Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsi


-2060cı illərdə dünya əhalisinin qitələr üzrə paylanması



Yüklə 257,93 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü257,93 Kb.
#37160
1   2   3
Q.Sona 1803 B əhali coğrafiyası[1]
qaraqan - 1 milyon dollarım olsaydı
1960-2060cı illərdə dünya əhalisinin qitələr üzrə paylanması

zamanlardan insanların burada məskənn salmışdılar

salmasıdır.Yantszı,Xuanxe,Qanq,Brahmaputra çayları vadilərində 1 kvadrat kilometr də 1000 nəfər,digər ərazilərdə isə hətta 2000 nəfəri keçir.Sahəsinin kiçik olmasına baxmayaraq Avropa ərazisi qədim dövrlərdən insanlar geniş məskunlaşmışdırlar.Əhalisinə görə yalnız Asiyadan geri qalır.Burada 710 milyon nəfərdən artığ əhali yaşayır.Buda Yer kürəsi əhalisinin 18%-ni təşkil edir.Bir sıra təbii,siyasi və iqtisadi amillərlə bağlı olaraq əhali sıx məskunlaşmışdır.Lakin eyni dərəcədə paylanmamışdır.Şimalda soyuq iqlim şəraiti ilə əlaqədar əhali az məskunlaşmış,cənuba doğru isə sıxlıq artır.Rusiyanın Avropaya düşən hissəsində sıxlıq 1 kvadrat kilometr də 2 nəfərdən 300 nəfərə qədər.

Şimalı Amerikanın əhalisi təqribən 300 milyon nəfərdir.Əhalinin əsas məskunlaşdığı enliklər 45° və 35° şimal en dairələri arasıdır.Daha şimal hissələrdə sıxlıq tədricən azalır.Qitədə yüksək əhali sıxlığının səbəbi kənd təsərrüfatı üçün şəraitin olması və zəncilərlə hindu ailəsi arasnda yüksək doğumun olmasıdır.Kanadada 1 kvadrat kilometr də əhali sıxlığı 50 nəfərdir.Bu ərazi iki regiona bölünür Şərq və Qərb. Əhalinin əksəriyyəti Antil adalarında yaşayır. Trinidad və Tabaqoda,Barbarosda 1 kvadrat kilometrə 580 nəfər adam düşür.

Cənubi Amerika əhalisinin əksəriyyəti sahilboyu ərazilərdə yaşayır.Ən sıx məskunlaşma əraziləri Kolumbiyadan Peruya qədər And dağları yaylaları,Braziliyanın şimal şərq və cənub şərq hissəsindədir.Daxili bölgələrdə isə məskunlaşma zəifdir.Lakin 80-cı illərdə işsiz,torpaqsız əhalinin buraya köç etməsi nəticəsində əhali sıxlığı artmışdır.Pataqoniya və Odlu Torpaq isə iqliminə görə zəif məskunlaşıb.

Afrika materikində əhalinin yerləşməsi bir sıra amillərdən asılıdır.Təbii və tarixi amillər nəticəsində əhali qeyri-bərabər paylanıb.Təbii amilə misal Böyük Səhra(Saxara) göstərmək olar.Səhranın bu kəskin şəraitində əhalinin yalnız 1 faizi yaşayır.Rütubətli,yaruslu ekvatorial meşələrdə də əhali çox azdır.Əsas məskunlaşma əraziləri isə Aralıq dənizi sahilləri,Fil dişi sahilində, Qvineya körfəzi sahillərində,Nil vadisində və başqa ərazilərdə sıxlıq çox yüksəkdir.Tarixi səbəblərlə bağlı olaraq , qul alveri, ağalıq nəticəsində kənd əhalisinin sayı çox aşağıdır.

A
vstraliya və Okeaniya ərazisində sıxlıq çox aşağıdır. 60 cı illərdə buraya immiqrant axını olmuşdur amma yenədə əhalinin sayı o qədərdə artmamışdır. Əhalinin sıxlığı.

Okeaniya adaları istisna olmaqla əhalinin orta sıxlığı 1 kvadrat kilometr də iki nəfərə belə çatmır.

Əhalinin məskunlaşdığı,sıx olduğu əsas ərazilərə nəzər saldıqda burada cərəyanlarında böyük rol oynadığını görərik.Isti Qolfstrim cərəyanı Qərbi Avropa əsasən də Şimali Amerika sahillərini yuyur.Buna görədə bu ərazilər sıx əhaliya malikdir.Cənubi Afrikanın qərbindəki Benqel cərəyanı, Şimalında isə Kanar axınının olması səhralara uyğun gəlsədə burada əhali yaşamasına şərait yaradır. Hər iki Amerikanın cərəyanlarla zəngindir və buda əhalinin sıx olmasına səbəb olur.Meksikanın kiçik bir hissəsindən keçən Kaliforniya cərəyanının keçməsi Meksika əhalisini sıx məskunlaşdırır.Bəzən soyuq cərəyanlar isə əksinə keçdiyi əraziləri donduraraq məskunlaşmaya imkan vermir. Asiya,Avstraliya və Afrikada da cərəyanların təsiri açıq nəzərnəzərə çarpır.Hind okeana məxsus isti cərəyanlar buranın əhalisi üçün əlverişli şərait yaradır.

Təbii mühit bircinsli olmadığı üçün onun dəyişkən formaları bütün orqanizmləri müxtəlif şəraitə uyğunlaşmağa vadar edir.Onlar bu şəraitə ya öyrəşirlər yada məhv olurlar. Qədim zamanlardan əhalinin sıx məskunlaşdığı ərazilər isti iqlimə,münbit torpaqlara,rütubət rejiminə, suvarma imkanlarına malik ərazilər olmuşdur.Əhalinin 60%i Şimal yarımkürəsinin mülayim qurşağında yaşayır,yarıdan çoxu ovalıqlarda cəmlənmişdir.Əhali sıxlığı 1 kvadrat kilometr də 50 nəfərdən çox olan ərazilər elə də çox deyil: Avropa,Asiyada Hind Qanq ovalığı,Cənubi Hindistan,Şərqi Çin,Yava adası,Aftikada Nil vadisi və başqa ərazilər.




Yüklə 257,93 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə