Azərbaycan döVLƏt pedoqoji universitet fakultə: Riyaziyyat



Yüklə 79,57 Kb.
tarix02.01.2022
ölçüsü79,57 Kb.
#39730
İKT sərbəst iş


AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTET

Fakultə: Riyaziyyat

İxtisas : Riyaziyyat müəllimliyi

Qrup : RZM2004B

Kurs : 1

Ad Soyad ata adı: Ayşənur Məmmədova Etibar qızı

Fənn müəlliminin adı: Elmira Alıyeva

Tədris ili : 2020-2021



SƏRBƏST İŞ

  1. WORD MƏTN REDAKTORUNDA MƏTN FRAQMENTİNİN TAPILMASI VƏ AVTOMATİK DƏYİŞDİRİLMƏSİ.

Bütün istifadə edilən mətn redaktorlarında mətnin müəyyən bir hissəsinin (fraqmentinin) seçilməsi əməliyyatı nəzərə alınmışdır. Buna əsas səbəb istifadəçinin əsasən seçilmiş fraqment üzərində formatlama əməliyyatlarını yerinə yetirməsidir. Məsələn, istifadəçi mətnin müəyyən bir fraqmentini qalın, kursiv və ya altıxətli etmək istəyir. Adları çəkilən əməliyyatları seçilmiş fraqmentə tətbiq etmək üçün əvvəlcə onu seçmək lazımdır. Çünki, proqram yerinə yetiriləcək əməliyyatın mətnin hansı hissəsinə tətbiq olunacağını öncədən bilməyəcəkdir.

Mətn (və onun bir fraqmenti) bir neçə üsulla seçilir. Hesab edək ki, hazırladığınız sənəd 6-7 sətirdən ibarətdir.

1.Mausun oxunu birinci sətirdəki ikinci sözdən əvvələ yerləşdirin. 2.Mausun sol düyməsinin sıxılmış vəziyyətində kursoru ikinci sözdən beşinci sözə kimi sürüyün, sol düyməni buraxın. Sətirdəki ikinci, üçüncü və dördüncü sözlər seçiləcəklər.



MƏTNDƏ FRAQMENTİN TAPILMASI.

Öndə verilmiş üsuldan çoxda böyük olmayan fraqmentlərin seçilməsində istifadə olunur. Bəzən istifadəçi bir sətiri deyil, bir neçə sətiri seçməli olur. Bunun üçün mausun oxunu seçmək istədiyiniz sözün əvvəlinə gətirin, sol düyməni sıxın və neçə sətir seçiləcəksə, o qədər də oxu aşağı istiqamətdə sürüyün, sol düyməni buraxın. Mətnin müəyyən hissəsi seçiləcək.

Seçmə əməliyyatından imtina etmək üçün mausun oxunu mətnin sağ tərəfinə gətirin və sol düyməni sıxın. Seçilmiş fraqment seçimdən azad olacaq.

3.Sətirdə istənilən sözü seçmək üçün mausun oxunu onun üzərinə gətirin və sol düyməni iki dəfə sıxın, söz seçiləcək.

4.Abzasın əvvəlindəki sözün üzərinə mausun oxunu gətirin və sol düyməni üç dəfə sıxın. Bütün abzas seçiləcək.

5.Mausun oxunu sətrin başlanğıcına gətirin, ox formasını dəyişəcək (sağa istiqamətlənmiş oxa çevriləcək), sol düyməni sıxın, bütün sətir seçiləcək.

6.Mausun oxunu sətirdəki ikinci sözdən əvvəl yerləşdirin. [Shift] düyməsinin sıxılmış vəziyyətində mausun oxunu abzasdakı axırıncı sözün sonuna gətirin, sol düyməni sıxın, bütün abzas seçiləcək.

7.Bütün mətn sənədini seçmək üçün klaviatura üzərindəki [Ctrl]+[A] düymələri kombinasiyasından istifadə edin.



MƏTN FRAQMENTİNİN DƏYİŞDİRİLMƏSİ

Hər hansı mətn fraqmentini yerini dəyişdirmə və ya köçürməzdən əvvəl mütləq seçmək lazımdır. Köçürmə və yerdəyişdirmə əməliyyatları müxtəlif üsullarla yerinə yetirilə bilər. Bu üsullardan biri Drag and Drop texnologiyasıdır. Bu texnologiya əsasında seçilmiş mətn fraqmentinin yeridəyişməsi və ya köçürülməsi aşağıdakı qaydada yerinə yetirilir.



  1. Mausun göstəricisini fraqment özərinə gətirib sol döyməsi basılı şəkildə saxlanılır.

  2. Sol döymənin basılmış vəziyyətdə saxlanılaraq maus hərəkət etdirilir.Belə ki, yerdəyişmə zamanı mausun göstəricisi ilə yanaşı kursor da yerini dəyişəcəkdir.

  3. Fraqmentin yerdəyişəcəyi mövqedə mausun sol düyməsi buraxılır.

  4. Seçilmiş fraqmentin köçürülməsi zamanı əvvəlcə Ctrl düyməsi basılı şəkildə saxlanılır və sonra yerdəyişmə əməlliyatı ardıcıllıqla icra edilir.

  5. Fraqmentin klasik qaydada yerdəyişmə və ya köçürməsini müxtəlif vasitələrlə (kontekst menyu, klaviatura və Lentin alətləri ilə) yerinə yetirmək olar.

Kontekst menyu ilə bu əməliyyatların yerinə yetirilməsi qaydası belədir:

Seçilmiş fraqmentin üzərində mausun sağ düyməsi ilə kontekst menyusu açılır;

Əməlliyatın köşürmə və ya yerdəyişmə olmasından asılı olaraq Cut (Вырезать-Kəs) və ya

Copy (Капировать-Köçür) əmrləri icra olunur;

Kursor fraqmentin yerləşdiriləcəyi mövqeyə gətirilir və kontekst menyu təkrar açılır;



Paste (Всавить- Əlavə et) əmri icra edilir.

Klaviatura vasitısilə yerdəyişmə və ya köçürmənin icrası zamanı uyğun əmrlər əvəzinə aşağıdakı düymələr kombinasiyasından istifadə edilir.
Yüklə 79,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin