Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45015
VƏTƏN MÜHARİBƏMİZ-QƏLƏBƏYƏ APARAN YOLLAR... (1) (1)



Azərbaycan Respublikası 

Təhsil Nazirliyi Şəki 

rayonu, Sarıca kənd 

tam orta məktəbinin 

tarix müəllimi 

Musayev Kamran İsa 

oğlu 

 

İkinci Qarabağ müharibəsi- Qələbəyə aparan 



yollar 

 

Azərbaycan tarixində müstəsna rol oynayan tarixi 



hadisələr xalqımızın gen yaddaşına əbədi 

hopmuşdur.Belə hadisələrdən ən taleyüklülərdən biri də 

Qarabağ uğrunda gedən  diplomatik və hərb mübarizəsi 

tariximizdir.Qarabağ müharibəsinin və diplomatik 

mübarizəmizin tarixi mərhələlərinə nəzər salsaq,bu 

mübarizənin dini,siyasi,etnik köklərini ümumiləşdirsək, 

qarşımızda çox maraqlı mənzərə formalaşar.Belə ki,ötən 

əsrin əvvəllərində Rusiya  və Qacarlar imperiyaları 

arasında Qafqaz uğrunda gedən mübarizədə Azərbaycan 

əsas hədəf idi.1805- ci il Kürəkçay müqaviləsi,1813cü- il 

Gülüstan müqaviləsi,1828-ci il Türkmənçay müqaviləsi 

Azərbaycanın iki imperiya arasında bölüşdürülməsi ilə 

nəticələndi.Kökləri rus çarı



birinci Pyotrun vəsiyyətlərinə gedib çıxan Qafqazın işğal 

planları və bu planların tərkib hissəsi olan Azərbaycanın 

ən gözəl guşələrindən biri olan Qarabağımıza 

düşmənlərimizin  iyrənc caynaqları uzanmışdı.Qarabağ və 

onun dağlıq hissəsinə ermənilərin kütləvi 

köçürülməsi,bildiyimiz kimi, Türkmənçay müqaviləsinin 

15-ci maddəsində nəzərdə tutulmuşdur.Sonrakı 

dövrlərdə-20 -ci əsrin əvvəllərində,ortalarında və 

sonlarında Qarabağ uğrunda mübarizə gizli və aşkar 

şəkildə getməkdə idi.1923-cü ildə DQMV yaradılması 

keçmiş SSRİ imperiyasının Qafqazı nəzarətdə saxlamaq və 

erməni millətçiləri vasitəsilə Azərbaycana təzyiq etmək 

vasitəsi idi.1988-ci ildə Dağlıq Qarabağ uğrundakı 

münaqişə mərkəzin biganəliyi nəticəsində yenidən 

alovlandı və Qafqazda sabitlik pozuldu.Münaqişə sürətlə 

hərbi fazaya keçdi və ermənilər xarici havadarlarının 

köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 

20 faiz torpaqlarımızı işğal etdilər.1994- cü ildə 

münaqişənin 1-ci hərbi fazası başa çatdı və atəşkəs elan 

olundu,münaqişənin dinc yolla həlli üçün BMT-nin dörd 

qətnaməsi qəbul olunsa da,ATƏT-in Minsk qrupu və 

həmsədrlər təsisatı yaradılsa da, 2016- cı ilin aprelində 

münaqişə yenidən alovlansa və Azərbaycan ordusu ilk 

zəfərlərini qazansa da münaqişəni  beynəlxalq hüquq 

normaları çərçivəsində həll etmək mümkün 

olmadı.Azərbaycan rəhbərliyi dəfələrlə danışıqlarda 

konstruktiv mövqe gösdərsə də ermənilər və onların



havadarları işğalçılıq niyyətlərindən əl 

çəkmədilər.Azərbaycan beynəlxalq hüquqa-ərazi 

bütövlüyü prinsiplərinə, işğalçı ermənilər isə xalqların öz 

müqəddəratını təyin etmə prinsiplərinə əsaslanmaqla 

münaqişəni  həll etmək istəyirdi.Təbii ki,beynəlxalq 

hüquq işləsə idi Azərbaycanın işğal olunmuş torpaqları 

mütləq azad edilməli idi...Təəssüf ki, beynəlxalq hüquq 

işləmədi...2020 ci ilin avqustunda Tovuz 

təxribatı,Prezident İlham Əliyevin BMT kürsüsündən 

münaqişənin həllinin vacibliyi xəbardarlıqları da 

erməniləri ağıllandırmadı... 

Haqq-ədalətin bərpası üçün dinc danışıqlar yollarının 

, demək olar ki, tam tükəndiyi məlum olduqdan sonra 

Azərbaycan öz ərazi bütövlüyünün tam bərpası üçün 

ədalətli azadlıq mübarizəsinə başladı…Bütün 

Azərbaycan cəmiyyəti-syasi baxış və mövqeyindən asılı 

olmayaraq  hamı Vətən müharibəmizdə qələbə naminə 

tam səfərbər oldu! Qələbəmizi təmin etmiş olan əsas 

daxili amillər: 

1.Dövlət-Ordu-Xalq monolit birliyi. 

2.Bütün resursların qələbə naminə səfərbər 

edilməsi. 

3.Yüksək maddi-texnki bazaya və ən yüksək və 

müasir texnologiyaya əsaslanan silahlı qüvvələrin 

formalaşdırılması. 



4.Ən əsası- Azərbaycan xalqının, Azərbaycan 

əsgər  və zabitlərinin dönməzliyi və qəhrəmanlığı. 




5. Çoxşaxəli social-iqtisadi siyasi islahatlar kursunun 

götürülməsi ilə əhalinin maddi rifahının 

yüksəldilməsinə yönəldilmiş zəruri islahatlara 

başlanılması. 

6.Ölkədaxili hərtərəfli sabitliyə və əmin-amanlığa 

nail olunması. 

Qələbəmizi labüd edən xarıci amillər: 

1.Azərbaycanın beynəlxalq nüfuzunun 

gücləndirilməsi, Qarabağ məsələsində haqqa və 

beynəlxalq hüquqa əsaslanmış ardıcıl tədbirlərin 

görülməsi. 

2.Azərbaycan-Türkiyə qardaşlığı və 

əməkdaşlığı, müttəfiq dövlətlərlə hərtərəfli 

əlaqələrin genişləndirilməsi. 

3.Azərbaycan Prezidentinin müharibənin qaçılmaz 

olduğunu təkzibolunmaz arqumentlərlə 

əsaslandırdığı beynəlxalq hüquqi bazanın 

yaradılması. 

4.İşğala güc yolu ilə son qoymağın 

zərurətinin beynəlxalq səviyyədə dərk 

etdirilməsi. 

5.Dövlət başçısının son dərəcə aktiv və səmərəli 

diplomatik fəaliyyəti-müharibə dövründə xarici 

KİV-lərə verilmiş çoxsaylı  müsahibələrdə 

Azərbaycanın haqlı və dəqiq mövqeyinin 



ardıcıllıqla bəyan eilməsi. 

Münaqişənin güc yolu həllinin qaçılmazlığı, 

beynəlxalq qurumların ikili standart siyasət, erməni 

havadarlarının işğalçı dövləti daim təmənnasız olaraq 

silahlandırması və bununla da işğalçının 

şirnikləndirilməsi, iyul -2020-ci il toqquşmasından 

sonar müharibənin sonunadək erməni havadarlarının 

aşkar şəkildə ermənilərə silah-sursat (pulsuz olaraq) 

çatdırması Azərbaycan dövlətini və rəhbərliyini 

adekvat addımlar atmağa sövq etdi… 

Birinci Qarabağ müharibəsindəki səhvlərimizdən, 

o vaxtkı rəhbərliyin səriştəsizliklərindən çıxarılan 

ibrət dərsləri, yuxarıda sadaladığımız daxili, xarici, 

siyasi və iqtisadi amillər çoxdan gözlənilən 

QƏLƏBƏMİZİ LABÜD 

etdi! 


Budur, TARİXİ 

QƏLƏBƏMİZİN 

TARİXİ XRONİKASI: 

Vətən Müharibəsinin44 

gün davam etdi. 

Azərbaycan geridə qalan bu müddətdə həm döyüş 

meydanında, həm də diplomatik müstəvidə tarixi 

uğurlar əldə edib. Sentyabrın 27-dən başlayaraq 

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına 



cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları zamanı 

düşmənə sarsıdıcı zərbələr vurulub, işğalçıların xeyli 

sayda canlı 

qüvvə və 

texnikası məhv 

edilib.Ordumuzun uğurlu əməliyyatları nəticəsində 1 ay 

ərzində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı), 3 

qəsəbə (Hadrut, Mincivan və Ağbənd), 165 kənd və 

Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji 

yüksəkliklər işğaldan azad olunub. Həmçinin, ölkəmiz 

üçün strateji əhəmiyyəti və mənəvi dəyəri böyük olan 

Xudafərin körpüsü azadlığa qovuşub.Oktyabrın 22-də 

Zəngilanın Ağbənd qəsəbəsinin azad olunması ilə 

Azərbaycan İranla dövlət sərhədini tam bərpa edib. Bu 

tarixi hadisəni ölkəmizin ərazi bütövlüyünün, 

suverenliyinin təmin olunması istiqamətində növbəti 

strateji qələbə kimi qiymətləndirmək olar. İranla dövlət 

sərhədimizin tam nəzarətə götürülməsi mühüm 

əhəmiyyət daşıyır. Bununla ermənilərin illərlə Dağlıq 

Qarabağ üzərindən apardığı narkotik qaçaqmalçılığına 




və digər qanunsuz fəaliyyətlərə son qoyulub.  

Döyüşlərdə ölkəmiz üçün digər strateji əhəmiyyətli 

Suqovuşan kəndi və Hadrut qəsəbəsi də erməni 

işğalından azad olub. Suqovuşan kəndinin azad 

olunmasından sonra Suqovuşan su anbarından suyun 

buraxılmasına nail olunub. Bununla bir neçə 

rayonumuzun su problemi öz həllini tapıb. Belə ki, 

Tərtər, Goranboy və Yevlax rayonlarına suyun 

verilməsilə ekoloji tarazlıq təmin edilir. 

Artıq qeyd etdiyimiz kimi,Vətən müharibəsi ölkəmizdə 

həm də Dövlət-Xalq birliyini, milli həmrəyliyimizi 

göstərdi. Azərbaycan xalqı indiyədək olmadığı qədər 

birlik, vəhdət nümayiş etdirir. Minlərlə gənc könüllü 

ordu sıralarına yazılmışdı. Ali Baş Komandanın ətrafında 

yumruq kimi birləşən Azərbaycan xalqının yalnız bir 

amalı var -torpaqlarımızı işğaldan azad etmək, şanlı 

bayrağımızı Şuşada, Xankəndində və digər işğal altında 

olan ərazilərimizdə dalğalandırmaq... 

Döyüşlər zamanı düşmənə hərbi texnika baxımından elə 

ağır zərbə vuruldu ki, bunu bərpa etmək üçün bundan 

sonra 30 il də bəs etməyəcək. Ermənistan ordusunun 

qiyməti milyardlarla dollardan çox hərbi texnikası məhv 

edilib və qənimət kimi götürülüb.  

Prezident İlham Əliyev xalqa müraciətində sentyabrın 

27-dən indiyədək Azərbaycan Ordusu tərəfindən 



Ermənistana məxsus olan və döyüşlərdə məhv edilən 

hərbi texnikaların sayını açıqlayıb. Dövlət başçısı bildirib 

ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi 

götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum 

edilib. Amma hələ tankları var. Görün nə qədər tank 

olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv 

edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. 

Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət 

kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 

45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə 

vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv 

edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” 

məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a 

yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu 

məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-

300” atıcı  qurğusu məhv edilib.  

Bir aşkaretmə stansiyası, bir  lokator.  Qiyməti bəllidir. 

Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket 

kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri 

məhv edilib. Yük avtomobilləri –  231 yük avtomobili 

məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük 

avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni 

toplam 404 yük avtomobilindən məhrum etmişik. 

Azərbaycan Müdafiə Nazirliyinin  yaydığı növbəti 

məlumatında bildirildi ki, cəbhənin müxtəlif 

istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 




eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 

topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” 

yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya 

stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və 

sıradan çıxarılıb. 

Vətən Müharibəsinin qırx dörd günü ərzində 

Ermənistan ordusunun minlərlə  hərbçisi məhv edilib. 

Erməni hərb sisteminə ağır, sarsıdıcı zərbələr vurulub!... 

 

 



Torpaqlarımızın işğaldan azad olunmasının 

xronoloji ardıcıllığı:

1. Qaraxanbəyli kəndi (Füzuli, 

27.09.2020), 

 

2. Qərvənd kəndi (Füzuli, 



27.09.2020), 3. Kənd Horadiz (Füzuli, 

27.09.2020), 

4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 

27.09.2020), 5. Böyük Mərcanlı kəndi (Cəbrayıl, 

27.09.2020), 

6. Nüzgar kəndi (Cəbrayıl, 

27.09.2020), 7. Şərvəj kəndi (Füzuli, 

28.09.2020), 

8. Suqovuşan kəndi (Tərtər, 

03.10.2020), 9. Talış kəndi (Tərtər, 

03.10.2020), 

10. Mehdili kəndi (Cəbrayıl, 

03.10.2020), 11. Çaxırlı kəndi (Cəbrayıl, 

03.10.2020), 

12. Aşağı Maralyan kəndi (Cəbrayıl, 



03.10.2020), 13. Şəybəy kəndi (Cəbrayıl, 

03.10.2020), 

14. Quycaq kəndi (Cəbrayıl, 03.10.2020), 

 

15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli, 



03.10.2020), 16. Cəbrayıl şəhəri (04.10.2020), 

17. Karxulu kəndi (Cəbrayıl, 04.10.2020), 

18. Şükürbəyli kəndi (Cəbrayıl, 

04.10.2020), 19. Çərəkən kəndi (Cəbrayıl, 

04.10.2020), 20. Daşkəsən kəndi (Cəbrayıl, 

04.10.2020), 21. Horovlu kəndi (Cəbrayıl, 

04.10.2020),  22. Mahmudlu kəndi 

(Cəbrayıl, 04.10.2020), 23. Cəfərabad 

kəndi (Cəbrayıl, 04.10.2020), 

24. Yuxarı Maralyan kəndi (Cəbrayıl, 

04.10.2020), 25. Decal kəndi (Cəbrayıl, 

04.10.2020), 

26. Şıxəli Ağalı kəndi (Cəbrayıl, 

05.10.2020), 27. Sarıcalı kəndi (Cəbrayıl, 

05.10.2020),  28. Məzrə kəndi (Cəbrayıl, 



05.10.2020), 

29. Hadrut qəsəbəsi (Xocavənd, 

09.10.2020), 30. Çaylı kəndi (Tərtər, 

09.10.2020),  

31. Yuxarı Güzlək kəndi (Füzuli, 

09.10.2020), 32. Görəzilli kəndi (Füzuli, 

09.10.2020), 

33. Qaracallı kəndi (Cəbrayıl, 09.10.2020), 

34. Süleymanlı kəndi (Cəbrayıl, 

09.10.2020), 35. Əfəndilər kəndi (Cəbrayıl, 

09.10.2020), 36. Sur kəndi (Xocavənd, 

09.10.2020), (14.10 2020 tarixində azad 

olunan kəndlər) 37. Qaradağlı kəndi 

(Füzuli) 

38. Xatunbulaq kəndi 

(Füzuli) 39. Qaraqollu kəndi 

(Füzuli) 40. Bulutan kəndi 

(Xocavənd) 

41. Məlikcanlı kəndi 



(Xocavənd) 42. Kəmərtürk 

kəndi (Xocavənd) 43.Təkə 

kəndi (Xocavənd) 44.Tağaser 

kəndi (Xocavənd) 

(15.10 2020 tarixində azad olunan yeni 

kəndlər) 45.Füzuli rayonunun Arış, 

46.Cəbrayıl rayonunun Doşulu, 

 

47.Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, 



Çiraquz kəndləri işğaldan azad edilib. 

 

(16.10 2020 tarixində azad olunan yeni kəndlər) 



48.Xocavənd 

rayonunun; 

49.Xırmancıq, 

50.Ağbulaq, 

51.Axullu kəndləriişğaldan azad edilib. 

 

(17. 10. 2020 tarixində azadolunan yeni 



kəndlər) 52.Füzuli rayonunun – 

53.Qoçəhmədl

i, 54.Çimən, 



55.Cuvarlı, 

56.Pirəhmədli, 

57.Musabəyli, 

58.İşıqlı, 

59.Dədəli, 

60. Füzulişəhəri – işğaldan azad olunmuşdur. 

(19. 10. 2020 tarixində azad olunan yeni 

kəndlər) 61.Cəbrayıl rayonunun Soltanlı, 

62.Əmirvar

lı 


63.Maşanlı 

64 Həsənli 

65 

Əlikeyxanlı 



66 Qumlaq 

67Hacılı 

 

68. 


Göyərçinveysəlli 

69.Niyazqullar 




70.Keçəl 

Məmmədli 71. 

Şahvəlli 

72. Hacıİsmayıllı 

 

73. İsaqlı kəndləri azad edilmişdir. 



 

(20. 10. 2020 tarixində azad olunan yeni 

kəndlər) Füzuli rayonunun altı kəndi 

74.Dördçina

r, 

75.Kürdlər, 



76.Yuxarı Əbdülrəhmanl

ı, 77.Qarğabazar, 

78.Aşağı Veysəlli, 

79.Yuxarı Aybasanlı 

kəndləri 80.Cəbrayıl 

rayonunun yeddi 

81.Sarafşa, 

82.Həsənqayd

ı, 83.Fuğanlı, 



84.İmanbağı, 

85.Daşveysəlli

86.Ağtəpə, 



87.Yarəhmədli 

kəndləri, 

88.Xocavənd rayonunun 

beş 89.Ağcakənd, 

90.Mülküdərə, 

91.Daşbaşı, 

 

92.Günəşli 



(keçmişNoraşen) 93.Vəng 

kəndləri, 

94.Zəngilan rayonunun altı 

kəndi 95.Havalı, 

96.Zərnəli, 

97.Məmmədbəyli, 

98.Həkəri, 

99.Şərifan, 




100.Muğanlı 

kəndləri 

101. Zəngilan şəhəri işğaldan azadolunub 

 

(21. 10. 2020 tarixində azad olunan 



yenikəndlər) Füzuli rayonunun 

Gecəgözlü, 

 

Aşağı 


Seyidəhmədli, 

Zərgər kəndlərini, 

Cəbrayıl rayonunun 

Bələnd, Papı, 

Tulu

s, 


Hacı

lı, 


Tinlikəndlərini 

 

Zəngilan rayonunun Mincivan 



qəsəbəsi, Xurama, 


Xumarlı, 

Sarıl, 


Babaylı, 

ÜçüncüAğal

ı, Hacallı, 

QıraxMüşla

n, Üdgün, 

Turabad, 

İçəriMüşlan

, Məlikli, 

Cahangirbəyli, 

 

Baharlı kəndlərini işğaldan azad edilmişdir. 



