1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
9 noyabr Dövlət Bayrağı Günüdür
Müstəqilliyimizin və milli mənsubiyyətimizin
müqəddəs rəmzi olan bayrağımız
Bakı – 2013
2
Tərtibçidən
Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik
rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır . Hər bir xalqın
özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm
də zəngin milli – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət
nümunələri əsasında müəyyənləşir. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də
müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir
Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir,
bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - ci il noyabrın
17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü
kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən
əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan bir çox nüfuzlu
beynəlxalq təşkilatların , o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olub,
üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı,
gücümüzü bütün dünyaya yaymağa başlayıb. Biz hədsiz qürur hissi keçiririk ki,
Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə
əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq,
azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik. Azərbaycan bu gün tam
müstəqil siyasət yürüdür, xalqımız bu siyasətin real nəticələrinin canlı şahididir.
Bax bu gün yüksək nailiyyətlərlə xalqımız öz əziz bayramını – Dövlət Bayrağı
gününü qeyd edir. 9 noyabr Bayraq Günü münasibəti ilə yazılmış vəsaitimiz Uşaq
kitabxanaları üçün nəzərdə tutulmuşdur. Vəsaiti sizə təqdim etməkdə əsas
məqsədimiz oxucuların “Azərbaycan bayrağı” haqqında olan məlumatlarını daha
da artırmaqdır.
“Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan
bayrağımız” adlanan metodik vəsait “Giriş” və “Keçiriləcək tədbirlər” hissəsindən
ibarətdir. Vəsaitin “Giriş” hissəsində “ 9 noyabr Bayraq günü ” nün yaranma
tarixindən, əhəmiyyətindən söhbət açılır. Vəsaitin ikinci hissəsi isə bu münasibətlə
uşaq kitabxanalarında keçiriləcək tədbirlərdən bəhs olunur.
Dostları ilə paylaş: |