2010-cu ilin Ümumdünya sağlamliq güNÜ 1000



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
tarix24.01.2017
ölçüsü0,9 Mb.
#6293

2010-cu ilin ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ 

    

1000

 

ŞƏHƏR

                                                     



1000

 

HƏYAT

ŞƏHƏRLƏRİN SAĞLAM OLMASI 

VACİBDİR

 

ŞƏHƏRLƏRİN SAĞLAMLAŞDIRILMASI UĞRUNDA MÜBARİZƏ

3 milyarddan çox insan şəhərlərdə yaşayır

2007-ci ildə bəşəriyyətin tarixində ilk dəfə olaraq şəhərlərdə yaşayan dünya əhalisinin 

sayı ümumi əhalinin 50%-dən çoxunu təşkil etdi və bu rəqəm artmaqda davam edir. 2030-cu 

ilədək hər on nəfərdən altısı şəhər sakini olacaq, 2050-ci ilədək isə bu göstərici artaraq hər on 

nəfərdən   yeddisini   təşkil   edəcək.   Urbanizasiya   problem   kimi   qalmaqda   davam   edir.   Bu, 

yaşadığımız dünyanın ayrılmaz bir hissəsinə çevrilən dönməz tendensiyadır. “Urbanizasiya və 

sağlamlıq”   mövzusu   Ümumdünya   Sağlamlıq   Günü   üçün   urbanizasiyanın   bütünlükdə   dünya 

əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsirinin etirafı rəmzi olaraq 

seçilmişdir. Urbanizasiya bir çox səhiyyə problemləri ilə, o cümlədən su, ətraf mühit, zorakılıq 

və   travmalar,   qeyri-infeksion   xəstəliklər   və   onların   risk   faktorları   olan   tütünçəkmə,   düzgün 

qidalanmama, fiziki aktivliyin  olmaması, spirtli içkilərin sui-istifasdəsi, eləcə də xəstəliklərin 

əmələ gəlməsi ilə bağlı təhlükələrlə əlaqələndirilir. Dünyanın daha çox urbanizasiya etməsi ilə 

biz mövcud vəziyyətin səhhətimizə həm müsbət, həm də mənfi təsirini də nəzərə almalıyıq. Əlli 

il nə etmək barədə düşünmək əvəzinə biz böyüməkdə olan şəhərlərin sağlamlıq şəhərləri olması 

üçün bu gün zəruri tədbirlər görə bilərik.

ƏSAS FAKTLAR VƏ TENDENSİYALAR

Həqiqətən  növbəti   30   ildə   bütünlüklə   əhalinin 

sayının artımı şəhərlərin ərazisində baş verəcək

Şəhər   əhalisinin   sürətli   artımı   21-ci   əsrdə   səhiyyənin 

qarşısında duran ən vacib məsələlərdən biri olacaq. Yer kürəsi 

əhalisinin yarısından çoxu hal-hazırda şəhərlərdə yaşayır. 2030-

cu   ilədək   hər   on   nəfərdən   altısı   şəhər   sakini   olacaq,   2050-ci 

ilədək   isə   bu   nisbət   artaraq   hər   on   nəfərdən   yeddisini   təşkil 

edəcək.   Bir   çox   hallarda,   xüsusilə   də   inkişaf   edən   ölkələrdə 

urbanizasiyanın   sürəti   bu   dövlətlərin   hökumətləri   tərəfindən 

zəruri   infrastrukturun   yaradılması   imkanlarını   qabaqlayır. 

Plandankənar   urbanizasiya   hazırkı   humanitar   böhranı 

kəskinləşdirə   və   bütün   şəhər   sakinlərinin   sağlamlıq 

təhlükəsizliyinin təminatı sahəsində öz mənfi nəticələrini göstərə 

bilər. 


 

Yoxsul   şəhər   sakinləri   bir   sıra   xəstəliklərdən   və 

sağlamlıqla   bağlı   digər   problemlərdən  çox   əziyyət 

çəkirlər

Sağlamlığın vəziyyəti barədə məlumatlar bir qayda olaraq 

bütün  şəhər  sakinləri  üçün   orta  göstəricilər  almaq  məqsədi  ilə 

cəmləşdirilir və bununla da varlılar və kasıblar arasındakı fərq 

silinir. Bu da yoxsul şəhər sakinlərinin sanitar-gigiyenik yaşayış 

şəraitini gizlədir. Bir milyarddan çox insan (şəhər əhalisinin üçdə 

biri)   şəhər   xarabalıqlarında   yaşayır.   Dünya   Bankının 

qiymətlədirmələrinə əsasən 2035-ci ilədək şəhərlər əsas yoxsulluq məskəninə çevriləcək. Yoxsul 

şəhər sakinlərinin sağlamlıqla bağlı problemləri zorakılıq, xroniki xəstəliklər, vərəm və AİDS 

kimi bir sıra infeksion xəstəliklərin yaranma riskini əhatə edir.



  Şəhər   şəraitində   sağlamlıq   məsələlərinin   xeyrinə 

olan   əsas   amillər   səhiyyə   sektoru   çərçivəsindən 

kənara çıxır

Urbanizasiyanı xüsusiyyətlərinə görə tamamilə müsbət, və 

yaxud   tamamilə   mənfi   məhfum   kimi   qiymətləndirmək   olmaz. 

Səhiyyənin statusuna və digər nəticələrə güclü təsir göstərən  əsas 

amillər, yəni sosial determinantlar şəhərlərdə cəmləşib. Bunlara 

fiziki infrastruktur, səhiyyə və sosial xidmətlərin əlçatanlığı, yerli 

idarəetmə, gəlirin bölüşdürmə xüsusiyyətləri və təhsil sahəsində 

imkanlar   aiddir.   Bu   əsas   sosial   determinantlar   AİDS   və   vərəm   kimi   infeksion   xəstəliklərin, 

xroniki xəstəliklərin (ürək-damar xəsrəlikləri və şəkərli diabet), psixi pozğunluqların, habelə yol-

nəqliyyat hadisələri və zorakılıq zamanı ölüm hallarının yaranmasına səbəb olur. 



 

Şəhərlərdə   sağlamlıqla   bağlı   problemlərin 

yaranmasının ilkin səbəblərinin aradan qaldırılması 

üçün tədbirlər və qərarlar mövcuddur

Şəhərsalma   qurumları  fəal   hərəkət   tələb   edən   nəqliyyat 

vasitələrinə   vəsait   ayırmaqla,   fiziki   aktivliyin   təmin   edilməsi 

məqsədilə   meydançalar   planlaşdırılmaqla,   tütündən   istifadəyə 

nəzarət   edən   qanunvericilik   tətbiq   etməklə   və   təhlükəsiz   qida 

məhsulları   ilə   sağlam   həyat   tərzinin   geniş   yayılmasına   və 

təhlükəsizliyin yüksəlməsinə kömək edə bilər. Şəhərlərdə yaşayış 

rayonlarının   şəraitində,   su   və   kanalizasiya     sistemlərində   şəraitin   yaxşılaşdırılması   insan 

səhhətinə təsir edən risk faktorlarının azaldılması işində öz töhfəsini verəcəkdir. Bütün şəhər 

sakinləri yaşından asılı olmayaraq “hər kəs üçün bərabər imkanlar” yaradan əlçatan və faydalı 

olan şəhərsalmadan qazanacaq. Bu tədbirlər böyük vəsait yox, daha çox bərabər imkanları üstün 

tutmaqla resursların təkrar bölüşdürülməsi öhdəliklərinin qəbul edilməsini tələb edir ki, bu da 

effektivliyin artırılmasına xidmət edəcəkdir.


Cəmiyyətin   müxtəlif   təbəqələrinin   şəhərlərin 

sağlamlaşdırılması ideyası ətrafında birləşməsi

Bütün vətəndaşların sağlam yaşamaq hüququ var. Fiziki 

şəxslər,   vətəndaş   cəmiyyəti   və   hökumətlərin   bu   hüququn 

qorunmasında   rolu   və   məsuliyyəti   var.   İndiki   və   gələcək   nəsil 

şəhər   əhalisinin   sağlamlıq   hüququnun   qorunması   məqsədilə   bələdiyyələrin,   vətəndaş 

cəmiyyətinin   və   ayrı-ayrı   şəxslərin   birləşməsini   təşviq   etmək   lazımdır.   Siyasətin   işlənib 

hazırlanmasında   fəal   iştirakı   etməsi   üçün   cəmiyyətin   müxtəlif   təbəqələrini   birləşdirməklə 

sağlamlığın qorunması  sahəsində daha davamlı nəticələr əldə etmək mümkündür.



 

 Urbanizasiyanın artımı bütün dünyada davam edir

Urbanizasiyanın sürəti son onilliklərdə əhalisinin sayı bir 

milyondan səkkiz milyonadək artan şəhərin nümunəsində aydın 

görünür.   London   bu   həddə   130   ilə   çatıb,   analoji   əhali   artımı 

Bankonqda 45, Seulda isə 25 ilə baş verib.

 

Təkcə 1995-ci ildən 2005-ci ilədək inkişaf edən ölkələrdə 

şəhər  əhalisinin   sayı  həftə  ərzində  orta   hesabla  1,2  milyon  nəfər   və  yaxud  gündə   təxminən 

165 000 nəfər artıb. 

Daha  çox artım əhalisinin sayı bir milyondan on milyonadək olan şəhərlərdə müşahidə 

edilib ki, bu da təkcə meqapolislərin problemi deyil.

Urbanizasiyanın   sürəti   şəhərdə  yaşayış   şəraitinin   sağlamlıq   üçün   əlverişli,   faydalı   və 

təhlükəsiz  olması  üçün hökumətlərin,  xüsusilə də gəlir səviyyəsi  aşağı olan ölkələrdə lazımi 

infrastruktur yaratmaq imkanlarını qabaqladı.

Bütün   şəhərlərdə   sağlamlığın   qorunması   sahəsində 

qeyri-bərabərliyin artması

  

Bütün şəhərlərdə sağlamlığın qorunması sahəsində qeyri-

bərabərliliyin mövcudluğu və onun həddi xüsusi maraq doğurur.

Gəlir səviyyəsi yüksək olan, eləcə də gəlir səviyyəsi orta 

və  aşağı  olan  ölkələrin  şəhərlərində  yaşayan  şəhər sakinlərinin 

orta ömür davamlılığını təyin edən göstəricilərdə də xeyli fərqlər mövcuddur.

47 ölkədə uşaqların sağlamlığının qorunmasına dair keçirilən tədbirlərin nəticələrindən 

alınan   faktiki   məlumatlar   şəhərlər   və   kənd   yerləri   arasında   sosial-iqtisadi   cəhətdən   qeyri-

bərabərliliyin daha yüksək olduğunu göstərir.

  Şəhərdə yaşayış şəraiti sağlamlıq determinantıdır 

Sağlamlığın   qorunmasına   dair   tədbirlərin   nəticələri 

ekoloji, sosial, fiziki infrastrukturun şərtləri və bir sıra amillərlə 

müəyyən   olunur   ki,   bunlara   da   müsbət   təsir   göstərmək 

mümkündür.

Bu determinantlara aiddir: sudan istifadə və kanalizasiya, 

havanın keyfiyyəti, həyat və əmək şəraiti, xidmətlərdən və resurslardan istifadə.

Plandan kənar urbanizasiya, xüsusilə də inkişaf edən ölkələrdə şəhər xarabalıqlarının və 

barak tipli qəsəbələrin daim artması ilə müşayiət olunur.


Hər   üçüncü   şəhər   sakini   şəhər   xarabalıqlarında   yaşayır.   Bu   rəqəm   bütün   dünyada   1 

milyard təşkil edir.

Yer   kürəsinin   şəhərlərində   yaşayan   sakinlərin   sayı   artdıqca,   sağlamlığın   qorunması 

tədbirlərinin   nəticələrini   müəyyən   edən   şərtlər   və   amillər   də   həllini   tələb   edən   ən   mühüm 

problemlərə çevrilir.

Şəhərdə   yaşamaq   şəraitini   müəyyənləşdirən   faktorların   və   şərtlərin   çoxluğu 

urbanizasiyanı daha güclü qüvvəyə çevirir ki, bunun özü də 21-ci əsrdə ictimai sağlamlığın əsas 

determinantına çevrilir.

Bu gün bu mühüm problemlərin həllinin mümkün olmaması səhiyyənin xərclərini daha 

da artıra və şəhərlərdəki yoxsul əhalinin sağlamlığının qorunması ilə bağlı potensial problemlər 

yarada bilər.

 

Şəhərlərdə ətraf mühitin gigiyenası

   

  

İnkişaf edən regionlarda şəhər sakinlərinin təxminən 32%-

nin   yaxşılaşdırılmış   sanitariya   vasitələri   yoxdur. 

Qiymətləndirməyə görə dünyada baş verən bütün ölüm hallarının 

3%-i, o cümlədən diareya xəstəliyindən baş verən bir çox ölüm 

halları   yaxşılaşdırılmış   içməli   su   mənbələrinin,   sanitariya   və   lazımi   gigiyena   vasitələrinin 

olmamasından baş verir.

Şəhər ərazilərində su kəmərindən gələn içməli su ehtiyatlarının etibarlı olmaması suyun 

ev şəraitində saxlanılmasına gətirib çıxarır ki, bu da çirklənmə (diareya xəstəlikləri) və xəstəlik 

daşıyıcılarının çoxalması (denge və malyariya) riskini yaradır, lakin suyun təmizlənməsi və ev 

şəraitində təhlükəsiz saxlanılması belə riskləri azalda bilər.

İnkişaf edən ölkələrin 25%-dək şəhər əhalisi və daha az inkişaf etmiş ölkələrin 70%-dək 

əhalisi mənzillərin qızdırılması və yemək hazırlanması üçün yanacağın bərk növlərindən istifadə 

edir   ki,   bu   da   otaq   daxilində   havanı   çirkləndirməklə,   xüsusilə   də   uşaqlarda   respirator 

xəstəliklərin yaranma riskini artırır və atmosferin çirklənməsini daha da kəskinləşdirir. Bütün 

dünyada 2 milyonadək illik ölüm halı otaqlarda havanın çirklənməsi ilə bağlıdır. Daha yaxşı 

qızdırıcılara  və  alternativ   yanacaq  növlərinə   (günəş  enejisi  və  s.)  keçid  səhiyyənin   bu ciddi 

problemin  həllinə  və bəzi hallarda  istixana  qazlarının  tullanılmasının  azalmasına  kömək  edə 

bilər.

Qeyri-qənaətbəxş   şəhər   mənzil   strukturları,   suyun   ev   şəraitində   saxlanılması   və 



tullantılardan   təkrar   istifadə   praktikası   denge   və   malyariya   kimi   transmissiv   xəstəliklərin 

yayılmasına   kömək   edən   amillərdəndir.   Mənzil   tikintisinin   daha   yaxşı   planlaşdırılması   bu 

problemlərin   həllinə   və   enerji   qənaətinə   kömək   edə   bilər.   Toksik   maddələrdən   və   təhlükəli 

biopreparatlardan ibarət tibbi-sanitariya tullantılarının təkrar istifadəsi, eləcə də digər istehsalat 

və kommersiya tullantılarının təkrar istifadəsi, tullantıların utilizasiyası ilə məşğul olan lazımi 

müəssisələri olmayan şəhər rayonlarında sağlamlıq üçün risk yarada bilər.

İnkişaf etmiş ölkələrin şəhərləri iqlimin dəyişməsi nəticəsində sağlamlıq üçün yaranan 

təhlükələr qarşısında daha acizdirlər. Böyük şəhərlərin çoxunun sahilyanı sahədə yerləşməsi faktı 

onların əhalisini ekstremal hava şəraiti və dəniz səviyyəsinin qalxması halları qarşısında xüsusi 

ilə aciz qoyur. Güclü isti dövrləri də “isti günbəz” effekti əmələ gətirərək şəhərlər üçün risk 

yaradır, belə ki, sıx şəhər tikililərinin və çox sayda enerji mənbələrinin olması üzündən ətraf 

kənd yerləri ilə müqayisədə şəhərdə hərarət 5-11° daha yüksək olur.



Şəhər nəqliyyatı və sağlamlıq 

İnkişaf   edən   ölkələrin   bir   çox   şəhərlərində   motorlu 

nəqliyyat   vasitələrinin   son   onilliklərdə     kəskin   artımı   şəhər 

əhalisinin,   xüsusilə   də   zəif   qrupların   sağlamlığı   üçün   bir   sıra 

problemlər   yaradır.   Dünyanın   Avropa   kimi   inkişaf   etmiş 

regionlarında   nəqliyyat   modelləri   siqaretçəkmə   və   qidalanma 

kimi vacib sağlamlıq determinantları ilə birgə qəbul edilir. 

Bütün  dünyada  yol-nəqliyyat  qəzaları  nəticəsində  alınan 

xəsarətlər ölüm səbəbləri arasında əhəmiyyətinə görə 9-cu yerdə 

durur, yol-nəqliyyat qəzaları nəticəsində yaranan ölüm hallarının 

çoxusu isə orta və aşağı gəlirli ölkələrdə baş verir. Yol-nəqliyyat 

qəzaları   nəticəsində   ölənlərin   yarısından   çoxu   piyadalar, 

velosiped   sürənlər   və   ikitəkərli   motorlu   vasitələrdən   istifadə 

edənlərdir.

Qiymətləndirmələrə  görə   bütün   dünya   şəhərlərində 

havanın çirklənməsi nəticəsində hər il 1,2 milyona yaxın insan dünyasını dəyişir ki, bu da əsasən 

ürək-damar və respirator xəstəliklərin nəticəsində baş verir. Şəhərlərdə havanın çirklənməsinin 

əhəmiyyətli   faiz   dərəcəsi   motorlu   nəqliyyat   vasitələrinin   payına   düşür,   halbuki   sənaye 

müəssisələri, elektrik enerjisi istehsalı, daha az inkişaf etmiş ölkələrdə isə evlərdə yanacağın 

yandırılması bu cür çirklənməyə  güclü təsir edir. Dünya  miqyasında nəqliyyat  vasitələrindən 

işlənmiş qazın çıxması da iqlimin dəyişməsində öz mənfi təsirini göstərir.

Bir   çox   inkişaf   edən   şəhərlərdə   nəqliyyat   vasitələrinin   həddən   çox   olması   köhnə   və 

havanı çirkləndirən nəqliyyat vasitələrinin (məsələn, köhnə dizel modellərinin) geniş yayılması, 

infrastrukturun zəif olması, piyada/velosipedçi və yol-nəqliyyat vasitələrinin qarışıq axını yol 

qəzaları zamanı xəsarət almaqla və havanın çirklənməsi ilə bağlı riskləri artırır. 

Yaxşı   planlaşdırılmamış   şəhər   nəqliyyatı   piyadaların,   velosipedçilərin   və   digər   fiziki 

aktivliyi təmin edən formalarda hərəkətə maneələr yaratmaqla oturaq həyat tərzinə şərait yaradır. 

Bu həmçinin piylənmənin və onunla bağlı xəstəliklərin inkişafı riskinə də yol açır. Nəqliyyat 

vasitələrinin səs-küyü stresslə bağlı xəstəliklərin inkişaf riskini artırır.

Havanın   çirklənməsi   və   təhlükəli   küçələr   bütün   şəhər   əhalisinin   sağlamlığına   təsir 

göstərir. Ən yüksək riskə məruz qalan əhali qrupları adətən uşaqlardan, yaşlı insanlardan və 

əlillərdən, eləcə də yoxsul insanlardan ibarətdir ki, onlar gündəlik həyatlarında çox vaxt piyada 

gəzirlər, velosipeddən və ictimai nəqliyyat vasitələrindən istifadə edirlər.. 

Kənd   ərazilərinin   hesabına   şəhərlərin   genişlənməsi   bir   çox   hallarda   piyadaların   və 

velosipedçilərin nəqliyyat vasitələrinin hərəkətindən uzaq yaşayış və iş yerlərindən yerləşməsi 

deməkdir. Bu da öz növbəsində motorlu nəqliyyatdan asılı olan güclü qapalı dairə yaradır və 

riskləri çoxaldır. Şəhərlərin bu cür artması qeyri-səmərəli və  çətin tənzimlənən elektrik, su və 

kanalizasiya infrastrukrunun genişlənməsinə kömək edir.



Qeyri-infeksion xəstəliklərin artan yükü

 

Bu gün xroniki xəstəliklərin 80%-ə qədər qlobal yükü orta 

və aşağı gəlirli ölkələrdə cəmləşib ki, bu da uzunmüddətli tibbi 

xidmətlərdən   faydalanma,   onların   qiyməti   və   keyfiyyətinə   öz 

təsirini göstərir.

Piylənmə/artıq   çəki   və   digər   bununla   bağlı   hallar   da 

səhiyyəyə sərf edilən xərclər və məhsuldarlığın itirilməsi baxımından ölkə üçün mühüm iqtisadi 

yükdür.


Düzgün qidalanmamaq və fiziki aktivliyin olmaması bir sıra qeyri-infeksion xəstəliklərin, 

eləcə də piylənmə, hipertoniya, ürək-damar xəstəliklərinin, osteoporozun, ikinci tip diabetin və 

xərçəngin bəzi növlərinin inkişaf riskini artırır. 

Şəhər şəraitində qidalanma və fiziki aktivlik

 

Şəhər mühiti fiziki aktivliyə və sağlam qidalanmaya şərait 

yaratmır.

Bir sıra şəhər amilləri olan əhalinin çoxluğu, nəqliyyatın 

intensiv   hərəkəti,   avtomobil   nəqliyyatı   vasitələrindən   intensiv 

istifadə, havanın keyfiyyətinin yaxşı olmaması və ümumi istifadə 

üçün əyləncə, istirahət yerləri və idman binaları da daxil olmaqla 

təhlükəsiz   yerlərin   olmaması   fiziki   aktivliklə   məşğul   olmanı 

mürəkkəbləşdirir.

Şəhərlərdə əksər hallarda, yüksək kalorili və tərkibində yağ, şəkər və duz bol olan qida 

məhsullarından istifadə yüksəkdir, həmçinin şəhərin gərgin həyat tərzinin tələblərinə cavab verən 

tez hazırlanan qidalara yüksək tələbat mövcuddur.

Səhiyyə problemlərinə dair ÜST-nin 2003-cü ildə keçirdiyi sonuncu Dünya tədqiqatında 

dünya ölkələrinin azı yarısı şəhərlərdə meyvə və tərəvəzin yetərincə qəbul edilməməsinin 70% 

-dən çox təşkil etdiyini qeyd etmişlər. 

Şəhərlər   ərazisində   tütünçəkmə   və   passiv 

tütünçəkmə 

Şəhərlərdə, xüsusilə də inkişaf edən ölkələrdə  məqsədli 

marketinqin   və     tütün   məmulatlarının   daha   da   əlçatan   olması 

səbəbindən tütünün istehlakı səviyyəsi yüksək ola bilər.

Hətta   yayılma   göstəricisi   şəhərlərdə   kənd   yerlərinə 

nisbətən az olsa belə, şəhərlərdə tütünçəkənlərin ümumi sayı daha çox ola bilər. 

2003-cü  ilin  Ümumdünya  sağlamlıq  tədqiqatının  məlumatlarına  əsasən, Afrika istisna 

olmaqla,   ÜSTnin   bütün   regionlarında   şəhərlərdə   tütündən   istifadənin   yayılmasının   orta 

göstəriciləri 20% artmışdır.

Passiv tütünçəkmənin təhlükəsiz səviyyəsi mövcud deyildir. Restoranlarda, barlarda və 

pablarda tütün çəkənlər və çəkməyənlər üçün nəzərdə tutulmuş zonalar passiv tütünçəkmədən 

adekvat müdafiəni təmin etmir. 



Şəhərlərdə zorakılıq 

Zorakılıq hallarının tezliyi və intensivliyi iri şəhərlərdə və 

şəhərlər arasında mövcud olan iqtisadi və sosial bərabərsizliklə 

sıx əlaqəlidir   və  əksər hallarda  qətl   hadisələrinin   sayı,   gənclər 

tərəfindən törədilən zorakılıq halları, cinsi zorakılıq və uşaqlara 

qarşı   zorakılıq   göstəriciləri   ilə   xeyli   fərqlənərək   yaşayış   yeri, 

təhsil, məşğulluq və səhiyyə xidmətləri xərclərinin qeyri-bərabər 

bölüşdürülməsi ilə üst-üstə düşür.

Əksər   hallarda   gruplaşma  üzvləri   olan   gənc   insanlar 

tərəfindən   törədilən   zorakılıq   göstəriciləri   şəhərlərdə   daha 

yüksəkdir.   Şəhərlərdə   qeydə   alınmış   zorakılıq   hallarının 

əksəriyyəti   qrup   şəklində   baş   verən   cinayətlərin   payına   düşür. 

Kənd   ərazilərindən   şəhərlərə   miqrasiya,   mövcud   sosial   durumun   pozulması,   demoqrafik 


dəyişikliklər   və   gəlirlərin   bərabərsizliyi   faktorları   şəhərlərdə   gənclər   tərəfindən   törədilən 

zorakılığın artmasına səbəb olur.



Psixi sağlamlıq

 

Şəhərlərin   sürətli   urbanizasiyası  əhali   sıxlığı,   işsizlik, 

yoxsulluq,   mədəni   dislokasiya   və   izolyasiya,   həmçinin   yaşayış 

şəraitinin   pisləşməsi   kimi   psixi   sağlamlığa   təhlükə   törədən 

vəziyyətin yaranmasına gətirib çıxarır. 

Urbanizasiya  psixi  pozuntuların  artmasına  və  müalicədə 

mövcud olan boşluqların genişlənməsinə gətirib çıxara bilər. Psixi 

sağlamlıq pozuntularının müalicəsi ilə baglı boşluqlar daha çox 

inkişaf etməkdə olan ölkələrin şəhər mərkəzlərində özünü biruzə 

verir.


İnkişaf etmiş və eləcə də inkişaf edən ölkələrdə keçirilmiş tədqiqatlar göstərir ki, şəhər 

(xüsusilə   də   gəlir   səviyyəsi   aşağı   olan)   şəraitində   yaşayan   uşaqlar   kənd   yerlərində   yaşayan 

uşaqlar ilə müqayisədə psixoloji və davranış problemlərinin yüksək inkişaf riskinə məruz qalır, 

həmçinin təhsil və əməklə bağlı daha aşağı perspektiv giymətləri əldə edirlər.

Bəzi tədqiqatların nəticələrinə əsasən  səs-küyün və çirklənmənin səviyyəsi,  yerli ətraf 

mühit (yerli məişət şəraiti, ərazinin reputasiyası və kriminal şəraiti nöqteyi  nəzərdən), sosial 

həmrəylik və ictimai sərmayə kimi ərazi amilləri psixi sağlamlığa təsir göstərir. 

Psixi sağlamlığın  mühafizəsi  xidmətlərinin əlçatanlığını  və görülən işlərin nəticələrini 

yaxşılaşdırmaq üçün psixi sağlamlığın mühafizəsi tədbirlərini səhiyyənin əsas, xüsusilə də ilkin 

tibbi-sanitariya xidmətlərinə daxil etmək vacibdir. Tibbi və sosial xidmətlər şəhər əhalisinin, o 

cümlədən   çoxsaylı   miqrantların   psixi  sağlamlığın   mühafizəsi  sahəsindəki  xüsusi   tələbatlarını 

nəzərə almalıdırlar. 



Psixoaktiv maddələrin həddən artıq qəbulu   

Urbanizasiya   spirtli   içkilər   və   narkotiklərlə  əlaqəli 

problemləri daha da ağırlaşdıra bilər ki, bu da şəhər şəraitində 

spirtli içkilərin və qanunsuz narkotiklərin əlçatanlığı ilə bağlıdır.

Urbanizasiya spirtli içkilərin və narkotiklərin təsiri altında 

sağlamlığın pozulması səbəbindən qospitalizasiya göstəricilərinin 

iki dəfə artması ilə bağlıdır. 

Spirtli  içkilərin  qəbulundan  çəkinmə  səviyyəsi  spirtli  içkilərlə  bağlı  xəstəlik  yükünün 

mühüm   amillərindən   biridir   hansı   ki,   əksər   hallarda   daha   yoxsul   icmalarda   müdafiə   rolunu 

oynayır, lakin bir qayda olaraq şəhərlərdə spirtli içkilərin qəbulundan çəkinmə göstəriciləri kənd 

ərazilərinə nisbətən daha aşağıdır. 

İnkişaf edən ölkələrin  bir çox şəhərlərində  rifahın  yaxşılaşması  ilə  əlaqədar  çox vaxt 

spirtli içkilər və narkotiklərin qəbulu səviyyəsinin və bununla bağlı əhalinin, əsasən də yoxsul 

təbəqənin sağlamlıq problemlərinin artması müşahidə olunur. 



Vərəm

 

Əhalinin yüksək sıxlığı infeksion, xüsusilə də hava-damcı 

yolu   ilə   ötürülən   xəstəliklərin,   məsələn,   vərəmin   əsas   risk 

amillərindən biridir.

Bütün   dünya   şəhərlərində,   xüsusilə   də   gəlir   səviyyəsi 

aşağı olan ölkələrdə əhalinin sürətlə artımı şəhər xarabalıqlarının 



artmasına   gətirib   çıxarır   ki,   burada   insanlar   pis   şəraitdə   yaşayır   və   yoxsulluq,   sanitariya, 

gigiyena, yaşayış şəraiti, darısqallıqla əlaqəli bir sıra problemlərlə üzləşirlər.

Şəhərlərin əhali sıxlığı olan əraziləri əksər infeksion xəstəliklərin, xüsusilə də vərəmin 

ötürülməsinə şərait yaradır.

Vərəmlə xəstələnmə halları şəhərlərdə daha yüksəkdir. Şəhərlərdə vərəmə qarşı mübarizə 

aşağıdakı   problemlərlə   üzləşir:   1)   müxtəlif   növ   tibbi   xidmətləri   təklif   edənlərin   çox   sayda 

olması; 2) vərəm xidməti istifadəçilərinin (xarabalıq sakinləri, miqrantlar, narkomanlar, evsizlər) 

çox sayda olması; 3) əhalinin müxtəlif qruplarında eyni məsələlərin həllinə cavabdeh bələdiyyə, 

regional, milli idarə orqanlarının çox sayda olması.

Vərəmin keyfiyyətli müalicəsini təmin etmək üçün təkcə mövcud kliniki xidmətlər  deyil, 

həmçinin   pasientlərin   dəstəklənməsini   gücləndirən   digər   sosial   xidmətlərlə   də   sıx   əlaqələr 

zəruridir.



HİV/ AİDS 

HİV   epidemiyasının   yayılması   adətən   şəhərlərdə   daha 

yüksəkdir.   Ailələrin   sorğusu   göstərir   ki,   şəhər   ərazilərində 

xəstəliyin yayılması reqionlarla müqayisədə 1,7 dəfə çoxdur.

Konsentrasiyalı epidemiyalar zamanı HİV-ə yoluxma üzrə 

yüksək risk qrupları xüsusi davranış formalarına görə hansılar ki, 

venadaxili   narkotik   istifadəçiləri,   kişilərlə   cinsi   əlaqədə   olan 

kişilər, kommersiya seks işçiləri və onların partnyorları potensial yoluxma imkanlarını artraraq 

şəhərlərdə klasterlər yaradırlar.

HİV-ə   yoluxmanın   yüksək   riskinə   baxmayaraq   adətən   şəhər   əraziləri   səhiyyə 

xidmətlərinə   daha   geniş   əlçatanlığı   ilə   fərqlənir.   Əhalinin   səhiyyə   xidmətləri   yaxınlığında 

yaşaması HİV-in profilaktikası və müalicəsini təmin edən şəhər səhiyyə xidmətlərinin potensial 

imkanlarının təkmilləşdirilməsini göstərir. 

Urbanizasiya və ana-uşaq sağlamlığı

 

Şəhərlərin sürətli inkişafı nəticəsində şəhər qadınları üçün 

doğuş   zamanı   ixtisaslaşdırılmış   yardıma   və   təcili   tibbi   xidmətə 

qeyri-bərəbər əlçatanlıq daha aydın təzahür edir.

Xarabalıqlarda   yaşayan   qadınların   əksər   hallarda   əsas 

səhiyyə   xidmətlərinə   müraciət   etməyə   imkanları   olmur.   Bu 

qadınlar   və   onların   yenidoğulmuş   körpələri   hamiləlik   və   doğuş 

zamanı   lazımi   köməyi   almadıqlarına   görə   çox   acınacaqlı 

vəziyyətdə qalırlar. 

İnkişaf   edən   ölkələrdə   qeysər   əməliyyatı   hallarının 

əksəriyyəti varlı və ən imkanlı şəhər qadınları üzərində aparılır, bu 

halda ki, daha kasıb şəhər qadınlarından heç birinin bu həyatı xilas 

edən əməliyyata imkanı yoxdur. Eyni hal doğuşa yardım mütəxəssisinin əlçatanlığı baxımından 

da müşahidə olunur. Yoxsul qadınların yalnız az qisminin doğuş zamanı həkimə, ixtisaslı tibb 

bacısına və ya mamaya müraciət etmək imkanı var.


İctimai səhiyyə sahəsində fövgaladə hallar və şəhər 

şəraitində humanitar böhranlar

Təbii fəlakətlər (daşgınlar, ekstremal istilik ya soyuqlar, 

sürüşmələr   və   zəlzələlər),   kimyəvi   və   radioloji   təhlükələr, 

yanğınlar,   yol-nəgliyyat   gəzaları,   eləcə   də   respirator,   su   ilə 

yoluxan   və   transmissiv   xəstəliklərlə   bağlı   fövgaladə   halların   yaranma   riski   əsasən   şəhər 

ərazilərində olan əhalinin sıxlığı və yaşayış şəraiti nəticəsində artır.

Şəhər   şəraitində  münaqişələrin   baş   verdiyinə   və   təhlükəsizliyinin   olmamasına   görə, 

həmçinin kənd şəraitində yaranan böhranlarla bağlı əhalinin şəhərlərə miqrasiyası nəticəsində 

mühüm humanitar problemlər yaranır. Miqrasiya edən əksər insanlar şəhər ərazilərindən kənar 

sığınacaq axtarmağa calışırlar ki, bu da xarabalıqların artmasına səbəb olur. 

Yararsız su və sanitariya, sıx yaşayış şəraiti və tez alovlanan tikililər icmaların, xüsusən 

də şəhər yoxsullarının və digər risk qruplarının  fövqaladə hallar qarşısında zəif olmalarını artırır.

Şəhərlər  xəstəliklərin   milli   və   beynəlxalq   səviyyədə   sürətli   yayılmasını   təmin   edən 

effektiv mexanizmdir, çünki onlar xəstəliklərin yayılması, eləcə də avtobus dayanacaqlarına və 

dəmiryolu  vağzallarına, beynəlxalq hava və dəniz limanlarına çıxışı olan yoluxmuş  şəxslərin 

mobilliyini təmin edən unikal mühitdir.

Fəlakətlər nəticəsində tibb müəssisələrinə zərər dəyir və ya onlar dağılır, yerli idarəetmə 

orqanları   və   icmalar   isə   buna   hazır   olmur   və   fövqaladə   hallara   cavab   tədbirlərini   həyata 

keçirməyə   kifayət   qədər   resursları   olmur   və   nəticədə   tibbi   və   ekstremal   yardıma   daha   çox 

ehtiyacı olanlar yardımlardan kənarda qalırlar. 

Əsas   tibbi,   maddi-texniki   və   digər   resursların   cəmləşdiyi   şəhər   əraziləri   fövqaladə 

halların təsirinə məruz qaldığı zaman ölkənin digər rayonlarına göstərilən yardım məhdud olur.

