AZƏrbaycan respublikasi adindan q ə t n a m ə



Yüklə 35,11 Kb.
Pdf görüntüsü
tarix16.02.2017
ölçüsü35,11 Kb.
#9007

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

28 noyabr 2016-cı il

№ 2(105)-2803/2016

Sumqayıt şəhərində

Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,

Hakimlər Hüseyn Əmir oğlu Nəbiyev və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,

Zümrüd Ruslan qızı Abbaslının katibliyi,

Ərizəçi: Şirvan Sənham oğlu Nəciyev,

Maraqlı tərəfin nümayəndəsi: Əhməd Məhəmməd oğlu Şirinzadənin iştirakları ilə,

Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun şəxsin psixiatriya stasionarına qeyri-könüllü

yerləşdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2016-cı il

tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında

baxaraq


M Ü Ə Y Y Ə N

E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim

T.N.Mahmudova) ərizəçi Nəciyev Şirvan Sənham oğlunun Nəciyeva Vüsalə Şirvan qızının

psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəsinin təmin edilməməsi qət

edilmişdir.

İ Ş İ N H A L L A R I:

Ərizəçi Nəciyev Şirvan Sənham oğlu şəxsin psixiatriya stasionarına qeyri-könüllü

yerləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 12-ci

mikrorayon, ev 10 ünvanında qeydiyyatda olan 19 may 1977-ci il təvəllüdlü qızı Nəciyeva Vüsalə

Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə çıxarılmasını

xahiş etmişdir.

Ərizəçi ərizəsində göstərmişdir ki, V.Nəciyeva uşaq yaşlarından əsəb xəstəliklərindən əziyyət

çəkib. Uzun müddət müalicə alsa da, qız olduğu üçün gələcəyini nəzərə alıb dispanserdə qedyiyyata

aldırmayıblar. 2001-ci ilin fevral ayının 25-də rəsmi nikaha daxil olub və nikahdan 1 övladı doğulub.

Lakin, 2009-cu ildə ailəsindən boşanıb. Boşandıqdan sonra övladı ilə ərizəçinin evində yaşayıb.

Nikahda olduğu müddətdə o, xəstəxana şəraitində müalicə alıb. 2014-cü ildə uşağını da götürüb

evdən qaçsa da, onu yenidən evlərinə qaytarıblar. Sonra yenidən evdən gedib. Hazırda Bakı şəhəri,

Nizami rayonu ərazisində yaşayır. Əqli yerində olmadığı üçün, özünü vəzifəli şəxs kimi təqdim

edərək, insanlara müxtəlif problemlər yaradır. İnsanlar isə onun qeydiyyatda olduğu ünvan üzrə gəlib,

ərizəçiyə şikayət edirlər. Odur ki, onun psixiatriya müəssisəsinə yerləşdirilməsi zərurəti yaranıb.

Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.



APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

Ərizəçi Ş.S.Nəciyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya

məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgun tətbiq etməmiş və işin

faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli

məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İşə baxılarkən iş üzrə müvafiq

ekspertiza təyin edilərək ekspertin rəyindən asılı olaraq qərar qəbul edilməlidir. Lakin birinci



instansiya məhkəməsi ərizəyə baxarkən verdiyi vəsatət təmin olunmamış və şəxsin psixiatrik

ekspertizadan keçirilməsi barədə qərardad çıxarılmamışdır. Məhkəmə qətnaməsini onunla

əsaslandırmışdır ki, o öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edən dəlillərini məhkəməyə

təqdim etməmişdir. Həmin rəyi isə, o müstəqil qaydada əldə edə bilməmişdir. Hazırki ərizə ilə

məhkəməyə müraciət etməkdə heç bir pis niyyəti yoxdur. Bir ata kimi öz qızının psixi pozuntusuna

görə, özünü ailəsinə layiq şəkildə aparmamasından mənəvi əzab çəkir. Övladının və onun övladının

gələcəyini düşünüb bu addımı atmağa məcbur olmuşdur və bütün digər ailə üzvlərinin də bundan

xəbəri vardır. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 sentyabr 2016-cı il tarixli qətnaməsini

ləğv edərək, 19 may 1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan qızının psixiatriya stasionarına

qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Ərizəçi Ş.S.Nəciyev apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya

şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.

Maraqlı tərəf Sumqayıt Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin nümayəndəsi

Ə.M.Şirinzadə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun

pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.

İş üzrə maraqlı tərəf V.Ş.Nəciyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada

xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.

Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri

haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya

məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin

dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara

görə apellyasiya şikayəti təmin edilməməlidir.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin etməyərkən, ərizəçi

tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və

əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.

Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı

ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət

etməsini yoxlayır.

Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ş.S.Nəciyevin apellyasiya şikayəti iş

üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona

etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə

məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi

tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə

hüquqi qiymət verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinin məzmunundan da

göründüyü kimi, şəxsin psixiatriya müəssisəsinə qeyri-könüllü yerləşdirilməsinə dair işlərə xüsusi

icraat qaydasında baxılır.

Həmin Məcəllənin 335.1.-ci maddəsinə əsasən, şəxsin psixiatriya stasionarına qeyri-

könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya

müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə

məhkəməyə təqdim olunur.

Həmin Məcəllənin 335.2-ci maddəsinə əsasən, Şəxsin psixiatriya stasionarına qeyri-

könüllü yerləşdirilməsi barədə ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə

2


aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.

Qeyd edilən əsaslar “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununda

müəyyən edilib. Həmin Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeyri-könüllü hospitallaşdırma bu

Qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan

şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-

Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya

müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməlidir.

Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, psixiatriya stasionarına yerləşdirmək üçün əsas

şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında

həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə

məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə

yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi

üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.

Göründüyü kimi, şəxsin psixiatriya stasionarına yerləşdirilməsi üçün onun psixi pozuntudan

əziyyət çəkməsi və pozuntunun stasionar qaydada müalicəsinin zəruriliyi əsaslandırılmalıdır. Halbuki,

ərizədə bu hallar əsaslandırılmayıb.

Bununla yanaşı, ərizədə V.Nəciyevanın əqli problemləri üzündən üçüncü şəxslərə çətinlik

yaratdığını, həmin şəxslərin isə ərizəçiyə şikayət etdikləri qeyd edilsə də, bununla bağlı məhkəməyə

heç bir sübut təqdim edilməmişdir.

Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, ərizəçi qızı V.Nəciyevanın

stationar qaydada müalicə olunmasının zəruriliyini ərizədə qeyd etdikləri ilə deyil, ona gələcəkdə onun

tərəfindən əmlak bağışlayacağı və əmlakın idarə olunması üçün onun əqli cəhətdən sağlam olmasını

istəməsi ilə əsaslandırmışdır.

Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, hazırkı işdə V.Nəciyevanın

psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş

əsaslardan heç biri mövcud deyil. Belə olan halda, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən

ərizənin təmin olunmamasını düzgün hesab edir.

Bundan başqa məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ərizəçinin qızı V.Nəciyeva

hazırda ikinci dəfə özündən 14 yaş kiçik bir şəxslə ailə qurmasına, oğlunu ərizəçi və onun ailəsinə

göstərməməsi ilə əlaqədar olaraq, ərizəçi Ş.Nəciyev qızının psixi durumunun pis olduğunu nəzərə

alıb, bu ərizə ilə məhkəməyə müraciət etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 338.1.-ci maddəsinə əsasən, işə

mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul

edir. 


Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiyi məhkəmənin onun

tərəfindən verilmiş iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin olunmaması barədə

gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, göstərilən dəlil qəbul edilə bilməz, belə ki, iş

materiallarında ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə vəsatətin verilməsi sübuta

yetirilməmişdir.

Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də

araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni

və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi

üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya

şikayəti isə təmin edilməməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci

maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə T E T D İ:

Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun apellyasiya şikayəti təmin edilməsin.

Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 sentyabr 2016-cı il tarixli 2(060)-8959/2016 saylı

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

3


Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi

vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə

bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür,

Sədrlik edən

Gülnarə Tağızadə

4


Sədrlik edən

Gülnarə Tağızadə

Hakimlər

Hüseyn Nəbiyev

Telman Quliyev

5

Yüklə 35,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin