AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
QƏTNAMƏ
SURƏTİ
22 noyabr 2016-ci il
İş № 2(106)2373/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq
Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Cəbrayılov Vüsal
Adil oğlundan ibarət tərkibdə, Xıdırov Bəhruz Müseyib oğlunun katibliyi, iddiaçı “Finca
Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatının nümayəndəsi Süleymanov
Məmməd Yavər oğlu və cavabdeh Həsənov Həsrət Ağarza oğlunun iştirakı ilə, iddiaçı
“Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatının cavabdehlər
Həsənov Həsrət Ağarza oğluna, Məmmədov Zaur Süleyman oğluna və Şərbətov Tural
Kamil oğluna qarşı borc pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin
2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Həsənov Həsrət
Ağarza oğlu, Məmmədov Zaur Süleyman oğlu və Şərbətov Tural Kamil oğlu tərəfindən
verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan
şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli
qətnaməsi (hakim Abbaslı Təyyar Bəhrəm oğlu) ilə, iddianın təmin edilməsi, cavabdehlər
Həsənov Həsrət Ağarza oğlundan, Məmmədov Zaur Süleyman oğlundan və Şərbətov Tural
Kamil oğlundan bərabər qaydada ödənilən zaman Azərbaycan Respublika manatının
məzənnəsinə uyğun olaraq 3870,89 ABŞ dolları əsas kredit borcu, 820,80 ABŞ dolları faiz
borcu, cəmi 4691 (dörd min alt yüz doxsan bir) ABŞ dolları, 69 sent tutularaq iddiaçı “Finca
Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatına verilməsi, ödənilmiş 30
(otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Qətnamədən narazı qalan cavabdehlər Həsənov Həsrət Ağarza oğluna, Məmmədov
Zaur Süleyman oğluna və Şərbətov Tural Kamil oğlu apellyasiya şikayəti vermişdir.
İŞİN HALLARI:
İddiaçı «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı iddia
ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həsənov Həsrət Ağarza oğlundan,
Məmmədov Zaur Süleyman oğlundan və Şərbətov Tural Kamil oğlundan müştərək qaydada
Bankın xeyrinə 3870,89 ABŞ dolları əsas kredit borcunun, 820,80 ABŞ dolları faiz
borcunun, cəmi 4691,69 ABŞ dolları pul vəsaitinin, habelə dövlət rüsumu olaraq ödənilmiş
30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Finca Azerbaijan» Məhdud Məsuliyyətli
Qeyri Bank Kredit Təşkilatı ilə cavabdeh Həsənov Həsrət Ağarza oğlu arasında 30.09.2014-
cü il tarixində bağlanmış 03054060026602 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik
faiz dərəcəsi 27% olmaqla 18 ay müddətinə 5000 (beş min) ABŞ dolları kredit verilmişdir.
Məmmədov Zaur Süleyman oğlu və Şərbətov Tural Kamil oğlu zamin qismində həmin
kredit müqaviləsinin tərəfi olmuşlar. Müqavilənin 3-cü bəndinə əsasən borclu zaminliklə
təmin edilmiş öhdəliyi icra etmədikdə zamin(lər) kretidor qarşısında borclu ilə eyni həcmdə
məsuliyyət daşıyır. Cavbdehin qalıq qalmış 3870,89 ABŞ dolları məbləğində kreditin
ödəmək imkanın az olmasını nəzərə alaraq 11.06.2015-ci tarixdə kredit müqaviləsinin
2
resturukturizasiyası barədə tərəflər arasında Saziş imzalanmışdır. Sazişin şərtlərinə uyğun
olaraq qalıq qalmış 3870,89 ABŞ dolları məbləğində kreditin 26% dərəcəsi ilə 18 ay
müddətinə ödənilməsi üçün cavabdehə möhlət verilmişdir. Kredit müqaviləsinin 5.1-ci
bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan
həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i
məbləğində dəbbə pulunu (cəriməni) ödəməyə borcludur. Kredit müqaviləsinə əlavə edilmiş
ödəniş cədvəlinə əsasən borclu, hər ay 342 ABŞ dolları məbləğində olmaqla, etməli
olmuşdur. Bunun nəticəsində onun kreditora 3870,89 ABŞ dolları əsas kredit borcu, 820,80
ABŞ dolları faiz borcu, cəmi 4691,69 ABŞ dolları borcu yaranmışdır. Cavabdehə dəfələrlə
xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir. Ona görə də iddiaçı hazırki iddia
ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının nümayəndəsi Fidan Rüstəmli məhkəməyə ünvanladığı 29.06.2016-cı il
tarixli teleqramda iddialarını müdafiə etdiklərini, məhkəmə iclasında iştirak edə
bilməyəcəklərini bildirmiş və məhkəmədən mülki işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul
edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsi qismində işə baxan Sabirabad Rayon Məhkəməsi tələb
üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Həsənov
Həsrət Ağarza oğluna, Məmmədov Zaur Süleyman oğluna və Şərbətov Tural Kamil oğlu
vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı təşkilatdan illim
27 faiz olmaqla 18 ay müddətinə ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğdə borc
götürmüşdür. Həmin borcun ödənilməsindən imtina etmir, qaytarılması öhdəliyini də üzərinə
götürmüşdür. Lakin məhkəmə həddindən artıq şişirdilmiş 820,80 ABŞ dolları məbləğində
faiz borcu nəzərə almayaraq iddiaçı “Finca Azerbaijan” MMQBKT-nın iddiasını təmin
etmişdir. Bu səbəbdən də məhkəmənin iddia tələbində tələb olunan pul məbləğinin
həddindən artıq şişirdilməsinə obyektiv qiymət verməməsinə tənqidi yanaşır. Digər tərəfdən,
kredit məbləğini kiçik gecikdirmələrlə də olsa belə ödəmişdir. Əlavə olaraq bildirmək
istəyirəm ki, o, bu günkü gündə şişirdilmiş 820,80 ABŞ dolları məbləğində faiz borcunu
ödəmək iqtidarında deyildir. O, hal-hazırda işləməyinə baxmayaraq aylıq gəliri çox aşağı
vəziyyətdədir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Həsənov
Həsrət Ağarza oğluna, Məmmədov Zaur Süleyman oğluna və Şərbətov Tural Kamil oğlu
vermiş olduğu apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016
saylı 30 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsinə
dair qətnamə çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATI:
Cavabdeh Həsənov Həsrət Ağarza oğlu apellyasiya şikayətinin təmin edilməsi,
Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli
qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını
xahiş etmişdir.
İddiaçı “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatının
nümayəndəsi Süleymanov Məmməd Yavər oğlu apellyasiya şikayətinin təmin edilməməsi,
Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli
qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
3
Cavabdehlər Məmmədov Zaur Süleyman oğluna və Şərbətov Tural Kamil oğluna
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat
verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmiş və iştirak etməməsinin səbəbləri
barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin
376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını
mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya
məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə
apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin
maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın
təmin edilməsini mülki iş üzrə tədqiq olunmuş sübutlar və iş üzrə tərəflərin izahatları ilə
əsaslandırmışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Həsənov
Həsrət Ağarza oğlu, Məmmədov Zaur Süleyman oğlu, və Şərbətov Tural Kamil oğlu vermiş
olduğu apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30
iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsinə dair
qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli
olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış
qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq
normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı
30 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin
edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun
qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin
apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət
verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və
vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən,
qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə
işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci
maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi
dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin
edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını
araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir.
İş materiallarına əlavə edilmiş 30.09.2014-cü il tarixli 03054060026602 saylı kredit
müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Həsənov Həsrət
Ağarza oğlu ilə «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı
arasında 27% olmaqla 18 ay olmaqla, 5000 ABŞ dolları məbləğinin alınması üçün
30.09.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.4.1-ci
maddəsinə əsasən zamin Məmmədov Zaur Süleyman oğlu və Şərbətov Tural Kamil oğlu
faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın
öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit verənə dəyən
4
zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə
eyni həcmdə məsuliyyət daşıyır.
İş materiallarına əlavə edilmiş 30.09.2014-cü il tarixli məxaric xəzinə orderindən
görünür ki,bank tərəfindən Həsənov Həsrət Ağarza oğluna 5000 ABŞ dolları məbləğində
nağd pul verilmişdir.
İş materiallarına əlavə edilmiş 30.09.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki,
aylıq ödəniş 342 ABŞ dolları olmaqla bütün kredit borcu 18 ay ərzində ödənilməlidir.
İş materiallarına əlavə edilmiş «Finca Azerbaijan» Məhdud Məsuliyyətli Qeyri Bank
Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Həsənov Həsrət Ağarza
oğlunun 30.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3870,89 ABŞ dolları əsas kredit
borcu, 820,80 ABŞ dolları faiz borcu, cəmi 4691,69 ABŞ dolları kredit borcu qalmışdır.
İş materiallarına əlavə edilmiş 11.06.2015-ci il tarixdə 30.09.2014-cü il tarixli kredit
müqaviləsinin resturukturizasiyasından görünür ki, 3870,89 ABŞ dolları məbləğində qalıq
pul 26% faiz dərəcəsi olmaqla 18 ay müddətinə ödənilməlidir.
İş materiallarına əlavə edilmiş Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq
olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları
təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İş materiallarına əlavə edilmiş 26.02.2016-cı il tarixli ödəniş qəbzindən görünür ki,
iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayəti dəlilləri ilə mülki iş materiallarını tədqiq
edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə
əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,
məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən
hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.
Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız
varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi
halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə
olmalıdır.
Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və
vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin
tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya
adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra
edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu
onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ
pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam
ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o
cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd
etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə
nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra
mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
5
Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətində, hal-hazırda işləməyinə
baxmayaraq aylıq gəlirin çox aşağı vəziyyətdə olması, həmçinin faiz borcunu ödəmək
iqtidarında olmaması barədə dəlili bağlı qeyd edir ki, cavabdehlər ilə iddiaçı arasında kredit
müqaviləsi bağlanmış və cavabdehin bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və
vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə
məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış
müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu) icra etməlidir. Cavabdeh
apellyasiya şikayətində işin həlli üçün əhəməiyyət kəsb etməyən (hal-hazırda işləməyinə
baxmayaraq aylıq gəlirin çox aşağı vəziyyətdə olması, həmçinin faiz borcunu ödəmək
iqtidarında olmaması) hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki,
cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir hüquqi və
qanuni əsası yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki
Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli
üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin hal-hazırda işləməyinə
baxmayaraq aylıq gəlirin çox aşağı vəziyyətdə olması, həmçinin faiz borcunu ödəmək
iqtidarında olmaması müqavilə üzrə öhdəliyin yerinə yetirməməsinin qanuni əsası deyil və
bu barədə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Bu isə işin faktiki hallarının birinci
instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz.
Digər tərəfdən apellyasiya şikayətində faiz borcunun şişirdildiyini bildirməsi ilə bağlı
məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş «Finca Azerbaijan»
Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından
Həsənov Həsrət Ağarza oğlunun 30.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3870,89
ABŞ dolları əsas kredit borcu, 820,80 ABŞ dolları faiz borcu, cəmi 4691,69 ABŞ dolları
kredit borcu qalması müəyyən edilmişdir.
Beləliklə qeyd edilən hallar bir daha apellyasiya şikayətinin formal mülahizələrdən
ibarət olmasının göstəricisi hesab olunmalıdır.
Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara
tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini
yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual
Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında
müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının
hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.
Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli
və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək
hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz
mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış
etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il
tarixli qərarı).
Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki,
apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və
Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli
qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində
nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən
6
qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə
görə ləğv edilə bilməz.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2,
392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdehlər Həsənov Həsrət Ağarza oğlu, Məmmədov Zaur Süleyman oğlu və
Şərbətov Tural Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Sabirabad Rayon Məhkəməsinin 2(056)1560/2016 saylı 30 iyun 2016-cı il tarixli
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə
kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul
edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:
imza var.
Hakimlər:
imzalar var.
Əsli ilə düzdür,
Sədrlik edən
Tofiq Heydərov
7
Sədrlik edən:
Tofiq Heydərov
Hakimlər:
Nüsrət Mirzəyev
Vüsal Cəbrayılov
Dostları ilə paylaş: |