               

PROBLEMLƏRİN HƏLLİ

  Şəhərdə   sağlam   həyat   şəraitinin   yaradılmasına 

yönələn tədbirlər

Urbanizasiya   belə   templərlə  davam   edərsə,   bəşəriyyət 

sosial, səhiyyə və ətraf mühitin mühafizəsi sahələrində indiyədək 

görünməmiş problemlərlə üzləşəcək. Urbanizasiya problemlərinə 

və bu baxımdan ictimai səhiyyəyə dair yeni yanaşmanın işlənib 

hazırlanmasına   zərurət   vardır.   Aşağıda   göstərilən   beş   sahə   üzrə   əsas   tədbirlərin   aparılması 

vacibdir:



Sağlam həyat tərzi və təhlükəsizliyə imkan yaradan şəhər planlaşdırılması

Yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti tərəfindən fəal hərəkət tələb edən 

nəqliyyat   vasitələrinə   vəsait   ayıraraq   şəhərlərdə   fiziki   aktivliyi   dəstəkləyən   meydançaların 

salınmasını planlaşdırmaq; təzə qida məhsullarının mövcud və əlçatan olmasını təmin etməklə 

sağlam qidalanmanı dəstəkləmək; düzgün təbiəti qoruyan planlaşdırma, eləcə də nizamlama və 

nəzarət   tədbirləri,   o   cümlədən   spirtli   içkilərin   satış   məntəqələrinin   sayına   nəzarət   etməklə 

zorakılıq və cinayətkarlıq hallarının sayını azaltmaq.



Şəhərlərdə yaşayış səviyyəsinin yaxşılaşdırılması.


Əhalinin sağlamlığının yaxşılaşdırılmasını  və əsas xidmətlərə asan əlçatanlığını  təmin 

edən park, qoruq, istirahət və əyləncə yerləri üçün ayrılan kommersiya və qeyri-kommersiya 

torpaq   sahələrini   məqsədli   istifadə   edən   şəhərsalma   prinsiplərinin   tətbiq   edilməsi.     Mühüm 

problemlərdən biri də bütün vətandaşların adekvat yaşayış şəraiti ilə təmin olunmasıdır. Yaşayış 

yerinin   keyfiyyəti   və   kommunal   xidmətlərə   aid   su   təchizatı   və   kanalizasiyanın   adekvat 

əlçatanlığı sağlamlığın mühüm göstəriciləridir. 



İctimaiyyətin fəal iştirakı ilə şəhərin idarə edilməsi

İctimaiyyətin   fəal   iştirakı   ilə   şəhərin   idarə   edilməsinin   yerli   mexanizmlərinin   işlənib 

hazırlanması, yerli icmalar və yerli özünüidarəetmə orqanlarının əməkdaşlığı ilə daha sağlam və 

təhlükəsiz şəhərlərin salınmasına şərait yaradılacaq.



Hamı üçün bərabər imkanlar yaradan şəhərlər bütün yaş qruplarından olan 

insanlar üçün rahatdır

İmkanları   məhdud   olan   insanlar   əhalinin   azı   10%-ni   təşkil   edir   ki,   bu   da   bərabər 

imkanların olmaması nəticəsində onların təhsil alma, məşğulluq və ictimai həyata əlçatanlığını 

məhdudlaşdırır. Ümumiyyətlə  dünya əhalisinin sürətli qocalma prosesi gedir, yaşlı insanların 

sayı artır ki, bunların da əksəriyyəti çətinliklə yeriyir, pis eşidir və görür. Rahat ictimai nəqliyyat

səkilərdən enmək üçün  xüsusi yerlər, təhlükəsiz sərnişin keçidləri (məsələn, nahamar yer örtüyü, 

xüsusi siqnallar ilə tənzimlənən yol kəsişmələri) təhlükəsizliyi artıra və imkanları məhdud olan 

və yaşlı insanların şəhər şəraitində yaşamaq səviyyəsini yüksəldə bilər. 



Fövqəladə   hallar   və   fəlakətlər     zamanı   şəhər   rayonlarının 

həyatdayanıqlığının təmin olunması

İcmaların   müxtəlif   növ   təhlükələrdən   qorunmaq   qabiliyyətinin   yaxşılaşdırılması   və 

fövqəladə   hallara   qarşı   icmalar   tərəfindən   idarə   olunan   cavab   tədbirlərinin   hazırlanması   və 

planlaşdırılmasına səhiyyə sektorunun cəlb edilməsi risklərin azaldılması və fövqəladə hallara 

qarşı   daha  səmərəli  cavab  tədbirlərinin  təmin   edilməsinə  səbəb   olur.    Yaşayış   yerlərinin  və 

infrastrukturun təbii və texnoloji fəlakətlər riski olan ərazilərdən kənarda yerləşdirilməsi, daha 

təhlükəsiz  və fövqəladə  hallara hazır  olan tibb müəssisələri  daha təhlükəsiz  icmaların  təmin 

edilməsinə zəmin yaradır. Fövqəladə hallar, təbii fəlakətlər və digər böhranlar  zamanı əlillik  və 

ölüm   hallarının   azaldılması   məqsədilə   fövqəladə   hallar   zamanı   təhlükəsiz   və   etibarlı   tibbi 

xidmətləri, su və qida məhsullarını, humanitar yaşayış ərazilərində müdafiə və sığınacağı təmin 



edə bilən bütün riskləri idarə edən səhiyyə sistemləri yaradılmalıdır.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin