üstəlik xərclərin smetası daşımanın maya dəyərinin planlaşdırılmasında analoji olaraq aylıq,rüblük,yarımillik və illik tərtib edilir.Bunlar həm plan və həm də hesabat üzrə olur.
Plan və faktiki rəqəmlər vaxtaşırı müqayisə edilir,araşdırılır və gələcək planlrın düzgün tərtib edilməsi üçün nəticələr çıxarılır.


Yüklə 19,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin