Fənn: Quruda,dənizdə neftin-qazın boru kəməri ilə nəqli
Mövzu:
Neftin nəqlə hazırlanması
Tələbə:
Rəhbər:
Kafedra müdiri: prof. H.F.Mirələmov
Xülasə
Bu kurs işində neftin nəqlə hazırlanması haqqında geniş məlumat verilir. Bundan əlavə neftin nəqlə hazırlanmasının zərurətləri ,prinsip və üsulları geniş miqyasda gözdən keçirilir və nəql olunacaq neftin tərkibi müəyyənləşdirilir.Özlülük, disperslilik, sıxlıq, elektrik keçiriciliyi və dayanıqlılığı ilə xarakterizə olunan neft emulsiyalarının struktur quruluşunun dağıdılması əməliyyatları və neftin sudan təmizlənməsinin mahiyyət və üsulları izah edilir.Xüsusi qurğular-separatorlardan istifadə olunaraq neft mədənlərində neftin stabilləşdirilməsinə dair hesablamalar aparılır və seçilmiş separatorun separasiya qurğularına qoyulan şərtlərə tam cavab verib-verməməsi aydınlaşdırılır.