Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Fakültə:Energetika,elektrotexnika və avtomatika
Kafedra:Kimya
Fənn:Kimya
Laboratoriya işi № 7
İxtisas:Elektrik və elektronika mühəndisliyi
Kurs:I
Qrup:220a1
Tələbə:Axundov Babacan
Müəllim:Mirzəyeva Gülnaz
Mövzu:Cu,Zn birləşmələri və xassələri
Mis
Mis nisbətən geniş yayılmış elementdir. Təbiətdə əsasən birləşmələr şəklində olur. Passiv metal olduğu üçün bəzi halda külçə şəklində də ola bilir.
O yer qabığının çəki ilə 4,7×10-3%-ni təşkil edir. Onun ən geniş yayılmış təbii birləşmələri aşağıdakılardır:
Cu2S
|
mis sulfidi, xalkozin
|
CuFeS2
|
xalkopirit, mis kolçedanı
|
Cu2O
|
kuprit
|
(CuOH)2CO3
|
malaxit
|
Cu(OH)2×2CuCO3
|
azurit
|
Misi almaq üçün çox pirometallurgiya, az hallarda isə hidrometallurgiya üsulundan istifadə olunur. Pirometallurgiya üsulu ilə mis almaq üçün sulfidli filizləri əvvəlcə qismən oksidləşdirərək oksidə çevirir, sonra onu sulfidin orta miqdarı ilə reduksiya edirlər.
2Cu2O + Cu2S = 5Cu + SO2
Mis kolçedanından pirometallurgiya üsulu ilə misin alınması ümumi şəklində belə ifadə olunur:
2CuFeS2 + 2SiO2 + 5O2 = 2Cu + 2FeSiO3 + 4SO2
Hidrometallurgiya üsulu ilə mis almaq üçün filizə əvvəlcə müxtəlif duzların məhlulları və ya H2SO4 ilə təsir edərək onu məhlula keçirir, sonra isə misi duzundan elektrolizlə, ya də əvəzetmə reaksiyası ilə ayrılırlar
(2CuS + CuO) + 2H2SO4 = 2CuSO4 + H2S + H2O
CuSO4 + Fe = Cu + FeSO4
Mis oksigenlə üç cür birləşmə əmələ gətirir: Cu2O, CuO, Cu2O3.
Mis 400-5000C-də qızdırıdıqda qara rəngli CuO alınır. 11000C-də o, mis-1 oksidə və oksigenə parçalanır.
2Cu + O2 = 2CuO
4CuO = 2Cu2O + O2
Mis-1 oksid və mis-2 oksid ammonyakın sulu məhlulunda həll olur.
Cu2O + 8NH3 + H2O = 2[Cu(NH3)4]OH
CuO + 4NH3 + H2O = [Cu(NH3)4](OH)2
Mis-3 oksid 200C-də KClO ilə Cu(OH)2-nin təsirindən alınır.
2Cu(OH)2 + KClO = Cu2O3 + KCl + H2O
Mis-3 oksid qırmızı rəngli kristal maddədir. Turşularda həll olur, 750C-dən yüksək temperaturda parçalanır, qüvvətli oksidləşdiricidir.
2Cu2O3 = 4CuO + O2
Cu2O3 + 6HCl = 2CuCl2 + Cl2 + 3H2O
Mis-2 oksid suda həll olmur. Ona uyğun gələn hidroksid dolayı yolla alınır.
CuSO4 + 2NaOH = Cu(OH)2 + Na2SO4
Mis-2 hidroksidi qızdırıldıqda parçalanır. O, ammonyakın suda məhlulundan həll olaraq ammiakatlar əmələ gətirir.
Cu(OH)2 + 4NH4OH = [Cu(NH3)4](OH)2 + 4H2O
CuO və Cu(OH)2 zəif amfoter xassəli birləşmələrdir.
Mis-2 oksidi qələvilərdə közərtdikdə kupratlar, Cu(OH)2-ni qələvilərin qatı məhlulu ilə qızdırdıqda hidroksokupratlar əmələ gətirir.
CuO + 2NaOH = Na2CuO2 + H2O
Cu(OH)2 + 2NaOH = Na2[Cu(OH)4]
Mis elementlərin gərginlik sırasında hidrogendən sonra yerləşdiyi üçün turşulardan hidrogeni çıxarmır. Mis nitrat turşusunda və qatı sulfat turşusunda həll olur.
Cu + = Cu(NO3)2 + 2NO2 + H2O
3Cu + = 3Cu(NO3)2 + 2NO + 4H2O
Cu – = CuSO4 + SO2 + H2O
Mis aşağıdakı elementlərlə reaksiyaya daxil olur:
Cu + Cl2 = CuCl2 Cu + S = CuS
3Cu + N2 = Cu3N2 3Cu + 2P = CuP2
Cu + H2 ¹ daxil olmadığına görə
2CuJ2 + LiAlH4 = LiJ + AlJ3 + .
Dostları ilə paylaş: |