 

(22. 10. 2020 tarixində azad olunan yeni 

kəndlər) Füzuli rayonunun Mollavəli,  

Yuxarı Rəfidinl

i, Aşağı 

Rəfidinli, 

Cəbrayıl rayonunun 

Sirik, Şıxlar, 




Məstəlibəyli, 

Dərzilikəndləri 

Zəngilanın 

Kolluqışlaq, 

Malatkeşin, 

KəndZəngilan, 

Genlik, 

Vəliqulubəyl

i, Qaradərə, 

Çöpədərə, 

Tatar, 

Tiri, 


Əmirxanl

ı, 


Qarqulu, 

Bartaz, 


Dəlləkli 

Ağbənd qəsəbəsi işğaldan azad edilmişdir. 

 

(23. 10. 2020 tarixində azad olunan yeni kəndlər) 




Xocavənd rayonunun 

Dolanlar, Bünyadlı kəndlərini, 

Cəbrayıl rayonunun 

DağTumas, Nüsüs, 

Xələfli, 

Minbaşıl


ı, 

Veysəlli, 

Zəngilan rayonunun Vənədli  və Mirzəhəsənli 

kəndlərini işğaldan azad etmişdir 

 

(24. 10. 2020 tarixində azad olunan yeni 



kəndlər) Qubadlı rayonunun Zilanlı, 

Kürd Mahrızlı, 

 

Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad 



etmişdir. (25. 10. 2020 tarixində azad olunan yeni 

kəndlər) 

Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının  bir 

neçə kəndləri 

 

Qubadlı şəhəri  işğalçılardan azad etmişdir 




 

(28. 10. 2020 tarixində azad olunan yeni kəndlər) 

Zəngilanın  BirinciAğalı, İkinciAğalı, ÜçüncüAğalı, 

Zərnəli, Füzulinin Mandılı, 

Cəbrayılın  Qazanzəmi, Xanağabulaq, Çüllü, 

Quşçular, Qaraağac 

Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan 

kəndləriniişğaldan azad etmişdir. 

 

(30. 10. 2020 tarixində azad olunan yeni kəndlər) 



 

Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, 

Şahvələdli, Xubyarlı, 

 

Zəngilan rayonunun Aladin, Vecnəli, 



 

Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı 

kəndlərini işğald an azad etmişdir 

 

(02. 11. 2020 tarixində azad olunan yeni kəndlər) 



Cəbrayıl rayonunun Çaprand, Hacıİsaqlı, 

QoşaBulaq, Zəngilan rayonununDərəGilətağ, 

BöyükGilətağ, 

Qubadlı rayonununİşıqlı, Muradxanlı, Milanlı kəndləri 

ni işğaldan 

 



(04. 11. 2020 tarixində azad olunan yeni 

kəndlər) Cəbrayıl rayonununMirək, Kavdar, 

Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, 

 

Qubadlı rayonunun Başarat, Qarakişilər, 



Qaracallı kəndlərini işğaldan azad etmişdir 

 

(07. 11. 2020 tarixində azad olunan yeni kəndlər) 



 

Füzulinin YuxarıVeysəlli, YuxarıSeyidəhmədli, 

Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, 

 

Cəbrayılın YuxarıMəzrə, Yanarhac, Qubadlının 



Qəzyan, Balasoltanlı, Mərdanlı,  

Zəngilanın Beşdəli, 

 

Xocalının Qarabulaq, Moşxmaat, 



 

Xocavəndin Ataqut, Tsakuri kəndlərinii şğaldan 

azad etmişdir 

 

08. 11. 2020 tarixində 



 

Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad 

etdi (09. 11. 2020 tarixində azad olunan yeni 

kəndlər) 

Füzulinin QobuDilağarda, YalPirəhmədli, 



YuxarıYağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, 

 

Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, 



Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, 

Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, AşağıSirik, 

Qubadlının YuxarıMollu, AşağıMollu, Xocik, 

Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan 

azad etmişdir. 

 

Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, 



Aragül, Tağavard, BöyükTağavard, Zərdanaşen, Şəhər, 

 

Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin 



AşağıGüzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, 

Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Mollahəsənli, 

Əsgərxanlı, YuxarıNüsüs, AşıqMəlikli, Niftalılar, Qərər, 

Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, 

Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, 

Boyunəkər, Qaraqoyunlu, Çərəli, 

 

Laçının  Güləbürd, Səfiyan, Türklər 



kəndlərini işğaldanazad etmişdir. 

 

20.11.2020 Ağdam rayonu 



25.11.2020 Kəlbəcər 

rayonu 



01.12.2020 Laçın rayonu işğaldanazadedilmişdir 

Ümumilikdə Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli 

şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun 

Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd 

rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər 

rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, 

eləcə də Ağdərə və Murovdağ istiqamətlərində strateji 

yüksəkliklər azad olunub. 

 

 

 



 

Vətən müharibəmizdə tarixi uğurlar qazanan 

müzəffər Ordumuzun Xankəndində, Xocalıda, 

Xocavənddə, digər bölgələrimizdə də bayrağımızı 

ucaldacağına ürəkdən inanır, o günləri səbrsizliklə 

gözləyirik… 

 

Azərbaycan Prezidentinin son dərəcə məqsədyönlü 




hərbi və diplomatik siyasəti nəticəsində 10 noyabr 

2020- ci ildə Moskva vaxtı ilə 00:00 dan etibarən Dağlıq 

Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi 

əməliyyatların tam dayandırılması barəsində 

Azərbaycan,Rusiya və Ermənistan rəhbərlərinin birgə 

bəyanatı qəbul olundu.Bu bəyanat çoxillik Dağlıq 

Qarabağ münaqişəsinin birdəfəlik və əsaslı şəkildə həlli 

üçün perpektivlər açdı. Qarabağ uğrunda vətən 

müharibəsində Azərbaycan Ordusunun Şanlı 

qələbəsinin nəticəsi olaraq birgə bəyanatın şərtləri 

əsasında Ağdam,Laçın,Kəlbəcər rayonları ümumiyyətlə 

isə işğal olunmuş ərazilərimizin 72 faizdən çoxu azad 

olundu.AZƏRBAYCANIMIZI YENİ QƏLƏBƏLƏRƏ 

DOĞRU APARAN MİLLƏTİMİZƏ, DÖVLƏTİMİZƏ 

ULU TANRI  YAR VƏ  YARDIMÇI  OLSUN! 

 

ŞƏHİDLƏRİMİZƏ  ALLAH  RƏHMƏT ELƏSİN! 



QAZİLƏRİMİZƏ, VETERANLARIMIZA 

ALLAHDAN  ŞƏFA , CAN SAĞLIĞI 

DİLƏYİRİK!!!  



 

Azərbaycan xalqı və dövlətimiz Vətən müharibəsi  

qəhrəmanlarının, şəhidlərimizin, qazilərimizinəməyini, 

torpaqlarımız uğrunda can və qanından keçən hər kəsi 

layiqincə qiymətləndirməkdədir. Belə ki, şəhid 

ailələri,müharibə əlillərinə hərtərəfli diqqət və qayğı 

hazırda dövlətimizin əsas prioritet 

sahələrindəndir.Dövlət başçısının müvafiq Sərəncamı 

ilə təsdiq olunmuş Proqrama  əsasən, 2021-2025-ci 

illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan on 

bir mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, 

habelə fərdi evlə təmin olunacaqdır. Hazırda qeyd 

olunan kateqoriyadan olan insanların bütün 



problemlərinin həlli üçün sürətli kompleks tədbirlər 

həyata keçirilməkdədir.Cəmiyyətimiz bütün təbəqələri- 

hökumət və qeyri-hökumət qurumları da dövlətimizin 

bu strateji siyasətinnin həyata keçirilmıəsində- Vətən 

müharibəsi şəhidlərinin,  qazi və iştirakçılarının 

əməyinin layiqincə qiymətləndirilməsi kimi müqəddəs 

işdə yaxından iştirak etməklə  fəal vətəndaş mövqeyini 

nümayiş etdirməlidir! 

 

                     İMZA:                      / MUSAYEV KAMRAN İSA OĞLU./ 



                                          24 mart 2020-ci il. 

 

21



24 MART 2021-Cİ İL.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin