1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Gəlin, gələcəyimizi qoruyaq!
B A K I – 2015
2
Tərtibçidən
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi,
faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və
narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya
iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının,
işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil
cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm
amil rolunu oynayır. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında
narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Narkotizmlə
mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir
prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə
gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər
kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön
plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti
olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki,
narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların
fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı. Azərbaycan Respublikasında
narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə
mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.
Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət
təşkilatları, kütləvi informasiya vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil
və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və
kütləvi hal almasının qarşısını ala bilər. Tərtib edilən bu vəsaitdə respublikada
narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniya
və narkobiznesə qarşı mübarizədə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət
sənədləri işıqlandırılmış, bu problemə qarşı mübarizədə uşaq kitabxanaları
qarşısında duran vəzifələrdən, keçiriləcək tədbir formalarından, təbliğat işindən
bəhs edilmişdir. İnanırıq ki, bu vəsait kitabxana işçilərinə narkomaniyaya qarşı
mübarizədə bütün kitabxana işçiləri üçün dəyərli vəsait olmaqla yeniyetmələrin
maariflənməsində yaxından köməklik edəcəkdir. Elmi metodik vəsaitdə F.Köçərli
adına Respublika Uşaq kitabxanasının iş təcrübəsindən də istifadə olunmuşdur.
Metodik vəsaitlə əlaqədar rəy, təklif və iradlarınızı kitabxanamızın elektron
ünvanına ğöndərməyinizi xahiş edirik. Ünvan: AZ-1022 Bakı şəh., S.Vurğun küç.
122G e-mail: childlibbaku@yahoo.com
3
GİRİŞ
“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir.
Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə
və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə
tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər
tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə
etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim
Paraselsin şərəfinə adlandırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi
orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. Avropa və
Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların
ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək)
isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Tiryəkli preparatlar orta
əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan ruhi xəstələri
sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları, pozulmuş əsəb-sinir
sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq, getdikcə
narkotik maddələrin hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə
qazanmış insanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu
maddələr istehsal edirdilər. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir
dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə
başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil
olmuşdur. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir
zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün
orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir
göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm
zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə
aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin
araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən
şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan
insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı
10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. BMT-nin 1987-ci il Konvensiyasına
daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun
“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya
mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin
qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə
metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək
istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq
çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya
4
üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomaniya 12-
17 yaş qrupu arasında daha geniş yayılmışdır. Narkotik istehsalına görə Əfqanıstan
dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Statistikaya əsasən
Avropa Birliyi ölkələrində narkomanların sayı 742 minə yaxındır. MDB və Asiya
ölkələri də Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik
vasitələrdən istifadə edir.
Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən
Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin ölkədir. Ərazisinin
çox geniş olmamasına baxmayaraq, Yer planetində mövcud olan 11 iqlim
qurşağından 9-u ölkə ərazisindən keçir. Ona görə də bir gün ərzində respublikanın
bir tərəfindən digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, mülayim,
subtropik, kontinental və digər iqlim şəraitinə rast gəlmək olar. Məhz göstərilən
iqlim şəraitləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib
becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır.
Məsələn, xaş- xaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir.
Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir. Azərbaycanın geosiyasi
mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də
əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə
iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra, kriminal strukturlar üçün narkotik
vasitələrin yayılması, çirkli pulların təmizə çıxarılması üçün əlverişli şərait
yaradılmışdı. Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən
istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və
Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həmçinin,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi,
narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini
göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının
20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132
kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində
həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər
dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi
narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün
nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu
istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz
sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması
nəticəsində mümkündür. Narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır.
Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır. Statistik
məlumatlara görə son illərdə respublikanın Cənub zonasında narkomanların sayı
çoxalmağa başlamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
2014-ci ilin iyul ayında verdiyi statistikaya əsasən Azərbaycanda təqribən 24
5
mindən çox narkoman qeydiyyata alınmış, onların təqribən 6 min nəfəri gənc, 70
faizi isə dispanser uçotundadır. Ancaq, ekspertlərin fikrincə, bu rəqəm gerçəkliyi
əks etdirmir. Çünki, narkomanların heç də hamısı qeydiyyata düşmür. Əlbəttə, bir
sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli
şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu
xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq
xüsusiyyətlərinə malikdir. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun
ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi,
beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata
keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi
baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata
keçirilmişdir. Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının
alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961,
1971 və 1988-ci illər) ətrafında sıx birləşərək vahid mübarizə metodları
hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş
etdirirlər. Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki,
beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli
yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda
narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata
keçirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi. 1992-
ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra
“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli
lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən
tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında
ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli
Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1997-ci ildə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Yaxın və Orta
Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı
Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu
problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu
məsələdə bir yerdə olacağını bir daha bəyan etmişdir. 1998-ci ildə Azərbaycan
Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop
maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun
6
ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli
Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun
başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin
kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman
preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Ulu öndərin
15 iyul 2000-ci il tarixli fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın
yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə
qarşı mübarizə üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən
irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət orqanları arasında qarşılıqlı
əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə
xüsusi Dövlət Komissiyası yaradılmışdır. 2000-ci ildə Azərbaycan Respublikası
Avropa Şurasına tam-hüquqlu üzv olduqdan sonra Avropa və dünya birliyinə
inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə
“Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramı
fəaliyyətə başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun qəbul olunmuşdur.
2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların
tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və
Azərbaycan Respublikasının Prezidenti İlham 12 Əliyev cənabları tərəfindən
imzalanmışdır. Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə
təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində
müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu
istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Qanunun başlıca
əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop
maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması,
buraxılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair
sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik
vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın
hazırlanması qanunla qadağan edilmişdir. Qanunun 9-cu maddəsində narkotik
vasitələrin və ya psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya
Mərkəzinin yaradılmasından, informasiya orqanlarının qarşısında qoyulan
vəzifələrdən bəhs edilmişdir. Azərbaycan Respublikası ərazisində narkomaniya və
narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən
qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə
uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir.
7
Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə
bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks
etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də
narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır. Azərbaycan
hökuməti daima ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə
uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyətinin
əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir. Ölkə başçısının 28 iyun
2007-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə uzrə Proqram”ın (2007-2012-ci illər) yerinə yetirilməsi
istiqamətində Dövlət Komissiyasının işçi qrupunun müvafiq nazirlik, komitə və
təşkilatlarla birgə gördüyü işlər çox əhəmiyyətlidir. Bunun üçun Təhsil, Gənclər və
İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili
İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət
Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər, Kənd
Təsərrüfatı nazirlikləri və digər qurumlar birgə fəalliyyət göstərməli, müalicə və
reabilitasiya sahəsində profilaktik tədbirlərin səmərəsini artırmalıdırlar. Yalnız bu
təqdirdə narkomaniya və narkobizneslə məşğul olan ayrı-ayrı şəxslərin, dəstələrin
vaxtında ifşa olunmasında, onlara qarşı lazımi profilaktik tədbirlərin həyata
keçirilməsində müvəffəqiyyət əldə etmək mümkündür. Narkotizmlə və
narkobizneslə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsi,
qarşılıqlı təcrübə mübadiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi
səmərəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaşlığın
qloballaşması ilk növbədə müvafiq ölkənin özünün, bilavasitə, milli
təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də milli
təhlükəsizliyin təmin olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə
təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən tədbirlər əsas yerlərdən
birini tutur. Bakıda 2011-ci il 17 oktyabr tarixində “Narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilmiş ikigünlük beynəlxalq
konfrans, bu baxımdan, çox böyük əhəmiyyət kəsb etmişdir. Dünya Gömrük
Təşkilatının (DGT) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
birgə təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən konfransda 42 ölkənin müvafiq
qurumlarının, 7 beynəlxalq təşkilatın 87-dən çox nümayəndəsi iştirak etmişdi.
Tədbirdə müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Azərbaycanda narkotik
vasitələ- rin qanunsuz dövriyyəsinə qarşı mübarizənin həmişə diqqət mərkəzində
olması, narkotiklərlə mübarizə sahəsində təkmilləşdirilmiş normativ hüquqi
bazanın mövcudluğu, ölkəmizin BMT-nin narkotik vasitələr və psixotrop
maddələrlə əlaqədar baza konvensiyalarına qoşulması, bu sahədə məsələləri
8
tənzimləyən çoxsaylı milli qanunvericilik aktlarının qəbul olunması qeyd edilmiş
və yüksək qiymətləndirilmişdir. Narkomaniyanın bəşəri problem olması ilə
əlaqədar Respublikamızın bütün rayon və bölgələrində icra hakimiyyətlərinin
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv
edilməsi üzrə” rayon komissiyalarının 2011-ci il ərzində gördüyü işlər barədə
hesabat xarakterli iclasları da keçirilmişdir. Narkotikləri istər qəbul etmək, istər
gətirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət
tərkibli əməldə ilbəil artım varsa və bu getdikcə gəncləri və yeniyetmələri daha çox
özünə cəlb edirsə onun qarşısının alınması yolunda profilaktik tədbirlərin
görülməsi mütləqdir. Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə
sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq
sistemli şəkildə həyata keçirir.
Narkomaniyaya qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələr
Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən
başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən
narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda
narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki,
narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli
şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin
narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan
uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən
əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bəzən həyətdə,
küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir
göstərir. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin
təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc
və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə
qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq
yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə
dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi
bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya
vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə
kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların
narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda
narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata
keçirilməsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap) formasından istifadə
etmək məqsədəuyğundur. Narkomaniya və narkobiznesə qarşı mübarizə
mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi
9
vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın.
Məsələn: “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən
fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla“, “Gəlin, gələcəyimizi qoruyaq!”,
“Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya və
acınacaqlı həyat” və s. Əgər kitabxananın saytı varsa, ilk növbədə bu “ağ bəla”
haqqında ətraflı məlumat çatdırmaq məqsədilə saytda müxtəlif məlumat bazaları,
video çarxlar, elektron nəşrlər, fotolar yerləşdirmək məqsədəuyğun olardı.
Kitabxanalar saytlarının Elanlar bölməsində keçiriləcək hər bir tədbir haqqında
ətraflı məlumat verməli, tədbirin keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin
adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə
ediləcək ədəbiyyatların siyahısı öz əksini tapmalıdır. Yeniyetmələrlə treninq-
mühazirə keçirilərkən onun hansı yaş qrupu üçün nəzərdə tutulduğu
müəyyənləşdirilməlidir. Bunun üçün kitabxanaçı mövzu üzrə ədəbiyyat
mənbələrini, mühazirədə iştirak edəcək qonaqları əvvəlcədən müəyyən etməli,
dəvətnamə və elan hazırlamalı, videoçarx, məlumat bazaları, elektron sərgilər,
plakatlar və başqa əyani vasitələrin hazırlanması əvvəlcədən müəyyən edilməlidir.
Bu zaman reklamdan da istifadə etmək olar. Yəni rayon ərazisində radio qovşağı,
televiziya vasitəsilə keçiriləcək tədbirlə bağlı məlumat vermək olar. Bütün bunlar
reklam vasitəsi ilə daha ətraflı işıqlandırılaraq əhalinin nəzərinə çatdırılmalıdır.
Tədbirdə icra hakimiyyəti, mədəniyyət şöbəsi, hüquq-mühafizə orqan əməkdaşları
və rayon səhiyyə təşkilatının nümayəndələrinin iştirakı da məqsədəuyğun olardı.
Mühazirədə yuxarı sinif şagirdlərinin, məktəbin müəllim və valideyn heyətinin
iştirakı da mütləqdir. Tədbir aparıcının giriş sözü ilə başlamalı, mühazirənin
mövzusu elan edilməli, dəvət olunmuş qonaqlar təqdim edilməlidir. Giriş
mühazirəsində narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirdən,
onun törətdiyi ağır fəsadlardan, gənclərin sağlam nəsil artırmaq qabiliyyətinə malik
olmamalarından danışılmalıdır. Əlaqədar təşkilatlardan dəvət olunmuş qonaqların
mövzu ətrafında çıxışları, iştirakçıların yazılı formada verəcəkləri sualların onlar
tərəfindən açıqlanması tədbirin daha da maraqlı olmasına səbəb ola bilər. Yaxşı
olardı ki, tədbirdə yeniyetmələrin diqqəti narkotik qəbulunun son halına
yönəldilsin. Onların başa düşəcəyi dildə söhbət aparılsın. Narkotikdən törənən
acınacaqlı faciələrdən danışılsın. Çünki, psixoloqların fikrincə narkomanlar heç
vaxt bu kimi asılılıqlardan, sonrakı fəsadlardan öz yaşıdlarına danışmırlar. Tədbiri
gənc rejissor Vasif Acalovun “Narkomaniyaya yox deyək!” layihəsi əsasında
hazırladığı “Paranormal həyat” adlı qısametrajlı filminin nümayişi ilə bitirmək
olar. Kitabxanada narkomaniya qarşı mübarizə ilə bağlı söhbətlər də keçirilə bilər.
Məsələn, “Narkomaniyaya gedən yol”. Tədbirin uğuru aparıcının savad və
hazırlığından, onun müzakirəyə bütün oxucuları cəlb etmək bacarığından da
asılıdır. Söhbətin keçirilməsində əsas məqsəd oxuculara ictimai siyasi həyatda
10
mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaşmaq, həyatın çətin anlarından
düzgün baş çıxarmalarına köməklik göstərməkdir. Tədbir keçirilərkən oxucuların
“ağ ölümün” zərərləri haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan
amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına xususi fikir
vermək lazımdır. Söhbəti narkomaniyaya aid qəzet və ya jurnal məqalələrinin
oxunuşundan, mövzuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir
söhbətdən, mövzu ilə əlaqədar video çarxın, sənədli filmlərin nümayişindən
başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bütün məsələləri əhatə etməli,
aydın, yaddaqalan misallar, inandırıcı sübutlar göstərməlidir. Belə tədbirlərə
hüquq-mühafizə orqanlarının əməkdaşlarının, səhiyyə işçilərinin, psixoloqların,
narkomanlıqdan nicat yolu tapmış şəxsin də cəlb edilməsi tədbirin lazımi şəkildə
istiqamətləndirilməsində, gənc və yeniyetmələrdə narkomaniya sahəsində
anlayışların düzgün formalaşmasında çox əhəmiyyətlidir. Narkomaniyaya qarşı
mübarizəyə dair oxucu konfranslarının keçirilməsi də vacibdir. Bu zaman
kitabxanaçı-aparıcı keçiriləcək konfransın adını, dinləniləcək çıxışları, dəvət
olunmuş qonaqların siyahısını və mövzu ətrafında dolğun çıxışlarını, tədbir
keçirildiyi ərəfədə istinad edəcəyi görkəmli şəxslərin kəlamlarını, maraqlı fakt və
materiallardan nümunələri əvvəlcədən müəyyənləşdirməli və bütün bunlar
qabaqcadan kitabxanaçı tərəfindən tərtib olunmuş planda öz əksini tapmalıdır.
Tədbir zamanı narkomaniyaya düçar olmuş insanların acınacaqlı aqibətlərini əks
etdirən sənədli filmlərin nümayişini də təşkil etmək olar. Narkomaniyaya qarşı
mübarizə mövzusunda kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son
dövrdə nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi təşkil
olunmalıdır. Kitab icmalı keçirərkən hər kitaba geniş yer ayrılmalıdır. Məlumdur
ki, kitab müzakirələri və oxucu konfransları uşaq kitabxanaları üçün kitab
təbliğində böyük əhəmiyyət daşıyır. Bunlar məktəbli oxucuların formalaşmasına,
dünyagörüşlərinə və əxlaq tərbiyəsinə böyük təsir göstərir. Məhz buna görə də
alkoqolizm, QİÇS və narkomaniya ilə mübarizəyə həsr edilmiş mövzularda olan
tədbirlərin keçirilməsinə xüsusi diqqətlə yanaşmaq lazımdır.Qeyd etmək lazımdır
ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların yaş,
bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə
başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək
bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab
müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq
lazımdır. Oxucular üçün qeyd etdiyimiz mövzulardan bəhs edən ədəbiyyatın
müzakirəsini, onların mütaliə marağını artırmaq və oxuduqlarını dərindən başa
düşmələrini təmin etmək üçün kitabxanaçılara müsahibə, sual-cavab, viktorina
tədbirlərindən istifadə etmələri məsləhət görülür.Düzgün tərbiyə, yaşlıların yaxşı
nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir.
11
Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi hislərin
yaranmasına səbəb olar. Yetkinlik yaşına çatmayanların və gənclərimizin
narkomanlığın faciəli girdabına yuvarlanmaması üçün hər zaman və hər yerdə -
evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə
qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən uzaq olsunlar. Bu zəhərin
dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınıar. Çünki narkotiklər
ölümdür, varlığın qənimi, həyatın sonudur.
Məsələn, “Narkomaniya – gələcəyi olmayan həyat”
mövzusunda kitab icmalı keçirmək olar. Tədbirdə Natiq
Rəsulzadənin son dövrdə nəşr olunmuş “Kabuslar arasında”
kitabının icmalını təşkil etmək olar. İcmalın əvvəlində kitabın
biblioqrafik təsviri, müəllif haqqında məlumat, kitabın
məzmunu, onun keyfiyyətləri və nöqsanlarından yığcam
danışılır, tərbiyəvi əhəmiyyəti qeyd olunur. Tədbirdə kitabın
müəllifi iştirak edərsə bu icmalın daha da təsirli olmasına səbəb olar. Kitabxanada
həmçinin bu mövzuda yazılmış yeni kitabların təqdimatını da keçirmək olar.
Kitabın təqdimat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş sözü ilə başlayır. O, tədbir
iştirakçılarını salamlayaraq, təqdimatın məqsədi, kitabın mövzusunun aktuallığı,
gənc nəslin tərbiyəsindəki rolundan bəhs edir. Aparıcı təqdim olunan kitabın ya
özünü, ya da fotoşəklini nümayiş etdirir. Texniki vasitələri olan olan
kitabxanalarda proyektorun köməyi ilə ekranda kitabın elektron variantı da
nümayiş etdirilə bilər. 10-15 dəqiqə ərzində kitabın kimlər üçün nəzərdə tutulduğu
barədə danışılır, elektron variantda kitabın içindəkilər (mündəricatı) göstərilir.
İştirakçılara kitabın yerləşdiyi İnternet ünvanları haqqında məlumat verilir. Bir
neçə dəqiqə oxucularla dialoq aparılır. Kitabın əhəmiyyəti haqqında rəy və
mülahizələr öyrənilir. Mövzuya uyğun suallar verilir, bu da oxucuların onları
maraqlandıran suallara dolğun cavab tapmasına səbəb olar. Kitabxanalar
narkomaniyaya qarşı mübarizə mövzusu ilə bağlı öz tədbirlərini böyük
auditoriyalarda: məktəblərdə, Gənclər mərkəzlərində, liseylərdə keçirərsə daha da
maraqlı olar. Məsələn: “Narkomaniyaya YOX deyək!” və ya “Narkomaniya – Ağ
ölüm” mövzusunda mövzu gecəsi keçirmək olar.
Mövzu müəyyən olunduqdan sonra kitabxanaçı mövzu ilə
yaxından tanış olmalı, sənədli materiallar, dəqiq faktlar əsasında
tədbirin planını, ssenarisini tərtib etməlidir. Bu səpkidə tədbirin
hazırlanması yaradıcılıq qabiliyyəti tələb edir. Gecə üçün təşkil
olunmuş sərgidə mövzuya uyğun kitabların siyahısını da
iştirakçılara təqdim etmək məqsədəuyğundur. Bu cür tədbirdə
12
məktəbin dram və ya ədəbiyyat dərnəyinin üzvlərinin, kitabxananın fəal
oxucularının iştirakı ilə dramaturq Arzu Soltanın ssenarisi əsasında tamaşaya
qoyulmuş “Həyatla oyun” əsərindən səhnəciklər göstərmək, şeir parçaları
səsləndirmək, sənədli filmlərin nümayişini təşkil etmək olar. Kitabxanada
narkomaniya mövzusunda “Sual-cavab gecəsi” keçirərkən əvvəl mövzunun
mahiyyətini, əhəmiyyətini açan kitablar seçilməli, qoyulacaq suallar əvvəlcədən
müəyyənləşdirilməlidir. Tədbirin məktəblilər arasında keçirilməsi daha
məqsədəuyğun olardı. Sorğu keçirilərkən uşaqların yaş xüsusiyyətləri nəzərə
alınmalıdır. Sualların qabaqcadan müəyyənləşdirilməsinə baxmayaraq, tədbir
zamanı yeni sualların meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların
suallarını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu onlara
sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tapmalarına imkan verər.
Qoyulan
sualların
əhatəli
şəkildə
işıqlandırılmasını,
müzakirəsini,
cavablandırılmasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını,
səhiyyə işçilərini, müəllim kollektivini, valideyn heyətini də tədbirə dəvət etmək
çox yerinə düşərdi. Həmçinin, verilən suallara daha ətraflı cavab vermək üçün
sual-cavab gecələrində əyani materiallardan, fotomontajlardan, kitab vitrin və
sərgilərindən istifadə etmək, mövzu ilə bağlı ədəbiyyatları dinləyicilərə tövsiyə
etmək çox vacibdir. “Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar”
mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar ətrafında müzakirə
aparmaq olar. Müsahibə zamanı təqdim oluacaq sualları sizə təqdim edirik.
1.
Özünüzü təqdim edin. Harda təhsil alırsınız?
2.
Tez-tezmi kitabxanalara müraciət edirsiniz?
3.
Hansı janrda olan ədəbiyyata daha çox üstünlük verirsiniz?
4.
Narkomaniya mövzusuna əsərlərində müraciət edən yazıçılardan kimləri
tanıyırsınız?
5.
Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir?
6.
Narkomaniyaya qarşı mübarizə mövzusunda hansı yazıçıların əsərlərini
oxumusunuz?
7.
Sizin fikrinizcə Narkomaniyaya qarşı mübarizənin ən önəmli atributları
nələrdir?
8.
Narkomaniyadan bəhs edən əsərlərdən hansılarının adını çəkə bilərsiniz?
9.
Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz?
10.
Sizin fikrinizcə gələcəyimiz olan uşaqları bu bəladan necə qorumalıyıq?
11.
Siz və təhsil aldığınız müəssisə narkomaniyaya qarşı mübarizə mövzusunda
nə kimi işlər görmüsünüz?
12.
Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir?
13.
Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir?
13
14.
Narkomaniya mövzusunda Azərbaycan gənclərinə nə tövsiyyə edərdiniz?
15.
Azərbaycanımızı necə görmək istərdiniz?
16.
Sizcə Azərbaycan gəncliyi narkomaniyaya qarşı mübarizədə nə kimi
yeniliklər etməlidir?
17.
Asudə vaxtlarınızı necə keçirirsiniz?
18.
Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir?
19.
Ən çox sevdiyiniz məşğuliyyət nədir?
20.
Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz?
21.
Bəs gələcəkdə hansı mövqedə olmaq istərdiniz?
22.
Siz gələcəkdə öz ixtisasınız üzrə mütəxəssis ola biləcəksinizmi?
23.
Narkomaniyaya qarşı mübarizə mövzusuna siz nə təkliflər verə bilərsiniz?
24.
Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı
haqqında nə bilirsiniz?
25.
Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?
26.
Siz gələcəyinizi necə görmək istərdiniz?
27.
Sizin fikrinizcə pis vərdişlərdən qorunmaq üçün gənclərimiz nə etməlidir?
Sual-cavab gecəsi cavabların auditoriyanı nə dərəcədə qane etməsi, növbəti
gecənin hansı mövzuya həsr olunması və nəhayət, aparıcının yekun sözləri ilə bitir.
Tədbirdə “Narkomaniyaya Yox deyək!” adlı kitab sərgisi də təşkil etmək lazımdır.
Sərgidə aşağıdakı kəlamlardan istifadə etmək olar:
“İnsanların çoxunun dəyərini bilmədiyi iki şey vardır: sağlamlıqları və
zamanları...”
Hz. Məhəmməd Peyğəmbər
“Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir! İnsanın
sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.”
Ulu öndər Heydər Əliyev
14
Təşkil olunmuş kitab sərgiləri mövzu ilə əlaqədar bir oyanış, çağırış, ayıqlıq
xarakteri daşımalı, maraqlı olmalı və kitabxananın elə bir yerində təşkil
olunmalıdır ki, oxucuların diqqətindən yayınmasın və hər zaman onları sağlam
həyat tərzi keçirməyə, pis vərdişlərdən uzaq olmağa səsləsin. Sərgilərin təşkil
edilməsində əsas məqsəd mövzuya dair ədəbiyyat və
sənədləri oxucuya asanlıqla axtarıb tapmaqda
yardımçı olmaqdır. Ümumiyyətlə, kitabxanaçı
narkomaniyaya dair istənilən tədbir keçirərkən, ilk
növbədə
gənc
və
yeniyetmələrin
diqqətini
narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir.
Onun ağır fəsadları, ailənin başına gələ biləcək müsibətlər və nəhayət, şəxsin öz
taleyi, sonrakı işgəncəli həyatı bütün açıqlığı ilə oxucuların nəzərinə
çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca məqsədi ondan ibarət olmalıdır ki,
gənc və yeniyetmələr sonrakı faciəli həyatlarını bir neçə saatlıq həzzə qurban
verməsinlər. Onlar bir neçə saatlıq sevincin arxasında necə böyük bir fəlakətin
olduğunu heç vaxt unutmamalıdırlar. Günümüzün aktual problemlərindən biri də
insan oğlunun narkomaniya kimi bir bəlanım qarşısında aciz qalmasıdır.
Bəşəriyyəti narahat edən bu qlobal problemlə bütün dünya xalqları mübarizə
aparır. Oxucuların saglam həyat tərzi yaşamaları üçün kitabxanaçılar
narkomaniyaya meylliliyi aradan qaldırmaq məqsədilə geniş maarifləndirici
tədbirlər həyata keçirirlər.
Bəli, narkomaniya müasir dövrün ən böyük bəlalarındandır. Narkotik maddələrin
müntəzəm surətdə orqanizmə yeridilməsi insanda fiziki və psixi funksiyaların
pozulmasına gətirib çıxarır. Çünki narkotiklərin qəbulu orqanizmin bütün üzvlərini
zədələyir və onun dağılmasına səbəb olur. Gənclər çox vaxt təcrübəsiz olduqlarına
görə alkoqolizmə və narkomaniyaya düçar olurlar. Bu bəlaların məhvedici
nəticələrinin gənclərə vaxtında başa salınması, onların mənəvi cəhətdən düzgün
tərbiyəsi belə neqativ halların aradan qaldırılmasına nə qədər böyük kömək göstərə
bilərdi. Bu işdə kitabxanaçılar da fəal iştirak etməli, maarifləndirmə işlərinə kömək
göstərməlidir. Yeniyetmələri mənəvi cəhətdən yoxsullaşmağa qoymamaq, onları
cəmiyyət üçün layiqli şəxsiyyətlər kimi yetişdirmək kitabxanaçıların qarşısında
duran ən ümdə vəzifələrdən biri olmalıdır. Yeniyetmə bilməlidir ki, narkoman
cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. Narkomaniya ürək-damar
sistemində, qaraciyərdə geri dönməyən proseslər törədir. Narkomaniyaya tutulmuş
orqanizm tədricən dağılır, bu nəhayət ölümlə nəticələnir. Bütün bunları nəzərə
alaraq, narkomaniyanın müalicəsinə tez başlamaq lazımdır. Çünki pozulmuş
funksiyaların bərpası gecikdirilərsə, müalicə çətinləşə bilər. Düşünmək lazımdır ki,
gələcək bu gündən sağlam nəsil gözləyir.
15
Narkomaniya xəstəliyinə yoluxanlara diqqət və mərhəmətimizi bir an belə
əsirgəməməli, onların dözülməz ağrı və iztirablarına biganə qalmamalı,
sarsıntılarını aradan qaldırmalı, onları saglam həyata qaytarmaq üçün əlimizdən
gələni etməliyik. Bu məqsədlə yeni müalicə üsulları aranmalı, tibbi axtarışlar
davam etdirilməli, mövcud mübarizə vasitələrindən geniş istifadə olunmalıdır.
Məktəbliləri bu pis vərdişlərdən uzaqlaşdırmaq üçün onların arasında
“Narkomaniyaya yox deyek!” mövzusunda inşa müsabiqəsinin keçirilməsi yaxşı
nəticələr verə bilər. Mövzunu işləyərkən uşaqlar müvafiq ədəbiyyatı oxuyub,
internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-istəməz onlara
narkomaniya və alkoqolizmin pis vərdişləri ilə bağlı məlumatlanmasına səbəb
olacaq. Nəticələr yoxlanıldıqdan sonra ilk üç yerin sahibi mükafatlandırılarsa bu
uşaqların öz hüquqlarını öyrənmək həvəsini daha da artırar. Eyni adda rəsm
müsabiqəsinin keçirilməsi də yaxşı nəticələr verər.
Məktəblərdə valideynlərlə görüşün təşkil edilməsi də bu sahədə böyük
irəliləyişlərə səbəb olar. Valideynlər uşaqların və onların fiziki əqli inkişafının
qayğısına qalmağa və onları vətənin laiqli vətəndaşı kimi böyütməyə borcludurlar.
Valideynlər öz hüquq və vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün
istiqamətləndirməlidirlər. Məktəblilərlə “Narkomaniyaya yox deyək!? ” adlı
disputun keçirilməsi yaxşı nəticələrə gətirib çıxarar. Belə ki, uşaqlarla bu haqda
söhbətin aparılması onların bu sahədə maariflənməsinə kömək edə bilər. Tədbirə
hər hansı bir uşaq hüquqları təşkilatının nümayəndəsini dəvət edərək uşaqları
maraqlandıran sualların cavablandırılmasına şərait yaratmaq da məqsədə
uyğundur. Uşaqlarla bu mövzuda danışarkən slaydlardan istifadə olunması,
narkomaniyanın fəsadlarının daha yaxşı başa düşmələrinə yardımçı olar. Bu
məqsədlə müvafiq slaydları da onlara təqdim etmək olar. Narkomaniya ilə bərabər
məktəblilərə alkoqolizm və papirosun da insan orqanizmine vurduğu ziyanlardan
danışmaq lazımdır.
Narkomaniya və alkoqolizmin pis vərdişlərini özündə əks etdirən
İsmayıl Qarayevin “Məni tanıdınmi?”, kimi əsərlərinin oxuculara
tövsiyə olunması məqsədəuyğun ola bilər. Belə ki, bu əsərlərin hər
birində insanların acınacaqlı vəziyyəti, bir parça çörək uğrunda
qatlaşdıqları iztirab, təhsil ala bilməmələri hazırki dövr üçün də
16
müəyyən qədər xarakterikdir. Məlumdur ki, kitab müzakirələri və oxucu
konfransları uşaq kitabxanaları üçün kitab təbliğində böyük əhəmiyyət daşıyır.
Bunlar məktəbli oxucuların formalaşmasına, dünyagörüşlərinə və əxlaq tərbiyəsinə
böyük təsir göstərir. Alkoqolizm, QİÇS və narkomaniya ilə mübarizəyə həsr
edilmiş mövzularda olan tədbirlərin keçirilməsi də yerinə düşər. Belə zəhərli, pis
vərdişlərdən uzaq olmanın ən asan yolu uşaqlarımızı idmana həvəsləndirmək, boş
vaxtlarını idmanla bağlı əyləncəli oyunlarla keçirməsinə çalışmalıyıq.Qeyd etmək
lazımdır ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların
yaş, bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil
surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək
bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab
müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq
lazımdır. Oxucular üçün qeyd etdiyimiz mövzulardan bəhs edən ədəbiyyatın
müzakirəsini, onların mütaliə marağını artırmaq və oxuduqlarını dərindən başa
düşmələrini təmin etmək üçün kitabxanaçılara müsahibə, sual-cavab, viktorina
tədbirlərindən istifadə etmələri məsləhət görülür.
Düzgün tərbiyə, yaşlıların yaxşı
nümunəsi yeniyetməni güclü, mənəvi
cəhətdən möhkəm, xeyirxah edir.
Tərbiyəsizlik, yaxud pis tərbiyə
yetkinlik yaşına çatmayanlarda mənfi
hislərin yaranmasına səbəb olar.
Gənclərin
mənəvi-əxlaq
tərbiyəsi,
onlar
arasında
cinayətkarlığın,
narkomaniyanın
və digər mənfi
meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil-tərbiyə
müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir.
F. Köçərli adına RUK-sı olaraq kitabxanamızda vaxtaşırı bu mövzuya müraciət
olunur, narkomaniyaya qarşı təbliğat işləri aparılır. Sona Xəyalın kitabından
götürülmüş “İnsanın düzgün tərbiyəsi, sağlamlığı, cəmiyyətdə saf mövqeyi
qarşıda duran ən böyük vəzifələrdən biridir. Bu vəzifənin yerinə yetirilməsi üçün
cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Heç kəs bu işdən kənarda
qalmamalıdır. Düşünmək lazımdır ki, gələcək bu gündən başlayır” sözləri
kitabxanaçıların qarşısında duran məsuliyyətli bir vəzifəni həyata keçirməyə sövq
edir.
Məsələn: F.Köçərli adına Respublika Uşaq kitabxanası Azərbaycan Respublikası
Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Sərəncamı ilə təsdiq edilmiş
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci
17
illər)”ın tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək və Azərbaycan
Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin
icrasını təmin etmək məqsədi ilə "Narkomaniyaya yox deyək!" devizi altında
tədbirlər planına uyğun olaraq məktəblərdə, internat və uşaq evlərində tədbirlər
keçirmişdir. Gəlin, gördüyümüz bu səmərəli fəaliyyətimizə qısa nəzər salaq.
2011-ci il aprelin 26-da F.Köçərli adına
Respublika
Uşaq
Kitabxanasında
Dostları ilə paylaş: |