AZƏrbaycan respublikasi adindan



Yüklə 120,84 Kb.
Pdf görüntüsü
tarix16.03.2017
ölçüsü120,84 Kb.
#11603

                                                                                                           İş №2(108)-57/2014 

       


 

 

 



  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

QƏTNAMƏ 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 

mülki kollegiyası 

 

  

17 dekabr  2014-cü il                                                                     Naxçıvan şəhəri 



 

Məmmədov Fəxrəddin Rüstəm oğlunun sədrliyi (məruzəsi),  

Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd 

oğlundan ibarət tərkibdə,  

Bayramova Cahan Gəray qızının katibliyi ilə, 

İddiaçı HS-nin nümayəndəsi HL-nin, 

Cavabdeh  təşkilat  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Baş  Sığorta 

Agentliyinin nümayəndələri AV-nin və ƏP-nin iştirakları ilə 

HS-nin  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Agentliyinə  qarşı  dövlət 

tərəfindən icbari şəxsi sığorta olunması faktının təsdiq edilməsi və sığorta pulunun 

ödənilməsi  tələbinə  dair  mülki  iş  üzrə  Naxçıvan  Şəhər  Məhkəməsinin  02  oktyabr 

2014-cü  il  tarixli  qətnaməsindən  verilmiş  apellyasiya  şikayətinə  açıq  məhkəmə 

iclasında baxaraq 

 

m ü ə y y ə n   e t d i: 



 

Naxçıvan  Şəhər  Məhkəməsinin  02  oktyabr  2014-cü  il  tarixli  qətnaməsi  ilə 

iddiaçı  HS-nin  cavabdeh  təşkilat  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Agentliyinə 

qarşı  dövlət  tərəfindən  icbari  şəxsi  sığorta  olunması  faktının  təsdiq  edilməsi  və 

sığorta pulunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.  

Qətnamə ilə razılaşmayan iddiaçı HS və onun nümayəndəsi HL qətnamədən 

apellyasiya  şikayəti  verərək  şikayətlərində  Naxçıvan  Şəhər  Məhkəməsinin  02 

oktyabr 2014-cü il tarixli 2 (078)-62/2014 qətnaməsi ilə Naxçıvan MR Dövlət Baş 

Sığorta  Agentliyinə  qarşı  hüquq  mühafizə  orqanları  işçisi  kimi  dövlət  icbari  şəxsi 

sığortaya  görə  dövlət  tərəfindən  icbari  şəxsi  sığorta  olunması  faktının  təsdiq 

edilməsi  və  sığorta  pulunun  ödənilməsi  barədə    iddialarının  təmin  olunmadığını, 

həmin qətnamənin 03 oktyabr 2014-cü il tarixdə ünvanına daxil olduğunu, birinci 

instansiya məhkəməsi qətnaməni qəbul edərkən qüvvədə olan “Məhkəmə və hüquq 

mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanun”un 5-ci 

maddəsinin 2-ci hissəsinin tələblərini nəzərə almayaraq cavabdehin iradəsini ifadə 

edən  qətnamə  qəbul  etdiyini,  ədliyyə  orqanlarında  qulluq  keçmə  haqqında 



 

Qanunun  preambulasına  və  23.1-ci  maddəsinə  əsasən  ədliyyə  orqanları  işçilərinin 



həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə 

orqanları  işçilərinin  dövlət  icbari  şəxsi  sığortası  haqqında  Azərbaycan 

Respublikasının  Qanun”una  uyğun  olaraq  məcburi  sığorta  edildiyini,  Qanunun 

23.5-ci  maddəsi  ilə  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  olaraq  həlak  olmuş 

(vəfat  etmiş)  və  ya  qulluğun  davam  etdirilməsinə  imkan  verməyən  xəstəliyə 

tutulmuş,  xəsarət  (yaralanma,  travma,  kontuziya)  almış  və  əmlakına  zərər 

vurulmuş  ədliyyə  orqanlarının  işçilərinə  və  ya  onların  ailə  üzvlərinə  birdəfəlik 

müavinətin  verilməsi  və  maddi  zərərin  ödənilməsi  “Məhkəmə  və  hüquq  mühafizə 

orqanları  işçilərinin  dövlət  müdafiəsi  haqqında  Azərbaycan  Respublikasının 

Qanun”una  uyğun  olaraq  həyata  keçirildiyini,  “Sağlamlığına  digər  ziyan  dəymiş 

ədliyyə  əməkdaşına  icra  hakimiyyəti  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  və 

həcmdə  kompensasiya  verildiyini,  məhkəmənin  sübut  kimi  təqdim  edilmiş 

Naxçıvan  MR  Xəstəxanasının  epikrizini,  Naxçıvan  MR  Ədliyyə  Nazirliyi  Xüsusi 

Həkim  Ekspert  Komissiyasının  24  yanvar  2014-cü  il  tarixli  01  saylı  Xəstəlik 

haqqında  Şəhadətnaməsini,  21fevral  2014-cü  il  tarixli  Naxçıvan  MR  Tibbi  Sosial 

Ekspert komissiyasının müayinə aktından SER TSE-01 N: 029414 saylı çıxarışının 

sürətini,  Naxçıvan  MR  Ədliyyə  Nazirliyinin  əmrdən  çıxarışını,  x  saylı  Məntəqə 

Tipli  Cəzaçəkmə  Müəssisəsinin  65  saylı  aktının  sürətini  qəbul  etsə  də,  nəticədə 

maddi hüququn tətbiq olunmasında səhvə yol verdiyini, qanunsuz qətnamə qəbul 

etdiyini,  cavabdehin  öz  vəzifə  borcunu  yerinə  yetirməmək  üçün  süründürməçilik 

etdiyini,  oğlunun  24  avqust  2013-cü  ildə  Naxçıvan  MR  Xəstəxanasına  qəbul 

olunarkən  imtinaya  əsas  ola  biləcək  tələblərdən  heç  birinin  həkimlər  tərəfindən 

qeydə  alınmadığını,  bununla  da  cavabdehin  öz  vəzifəsini  icra  etməkdən  imtinası 

iddiaçının qanuni maraqlarının kobud pozuntusu olduğunun sübut edildiyini,  HS-

nin  01  oktyabr  2012-ci  il  tarixdən  10  fevral  2014-cü  il  tarixədək  Ədliyyə 

Nazirliyinin  Penitensiar  Xidmətində  xidmət  etdiyini,  “Məhkəmə  və  hüquq-

mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanun”un 5-ci 

maddəsinə  əsasən  məhkəmə  və  hüquq  mühafizə  orqanları  işçilərinin  xidməti 

vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, 

kontuziya)  alması  sığorta  hadisəsi  hesab  edildiyini,  həmin  Qanunun  7-ci 

maddəsinin tələbinə görə sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud 

onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın 

bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək 

kitabçasının sürəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin 

icrası  ilə  bilavasitə  bağlı  olması  barədə  müvafiq  orqanın  arayışı  ilə  birlikdə 

sənədləri təqdim etməli olduğu, HS-nin xidməti vəzifələrinin icrası ilə bağlı xəsarət 

(yaralanma,  travma,  kontuziya)  almasına  dair  Baş  Dövlət  Sığorta  Agentliyinə  

tələb  olunan  bütün  sənədləri  təqdim  etdiyini,  həmçinin  Naxçıvan  MR  Ədliyyə 

Nazirliyi Xüsusi həkim ekspert komissiyasının 24 yanvar 2014-cü il tarixli 01 saylı 

xəstəlik haqqında şahədatnaməsindən və TSEK-in arayışından iddiaçının “Herpes 

Ensefaliti” infeksion xəstəliyini xidməti vəzifələrinin icrası zamanı aldığının məlum 

olduğu,  HS-nin  vəzifəsinin  icrası  zamanı  xəstələnməsinin  sığorta  hadisəsi  hesab 

edildiyini,  bunu  03  mart  2014-cü  il  tarixdə  məktubla  Sığorta  Agentliyinə 


 

bildirdiyini,  Baş  Dövlət  Sığorta  Agentliyi  ilə  Naxçıvan  MR  Ədliyyə  Nazirliyi 



arasında  hər  il  bağlanılan  icbari  şəxsi  sığorta  müqaviləsinin  5-ci  maddəsində 

Ədliyyə  əməkdaşlarının  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  həlak  olması  (vəfat 

etməsi),  zədələnməsi,  xəstələnməsi,  yaralanması,  xəsarət  alması  sığorta  hadisəsi 

hesab  edildiyi,  “Məhkəmə  və  hüquq  mühafizə  orqanları  işçilərinin  dövlət  icbari 

şəxsi  sığortası  haqqında”  Qanuna  əsasən  sığorta  ödənişinin  verilməsinin  qanunla 

mümkün olduğunu, hazırki işlə bağlı iddiaçının xəstəliyi xidməti vəzifələrinin icrası 

ilə  bağlı  alması  faktı  öz  təsdiqini  tapdığını,  belə  ki,  onun  xəstəliyi  xidməti 

vəzifələrinin icrası ilə bağlı almasının təsdiq edilməsi üçün oğlunun zabit heyətinə 

aid  olduğundan  Naxçıvan  MR  Ədliyyə  Nazirliyinin  imzası  ilə  müvafiq  sənəd 

təqdim olunduğunu, Naxçıvan MR Ədliyyə Nazirliyinin çıxarış əmrinə əsasən HS-

nin  x  saylı  Məntəqə  Tipli  Cəzaçəkmə Müəssisəsində  xidmət  etdiyini,  işlədiyi dövr 

ərzində  həmişə  layiqincə  xidmət  etdiyini,  işində  heç  bir  nöqsan  olmadığını, 

xidmətdə  olduğu  son  hər  ay  517,20  manat  məvacib  aldığını,  08  avqust  2013-cü  il 

tarixli  arayışdan  göründüyü  kimi,  xidmət  dövründə  cəmi  yekun  8372  manat  70 

qəpik  əmək  haqqı  aldığını,  penitensiar  xidmətin  əməkdaşı  kimi  xidmətdə  olduğu 

uzun  müddət  ərzində  gecə-gündüz  çalışdığını,  cinayətkarlara  qarşı  var  gücü  ilə 

mübarizə apardığını, bütün bunların səhhətinə pis təsir etdiyini, 2013-cü ilin avqust 

ayının  21-də  xidməti  vəzifəsini  icra  edərkən  saat  10:15  radələrində  iş  başında 

xəstələndiyini  və  cəzaçəkmə  məntəqəsinin  Tibbi  İdarəsində  yardım  göstərildikdən 

sonra sağlıq durumu getdikcə daha da pisləşdiyindən 24 avqust 2013-cü il tarixdə 

Respublika  xəstəxanasının  reanimasiya  şöbəsinə  yerləşdirildiyini,  2013-cü  ilin 

avqust ayının 24-də İran İslam Respublikasına müalicəyə göndərildiyini, bir aydan 

artıq herpes xəstəlikləri virusları tərəfindən törədilən  “Herpes Ensefaliti” diaqnozu 

ilə  müalicə  olunub  işinə  qayıtdığını,  Ədliyyə  orqanında  xidməti  vəzifəsini  icra 

edərkən  baş  beynində  zədə  əmələ  gəldiyini,  həyatı  təhlükə  altında  qaldığını, 

həkimlərin  səyi  nəticəsində  həyatda  qaldığını,  tibbi  sənədlərin  müvafiq  orqanlar 

tərəfindən araşdırıldığını,  Naxçıvan  MR  Ədliyyə  Nazirliyi Xüsusi  Həkim  Ekspert 

Komissiyasının  24  yanvar  2014-cü  il  tarixli  01  saylı  xəstəlik  haqqında  

şəhadətnaməsinə,  21  fevral  2014-cü  il  tarixdə  Naxçıvan  MR  Tibbi  Sosial  Ekspert 

komissiyasının müayinə aktına əsasən iddiaçıda bu xəstəliklərin mövcud olduğunu, 

xəstəliyi  x  saylı  Məntəqə  Tipli  Cəzaçəkmə  Müəssisəsində  xidməti  vəzifəsini  icra 

etdiyi  zaman  aldığının  təsdiq  olunduğunu,  buna  görə  də  xidmətə  yararsız  hesab 

edildiyini, həkim şəhadətnaməsinə əsaslanmaqla Ədliyyə orqanlarından şəxsi heyət 

üzrə  10  fevral  2014-cü  il  tarixli,  04  saylı  əmr  ilə  xəstəliklə  bağlı  xidmətdən  xaric 

edildiyini,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  Tibbi  Sosial  Ekspert 

Komissiyasının  21.02.2014-cü  il  tarixli  müayinəsinə  əsasən  2-ci  qrup  əlil  olmaqla 

əmək  qabiliyyətsiz  hesab  olunduğunu,    xəstəliyi  ilə    əlaqədar  işlədiyi  orqan 

tərəfindən  ona  sığorta  haqqının  verilməsinin  təmin  olunması  üçün  sənədlər 

toplanıb  05.03.2014-cü  il  tarixli  məktubla  Dövlət  Baş  Sığorta  Agentliyinin 

direktoruna  göndərildiyini,    Dövlət  Baş  Sığorta  Agentliyi  tərəfindən  verilmiş  20 

may 2014-cü il tarixli məktubla sığorta haqqının verilməsinin təmin olunmadığını, 

cavabdehin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi 

sığortası  haqqında”  05  oktyabr  1999-cu  il  tarixli  Azərbaycan  Respublikasının 


 

Qanununu  səhv  təfsir  etməklə  özünə  münasib  şəkildə    sığorta  haqqının 



ödənilməsini  təmin  etmədiyini,  onun  hupertermik  sindrom  komotoz  hal,  həyat 

üçün ən vacib orqanlardan biri olan beyindən zədə aldığını, beyindən aldığı xəsarət 

hesab olunan bu zədənin xidməti vəzifəsini icra edərkən baş verdiyini, “Məhkəmə 

və  hüquq  mühafizə  orqanları  işçilərinin  dövlət  icbari  şəxsi  sığortası  haqqında” 

Qanunun  5-ci  maddəsinə  görə  məhkəmə  və  hüquq-mühafizə  orqanları  işçilərinin 

xidməti  vəzifələrinin    icrası  ilə  bağlı  həlak  olması  (vəfat  etməsi),  zədələnməsi, 

yaralanması,  xəsarət  alması  sığorta  hadisələri  hesab  edildiyini,  bu  maddənin 

təfsirinə görə sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bağlı həyatını itirmə 

anı  ilə,  yəni  həlak  olma  və  vəfat  etmə  halında,  o  cümlədən  sağ  qaldığı  halda 

bədəninin zədələnməsi, yaralanması, xəsarət alması halında ola bildiyini, məhkəmə 

və hüquq mühafizə orqanları işçisinin həyatını itirmədən sağ qaldığı halda, bədən 

üzvlərinin  hər  hansı  bir  yerinin  zədələnməsi,  yaralanması,  xəsarət  alması,  zərər 

çəkməsi halında sığortalı hesab edildiyini, bunun isə həmin zədələnmə, yaralanma 

və xəsarət almanın xarici küt və ya kəsici-deşici alətlə yetirilməsindən, odlu silah və 

ya  avtoqəza  hadisəsinin  baş  verməsindən,  xarici  təsirin  törətməsindən  asılı 

olmayaraq,  xarici  və  ya  daxili  bədən  üzvünün  xəsarət  alması  ilə  mümkün  ola 

bildiyini,  əgər  sığortalı  qeyd  etdiyi  bu  və  ya  digər  səbəbdən  həlak  olsa  və  ya 

xəstəliklə bağlı vəfat etsə bunun da sığorta hadisəsi hesab edildiyini,özünün x saylı 

məntəqə tipli cəzaçəkmə müəssisəsində layiqincə xidmət edərək həyat üçün təhlükəli 

orqan  olan  beyin  iflici  keçirərək  zədələnməsi  cavabdeh  tərəfindən  zədələnmə, 

xəsarət  hesab  edilmədiyini,  halbuki  sığortalı  hesab  olunmaq  üçün  xidməti 

vəzifəsinin icrası zamanı beyinin sıradan çıxaraq virusların baş beyni zədələməsi və 

həmin  şəxsin  əmək  qabiliyyətsiz  olması,  heç  də  xidməti  vəzifəsinin  icrası  zamanı 

bədənin xarici orqanlarından birinin yaralanaraq əmək qabiliyyətsiz sayılmasından 

fərqlənmədiyini,  bütün  zəruri  sənədlərin  toplanaraq  cavabdehə  təqdim  edildiyi 

halda  tələbinin  təmin  olunmadığını,  buna  görə  də  məhkəməyə  müraciət  etmək 

məcburiyyətində  qaldığını,  xarici  təsir  nəticəsində  orqanizmin  bir  yerində 

toxumanın  əzilməsi,  ziyan  görməsinin,  kontuziya  hesab  olunduğunu,  iş 

materiallarında  olan  01  №-li  xəstəlik  haqqında  şəhadətnamədən  göründüyü  kimi, 

xüsusi həkim komissiyasının qərarı ilə iddiaçıya hupertermik sindrom komotoz hal 

“Herpes  Ensefaliti”  diaqnozu  qoyulduğunu,  xəstəliyi  x  saylı  MTCM-də  xidməti 

vəzifəsini icra zamanı aldığını, ədliyyə orqanlarında xidmətə yararsız olduğunu, iş 

materiallarında  olan  Ədliyyə  Nazirliyinin  10  fevral  2014-cü  il  tarixli  4/şh  nömrəli 

əmrindən  çıxarışından  göründüyü  kimi,  ədliyyə  leytenantı  HS-nin  “Azərbaycan 

Respublikasının  Ədliyyə  orqanlarında  xidmət  keçmə  haqqında  Əsasnamə”nin 

40.1.5-ci  maddəsinə  (səhhətinə  görə)  xidmətdən  xaric  edildiyini,  “Məhkəmə  və 

hüquq  mühafizə  orqanları  işçilərinin  dövlət  icbari  şəxsi  sığortası  haqqında” 

Qanuna  əsasən  məhkəmə  və  hüquq-mühafizə  orqanları  işçilərinin  sığorta 

olunduğunu,  ədliyyə  əməkdaşlarının  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  həlak 

olması(vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət almasının sığorta hadisələri 

hesab edildiyini, iş materiallarında olan Naxçıvan MR Xəstəxanasının Baş Həkimi 

Ə.Ə.  tərəfindən  24.09.2014-cü  il  tarixdə  verilmiş  893  nömrəli  arayışda  “Herpes 

Ensefaliti“nin  infeksion  xəstəlik  sayıldığını,  beyinə  qanın  daxil  olduğunu,  bu 


 

viruslar  baş  beyni  zədələdiyi  üçün  xəstənin  zamana  və  məkana  bələdliliyinin 



itirildiyi, əzələlərdə tonusun artdığı, zehni və qavrama pozğunluğu, qeyri-iradi sidik 

ifrazı,  cinsəl  pozğunluqların    yarandığını,  xəstənin  əmək  qabiliyyətini  bərpa  edə 

bilmədiyini,  “Herpes  Ensefaliti”  xəstəliyinin  qəfil  xarakter  daşıdığının 

təsdiqləndiyini,  iş  materiallarında  olan  TSEK-in  arayışına  əsasən  HS-nin  xidməti 

vəzifəsini icra edərkən qəfildən aldığı baş beyin zədəsi nəticəsində II-ci qrup əlillik 

müəyyən  edildiyini,  xidməti  vəzifələri  yerinə  yetirilərkən  (o  cümlədən  ezamiyyət 

vaxtı), habelə xüsusi tapşırıq olmadıqda belə, müəssisənin və ya təşkilatın xeyrinə 

hər  hansı  iş  görülərkən,  işə  gedərkən  və  ya  işdən  qayıdarkən  yolda,  müəssisənin, 

təşkilatın ərazisində və ya digər iş yerində iş vaxtı ərzində (müəyyən edilmiş fasilələr 

də  daxil  olmaqla),  iş  başlamazdan  və  ya  iş  qurtardıqdan  sonra  pal-paltarın  və  s. 

səhmana salınması üçün lazım olan vaxt ərzində, daxili əmək intizamı qaydalarına 

zidd olmayan hallarda iş vaxtı ərzində  (müəyyən edilmiş fasilələr də daxil olmaqla) 

müəssisənin,  təşkilatın və  ya digər iş yerinin yaxınlığında  olarkən əlilliyin xidməti 

vəzifənin icrası nəticəsində baş vermiş hesab edildiyini, sığorta agentliyinin “Herpes 

Ensefaliti”  xəstəliyinin  insan  orqanizmində  uzun  müddət  davam  edən  xəstəlik 

olduğunu  bildirsə  də,  iddiaçıda  bu  xəstəliyin  sığorta  müqaviləsi  bağlanmamışdan 

öncə  yarandığını  təsdiqləyən  sübut  təqdim  etmədiyini,  HS-nin  yaşadığı  ərazi  üzrə 

şəhər  poliklinikasına  21  avqust  2013-cü  il  tarixədək  xəstəliyi  ilə  bağlı  heç  vaxt 

müraciət  etmədiyini,  penitensiar  xidmətdə  hərbi  qulluqçuların,  o  cümlədən 

müddətli  həqiqi  hərbi  xidmət  keçənlərin  xidmət  keçmə  qaydaları  “Hərbi  xidmət 

haqqında”,  “Hərbi  qulluqçuların  statusu  haqqında”,  “Hərbi  xidmətkeçmə 

haqqında”  Əsasnamə,  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  İntizam 

Nizamnaməsi  və  digər  normativ  hüquqi  aktlarla  tənzimləndiyini,  oğlunun  xüsusi 

statusa  (prerogative  adjective)  malik  olduğunu,  xüsusi  statusun  müəyyən 

kateqoriya  vətəndaşların  (məsələn,  hüquq  mühafizə  orqanlarının,  hərbi 

qulluqçuların, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini 

əks  etdirdiyini,  göstərilən  təbəqələr  və  qruplar  vətəndaşın  ümumi  konstitusiya 

statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, 

vəzifələrə,güzəştlərə  malik  olduqlarını,  qanunvericilik  aktlarında  penitensiar 

xidmətinin  hərbi  qulluqçularının  xüsusi  statusunun  müəyyən  edildiyini,  hərbi 

qulluqçuların  siyası  hüquqları  və  azadlıqları,  şəxsiyyətin  toxunulmazlığı,  əmək, 

istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, 

xidmət  yerini  dəyişdirmək,  müavinətlər  və  başqa  güzəştlər  almaq  hüquqlarının 

mövcüd  olduğunu,  şəxsin  hərbi  qulluqda  olma,  hərbi  xidmət  zamanı  həlak  olma 

(ölmə),  itkin  düşmə,  xəsarət  və  əlillik  qrupu  alma,  həmçinin  yararsız  kimi  tərxis 

olunma  tarixləri  sığorta hadisəsinin  baş  vermə  faktını  inkar  etmədiyini və  sığorta 

ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilmədiyini, əks təqdirdə, 

bu  halın  hərbi  xidmət  zamanı  həlak  olmuş  (ölmüş),  itkin  düşmüş  və  sağlamlığını 

itirmiş  şəxslər  arasında  sadəcə  tarixə  əsaslanmaqla  ağlabatan  olmayan 

differensasiyanın  aparılmasına  səbəb  olduğunu,  bunun  isə  eyni  kateqoriyaya  aid 

olan  şəxslərin  sosial  hüquqlarının  fərqləndirilməsinə  gətirib  çıxararaq,  insan  və 

vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya 

məqsədləri ilə uyğunlaşmadığını, konstitusiya prinsipi olan bərabərlik hüququnun 


 

tələblərinin pozulduğunu, Konstitusiyanın 25-ci maddəsinin I və III-cü hissələrində 



hamının qanun və məhkəmə qarşısında bərabərliyinin təsbit olunduğunu, dövlətin 

irqindən,  milliyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak 

vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar 

ittifaqlarına  və  ya  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  hər 

kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, həmin maddənin IV-

cü hissəsində, heç kəsə  bu maddənin III-cü hissəsində göstərilən əsaslara görə zərər 

vurula bilmədiyi, güzəştlərin və ya imtiyazların verilə bilmədiyi, yaxud güzəştlərin 

və  ya  imtiyazların  verilməsindən  imtina  oluna  bilmədiyinin  qeyd  edildiyini, 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  922-ci  maddəsinə  əsasən  sığorta 

hadisəsinin  qanunvericiliyə    və  ya  sığorta  müqaviləsinə  görə  sığorta  ödənişinin 

sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə  ödənilməsi üçün əsas 

olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya 

yaranan  hal  olduğunu,  sığorta  hadisəsi  hesab  edilən  hadisələr  və  halların  icbari 

sığorta  üzrə  icbari  sığorta  qanunvericiliyində,  könüllü  sığorta  üzrə  isə  tərəflərin 

razılaşması əsasında sığorta müqaviləsində müəyyən edildiyini, sığorta hadisəsinin 

baş  vermə  ehtimalına  və  (və  ya)  təsadüflik  əlamətlərinə  malik  olduğunu,  həmin 

Məcəllənin  926.1-ci  maddəsinə  əsasən  sığorta  ödənişinin  sığorta  hadisəsi  baş 

verdikdə  qanunvericiliyə,  həmçinin  sığorta  müqaviləsinə  uyğun  olaraq,  sığortaçı 

tərəfindən    ödənilən  maliyyə  kompensasiyası  olduğu,  “Məhkəmə  və  hüquq- 

mühafizə  orqanları  işçilərinin  dövlət  icbari  şəxsi  sığortası  haqqında”,  “Sığorta 

fəaliyyəti  haqqında”,  “Məhkəmə  və  hüquq  mühafizə  orqanları  işçilərinin  dövlət 

müdafiəsi  haqqında”  qanunlarla,  Mülki  Məcəllə  və  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  bu  qanuna  uyğun  olaraq  qəbul  etdikləri  normativ  aktlarla 

tənzimləndiyi,  məhkəmə  və  hüquq  mühafizə  orqanları  işçilərinin  xidməti 

vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, 

kontuziya) xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət 

(yaralanma,  travma,  kontuziya)  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  həlak 

olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə 

tutulmuş,  xəsarət  (yaralanma,  travma,  kontuziya)  almasının  sığorta  hadisələri 

hesab edildiyini, maddi hüquq normalarının mənasına görə iddia tələbinin  təmin 

edilməsi  üçün  qanunvericiliyə  və  ya  sığorta  müqaviləsinə  görə  sığorta  ödənişinin 

sığortalıya,  sığorta  olunana  və  ya  digər  faydalanan  şəxslərə  ödənilməsi  üçün  əsas 

olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya 

yaranan  hal-sığorta  hadisəsi  mövcud  olunduğunu,  məhkəmə  və  hüquq-mühafizə 

orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ödənilməsi 

üçün isə həmin işçilərin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olmasından (vəfat 

etməsi),  xəsarət  (yaralanma,  travma,  kontuziya)  almasından  ibarət  olan  sığorta 

hadisəsinin baş verdiyini, sığorta hadisəsinin yaranması üçün şəxsin həlak olmasını 

(vəfat  etməsini)  və  ya  xəsarət  almasını  (yaralanmasını,  travma  və  ya  kontuziya 

almasını)  və  ya  qulluğun  davam  etdirilməsinə  imkan  verməyən  xəstəliyə 

tutulmasının nəzərdə tutulduğunu, qanunvericiliyin şəxsin xidməti vəzifəsinin icrası 

zamanında xəstəliyi qazanmasının sığorta hadisəsi hesab edilən hallar sırasına aid 

edildiyini,    xəsarət  dedikdə  xarici  mühitin  hər  hansı  amilin  təsiri  nəticəsində 


 

sağlamlığın  pozulması  və  ya  ölümün  baş  verməsi  nəzərdə  tutulduğunu,  mexaniki 



amillərin  təsiri  və  yetirilmiş  xəsarətlə  həmin  mexaniki  amilin  səbəbli  əlaqəsi 

xəsarətin  mövcud  olub-olmaması  baxımından  vacib  əhəmiyyətə  malik  olduğunu, 

iddiaçı  ədliyyə  orqanlarında  xidmətkeçmə  dövründə  aldığı  “Herpes  Ensefaliti” 

xəstəliyinə  görə  xidmətə  yararsız  olduğundan  ədliyyə  orqanlarından  xaric 

edildiyini, ədliyyə işçisi kimi əlilliyə görə pensiyaya çıxdığını, HS-nin hərbi xidməti 

vəzifəsinin  icrası  ilə  aldığı  xəstəliyə  görə  II-ci  qrup  əlillik  təyin  edildiyindən  onun 

sığorta  məbləğinin  60  faizi  miqdarında  sığorta  ödənişi  tələb  etmək  hüququ 

yarandığını, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qeyri-qanuni 

və  əsassız  olduğunu,  maddi  və  prossesual  hüquq  normalarının  düzgün    tətbiq 

edilmədiyi  və  iş  üzrə  düzgün  hüquqi  nəticəyə  gəlmədiyini,  cavabdehin  iradəsinin 

müdafiə olunduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-

cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməni dəyişmədən, 

apellyasiya şikayətini isə təmin etmədən  saxlaya bildiyini, qətnaməni tamamilə və 

ya  qismən  ləğv  edə  bildiyini,  birinci  instansiya  məhkəməsində    müəyyən  edilmiş 

hallar  və  ya  əlavə  təqdim  olunmuş  sübutlar  əsasında  yeni  qətnamə  qəbul  edə 

biləcəyini,  HS-nin  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Agentliyinə  qarşı  hərbi 

xidmətə  daxil  olduğu  vaxtdan  dövlət  tərəfindən  icbari  şəxsi  sığorta  olunması 

faktının  təsdiq  edilməsi  və  sığorta  pulunun  ödənilməsinə  dair  iddiası  üzrə  birinci 

instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi 

barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 

İddiaçı  HS  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə  lazımi  qaydada 

məlumatlandırılmasına  baxmayaraq,  məhkəmə  iclasına  gəlməmiş,  kollegiya  onun 

iştirakı  olmadan  nümayəndəsinin  iştiraki  ilə  işə  baxılmasını  mümkün  hesab 

etmişdir. 

İş  üzrə  iddiaçının  nümayəndəsi  HL  apellyasiya  şikayətini  müdafiə  edərək 

izahatında  oğlu  HS-nin  01  oktyabr  2012-ci  il  tarixdən  Naxçıvan  MR  Ədliyyə 

Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul olunduğunu, 21 avqust 2013-cü il 

tarixdə  xidmətdə  olduğu  dövrdə  güclü  baş  ağrısı,  qusma,  huşunu  itirməklə 

xəstələndiyini,  cəzaçəkmə  müssisəsinin  həkimi  tərəfindən  ona  ilkin  tibbi  yardım 

göstərildikdən  sonra  müalicə  üçün  Naxçıvan  MR  Xəstəxanasının  Nevroloqiya 

şöbəsinə  göndərildiyini,  oğlunun  xəstələnməsinin  aktlaşdırıldığını,    vəziyyətinin 

ağırlaşdığına  görə  onu  xəstəxanadan  çıxarıb  müalicə  üçün  İran  İslam 

Respublikasına  apardığını,  2013-cü  ilin  avqustun  axırından  sentyabr  ayının 

axırınadək  oğlunun  İran  İslam  Respublikasında  müalicə  olunduğunu,  oradan 

qayıtdıqdan sonra  vəziyyəti yaxşılaşmadığından 2014-cü ilin yanvar ayında onun 

yenidən  Naxçıvan  MR  Xəstəxanasının  Nevroloqiya  şöbəsinə  müalicə  üçün 

yerləşdirildiyini,  2014-cü  ilin  fevral  ayında  oğlunun  Ədliyyə  orqanlarında  qulluq 

keçməsinə  xitam  verildiyini,  Naxçıvan  MR  Tibbi  Sosial  Ekspert  Komissiyası 

tərəfindən    oğlunun  II-ci  qrup  əlil  hesab  olunduğunu,  oğluna  sığorta  ödənişinin 

verilməsi xahişi ilə 2014-cü ilin mart ayının əvvələrində Naxçıvan MR Baş Sığorta 

Agentliyinə müraciət etdiyini, müraciətindən sonra onun dəfələrlə həmin agentliyə 

çağırıldığını, hər dəfə ona tezliklə müraciətinə cavab veriləcəyinin bildirildiyini, 20 

may  2014-cü  il  tarixdə  bu  barədə  ona  cavab  məktubu  göndərildiyini,  məktubda 


 

oğlunun  aldığı  xəstəliyin  sığorta  hadisəsi  sayılmadığını  və  buna  görə  ona  sığorta 



ödənişinin  verilməyəcəyinin  bildirildiyini,  bundan  sonra  iddia  tələbi  ilə  Naxçıvan 

Şəhər  Məhkəməsinə  müraciət  etdiyini,  məhkəmənin  onun  iddiasını  təmin 

etmədiyini,  çıxarılmış  qətnaməni  qanunu  və  əsaslı  saymadığını,  “Məhkəmə  və 

hüquq-mühafizə  orqanlarının  işçilərinin  dövlət  şəxsi  icbarı  sığortası  haqqında 

Qanun”un  tələbinə  əsasən  oğlunun  iş  yerində  xidməti  vəzifəsini  yerinə  yetirərkən 

xəstələnməsinə  görə  ona  sığorta  ödənişinin  verilməli  olduğunu  göstərərək  iş  üzrə 

məhkəmə  qətnaməsinin  ləğv  olunması  və  iddiasının  təmin  olunması  barədə  qərar 

qəbul edilməsini xahiş etdi. 

Məhkəmə  iclasında  cavabdeh  təşkilat  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta 

Agentliyinin  nümayəndəsi  AV  apellyasiya  şikayətini  qəbul  etməyərək  izahatında 

iddiaçı  HS-nin  sığorta  ödənişinin  verilməsi  ilə  bağlı  05  mart  2014-cü  il  tarixdə 

Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Ağentliyinə  müraciət  etdiyini,  iddiaçıya  hansı 

sənədlərin  təqdim  olunmalı  olduğunun  bildirildiyini,  iddiaçı  tərəfindən  sənədlərin 

bir  hissəsinin  2014-cü  ilin  may  ayında  agentliyə  təqdim  olunduğunu,  sənədlər 

təqdim  olunduqdan  sonra  7  gün  müddətində  ona  qanunvericiliyə  uyğun  cavab 

verildiyini, iddiaçı tərəfindən agentliyə təqdim olunmuş sənədlərlə onun 01 oktyabr 

2012-ci il tarixdən 10 fevral 2014-cü il tarixədək Naxçıvan MR Ədliyyə Nazirliyinin 

Penitensiar  Xidmətində  xidmətdə  olduğu,  təqdim  etdiyi  xəstəlik  haqqında 

şəhadətnamədə  onun  “Herpes  Ensefaliti”  xəstəliyinə  tutulduğunun  müəyyən 

edildiyini,  ədliyyə  orqanlarında  qulluq  keçmə  haqqında  qanunun  tələbinə  əsasən 

ədliyyə  orqanlarının  işçilərinin  həyatı  və  sağlamlığının  dövlət  büdcəsi  vəsaiti 

hesabına “Məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinin dövlət  icbarı şəxsi 

sığortası  haqqında  Qanun”un  tələbinə  əsasən  məcburi  sığorta  edildiyini,  iddiaçı 

HS-nin  xüsusi  rütbəsi  olan  penitensiar  xidmətinin  əməkdaşı  olduğundan  onun 

tələbinə  “Məhkəmə  və  hüquq-mühafizə  orqanları  işçilərinin  dövlət    icbarı  şəxsi 

sığortası haqqında Qanun”un tələblərinə uyğun baxıldığını, onun agentliyə təqdim 

etdiyi  xəstəlik  haqqında  şəhadətnamədən  “Herpes  Ensefaliti”  xəstəliyinə 

tutulduğuna  görə  onun  xidməti  vəzifədən  tərxis  olunaraq  ona  II-ci  qrup  əlillik 

dərəcəsinin verildiyini, “Məhkəmə və hüquq-mühafizə orqanların işçilərinin dövlət  

icbarı  şəxsi  sığortası  haqqında  Qanun”un  tələbinə  əsasən  sığortalı  məhkəmə 

hüquq-mühafizə  orqanları  işçilərinin  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  həlak 

olması  (vəfat  etməsi),  xəsarət  (yaralanma,  travma,  kontuziya)  almasının  sığorta 

hadisəsi  hesab  edildiyinin,  HS-nin  xəstəliyinin  ümumi  xəstəlik  olmaqla  sığorta 

hadisəsi sayılmadığını və buna görə də ona sığorta ödənişinin verilməsindən imtina 

edildiyini  göstərərək  iş  üzrə  Naxçıvan  Şəhər  Məhkəməsinin  02  oktyabr  2014-cü  il 

tarixli qətnaməsini qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. 

İş  üzrə  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Agentliyinin  nümayəndəsi  ƏP 

nümayəndə  AV-nin  izahatına  əlavəsinin  olmadığını  bildirdirərək  iş  üzrə 

qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. 

Kollegiya apellyasiya şikayətini təmin etməklə qətnamənin ləğv edilməsi və 

iddiasının  təmin  olunması  xahişinə  dair  iddiaçının  nümayəndəsinin  izahat  və 

çıxışını, apellyasiya şikayəti təmin edilməməklə iş üzrə qətnamənin dəyişdirilmədən 

saxlanılmasına  dair  cavabdehin  nümayəndələrinin  izahat  və  çıxışlarını  dinləyib, 


 

apellyasiya  şikayəti  qətnamənin  ləğvinə  yönəldiyindən  birinci  instansiya 



məhkəməsinin qətnaməsinin əsaslığını tam, birinci instansiya məhkəməsi tərəfindən 

maddi  və  prosessual  hüquq  normalarına  riayət  edilməsini  isə  apellyasiya 

şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdaki nəticəyə gəlir. 

Mülki  işin  materiallarına  əlavə  edilmiş  sənədlərdən  göründüyü  kimi  iddiaçı 

HS  30.12.2012-ci  il  tarixdə  Naxçıvan  MR  Ədliyyə  Nazirliyinin  Penitensiar 

Xidmətinin  Qarışıq  Rejimli  Cəzaçəkmə  Müəssisəsinin  Rejim-nəzarət  şöbəsinə 

inspektor vəzifəsinə qəbul olunmuş, 04.02.2013-cü il tarixdə Penitensair Xidmətin x 

saylı  Məntəqə  Tipli  Cəzaçəkmə  Müəssisəsində  kadrlar  üzrə  inspektor  vəzifəsinə 

təyin olunmuş, 21 avqust 2013-cü il tarixdə xidmətdə olduğu Penitensiar Xidmətin 

x  saylı  Məntəqə  Tipli  Cəzaçəkmə  Müəssisəsində  xəstələnmiş,  ilkin  tibbi  yardım 

göstərildikdən  sonra  Naxçıvan  MR  Xəstəxanasının  Nevroloqiya  şöbəsinə 

göndərilmiş, müəssisə rəisi tərəfindən bu barədə 21.08.2013-cü il tarixli 65

a

 nömrəli 



akt  tərtib  edilmişdir.  25  avqust  2013-cü  il  tarixdə  xəstə  Naxçıvan  MR 

Xəstəxanasının  Reanimasiya  şöbəsindən  çıxarılaraq  müalicə  üçün  İran  İslam 

Respublikasına  aparılmış,  30  sentyabr  2013-cü  il  tarixədək  İran  İslam 

Respublikasında  müalicə  olunmuş,  xəstənin  vəziyyəti  ağırlaşdığı  üçün  18  yanvar 

2014-cü il tarixdən 24 yanvar 2014-cü il tarixədək həmin xəstəxananın nevroloqiya 

şöbəsində stasionar şəraitdə müalicə almış, “Xəstəliklər cədvəlinin 22 d maddəsinin 

III-cü qrafasına və ƏTC”nə (Azərbaycan Respublikası Nazirlər Kabinetin 2008-ci 

il  59  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Hərbi  həkim  ekspertizası  haqqında 

Əsasnamə”  yə  qoşma)  əsasən  hərbi  uçotdan  çıxarılmaqla  hərbi  xidmətə  yararsız 

hesab  edilmiş,  xəstəliyin  Naxçıvan  MR  Ədliyyə  Nazirliyi  Penitensiar  Xidmətin  x 

saylı  Məntəqə  Tipli  Cəzaçəkmə  Müəssisəsində  işləyərkən  qazanıldığı  müəyyən 

edilmişdir. 

Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi 

Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 06.02.2014-cü il tarixdə  

verilmiş  SER  TSE  –  01  №-li  müayinə  aktından  çıxarışa  əsasən  HS-yə  II-ci  qrup 

əlillik dərəcəsi verilmişdir. 

İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 10 fevral 

2014-cü il tarixli 04 ş/h nömrəli əmrinə əsasən “Ədliyyə orqanlarında qulluq keçmə 

haqqında  Azərbaycan  Respublikası  Qanun”unun  40.1.5-ci  maddəsi  və  Naxçıvan 

MR  Ədliyyə  Nazirliyi  haqqında  Əsasnamənin  16.5-ci  maddəsi  rəhbər  tutulmaqla 

nazirliyin  Penitensiar  Xidmətinin  x  saylı  Məntəqə  Tipli  Cəzaçəkmə  Müəssisənin 

inspektoru-kadrlar  üzrə  ədliyyə  leytenant  HS  tutduğu  vəzifədən  azad  edilmiş  və 

onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 

Mülki işin materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçı 

tutulduğu  “Herpes  Ensefaliti”  xəstəliyini  sığorta  hadisəsi  hesab  edərək  bu  əsasa 

görə  sığorta  ödənişi  almaq  üçün  05  mart  2014-cü  il  tarixdə  Naxçıvan  MR  Dövlət 

Baş  Sığorta  Agentliyinə  rəsmi  olaraq  müraciət  etmiş  və  həmin  müraciətə  20  may 

2014-cü il tarixdə baxılaraq iddiaçıya sığorta ödənişinin verilməsinin qeyri-mümkün 

olmasına  dair  yazılı  cavab  verilmişdir.  İş  materiallarına  əlavə  edilmiş  həmin 

cavabda qeyd edilmişdir ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Xüsusi Həkim Ekspert 

Komissiyasının  24  yanvar  2014-cü  il  tarixli  01  saylı  xəstəlik  haqqında 


10 

 

şəhadətnaməsi  göründüyü  kimi  iddiaçı  xəstəliklə  əlaqədar  olaraq    ədliyyə 



orqanlarından  xaric  edilmiş  və  21  fevral  2014-cü  il  tarixdə  Tibbi  Sosial  Ekspert 

Komissiyası  tərəfindən  ona  həmin  xəstəliklə  əlaqədar  II-ci  qrup  əlillik  dərəcəsi 

təyin  edilmişdir  ki,  bu  da  “Məhkəmə  Hüquq-mühafizə  orqanlarının  işçilərinin 

dövlət icbari şəxsi sığortası haqqında Qanun”a  əsasən sığorta hadisəsi sayılmır. 

Kollegiya  apellyasiya  şikayətinin  dəlillərini  müzakirə  edərək  aşağıdaki 

nəticəyə gəlir. 

Apellyasiya  şikayətində  qətnamənin  ləğvi  üçün  gətirilən  dəlillərdən  biri 

məhkəməyə  sübut  kimi  təqdim  edilmiş  Naxçıvan  MR  Xəstəxanası  tərəfindən 

verilmiş  epikriz,  Naxçıvan  MR  Ədliyyə  Nazirliyinin  Xüsusi  Həkim  Ekspert 

Komissiyasının 24 yanvar 2014-cü il tarixli 01 saylı xəstəlik haqqında şəhadətnamə, 

21  fevral  2014-cü  il  tarixli  Naxçıvan  MR  Tibbi  Sosial  Ekspert  Komissiyasının 

müayinə aktından çıxarışı, x saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisənin 65 saylı 

aktının  sürəti  qəbul  edilsə  də,  nəticədə  maddi  hüququn  tətbiqində  səhvə  yol 

verilməklə qanunsuz qətnamə qəbul edilmişdir. İş üzrə qətnamədən göründüyü kimi 

göstərilən  sübutlar  qiymətləndirilməklə  qətnamə  çıxarılmışdır.  Apellyasiya 

şikayətində gətirilən başqa bir dəlil iddiaçının 01.10.2012–ci il tarixdən 10.02.2014-

cü  il  tarixədək  Penitensiar  Xidmətdə  xidmət  etdiyi,  Naxçıvan  MR  Ədliyyə 

Nazirliyinin Xüsusi Həkim Ekspert Komissiyasının 24 yanvar 2014-cü il tarixli 01 

saylı xəstəlik haqqında şəhadətnaməsindən və Tibbi Sosial Ekspert Komissiyasının 

arayışı  ilə  iddiaçının  “Herpes  Ensefaliti”  infeksion  xəstəliyi  iş  başında  xidməti 

vəzifələrinin icrası zamanı almasının məlum olması, xidmətdə olduğu uzun müddət 

ərzində gecə-gündüz çalışdığı, cinayətkarlığa qarşı mübarizə apardığı, bunların da 

onun  səhhətinə  pis  təsir  etdiyi  və  nəticədə  onun  xəstələnməsinə  səbəb  olmasıdır. 

İddiaçının  apellyasiya  şikayətində  istinad  etdiyi    halları  təsdiq  edən  əmək 

kitabçasının  surəti,  xəstəlik  haqqında  şəhadətnamə,  Tibbi  Sosial  Ekspert 

Komissiyasının  arayışı,  habelə  iş  yerində  xəstələnməsi  barədə  aktın  surəti  iş 

materiallarına əlavə edilmişdir və iş üzrə qəbul edilmiş qətnamədə də göstərilənlər 

inkar  edilmir,  lakin  iddiaçı  xəstəliyinin  onun  iş  fəaliyyəti  ilə  bağlı  olmasını 

mübahisələndirsə  də,  bunu  təsdiq  edən  hər  hansı  sübut  iddiaçı  tərəfindən 

məhkəməyə  təqdim  olunmamışdır.  İş  materiallarına  əlavə  edilmiş  Naxçıvan  MR 

Xəstəxanasının  Baş  həkimi  tərəfindən  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta 

Agentliyinə  ünvanlanmış  24  sentyabr  2014-cü  il  tarixli  sorğuya  verilmiş  cavabda 

“Herpes Ensefaliti”  xəstəliyi haqqında məlumat verilərək göstərilmişdir ki, mərkəzi 

sinir  sisteminin  bütün  viruslu  xəstəliklərinin  səbəbi  orqanizmdəki  ümumi 

infeksiyalar və virus infeksiyalarının oyanmasıdır. Ona görə də bu dəlil əsaslı hesab 

edilə bilməz. 

İddiaçının  apellyasiya  şikayətində  gətirdiyi  digər  dəlillər  ədliyyə  orqanında 

xidməti vəzifəsini icra edərkən baş beynində zədə əmələ gəlməsi və bunun sığorta 

hadisəsi  hesab  edilməsi,  şəxsin  hərbi  qulluqda  olma,  hərbi  xidmət  zamanı  həlak 

olma  (ölmə),  itkin  düşmə,  xəsarət  və  əlillik  qrupu  alma,  həmçinin  yararsız  kimi 

tərxis olunma tarixləri sığorta hadisələrinin baş vermə faktını inkar etmədiyini və 

sığorta  ödənişinin  ödənilməsindən  imtina  üçün  müstəqil  əsas  ola bilmədiyi  barədə 



11 

 

gətirilən dəlillərin də təmini üçün əsaslar müəyyən edilmədiyindən həmin dəlillər də 



təmin edilməməlidir. 

Kollegiya  belə  hesab  edir  ki,  Naxçıvan  MR  Dövlət  Baş  Sığorta  Agentliyi 

tərəfindən  iddianın  qəbul  edilməməsi  qanunvericiliyin  tələblərinə  uyğundur.  Belə 

ki,  iddiaçının  tutulduğu  “Herpes  Ensefaliti”  xəstəliyi  infeksion  xəstəlik  olmaqla 

sığorta  hadisəsi  sayılmır,  işin  bu  halı  məhkəmə  tərəfindən  düzgün 

qiymətləndirilmişdir.  

Azərbaycan  Respublikası  MPM-in  218.3-cü  maddəsinin  tələblərini  rəhbər 

tutmaqla birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin verdiyi 

tələblər  üzrə    qüvvədə  olan  maddi  və  prosessual    hüquq  normalarına  və  iş  üzrə 

müəyyən  edilmiş  həqiqi  hallara  və  tərəflərin  qarşılıqlı  münasibətlərinə  uyğun 

əsaslandırılmış qətnamə çıxarılmışdır. 

Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq  kollegiya  belə  nəticəyə  gəlir  ki, 

qətnamənin ləğvi üçün hər hansı əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti 

təmin edilməməli, iş üzrə qətnamə dəyişdirilmədən saxlanmalıdır. 

Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 

404-406- cı maddələrini rəhbər tutaraq kollegiya 



  

q ə t    e  t d i 

 

Apellyasiya şikayəti təmin edilməsin. 

İş üzrə Naxçıvan Şəhər  Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli 2(078)-

621/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  qətnamə  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi 

gündən  iki  ay  müddətində  Naxçıvan  MR  Ali  Məhkəməsinin  mülki  kollegiyası 

vasitəsilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  mülki  kollegiyasına 

kassasiya şikayəti verilə bilər. 



 

 

Yüklə 120,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin