Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi



Yüklə 203,03 Kb.
Pdf görüntüsü
tarix26.12.2016
ölçüsü203,03 Kb.
#3416


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi 

Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə 

bağlı tədbirlər haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə 



əhalisinin  sağlamlığının  qorunması  istiqamətində  görülən  işlər  çərçivəsində  səhiyyənin  ən  prioritet 

sahələrindən olan ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi Tədqiqat Pediatriya 

İnstitutunun  və  Elmi  Tədqiqat  Mamalıq  və  Ginekologiya  İnstitutunun  maddi-texniki  bazasını 

möhkəmləndirmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi 

Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədi ilə 

Azərbaycan  Respublikasının  2013-cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası 

Prezidentinin  ehtiyat  fondundan  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinə  ilkin  olaraq  2,0  (hər 

institut üçün 1,0) milyon manat ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan 

məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 10 aprel 2013-cü il. 



 


Yüklə 203,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə