Son zamanlar qeyri-səlis idarəetmə sistemləri geniş obyektlər sinfinin, xüsusən də mürəkkəb sənaye obyektlərlərinin avtomatik idarə olunmasına müvəffəqiyyətlə tədbiq olunur. Qeyri-səlis idarəetmə (QSİ) yeni idarəetmə sistemləri sinfidir və naməlum qeyri-xətti, qeyri-müəyyən mürəkkəb dinamik obyektlərin idarə olunmasında özünü yaxşı təsdiqləmişdir.
Qeyri-səlis avtomat
Qeyri-səlis alqoritm
Qeyri-səlis çoxluqlarla formalaşmış anlayışları özündə əks etdirən nizamlanmış qeyri-səlis təlimatlar çoxluğuna qeyri-səlis alqoritm deyilir. Bəzi praktiki hallarda qeyri-səlis sonlu avtomatlarla yazılan qeyri-səlis alqoritmlərdən istifadə olunur.
Fazzifikator ölçülən girişləri müəyyən universumdan olan qeyrisəlis çoxluqlara inikas etdirir. İdarə olunan obyektin girişləri və çıxışları, deməli sistemdəki xətalar səlis siqnallardır. Lakin, qeyri-səlis kontroller informasiyanın emalı prosesini qeyri-səlis məntiq əsasında həyata keçirir. Ona görə də səlis siqnalı qeyri-səlis siqnala çevirmək lazımdır. Bunun üçün fazzifikasiya əməliyyatı istifadə olunur:
Fazzifikasiya aparmağın aşağıdakı yolları vardır
əgər ölçmənin nəticələri həm ehtimal, həm də mümkünlük qeyri müəyyənlikləri ilə xarakterizə olunursa, onda fuzzifier operatoru “Hibrid ədəd” konsepsiyasını istifadə edir.
əgər ölçmələr təsadüfi küylərlə müşaiyət olunursa, onda ehtimallı verilənləri fazzifikator qeyri-səlis verilənlərə çevirir;
fazzifikator səlis kəmiyyəti qeyri-səlis sinqltona çevirir. Giriş e0 siqnalı μ A(e) mənsubiyyət funksiyalı qeyri-səlis çoxluğa çevrilir. μ A(e) yalnız e0 nöqtəsində 1-ə bərabərdir, qalan halda isə sıfıra bərabərdir;
Verilənlər bazası
Normallaşdırma
Universumun normallaşdırılması universumun sonlu sayda seqmentlərə diskretləşməsi ilə əlaqədardır. Hər bir parça normallaşdırılmış universumun müvafiq seqmentinə inikas olunur. Cədvəl 5.4-də [-6.0,+4.5] universumun normallaşdırılması təsvir edilmişdir. Burada universum normallaşmış [-1, +1] intervala çevrilmiş olunmuşdur. Qeyri-səlis ayırma, term-çoxluqda neçə term iştirak edəcəyini müəyyənləşdirir. Girişlər fəzasının term-çoxluğunun gücü bilik bazasında tənzimləmə qaydalarının maksimal sayını miqdarını təyin edir. Adətən optimal qeyri-səlis ayırma evristik sınaq və xəta prosedurasını istifadə etməklə aparılır.
Biliklər bazası
Biliklər bazası qeyri-səlis şərti təklif şəklində ifadə olunmuş qeyri-səlis idarəetmə qaydalar toplusundan ibarət olub qeyri-səlis kontrollerin qaydalar məcmusunu formallaşdırır. Biliklər bazasını layihələndirmək üçün vəziyyət (giriş) dəyişənlərini, idarəedici (çıxış) dəyişənləri, qeyri-səlis tənzimləmə qaydalarının tiplərini və s. təyin etmək lazımdır. Qeyrisəlis qaydaları əldə etməyin 4 yoluna baxaq:
b) Operatorun idarəetmə fəaliyyəti. c) Prosesin qeyri-səlis modeli. d) Öyrənmə.
a) Qeyri-səlis idarəetmə qaydaları qeyri-səlis şərti hökm formasında olub şərt hissəsinə daxil olan vəziyyət dəyişənləri ilə hökm hissəsinə daxil olan idarəedici dəyişənlər arasında münasibət yaradır.