Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi “Məsafədən avtomatik idarəetmə stansiyası” tələbatını təmin etmək məqsədi ilə “İki Zərf” və “Bağlı Zərf” prinsipləri ilə 11145AM-23 saylı açıq satınalma müsabiqəsi elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Müsabiqədə iştirak haqqında müraciət
İştirak haqqının ödənilməsi barədə bank sənədi
Müsabiqə təklifi
Müsabiqə təklifi Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 26.04.2023-ci il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
Müsabiqə təklifi bir əsli və 1 surəti olmaqla 03.05.2023-ci il “Azneft” İB-nin satınalmalar qrupunun əlaqələndirici şəxsinə təqdim edilməlidir.
Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir. Müsabiqə zərflərinin qəbulu zamanı texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcəkdir.
Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcəkdir.
Yəni, malliyyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndirilməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Texniki qiymətləndirmə bitdikdən sonra yekun texniki rəyə müvafiq olaraq texniki tələblərə cavab verən təklif təqdim etmiş iddiaçılar müsabiqənin 2-ci mərhələsinə keçmiş hesab edilir və əvvəlcədən təyin edilmiş vaxtda, onlayn rejimdə, e-ünvana müsabiqəyə dəvət haqqında bildiriş göndəriləcəkdir. Əsas şərtlər toplusunun texniki tələblərinə cavab verməyən təklif təqdim etmiş İddiaçılar uyğunsuz təklif təqdim etmiş kimi kənarlaşdırılaraq, maliyyə təklifləri açılmadan geri qaytarılacaq.