Azərbaycan dili 5 sinif I bölmə üzrə Kiçik Summativ Qiymətləndirmə 1



Yüklə 33,5 Kb.
tarix02.01.2022
ölçüsü33,5 Kb.
#35692
ksq1-14


Azərbaycan dili 5 sinif

Kiçik Summativ Qiymətləndirmə 1

Tarix_______________________Şagirdin adı,soyadı______________________________

1-9 cu suallar aşağıdakı mətnlə bağlıdır:

Oktyabrın 29-da 5a sinfində summativ qiymətləndirmə keçirilirdi.23 şagirddən dördü imtahanda iştirak etmirdi.Müəllim davamiyyəti zəif olan bu şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb onlar barəsində ... götürməyi qərara aldı.



Ertəsi gün həmin şagirdlər sözü bir yerə qoyub müəllimin otağına gəldilər və belə bir b...hanə gətirdilər:”Müəllim,dördümüz də bir avtobusla gəlirdik,yolda təkər partladı.Ona görə də imtahana gecikdik.Xayiş edirik,bizdən ayrıca imtahan götürəsiniz”.Müəllim razılaşdı və bildirdi ki,sabah dərsdən sonra onları qiymətləndirəcək.İmtahanda verilən sualların cavablarını əzbərriyən şagirdlər əminliklə imtahana gəldilər.Müəllim onların hər birini bir küncdə otuzdurub imtahan vərəqlərini payladı.Vərəqdə bir sual var idi:Maşının hansı təkəri partlamışdı?

1.Belə bir sual qoymaqda müəllimin məqsədi nə idi?

A)Şagirdlərin yaddaşını yoxlamaq istəyirdi.

B)Şagirdlərin müşahidə qabiliyyətini yoxlamaq istəyirdi.

C)Şagirdləri çox çətinə salmaq istəmirdi.

D)Şagirdlərin yalanını üzə çıxarmaq istəyirdi.

2.Oktyabrın 29-da imtahanda neçə şagird iştirak edirdi?

A)19 B)20 C)23 D)27

3.1-ci abzasda nöqtələrin yerinə nə yazılmalıdır?

A)Söz B)Qeyd C)Ölçü D)İmtahan

4.Birinci imtahanda iştirak etməyən şagirdlər nə vaxt imtahan verməli oldular?

A)Oktyabrın 30-da B)Oktyabrın 31-də C)Noyabrın 1-də D)Noyabrın 2-də

5.Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?

A)Söz danışıqdan keçər C)Yalançının evi yandı,heç kim inanmadı

B)El bir olsa,dağ oynadar yerindən, D)Yalançını evinəcən qovarlar

Söz bir olsa,zərbi kərən sındırar.

6.”Sözü bir yerə qoyub” ifadəsini bir sözlə necə ifadə etmək olar?

A)Fikirləşib B)Dərdləşib C)Sözləşib D)Hazırlaşıb

7.Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?

A)Müəllim B)davamiyyət C)zəif D)imtahan

8.Altından xətt çəkilmiş söz belə tələffüz olunur:

A)[avtobusnan] B)[aftobusla] C)[oftobusnan] D)[aftobusnan]

9.Qırmızı rənglə verilmiş hansı sözdə iki hərfin yazılışı səhvdir?

A)qiymətləndirmə B)xayiş C)əzbərriyən D)künçdə

10.Hansı sözə saitlə başlanan şəkilçi əlavə edilsə, “q” samiti “ğ” ilə əvəzlənməyəcək?

A)vərəq B)otaq C)yumruq D)soraq

11.”Zanbaq” sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır?

A)Sözdə iki sait,dörd samit var B)Sözdəki samitlərin hamısı cingiltilidir

C)Yazılışı ilə tələffüzündə iki fərqli məqam var. D)Ahəng qanununa tabedir.

12.Hansı söz orfoqrafik normalara uyğun yazılıb?

A)töbə B)şöbə C)nöbə D)tölə

13.Şeirdə hası söz tələffüz formasında verilib?

Arpa çayı aşdı-daşdı. Sel Saranı aldı qaşdı.

A)aşdı B)daşdı C)aldı D)qaşdı

14.Hansı sözün ilk saiti dəyişsə,yeni söz yaranmaz?

A)şahid B)qadir C)sahib D)qalib

15.Ardıcıllığı davam etdirin:s,t,x,f

A)z,y,m B)l,m,n,r C)ş,ç,p D)k,h,ğ

16.Hansı sözün sonunda cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar?

A)sənəd B)qanad C)palıd D)söyüd

17.Hansı sözün son samiti “z” olmalıdır?

A)tənəffü... B)tələffü... C)həssa... D)bəh...

Düz cavab________________ Səhv cavab________________

Qiymət ___________________________________
Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin