AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
АZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
“HİDRAVLiKA VƏ İSTİLİK TEXNİKASI”
kafedrası
“İ S T İ L İ K T E X N İ K A S I”
fənni üzrə
MÜHAZİRƏ
İxtisas: 050630 “Mexanika mühəndisliyi”, 050612 “Maşın mühəndisliyi”.
Kurs: - 3
Semestr: - 4
Qrup(lar): -588a2
Mühazirələr : -30 saat
Müəllim: prof.Talıbov M.A.
BAKI - 2020
MÜHAZİRƏ 2.
Əsas hal parametrləri.
Baxılan halda cismin halını xarakterizə edən kəmiyyətlər hal parametrləri adlanır. Adətən cismin halı təzyiq, temperatur və həcm ilə təyin olunur.
Təzyiq. Qazların moleykulyar-kinetik nəzəriyyəsinə görə təzyiq, qazın yerləşdiyi qabın divarına molekulların endirdiyi zərbələrin yekunudur. Bu təzyiq mütləq təzyiq adlanır. Əgər qazın təzyiqi atmosfer təzyiqindən böyük olarsa
Burada B- atmosfer təzyiqi (barometrlə ölçülür);
pman – izafi təzyiqdir (manometrlə ölçülür).
Qazın təzyiqi atmosfer təzyiqindən kiçik olduğu halda
Burada pvak – vakuum təzyiqidir (vakuummetrlə ölçülür).
Təzyiq vahid sahəyə düşən qüvvə ilə ölçülür. Təzyiqin müxtəlif ölçü vahidləri və onların arasında nisbətlər cədvəl 1.1 – də göstərilmişdir.
Təzyiqin müxtəlif ölçü vahidləri və onların arasındakı nisbətlər.
Cədvəl 1.1
Ölçü vahidləri
|
|
Bar
(105 N/m2)
|
Texniki atmosfer (at)
|
Fiziki atmosfer (atm)
|
1 N/m2
|
1
|
10-5
|
1,01972∙10-5
|
0,98692∙10-5
|
1bar
|
105
|
1
|
1,01972
|
0,98692
|
1at (1 )
|
98066,5
|
0,980665
|
1
|
0,96784
|
1atm (fiz)
|
101325
|
1,01325
|
1,03323
|
1
|
10 m su süt
|
98066,5
|
0,980665
|
1
|
0,96784
|
1 m civ süt
|
133322
|
1,33322
|
1,35951
|
1,31579
|
Cədvəldə su sütunu suyun 40 C, civə sütunu isə civənin 00 C temperaturuna uyğundur.
Temperatur 00C-dən fərqli olduğu halda civə sütunun 00 C temperaturuna gətirilməsi üçün aşağıdakı düsturdan istifadə etmək olar:
Burada H0 – cihazın 00 C temperaturuna gətirilmiş göstərişi;
H – cihazın t0 C temperaturdakı göstərişidir.
Həcm. Cismin ixtiyari m, kq kütləsinin V, m3 həcmi mütləq həcm adlanır. Vahid kütlənin həcminə isə xüsusi həcm deyilir.
Xüsusi həcmin tərs qiyməti
sıxlıq adlanır.
Temperatur. Temperatur cismin qızma dərəcəsinin meyarıdır. Praktiki məqsədlər üçün beynəlxalq praktiki temperatur şkalasından istifadə olunur. Əgər temperatur 00 C-dən başlayaraq ölçülübsə, onu t ilə, yox əgər mütləq şkala üzrə mütləq sıfırdan ölçülübsə T ilə işarə olunur və mütləq temperatur adlanır. Bunların aşağısındakı asıllıq aşağıdakı kimidir
ABŞ və İngiltərədə Farangeyt şkalasından istifadə olunur (0F). Belə ki,
Dostları ilə paylaş: |