MÖVZU 2. MARKETİNQİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLATİ STRUKTURU План: Marketinqin idarə edilməsi prosesi
2. Marketinqin idarə edilməsinin təşkilati strukturu
1. Marketinqin idarə edilməsi prosesi Marketinqin idarə edilməsi dedikdə məhsul və xidmətlərə tələbin yaradılması və təkrar istehsalının intensivləşdirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırılmasının, təşkilinin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimullaşdırılmasının həyata keçirilməsilə əlaqədar olan idarəetmə fəaliyyəti başa düşülür.
Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiy-yətini özündə birləşdirir.
Marketinqin idarə edilməsinə funksional yanaşmada o, hər hansı bir marketinq probleminin təşkili (məsələn, marketinqin planlaşdırılması) və onun həyata keçirilməsi (məsələn, marketinq planlarının ijrası və ya onun yerinə yetirilməsi üzərində nəzarət edilməsi) üzrə fəaliyyət kimi izah edilir.
Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menejerlər və ya menejer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı işçilər və işçi qrupları arasında bölüşdürülməsi üzrə idarəetmə vasitəsi kimi baxılır.
Marketinqin idarə edilməsi, birinjisi, marketinq fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçiril-məsini və ikinjisi, bütün növ bazarları əhatə edir.
Marketinqin idarə edilməsinin əsas vəzifəsi mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç olmasa onların rəğbətini qazanmağa nail olmaqdır.
Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Marketinqin idarə edilməsinin (menecmentin) aşağıdakı fəaliyyət istiqamətləri vardır:
Təhlil. Bura:
a) marketinqin informasiya sisteminin konsepsiyasının və elementlərinin, marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarlarının himayə edilməsinin və marketinq tədqiqatları sisteminin təhlili;
b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makromühit amillərinin təhlili;
j) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili;
ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranışının - istehsal-texniki təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarı-nın tədqiqi;
d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və məqsədinin, sayının və imkanlarının, habelə zəif və güjlü jəhətlərinin müəyyən-ləşdirilməsi və qiymətləndirilməsi və s. aiddir.
Məqsəd bazarlarının seçilməsi. Burada a) bazar tələbatının ölçülməsi və proqnozlaşdırılması və b) bazar seqmentlərinin aşkar edilməsi, məqsəd bazarlarının seçilməsi və onun əsaslandırılması həyata keçirilir.
Marketinq strategiyasının hazırlanması. Burada aşağıdakı tədbirlər həyata keçirilir:
a) marketinq təkliflərinin differensiallaşdırılması və proqnozlaşdırılması strategiyasının əsaslandırılması;
b) məhsulgöndərənlərin qiymətləndirilməsi və onların seçilməsi, potensial rəqabət üstünlüklərinin aşkar edilməsi, müəssisənin mövqeyinin müəyyənləş-dirilməsi üzrə kommunikasiya tədbirlərinin seçilməsi;
j) bazar lideri, innovatorlar, bazar ardıjılları və bazar «sığınajağında» fəaliyyət göstərən müəssisələr üçün marketinq strategiyasının hazırlanması;
ç) qlobal bazarlar üçün strategiyanın hazırlanması, qlobal marketinq mühitinin qiymətləndirilməsi, xariji bazarlara çıxış, marketinq proqramları və marketinq xidmətinin təşkilatı strukturu haqqında qərarların qəbul edilməsi,
d) qiymət strategiyasının və proqramlarının hazırlanması, qiymətin müəyyənləşdirilməsi və bazara uyğunlaşdırılması, qiymətin dəyişməsinə reaksiyaya dair qərarların qəbulu;
Yeni məhsul və xidmətlərin hazırlanması, yoxlanılması və bazara çıxarıl-ması. Marketinqin idarə edilməsinin bu istiqamətinə:
a) yeni məhsulun yaradılması ideyalarının generasiyası, onların qiymətləndirilməsi və məhsul çeşidinin təzələnməsi konsepsiyasının yoxlanıl-ması;
b) məhsulun hazırlanması, onun bazar testləşdirilməsinin təşkili və onun istehlakçı tərəfindən etiraf edilməsi prosesinin öyrənilməsi;
j) məhsulun həyat dövranın idarə edilməsi,
ç) məhsul çeşidi siyasətinin hazırlanması və idarə edilməsi;
d) servis xidmətinin təşkili və idarə edilməsi və s. aiddir.
Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi. Bu fəaliyyət istiqa-mətinə aşağıdakı əməliyyatlar aiddir:
a) bölüşdürmə kanallarının seçilməsinə dair qərarların qəbulu;
b) bölüşdürmə kanallarının idarə edilməsinə dair qərarların qəbulu;
j) marketinq kanallarının dinamikasının inkişafı;
ç) bölüşdürmə kanalları sistemində qarşılıqlı fəaliyyət prosesinin tədqiqi;
d) topdan və pərakəndə ticarətin idarə edilməsi, ticarət heyətinin təşkili.
6. Kommunikasiya proseslərinin idarə edilməsi. Burada aşağıdakı işlər həyata keçirilir:
a) kommunikasiya və məhsulların fiziki bölüşdürülməsi (malyeridilişi) strategiyasının hazırlanması, effektli kommunikasiya sisteminin yaradılması;
b) tərəf müqabillərlə, istehlakçılarla və rəqiblərlə qarşılıqlı fəaliyyətin effektli sisteminin hazırlanması;
j) multimedia üzrə optimal qərarların hazırlanması (reklamın məqsədinin təsdiq edilməsi, onun büdjəsinə dair qərarların qəbulu, reklam vasitələrinin seçilməsi və s.);
ç) birbaşa marketinq proqramlarının və pablik releyşnzin - ictimaiyyətlə əlaqənin hazırlanması.
Marketinq proqramlarının və qərarlarının təşkili, həyata keçirilməsi, qiymətləndirilməsi və ona nəzarət edilməsi. Bura:
a) kompaniyanın təşkili;
b) marketinqin təşkili;
j) qəbul edilmiş marketinq qərarlarının effektliliyinin qiymətləndirilməsi;
ç) marketinq fəaliyyətinə nəzarət və bu fəaliyyətin auditi.
Yuxarıda izah edilənlərdən belə nəticəyə gələ bilərik ki, marketinqin idarə edilməsi müəssisənin marketinq fəaliyyəti sahəsində çalışan bütün işçilərə və bölmələrə uzunmüddətli (strateji) və qısamüddətli (operativ) idarəetmə tədbir-ləri kompleksini formalaşdırmağa imkan verir. Bu tədbirlər kompleksi marketinq fəaliyyətinin məqsədinə nail olmasını və bunun sayəsində isə müəssisənin fəaliyyətinin planlaşdırılan nəticələrinə nail olunmasını təmin edir.
Marketinqin idarə edilməsi aşağıdakı şəkildə verilən ardıcıl mərhələlərlə həyata keçirilir (şəkil 1).
Situasiyalı təhlil prosesində istehlakçıların, rəqiblərin, satış heyətinin və marketinqin ətraf mühitinin digər elementlərinin davranışının strateci və taktiki problemləri təhlil edilir və real bazar situasiyasında müəssisənin güclü və zəif jəhətləri aşkar edilir.
Planlaşdırma mərhələsi müəssisənin gələjək inkişafında marketinq amil-lərinin rolunun qiymətləndirilməsini nəzərdə tutur. Başqa sözlə desək, bu mərhələdə bazar münasibətlərinin hansı istiqamətdə inkişaf edəjəyi müəyyənləşdirilir.
Marketinqin itdarə edilməsinin strateci marketinq mərhələsində müəs-sisənin bütün fəaliyyət sahələrinin, o jümlədən marketinq fəaliyyətinin uzun-müddətli məqsədi və strategiyası hazırlanır. Bu zaman bazar seqmentinin seçilməsinə və onun tutumunun müəyyən edilməsinə xüsusi diqqət yetirilir, marketinq proqramlarının və vasitələrinin hazırlanması məsələlərinə, müəs-sisənin rəqiblərlə və tijarət təşkilatları ilə iş üsullarına baxılır.
Marketinqin operativ planlaşdırılması və yaxud operativ marketinq mərhələsində qısamüddətli marketinq məsələləri çərçivəsində ayrı-ayrı məhsul-lar və ya məhsul çeşidi qrupları üzrə marketinq tədbirləri və marketinq kompleksi hazırlanır, jari marketinq planları tərtib edilir.
Marketinqin strategiyasının və tədbirlərinin realizasiyası mərhələsində bilavasitə marketinq prosesinin təşkili, idarə edilməsi və strategiyanın həyata keçirilməsi baş verir, ona nəzarət edilir və marketinqin idarə edilməsinin effektliliyi qiymətləndirilir.
Müəssisənin fəaliyyətinə marketinq üzrə qəbul edilən idarəetmə qərarları-nın təsirinin planlaşdırılması və həyata keçirilməsi marketinq strategiyasının və marketinq siyasətinin hazırlanması ilə daha da dəqiqləşdirilir və detallaş-dırılır.
Marketinqin idarə edilməsi strategiyası və taktikasının hazırlanması vasitəsi kimi marketinq kompleksindən və marketinqin idarə edilməsi subyektlərinin motivasiyası metodlarından istifadə edilir.
Marketinqin və menejmentin inteqrasiyası marketinqin sinergetik effekti daxilində idarəetmə effekti yaradır. Başqa sözlə desək, bu zaman istehlak-çıların ehtiyaj və tələbatlarının ödənilməsi prosesində marketinq subyektləri-nin yaratdığı, verdiyi effektlə yanaşı marketinq idarə edilməsi sisteminin yaradılması nətijəsində də əlavə effekt alınır. Belə ki, marketinqin idarə edilməsi marketinqin həyata keçirilməsilə əlaqədar olan tədbirlərin planlaş-dırılmasının, onların əlaqələndirilməsinin və həyata keçirilməsinin, habelə onların yerinə yetirilməsinə nəzarət edilməsinin səviyyəsini həllediji dərəjədə yüksəldir. Bunun nətijəsində isə marketinq fəaliyyəti qarşısında qoyulan məqsədə daha tez və operativ nail olmaq mümkün olur. Bu isə şübhəsizdir ki, əlavə effekt əldə etməyə imkan verir.