Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 20 noyabr 2009-cu il tarixli
29 saylı qərarı ilə təsdiq edilmişdir
T
AĞIR PREEKLAMPSİYA VƏ
EKLAMPSİYANIN REANİMASİYASI
T
ÜZRƏ KLİNİK PROTOKOL
Bakı - 2009
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
2
57.16
A 35
A 35 Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə
klinik protokol – 48 səh.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə tədbirlər proqramı
əsasında tərtib edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
3
Klinik protokolun redaktoru:
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
A.Qədirov – Ə.Əliyev adına ADHTİ-nin reanimasiya-
anesteziologiya kafedrasının assistenti, Bakı ş. Baş Səhiyyə
İdarəsinin baş mütəxəssisi, t.e.n.
R.Sadıqov – 1 saylı Doğum Evi, həkim anestezioloq-
reanimatoloq
L.Quliyeva – 1 saylı Doğum Evi, həkim anestezioloq-
reanimatoloq
L.Məmmədova – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun elmi katibi
G.Hüseynova – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri
T
Rəyçi:
T
A.Axundbəyli – ATU-nun I daxili xəstəliklər və
reanimatologiya kafedrasının müdiri, ə.e.x., t.e.d., professor
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq dərəcəsi
A
•
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik
icmalı və ya nəticələri uyğun populyasiyaya şamil
edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan
(++) irimiqyaslı RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
•
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
•
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və ya
klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
•
Klinik hallar seriyasının təsviri, yaxud
•
Nəzarət edilməyən tədqiqat, yaxud
•
Ekspertlərin rəyi.
•
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
•
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
6
İxtisarların siyahısı
AHTV – aktivləşdirilmiş hissəvi tromboplastin vaxtı
ALT – alanin aminotransferaza
AST – aspartat aminotransferaza
ASV –
ağ ciyərlərin süni ventilyasiyası
AT
– arterial təzyiq
A-V –
atrio-ventrikulyar
BRDS –
böyüklərin respirator distress sindromu
CMV –
həcmə nəzarət edərək məcburi ventilyasiya
DAT – diastolik AT
DDL – disseminasiya olunmuş damardaxili laxtalanma
EKQ – elektrokardioqrafiya
Ə/D –
əzələ daxilinə
FiO
B
2
B
– nəfəslə alınan qaz qarışığında oksigenin fraksion konsentrasiyası
GFR – qlomerulyar filtrasiyanın sürəti
I/E
–
nəfəs alma və nəfəs vermə fazalarının davam
etmə müddətinin nisbəti
KBÇ –
kəskin böyrək çatışmazlığı
KQÇ – kəskin qaraciyər çatışmazlığı
KT
– kompüter tomoqrafiyası
LDH – laktatdehidrogenaza
MAO – monoaminooksidaza
MRT – maqnit rezonans tomoqrafiyası
OFT – ortofenantrolin testi
pCO2 – karbon qazının parsial təzyiqi
PDFF – polidifenilenftolid
PEEP – nəfəs vermənin sonuna yaxın müsbət təzyiq
pO2 – oksigenin parsial təzyiqi
PT
–
protrombin
QF
–
qələvi fosfataza
SAT – sistolik AT
SİMV – sinxron fasiləli əvəz edici ventilyasiya
SL
– dil altına (sublinqval)
TQM – turşu-qələvi mübadiləsi
ÜİX – ürəyin işemik xəstəliyi
ÜST – Ümumdünya Səhiyyə Təşkilatı
ÜYT –
ürək yığılmalarının tezliyi
V/D – vena daxilinə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol doğuşayardım müəssisələrinin anestezioloq-
reanimatoloqları üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: ağır preeklampsiya və eklampsiya vəziyyətində
olan qadınlar.
Protokolun tərtib olunmasında məqsəd:
►
ağır preeklampsiya və eklampsiyanın diaqnostikasına və
müalicəsinə yanaşmaların standartlaşdırılmasının təmin edilməsi;
►
ana və perinatal xəstələnmə və ölüm göstəricilərinin
yaxşılaşdırılması;
►
əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və ondan istifadə
imkanının artırılması.
ÜMUMİ MÜDDƏALAR
T
Preeklampsiya spesifik hamiləlik patologiyası olub, hamiləliyin
20 həftəsindən sonra inkişaf edən hipertenziya və proteinuriya ilə
səciyyələnir (
T
C)
T
.
T
Preeklampsiya, adətən, doğuşdan 48 saat sonra geriyə inkişaf edir
T
(C)
T
.
T
T
Eklampsiya preeklampsiyanın ağırlaşması olub, hamilə
qadınlarda başqa serebral problemlərlə əlaqəsi olmayan qıcolma
aktivliyi və ya koma ilə təzahür edir.
T
Eklampsiya əsasən hamiləliyin
3-cü trimestrində və doğuşdan sonra 48 saat ərzində inkişaf edə bilər,
lakin bəzi hallarda eklampsiya hamiləliyin 20 həftəsindən başlayaraq
və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər
T
T
(C). Eklampsiya
bəzən hamilə qadınlarda ilkin preeklampsiya əlamətləri olmadan da
müşahidə oluna bilər
T
T
(C).
T
T
Epidemiologiya
T
Ağır preeklampsiya və eklampsiya az hallarda rast gəlinsə
də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Statistik
məlumatlara görə, İngiltərədə hamilə qadınlar arasında ağır pre-
eklampsiyanın rast gəlmə tezliyi 5/1000, eklampsiyanın rast gəlmə
tezliyi isə 5/100000 təşkil edir. Eklampsiyadan ölüm halları 1,8%,
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir . ABŞ-da hamilə
qadınlar arasında preeklampsiya halları təqribən 5-7% təşkil edir.
T
Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan
xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri
bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı,
serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə
təzahür edir və ana ölümü riskinin artmasına səbəb olur.
TTP
T
Risk faktorları
T
Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan
xəstəliklər üstünlük təşkil edir:
►
T
Xronik hipertenziya (B)
►
T
Şəkərli diabet (B)
►
T
Damar və birləşdirici toxuma xəstəlikləri
►
T
Antifosfolipid sindromu
►
T
Böyrək xəstəlikləri (B)
T
Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının
sağlamlıq vəziyyəti ilə əlaqədardır
T
.
Hamiləliklə əlaqəli faktorlar:
►
Xromosom anomaliyaları (D)
►
Çoxdöllü hamiləlik (B)
►
Oositin donasiyası və ya donor sperması ilə inseminasiya (D)
►
Dölün anadangəlmə inkişaf qüsurları (C)
►
Hamiləlik zamanı sidik traktı infeksiyaları (D)
Ana ilə əlaqəli faktorlar:
►
Yaşı 35-dən artıq (B)
►
Yaşı 20-dən az (B)
►
Ailə anamnezində preeklampsiya (B)
►
İlk hamiləlik (B)
►
Əvvəlki hamiləlikdə preeklampsiya (B)
►
Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya (B)
►
Stress (D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
XBT-10 ÜZRƏ TƏSNİFAT
O14 Nəzərəçarpan proteinuriya ilə müşayiət olunan
hamiləliklə bağlı hipertenziya
O14.0 – Orta dərəcəli preeklampsiya (nefropatiya)
O14.1 – Ağır dərəcəli preeklampsiya
O14.9 – Dəqiqləşdirilməmiş preeklampsiya (nefropatiya)
O15 Eklampsiya
O15.0 – Hamiləlik zamanı eklampsiya
O15.1 – Doğuş zamanı eklampsiya
O15.2 – Zahılıq dövrü eklampsiyası
O15.9 – Müddətinə görə dəqiqləşdirilməmiş eklampsiya
O16 Ananın dəqiqləşdirilməmiş hipertenziyası
KLİNİK TƏSNİFAT
Son vaxtlara qədər Savelyeva Q.M. tərəfindən modifikasiya
edilmiş Goeckе şkalası daha geniş istifadə edilir.
Qiymət (ballar)
Simptomlar
0 1
2
3
Ödemlər
–
Baldır
nahiyəsində
Aşağı
ətraflarda və
qarnın ön
nahiyəsində
Generalizə
olunmuş
Proteinuriya
(q/l)
–
0,033 - 0,132
0,132 - 1,0
1,0 və çox
Sistolik AT
(mm c.süt.)
130-
dən
az
130 - 150
150 - 170
170 və çox
Diastolik AT
(mm c.süt.)
85-ə
dək
85 - 90
90 - 110
110 və çox
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
Hamiləlik
dövründə ilk
dəfə aşkar
edilib
–
36-40 həftə
və ya
doğuşda
35-30 həftə
30 həftədən
tez
Dölün
hipotrofiyası
– –
1-2 həftə geri
qalma
3 həftə və
çox geri
qalma
Fon
xəstəlikləri
–
Xəstəlik
əlamətlərinin
hamiləlikdən
əvvəl qeyd
edilməsi
Xəstəlik
əlamətlərinin
hamiləlik
dövründə
qeyd
edilməsi
Xəstəlik
əlamətlərinin
hamiləlikdən
əvvəl və
hamiləlik
dövründə
qeyd
edilməsi
Cəmi: 7 və az bal – yüngül dərəcəli hestoz
8-11 bal – orta ağır dərəcəli hestoz
12 və çox bal – ağır dərəcəli hestoz
Fəsadlar
Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:
►
Ağciyərlərin ventilyasiya pozğunluğu
►
DDL sindrom
►
HELLP sindrom
►
Böyrək çatışmazlığı
►
Ağciyər ödemi
►
Böyüklərin kəskin respirator distress sindromu
►
Serebrovaskulyar ağırlaşmalar
►
Ürəkdayanma
►
Ölüm
Serebral təzahürlər beyin arteriyalarının trombozu, fibrinoid
nekrozu, diffuz mikroinfarktı və beyində petexial hemorragiya ilə
müşayiət olunan hipertonik ensefalopatiyaya bənzəyir. Eklampsiyalı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
hamilə qadınların təxminən 20%-də qıcolmalar zamanı SAT – 140
mm c.süt.-dan aşağı, DAT – 90 mm c.süt.-dan aşağı olur. Hipertenziv
ensefalopatiya zamanı göz dibi dəyişikliklərinə az rast gəlinir.
Güclü damar spazmı nəticəsində damardaxili həcmin azalması
səbəbindən belə xəstələrdə damardaxili mayenin artırılması ağciyər
ödemini meydana çıxara bilər və ya əksinə, belə qadınların doğuş
prosesində hətta adi qan itkisi hipovolemiyaya gətirib çıxara bilər.
Kapillyar keçiriciliyinin artması, kolloid osmotik təzyiqin aşağı
olması və ağciyər endotelinin zədələnməsi ağciyərlərin ödeminin
yaranma səbəblərindəndir.
Böyrək fəsadları qlomerulyar damarların endoteliozu ilə
əlaqədar yaranan qlomerulyar ödem və fibrin çökməsi səbəbindəndir.
Oliquriya tez-tez rast gəlinir və kəskin tubulyar nekroz ilə nəticələnə bilər.
Qaraciyər disfunksiyasına periportal qaraciyər nekrozu,
subkapsulyar hemorragiya və ya qaraciyər sinuslarında fibrin
çökməsi səbəb ola bilər. Bəzən qaraciyərin cırılması baş verə bilər.
Qaraciyərin disfunksiyası HELLP sindromun təzahürü ola bilər.
HELLP sindrom hamilə qadınlar arasında 0,3%, ağır preeklampsiyalı
qadınlar arasında isə təqribən 20% hallarda müşahidə olunur.
HELLP sindrom ağır preeklampsiyanın variantıdır. HELLP sindrom
diaqnozu qoymaq üçün: trombositopeniya, qaraciyər
disfunksiyası, hemoliz mövcud olmalıdır.
H
HELLP sindromun ağırlığı adətən trombositopeniyanın dərinliyi
ilə müəyyən edilir.
Trombositopeniya
ağır < 50000/dl
orta ağır 50000 - 100 000/dl
yüngül 100 000 - 150 000/dl
Qaraciyərin funksiyası
LDH > 600 IU/L
AST və ya ALT > 40 IU/L
Hemoliz və fraqmentasiyaya uğramış eritrositlər
HELLP sindrom həyat üçün çox təhlükəli fəsaddır. HELLP
sindrom inkişaf etdikdə hamiləlik təcili başa çatdırılmalıdır.
DDL sindrom eklampsiyalı qadınların təqribən 7%-ində baş
verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara səbəb
olur. Bunlardan:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
12
dölün bətndaxili tələf olması,
dölün bətndaxili inkişafdan qalması,
perinatal ölüm hallarının artması.
DİAQNOSTİKA
Preeklampsiya üçün diaqnostik meyar arterial təzyiqin
hamiləliyin 20 həftəsindən etibarən yüksəlməsi və proteinuriyadır.
Arterial təzyiqin az artması və zəif proteinuriya kimi əlamətlər artıq
diaqnostik meyar kimi qəbul olunmur. Ağır preeklampsiya arterial
təzyiqin nəzərə çarpacaq dərəcədə artması və yüksək proteinuriyanın
meydana çıxması ilə səciyyələnir. Ağır preeklampsiyanın başqa
əlamətləri oliquriya, serebral və görmə pozğunluqları, ağ ciyər ödemi
və ya sianozdur.
Ödemlərin əmələ gəlməsi və artması ağır preeklampsiyaların
mövcudluğunu və ya ağırlıq dərəcəsini əks etdirmir (C).
Laborator müayinələr ağır preeklampsiyaların idarə edilməsində
dəyərli olsa da, bu günə qədər proqnostik cəhətdən etibarlı test
yoxdur (B).
Preeklampsiyanın diaqnostik meyarları*
Preeklampsiya
AT: hamiləliyin 20 həftəsindən etibarən SAT 140 mm c.süt.-dən artıq və ya
DAT 90 mm c. süt.-dən artıq
Proteinuriya: 0,3 q və ya çox /24 saatlıq sidikdə (D)
Ağır preeklampsiya
AT: SAT 160 mm c. süt. və ya artıq və DAT 110 mm c. süt. və ya artıq –
hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2 dəfə qeyd
olunursa (C)
Proteinuriya: 5 q və ya çox /24 saatlıq sidik müayinəsində və ya 3+ sidikdə
zülalın təyini testində – 4 saat müddətində götürülmüş sidikdə (C)
Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat), plazmada
kreatinin > 1,2 mq/dl, baş ağrısı, serebral və vizual pozğunluqlar, sianoz,
ağciyər ödemi, mədə nahiyəsində ağrı, göz dibinə ekssudasiya və qansızma,
qaraciyər funksiyasının pozğunluqları, trombositopeniya, dölün bətndaxili
inkişafının ləngiməsi (C)
* Preeklampsiyanın diaqnostikasında hipertenziya və proteinuriyanın
olması vacibdir
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
T
Həkim üçün hamiləliyin 20 həftəsindən sonra diferensiasiyası
çətinlik yarada bilən patoloji hallar bunlardır:
►
T
xroniki hipertenziya,
►
T
xroniki hipertenziyaya qoşulan preeklampsiya,
►
T
hamiləlik hipertenziyası,
►
T
preeklampsiya
TT
Dostları ilə paylaş: |