Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü IL tarixli



Yüklə 16,29 Kb.
səhifə1/7
tarix25.12.2016
ölçüsü16,29 Kb.
#2876
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

Kollegiyasının “15” may 2014-cü il tarixli,

“24/3” nömrəli qərarı ilə təsdiq edilmişdir.

9 nömrəli Əlavə

 


 

Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

 

İNZİBATİ REQLAMENT

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin qəbulundan ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinin ikinci abzası;

1.3.2. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi

1.3.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.32-cı bəndi.


Yüklə 16,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin