Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti SƏRBƏst iŞ Fakültə: Tarix İxtisas: Tarix Fənn: Etnoqrafiyanın əsasları



Yüklə 23,53 Kb.
tarix02.01.2022
ölçüsü23,53 Kb.
#39161
19 Ə. AZƏRBAYCANDA MALDARLIQ


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə: Tarix

İxtisas: Tarix

Fənn: Etnoqrafiyanın əsasları

Tələbə: Elçin Ağamirzəyev

Müəllim: Rəna ibrahimova

BAKI-2021



19-CU ƏSRDƏ AZƏRBAYCANDA MALDARLIQ

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.

Maddi istehsalın ən qədim sahələrindən biri olan maldarlıq təsərrüfatının yaranmasından sonra, insanların həyat uğrunda mübarizə işi əhəmiyyətli dərəcədə asanlaşmış və bununla əlaqədar olaraq eykumenanın ərazisi də xeyli genişlənmişdir. Maldarlıq ən qədim dövrlərdən bəri insanları həyat üçün zəruri olan yaşayış vasitələri ilə təmin etdiyinə görə, əkinçilikdən sonra onun böyük iqtisadi əhəmiyyəti olmuşdur. Dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişdir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz bu zəmin əsasında təşəkkül tapmışdır. Maldarlıq təsərrüfatı xalqımızın iqtisadi tarixinin inkişafında böyük həyati əməli əhəmiyyət kəsb etmişdir.

Mədəni dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim  və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişldir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz vuz əmin əsasında təşəkkül tapmışdır.

Yerli əhalinin müxtəlif təsərrüfat sahələrini. Başlıca olaraq əkinçiliyi və maldarlığı bacarıqla əlaqələndirməsi nəticəsində. Azərbaycanın relyef simasına xas olan dağlıq, dağətəyi və aran –düzən ərazlərdə maldarlığın spesifik ənənəvi mədəni təsərrüfat formaları var.

Azərbaycanın təbiəti, onun relyefinin mürəkkəbliyi üzündən olduqca rəngarəngdir. Ərazinin yarıdan çoxu dağ massivləri və yüksəkliklərdən ivarətdir. Burada vaşı daima qarla örttülü olan yüksək dağ zirvələri ilə yanaşı dəniz səviyyəsindən xeyli aşağıda yerləşən düzən ərazilər də vardır. Burada maldarlığın inkişafı üçün ən əlverihli ərazilərdən biri Kür-Araz ovalığına daxil olan Xəzər düzənliyidir Ki, onun otlaqlarından əsrlər boyu nəinki azərbaycan maldarları, hətta qonşu  Gürcüstan və bədnam erməni maldarları qışlaq kimi istifadə etmişlər. Xəzər düzənliyi Yevlaxdan Xəzər dənizinədək uzanan, Baş qafqaz sıra dağlarından tutmuş, Talış dağlarına qədər enlənən geniş bir ərazini əhatə edir. Bu ərazilərdən keən Kür və Araz çayları Xəzər düzənliyini üç hissəyə: Şirvan, Muğan və Mil (Qarabağ) düzünə ayırır.

Azərbaycan maldarlığının üç ənənəvi forması və bunlardan irəli gələn səciyyəvi tipləri vardır. Düzən, dağlıq və dağətəyi tipli oturaq maldarlıq: köçmə, yarım köçəri və ya tərəkəmə. Azərbaycan maldarlığının ən qədim və ənənəvi formalardan biri oturaq maldarlıqdır. Bu şəraitdə mal-qara ilin bütün fəsillərmində iqlim şəraitindən asılı olaraq, kəndin özündə və ya ondan bir qədər aralıda yerləşən örtülü və açıq sığınacaqlarda saxlanılırdı. Maldarlığın müxtəlif tiplərindən asılı olmayaraq oturaq əhali əsasən əkinçiliklə məşğul olurdu. Bunlar maldarlıqdan əlavə taxıl əkinçiliyi ilə yanaşı bağçılıq, bostançılıq, tərəvəzçilik və texniki bitkilərin becərilməsi ilə də məşğul olurdular.

Oturaq maldarlığın düzən tipini səciyyələndirən mədəni-təsərrüfat kompleksləri başlıcı olaraq Kür, Gəncəbasar və Xəzər ovalıqlarında yayılmışdır. Mülayim iqlim heyvanların demək olar ki, bütün il boyu açıq havada saxlanılmasını təmin edirdi.

Dağətəyi maldarlıq tipi kompleksinin fəaliyyəti zamanı sahibkarlar yay vaxtı öz əkin və biçin işləri ilə məşğul olarkən mal-qaranı kənddən aralı dağlıq ərazilərə çıxarırdılar. 2-3 ay yaylaqda qaldıqdan sonra, olar öz heyvanları ilə yenidən arana enirdilər.

Maldarlığın köçmə otlaq forması da əsasən oturaq maldarlara məxsus olan kompleks təsərrüfat forması olmuşdur. Köçmə təsərrüfat şəraitində də iş heyvanlarının zəruri hissəsi istisna olmaqla qalanları bir neçə ay müddətinə uzaq yaylaq və qışlaq yerlərinə aparılırdılar. Bu təsərrüfat forması daşıyıcılarının da birincilər kimi daimi yaşayış məskənləri, fundamental xarakterli evləri, əkin-biçin sahələri, oturaq xarakterli təsərrüfat məişət avadanlıqları vardır.

Məlum olduğu kimi Azərbaycan ərazisində padarlar və şahsevənlər yaşayırlar. Onların təsərrüfat formaları köçmə maldarlıq təsərrüfatı səciyyəsi daşısa da burada köçəri həyat tərzi atribunları saxlanılırdı. Bu cür təsərrüfat formasına tərəkəmə deyilir. Tərəkəmələrin evləri qış və yay evlərinə ayrılmaqla müvəqqəti xarakter daşıyan alaçıqlardan ibarət idi. Onların məişət əşyaları da köçəri həyat tərzinə uyğunlaşmışdı. Bütün bunlara baxmayaraq tərəkəmə təsərrüfatını qətiyyən köçəri təsərrüfat kimi səciyyələndirmək olmaz. Çünki onların daimi yaşayış məskənləri, daimi qışlaq və yaylaq otlaq sahələri, daimi köç yolları vardır. Hətta arxiv sənədlərinin göstərdiyi kimi tərəkəmə təsərrüfatları az miqdarda olsa da belə hər halda müəyyən miqdar əkin sahələrinə də malik idilər.

Qeyd etmək lazımdır ki, bu təsərrüfat formaları, yəni əkinçilik və maldarlıq  bir-birindən, habelə digər təsərrüfat sahələrindən təcrd olunmuş formalar deyildir. Bunlar vahid bir sosial iqtisadi təsərrüfat komplekslərinin bir-birilə qismən əlaqələndirilmiş sahələri idi. Bu sahələr həmişə bir-birini tamamlamış və bir-birini şərtləndirmişdir.



ƏDƏBİYYAT

  1. N. Quliyeva, Etnologiya və etnoqrafiya. Bakı, 2009;

  2. H.Həvilov, Azərbaycan etnoqrafiyası. Бакы. 1991;

Yüklə 23,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin