Şirin Bünyadova MÖvzu: “Ailə anlayışı və amilləri”



Yüklə 20,42 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü20,42 Kb.
#42152
  1   2
aile anlayisi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Tarix fakültəsi

Şirin Bünyadova

MÖVZU: “Ailə anlayışı və amilləri”

Ailə - sosiologiyanın çox mühüm bölmələrindən biridir. Ailənin öyrənilməsinin əsası XIX əsrin ortalarında qoyulmuşdur. Həmin vaxt iki məşhur Avropa statist alimi Rilz və F.Le Ple ailənin strukturuna urbanizasiya, təhsil və din kimi sosial amillərin təsirinin miqyaslı empirik tədqiqini aparmışlar. Ailə probleminə diqqət zəifləmir, çünki ailə unikal, nadir qurumdur: ailə - özünün fəaliyyət və inkişaf qanunauyğunluqları olan qrupdur və eyni zamanda sosial institutdur, özü də ən qədim və əhəmiyyətli.

Sosial qrup olaraq ailəni öyrənərkən sosioloqlar şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqəsini ilkin, şəxsiyyətlərarası münasibətlər səviyyəsində nəzərdən keçirirlər. Empirik tədqiqatlar diqqəti müxtəlif sosial və ailə situasiyalarında ailə üzvlərinin qarşılıqlı təsirləri üzərində, ailə həyatının təşkili və onun sabitliyi amilləri üzərində cəmləşdirirlər.

Ailə - insanların qrup halında həyatının başlanğıc formasıdır ki, burada cəmiyyətdə yaşamaq bacarığı formalaşır. Ailəni digər sosial qruplarla müqayisə edərkən bu mühüm fərqi qeyd etmək lazımdır: digər sosial qruplar mədəniyyətin “ixtiralarıdır”, bunların da mövcudluq sferası ictimai həyatdır; ailənin sferası isə şəxsi həyatdır. Sosioloqlar ailəni elə bir sosial qrup kimi müəyyənləşdirirlər ki, bu qrupun üzvləri qohumluq, nikah və yaxud övladlığa götürmək telləri ilə bir-biri ilə bağlıdırlar və iqtisadi əməkdaşlıq və uşaqlara qayğı əsasında birgə həyatı təşkil edirlər. E.Giddensə görə ailə cəmiyyətin bir-birini sosial cəhətdən, iqtisadi və psixoloji cəhətdən müdafiə edən və ya yardım göstərən özək kimi bir-birini identifikasiya edən insanlardan ibarət özəyidir. Ailənin fərqləndirici xüsusiyyəti təsərrüfatın birlikdə aparılmasıdır.


Yüklə 20,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin