Azərbaycan Respublkasi Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti



Yüklə 13,45 Kb.
tarix19.12.2023
ölçüsü13,45 Kb.
#185034
aile yoxsa karyera


Azərbaycan Respublkasi Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti

R E F E R A T
Ailə yoxsa karyera

Karyera, yoxsa ailə həyatı deyə bir sual hər zaman insanları düşündürüb, bu mövzu həmişə aktual olub və aktual olaraq da qalır. Bir sözlə, insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də məhz ailə və karyeradır. Heç şübhəsiz ki, karyera insan həyatında çox önəm kəsb edir və ehtimal ki, insanları da seçim qarşısnda qoyan məhz budur. 
İş xanımlarını ən çox düşündürən sual budur: ailə və karyera hər ikisinə eyni zamanı ayırmaq mümkündürmü? Bu suala cavab axtaranacan onlar tənhalıqla üzləşmiş olurlar. Lakin həqiqətən ailə və karyeranı birləşdirmək mümkündürmü?
Qədimdə xanımların işi daha çətin olduğundan onlar hər ikisinə eyni vaxtı ayıra bilməzdilər. Həm evdar həm də iş həyatı ikisi bir yerdə mümkün deyildi. Lakin müasir zamanda çatdırmaq bu qədər mümkünsüzdür?
Müasir zamanda hər şey ilk öncə texnologiya inkişaf etdiyindən qadının ev işləri ilə məşğul olması daha da yüngülləşmişdir. Artıq bir çox iş əl ilə deyil məhz texnologiyanın köməkliyi ilə yerinə yetirilmiş olur.
Lakin buna baxmayaraq elə işlər vardır ki, sadəcə olaraq diqqət tələb edir. Bu da yalnız qadının öhdəsinədir. Bəs karyera? Hal-hazırda hər bir qadın mükəmməl karyerası olması üçün çalışmaqdadır və bunu arzu edir. Statistika göstərir ki, gənc xanımlar ailə qurmaqdan çox gələcəyi üçün mükəmməl karyera arzulamaqdadır və bunun üçün can atır. Mükəmməl karyeraya sahib olan qadın mükəmməl ailəyə sahib ola bilərmi? Əgər qadın zamanın çox hissəsini ailəsinə deyil iş həyatına həsr edirsə o zaman onun necə mükəmməl ailəsi ola bilər?
İnsanlıq mövcüd olan gündən kişi zəhmətsevər və çalışqanlığı ilə seçilən eyni zamanda mükəmməl karyera quran nümayənələr kimi tanınmışlar. müasir zamanda hər şey dəyişdiyi kimi məgər bu da dəyişmişdir? artıq kişilər üçün karyera bir o qədər də mühüm əhəmiyyət kəsb etmir nəinki qadınlar üçün bunu statistika belə göstərir.
Qadın bu arzusunu reallaşdıra bildiyi zaman yalnız iş həyatını düşünür, yeni planlar, yeni iş əməliyyatları yeni struktur bütün fikir və düşünclər yalnız işlə bağlıdır. Bəs ailə? Bu zaman o ailə üçün vacib və mütləq olanları düşünə bilərmi? Uşaqların tərbiyəsi, dərs evdar işlər və s. Sübuta yetirilmişdir mükəmməl ailəyə sahib qadınlar mükəmməl karyeraya sahib ola bilməzlər bu faktdır. İkisi birində mümkün deyildir, çünki fikir, düşüncə, ideya yalnız bir istiqamətə yönəldilməlidir.
Hər bir halda qurulan karyera mükəmməl ailə təməllərinə xidmət etməlidir. Saglam ailə saglan cəmiyyətin, saglam cəmiyyət isə güclü dövlətin əsasıdır.
Yüklə 13,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin