AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
GƏNCƏ DÖVLƏT UNĠVERSĠTETĠ
ġahin Tağıyev
FƏNLƏRARASI ƏLAQƏ
VƏ MƏKTƏBLĠ-GƏNCLƏRĠN
ÇAĞIRIġAQƏDƏRKĠ HƏRBĠ HAZIRLIĞI
(monoqrafiya)
Bakı - 2012
2
Monoqrafiya Gəncə Dövlət Universitetinin Elmi Şurasının
26 dekabr 2011-ci il tarixli iclasında müzakirə edilərək bəyənilmiş və
çapa məsləhət görülmüşdür (protokol № 8).
Elmi redaktor:
Əməkdar elm xadimi, pedaqoji
elmlər doktoru, professor N.M. Kazımov
Rəyçilər:
Əməkdar elm xadimi, pedaqoji elmlər
doktoru, professor Z.Ġ. Qaralov
Texnika elmləri doktoru, professor,
1-ci dərəcəli kapitan (polkovnik)
H.O. Ocaqov
Pedaqoji elmlər doktoru,
professor F.B. Sadıqov
Pedaqoji elmlər doktoru,
professor A.N. Abbasov
Tağıyev Şahin Tağı oğlu. Fənlərarası əlaqə və məktəbli-gənclərin
çağırışaqədərki hərbi hazırlığı. Monoqrafiya. – Бакы: Мцтяръим, 2012.
– 280 с.
T
026
4306022000
29-12
©
Ş.Tağıyev
, 2012
3
MÜNDƏRĠCAT
GiriĢ ...........................................................................................................5
I FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı kursunun
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin nəzəri
və praktik məsələləri
1.1. Orta ümumtəhsil fənlərinin əlaqəli tədrisinin
elmi-pedaqoji və psixoloji əsasları............................................................17
1.2. Gənclərin çağırışaqədərki hazırlığı kursunun
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin didaktik şərtləri ...........................29
1.3. Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından
gənclərin çağırışaqədərki hazırlığı üzrə proqram
və dərsliyin imkanlarının müəyyənləşdirilməsi.........................................41
1.4. Mövzu baxımından metodik ədəbiyyatın təhlili ................................57
1.5. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq)
kursunun digər ümumtəhsil fənlərilə əlaqəli tədrisinin məktəb
praktikasında vəziyyəti..............................................................................75
II FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı
(Ġbtidai hərbi hazırlıq) kursunun sistematik təliminə qədər
digər ümumtəhsil fənlərinin tədrisi zamanı zəruri hərbi
biliklərin öyrədilməsinin imkan və yolları
2.1. Riyaziyyat dərslərində şagirdlərə ilkin hərbi-texniki
məlumatların verilməsi .......................................................................... ..95
2.2. Fizikanın tədrisi prosesində hərbi-texniki və taktiki
biliklərin nəzəri məsələlərinin verilməsi ................................................ 101
2.3. Coğrafiyanın riyaziyyat və gənclərin çağırışaqədərki hazırlığı
ilə (ibtidai hərbi hazırlıqla) əlaqəli tədrisi metodikası ........................... 115
2.4. Əmək təlimi dərslərində sadə hərbi ləvazimatların
hazırlanması zamanı şagirdlərin digər fənn biliklərindən
istifadənin məzmunu və metodikası ....................................................... 123
III FƏSĠL. Gənclərin çağırıĢaqədərki hazırlığı (ibtidai
hərbi hazırlıq) məĢğələlərində Ģagirdlərin ümumtəhsil fənləri
üzrə əldə etdikləri biliklərdən istifadə priyomları
(fizika və riyaziyyat fənləri nümunəsində)
3.1.
Fizika və riyazi biliklərdən ibtidai hərbi hazırlıq kursu üzrə
materialların izahında istifadənin əsas mərhələləri ................................. 135
4
3.2.
“Taktiki hazırlıq” bölməsi üzrə mövzuların tədrisi prosesində
şagirdlərin fizika və riyazi biliklərindən istifadə .................................... 139
3.3. “Silahlar və atıcılıq hazırlığı” (“Atəş hazırlığı”) bölməsinin
tədrisində şagirdlərin fizika, riyaziyyat və rəsmxət fənləri üzrə
biliklərindən istifadə ............................................................................... 154
3.4. Hərbi topoqrafiyanın şagirdlərin riyazi, rəsmxət
və coğrafi biliklərilə əlaqəli tədrisi. ........................................................ 165
3.5. “Mülki müdafiə” bölməsinin şagirdlərin fizika
və riyazi biliklərilə əlaqəli tədrisi ........................................................... 178
IV FƏSĠL. Fizika və riyazi məzmunlu hərbi çalıĢmaların
tərtibi və onlardan gənclərin çağırıĢaqədərki hazırlığı
(ibtidai hərbi hazırlıq) məĢğələlərində istifadə
4.1. “Əsgərin döyüşdə davranış qaydaları” (“Taktiki hazırlıq”)
bölməsinin tədrisində fizika, riyazi və coğrafi məzmunlu
hərbi çalışmalardan istifadə...... .............................................................. 195
a) Çalışmalardan istifadənin ümumi metodikası. ................................... 195
b) “Taktiki hazırlıq” məşğələlərinə aid fizika
və riyazi məzmunlu hərbi çalışma nümunələri. ...................................... 203
c) “Taktiki hazırlıq” üzrə çalışmaların həllinə aid
metodik göstərişlər. ................................................................................ 209
4.2. “Atıcılıq hazırlığı” üzrə materialların tədrisi prosesində
fizika və riyazi məzmunlu hərbi çalışmalardan istifadə ......................... 224
a) Çalışmalardan istifadənin metodiki xüsusiyyətləri. ............................ 224
b) “Atıcılıq hazırlığına” aid fizika və riyazi məzmunlu
hərbi çalışmalar. ..................................................................................... 236
c) “Atıcılıq hazırlığı” üzrə çalışmaların həllinə dair
metodiki göstərişlər. ............................................................................... 243
4.3. “Sıra təlimi” və “Hərbi topoqrafiya” bölmələrində
riyazi və coğrafi məzmunlu hərbi çalışmalardan istifadə ....................... 257
a) Çalışma nümunələri. .......................................................................... 257
b) Çalışmaların həllinə dair metodik göstərişlər. ................................... 259
Ümumi nəticələr və təkliflər ................................................................ 267
Ədəbiyyat............................................................................................... 273
5
GĠRĠġ
“Hər bir vətəndaş Azərbaycanın
Milli Ordusunda xidmət etməyi özü üçün ən
şərəfli vəzifə hesab etməlidir.”
H.Ə.Əliyev
1988-ci il fevralın 20-si. Dağlıq Qarabağ Vilayət Sovetinin
növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərki-
bindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında mə-
sələ müzakirə olunmuş və səs çoxluğu ilə qərar qəbul edilmişdir”
(2, s.9). Bu qərardan iki gün sonra Qarabağ torpağında ilk qan
töküldü, erməni millətçiləri Əsgəranda toqquşma törədərək Əli və
Bəxtiyar adlı ağdamlı iki gənci qətlə yetirdilər və bir neçə nəfəri
yaraladılar. Bununla da Ermənistanda və Qarabağda yaşayan azər-
baycanlıların doğma yurdlarından kütləvi şəkildə dövlət orqanları
səviyyəsində silah gücünə qovulması və torpaqlarımızın işğalı əmə-
liyyatı həyata keçirilməyə başladı. Beləliklə, Azərbaycana qarşı elan
olunmamış müharibə başladı. Bu günə qədər davam edən müha-
ribənin nəticəsində xalqımızın başına dəhşətli müsibətlər gəldi.
1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezi-
denti H.Ə.Əliyev televiziya və radio ilə xalqa müraciət edərək de-
mişdir: “Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çox-
dur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüv-
vələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib,
respublikamızın ərazi bütövlüyü aybaay, ilbəil pozularaq, onun
torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir
qismi işğal altındadır...
Müharibə dövründə, yəni beş ildən artıq bir müddətdə Azər-
baycan Respublikası vətəndaşlarının bir qismi tələf, şəhid olmuşdur.
Son hadisələr zamanı da həlak və şəhid olanlar var. Ümumiyyətlə,
Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min
azərbaycanlı şəhid, tələf olmuş, 22 minə qədər adam yaralanmış,
6
yüz minlərlə adam qaçqın düşmüşdür. İndi qaçqınların sayı 1 mil-
yon nəfərdən artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz
viran olmuşdur” (2, s.533).
Azərbaycanın Ermənistan tərəfindən işğalının qarşısını dinc
yolla almaq üçün respublika rəhbərliyi bütün imkanlardan, o cümlə-
dən, beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalış-
mışdır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti olduğu
vaxt Ulu öndər H.Ə.Əliyev demişdir: “Birləşmiş Millətlər Təşkilatı-
nın, onun Təhlükəsizlik Şurasının, ATƏT-in, onun çərçivəsində
olan Minsk qrupunun imkanlarından da istifadə etməyə səy göstər-
mişik. ABŞ-ın, Rusiyanın, Türkiyənin bu barədə təşəbbüslərindən
və imkanlarından istifadə etməyə çalışmışıq. Həmişə də hesab etmi-
şik ki, bu yolla getsək müvəffəqiyyət qazanarıq. Təəssüf ki, bu gö-
rülən tədbirlər indiyə qədər lazımı nəticə verməyib” (2, s.534). İndi
də gecə-gündüz bu imkanlardan istifadə yalları araşdırılır. Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyev cənabları son 8
ildə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kur-
sun varisliyini təmin edərək hər an beynəlxalq təşkilatların imkan-
larından istifadə etməyə çalışmış, bütün yüksək səviyyəli görüş-
lərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü şərtilə həllini
tapacağına inamını bildirmişdir. Məsələn, 2011-ci il noyabrın 11-də
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Respublikasının
Prezidenti Pal Şmitt ilə birlikdə mətbuata verdikləri bəyanatda de-
mişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdi-
yi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin
həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsa-
sında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edil-
məlidir. Ermənistan işğalçı qüvvələri Azərbaycanın torpaqlarından
çıxarılmalıdır” (1).
Bəs əhalisinin sayı Ermənistanın əhalisindən qat-qat çox olan
Azərbaycanın müharibənin ilk vaxtlarındakı uğursuzluqlarının səbə-
bi nə olmuşdur? Bunun səbəbləri çoxdur. Bu səbəblərdən birini xal-
qının vaxtında dadına çatmış Ümummilli liderimiz Heydər Əliyev
7
belə ifadə etmişdir: “... bizim məğlubiyyətlərimiz bir tərəfdən Azər-
baycan Ordusunun döyüşən hissələrinin bir çox yerlərdə gücsüzlüyü
nəticəsində baş vermiş, digər tərəfdən, bu ərazidə yaşayan vətəndaş-
ların, bizim soydaşlarımızın öz torpaqlarını qorumaq, saxlamaq əvə-
zinə dərhal qaçmaq, yurdlarını qoyub didərgin düşmək əhval-ruhiy-
yəsi ilə əlaqədar olmuşdur.”(2, s.536). Müharibənin gedişi göstərdi
ki, ata-baba torpaqlarını, Vətənin torpağını qoyub qaçmaq nəinki
mülki əhali arasında, hətta hərbi hissələrdə əsgər və zabitlərin də
əhval-ruhiyyəsinə daxil olmuşdur. Buna nümunə kimi Zəngilan,
Qubadlı və bir sıra başqa döyüş bölgələrindəki hadisələri göstərmək
mümkündür. Məsələn, Ümummilli liderimizin ifadəsi ilə desək
“Zəngilan rayonundan çıxan hərbi hissədə əsgərlərin, zabitlərin ək-
səriyyəti yerli adamlardır. Onlar döyüşmək əvəzinə, öz torpaqlarını
müdafiə etmək əvəzinə, atəş səsi eşidən kimi tez-tələsik ailələrini
çıxarmaqla və başqa işlərlə məşğul olmuşlar. Şübhəsiz ki, dinc əhali
döyüş bölgələrindən çıxarılmalıdır, bunun üçün lazımi tədbirlər gö-
rülməlidir. Lakin bu o demək deyildir ki, döyüşçü öz mövqeyini
tərk edərək yalnız özü və ailəsi haqqında düşünsün, qaçmağa çalış-
sın” (2, s.541).
Xalqının bütün keyfiyyətlərini, onun tarixi ənənələrini gözəl
bilən Ulu öndərimiz onu da qeyd edir ki, “Azərbaycan xalqı qəhrə-
man xalqdır. Onun tarixində igidlik ənənələri həmişə güclü olmuş-
dur. Xalqımız öz qəhrəmanları ilə fəxr etmişdir. Azərbaycan xalqı-
nın qüdrəti bu gün də itməmişdir. Ancaq qeyd etdiyim kimi, son
illərdə gedən mənfi proseslər insanların bir çoxunun mənəviyyatını
pozmuş, onların bəzilərində vətənpərvərlik hissini tamamilə kütləş-
dirmişdir. Vətəni qorumaq, torpağa bağlı olmaq hissini , “ölsəm də,
öz torpağımda şəhid olum” hissini çoxları itirmişdir ...
Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr.
Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və im-
kanları var. Lakin bundan ötəri gərək xalq bir məqsədə xidmət etsin.
Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suveren-
liyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azər-
baycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır.” (2, s.541).
8
Göründüyü kimi, məğlubiyyətlərimizin başlıca səbəblərindən
ikisinin kökləri birbaşa ümumtəhsil məktəblərimizdə təlim prosesi-
nə gedib çıxır. Birinci səbəb, orta məktəbi bitirib hərbi xidmətə gə-
lən əsgərlərin səriştəsizliyi, sadə hərbi anlayışları bilməməsi ilə bağ-
lıdır ki, bu da orta məktəbin sonuncu iki sinfində keçilən gənclərin
çağırışaqədərki hazırlığı (əvvəlki ibtidai hərbi hazırlıq) fənninin təd-
risi səviyyəsi ilə bağlıdır. İkinci səbəb isə, yeniyetmələrin vətənpər-
vərlik və bununla yanaşı, hərbi-vətənpərvərlik tərbiyəsinin key-
fiyyəti ilə əlaqədardır. Yəni vətəni sadəcə sözdə sevmək yox, eyni
zamanda onu silahla, qanı bahasına da olsa qorumağı bacarmaqdır.
Göründüyü kimi hər iki səbəb digər amillərlə bərabər ümumtəhsil
məktəblərinin X-XI siniflərində tədris olunan gənclərin çağırışaqə-
dərki hazırlığı (ibtidai hərbi hazırlıq) fənninin aşağı səviyyədə
tədrisindən, bu sahədə respublikada fundamental tədqiqatların apa-
rılmamasından, tədrislə bağlı elmi problemlərin müəyyənləşdiril-
məməsindən və onların həll olunmamasından da irəli gəlmişdir.
“İndi hamı başa düşür ki, Azərbaycan çox gərgin vəziyyətdədir.
... Biz müdafiə qüvvələrimizi hər cəhətdən gücləndirməliyik”
– deyən Ümummilli liderimiz prezidentliyi dövründə bu gücləndir-
mənin istiqamətlərini də göstərmişdir: “Müdafiə qüvvələrini möh-
kəmləndirmək üçün Azərbaycanda bütün mənəvi-psixoloji vəziyyət
dəyişməlidir. İndiki əhval-ruhiyyə ilə Azərbaycanın bütövlüyünü
təmin etmək mümkün olmayacaqdır... Əgər insanların mənəviyya-
tında dəyişiklik olmasa, pozulmuş mənəviyyat bərpa edilməsə, in-
sanlarda vətənpərvərlik, namus, şərəf, qeyrət hissi baş qaldırmasa
biz heç nə edə bilmərik” (2, s.542-544). “Burada oturub ah-vay et-
məkdənsə, yaxud qeybətlə məşğul olmaqdansa, ayrı-ayrı məsələlərə
cürbəcür qiymət verməkdənsə, gedib hərə bir cəbhə bölgəsində, or-
du hissəsində adamların əhval-ruhiyyəsini, vətənpərvərlik hissini
qaldırsa, müdafiə qüvvələrinin möhkəmlənməsində iştirak etdiklə-
rini göstərə bilərlər” (2, s.553).
1994-cü il yanvarın 13-də Azərbaycan Prezidenti, Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyev cəbhəyə
yola düşən zabitlərin bir qrupu ilə respublika şəhər və rayonların
9
hərbi komissarlıqlarında, habelə döyüş əməliyyatı getməyən zona-
lardakı müxtəlif hərbi bölmələrdə xidmət edən peşəkar zabitlərlə
görüşündəki nitqində söyləmişdir: “Görüşümüzün məqsədi bundan
ibarətdir: son aylarda respublikamızda Azərbaycan ordusunun quru-
culuğu prosesi gedir. Sizin hamınız bunun şahidisiz ki, həmin pro-
ses indi artıq düzgün istiqamətdə aparılır, müsbət nəticələrini verir.
Bu isə Azərbaycan Respublikasının müdafiəsinin, Silahlı Quvvələ-
rimizin möhkəmlənməsinə kömək edir.
İndi respublikanın müdafiə imkanlarının artmasına çox böyük
ehtiyac var” (2, s.580). “İndi bizim hərbi çağırış məntəqələrimizdə
gənclərin sayı çoxdur və onlar hərbi xidmətə başlamalıdırlar. Onla-
rın hərbi təlimi ilə məşğul olmaq üçün zabit kadrlarına çox ehtiyacı-
mız var” (2, s.583).
Göründüyü kimi Ümummilli liderimiz Heydər Əliyev ikinci
dəfə respublika rəhbərliyinə başladığı ilk gündən güclü Milli Ordu-
muzun yaranmasına xüsusi diqqət və qayğı göstərmiş, prezident
işlədiyi dövrdə ordu quruculuğu ilə bağlı da xeyli qlobal işlər gör-
müşdür. Bu işlər Ulu öndərin layiqli varisi və davamçısı, Azərbay-
can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman-
danı İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, indi də da-
vam etdirilir. Bu prosesi Prezidentimiz özü belə bəyan edir: “Hər bir
ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir
rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki,
Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət
daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın ordusu Cə-
nubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmi-
şik və gərək bunu möhkəmləndirək. Bu üstünlük daha da böyük
olmalıdır və biz buna nail olacağıq. Bu münaqişəni həll etmək üçün,
işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməli-
dir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən
vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda
bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq” (“Azərbay-
can” qəzeti, 11 noyabr 2011-ci il, № 248).
10
Deməli, gənc nəslin Vətənin layiqli övladları kimi böyümə-
sində, onlarda yurdsevərlik, doğma torpaq, el-oba sevgisi tərbiyə
etməkdə, vətəndaşı olduğu ölkəni, dövləti qorumaqda, hərbi biliklə-
rə yiyələnməkdə orta məktəblərimizdəki hərbi məşğələlərin rolu son
dərəcə böyükdür. Təcrübə göstərir ki, bu kursun öyrənilməsi prose-
sində şagirdlərin digər ümumtəhsil fənləri üzrə biliklərinə müraciət
etmək tədrisin səmərəliliyini nəinki artırır, hətta gənclərin çağırışa-
qədərki hərbi hazırlığı fənninin qarşısında qoyulan vəzifələrin uğur-
la həyata keçirilməsini reallaşdıra bilir.
Gənclərin çağırışaqədərki hazırlığı kursunun məzmunundan
görünür ki, bu fənnin digər tədris fənləri ilə, o cümlədən, fizika, ri-
yaziyyat, kimya, tarix, coğrafiya, ədəbiyyat, əmək təlimi və s. fən-
lərlə çox sıx əlaqə imkanları var. Biz bu əlaqənin, yəni gənclərin
çağırışaqədərki hazırlığı fənninin digər ümumtəhsil fənləri (xüsusən
fizika və riyaziyyat) ilə qarşılıqlı əlaqəli tədrisi problemləri üzərində
xüsusi dayanacağıq. Çünki, mütəxəssislərin hələ yarım əsr bundan
əvvəl “Döyüşdə riyaziyyat” (rus dilində) adlı əsərdə qeyd etdikləri
kimi, xüsusilə müasir dövrdə hərbi işi və onun inkişafını fizika və
riyaziyyatsız təsəvvürə gətirmək mümkün deyil. Hazırda yeni növ
silahların yaradılması bilavasitə bu fənlərin fəal iştirakı ilə həyata
keçirilir. Bu elmlər özünün çox böyük əhəmiyyətini hərbi əməliy-
yatların gedişində də qazanmışdır (37, s.3).
Müasir dövrdə kompyuter idarəetmə sistemlərinin, elektron
hesablama maşınlarının coşğun inkişafı ilə bağlı hərbi işlərdə
riyaziyyata müraciət olunmasına üstünlük verilir. Kompyuter idarə-
etmə sistemləri, elektron hesablama maşınları konstruksiya və dö-
yüş məsələlərinin həllində də yeni yollar açmışdır. Bu texnikadan
istifadə etmək üçün hərbi məsələni əvvəlcə riyazi dilə – rəqəmlər və
düsturlar dilinə çevirmək lazımdır. İnamla demək olar ki, kim riya-
ziyyat elminin çoxcəhətli imkanlarından bacarıqla və geniş şəkildə
bəhrələnəcəksə, o da döyüşlərdə daha səmərəli fəaliyyət göstərəcək.
Təsadüfi deyilməmişdir: “Biz hamımız başa düşməliyik ki, hazırda
bütün şəxsi heyətin yüksək texniki hazırlığı olmadan, fizika və riya-
ziyyatdan əsas bilikləri bilmədən onlardan müasir hərbi texnikadan
11
baş çıxaran bir mütəxəssis kimi istifadə etmək mümkün deyildir”
(37, s.4).
İ.Anureev və A.Tatarçenkonun “Hərbi işlərdə riyazi me-
todların tətbiqi” əsərində göstərilir: “İndi hamı yaxşı başa düşür ki,
riyaziyyat sahəsindəki tədqiqat işləri və onların tətbiqi praktikaya
çox böyük fayda gətirir. Bu qanunauyğunluq tamamilə hərbi işlərdə
riyazi metodların tətbiq edilməsinə də aiddir. Bunun əsas əhəmiy-
yəti ondan ibarətdir ki, bunlar ordunun operativ və keyfiyyətlə idarə
olunmasının yüksəldilməsinə imkan verir” (38, s.10). V.V.Abçukun
fikirləri də maraq doğurur. O, “Müasir döyüşlər zamanı riyaziyyatın
hansı bölmələrindən istifadə olunur?” sualına cavab verərək göstərir
ki, əlbəttə bu riyazi bölmələrə ilk növbədə hesab, cəbr və həndəsə
daxildir. Bu fənlər çoxdan bütün hərbi hesablamaların dəyişilməz
atributudur və bunun xüsusi izahına ehtiyac yoxdur. Bunlarla bəra-
bər müasir hərbi işlərdə ehtimal nəzəriyyəsi və riyazi statistika,
informasiyalar nəzəriyyəsi, kütləvi xidmətlər nəzəriyyəsi, axtarılma
nəzəriyyəsi, riyazi planlaşdırma, riyazi modelləşdirmə, oyunlar nə-
zəriyyəsi kimi riyazi fənlərdən istifadə olunur. Bu fənlər hərbi işin
bilavasitə elə sahələrində tətbiq olunur ki, bu sahələrdə gedən pro-
ses və hadisələrin gedişinə daha keyfiyyətli yaxınlaşmaq, oradakı
miqdarı qanunauyğunluqları daha dəqiq və tam müəyyənləşdirmək
vacibdir (39, s.7).
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində fənlərarası
əlaqənin vacibliyi mövcud tədris proqramının tələblərindən də irəli
gəlir. Əvvəlki proqramda fənlərarası əlaqəni həyata keçirmək məq-
sədilə “Əlavə-4” şəklində cədvəl də verilmişdir. Cədvəl şagirdlərin
“Fizika”, “Cəbr”, “Həndəsə”, “Astronomiya”, “Kimya”, “Bədən tər-
biyəsi” və s. orta ümumtəhsil fənlərindən öyrəndikləri bilik və baca-
rıqların məzmunu əsasında hazırlanmışdır. Bu cədvələ əsasən, hərbi
rəhbər müəyyən edə bilər ki, kursun uyğun mövzularının tədrisi za-
manı onları konkret şəkildə hansı fənlərlə və bilavasitə hansı möv-
zularla əlaqələndirmək mümkündür. A.İ.Averinin tədris proqramına
və dərsliyə uyğun olaraq hazırladığı “İbtidai hərbi hazırlıq üzrə sə-
nədlər və materiallar” adlı tədris vəsaitində belə bir fikrə üstünlük
12
verilir: “Hərbi rəhbər dərsə hazırlaşarkən şagirdlərə digər fənlər
üzrə dərs və məşğələlərdən məlum olan bilikləri, bu biliklərdən
növbəti dərsdə necə istifadə edəcəklərini və keçiləcək dərsin meto-
dunu müəyyənləşdirməlidir” (40, s.31).
Bütün bunlar gənclərin çağırışaqədərki hazırlığı məşğələ-
lərinin keçirilməsi zamanı şagirdlərə ümumtəhsil fənləri üzrə bilik
və bacarıqlardan, bu biliklərə əsasən tərtib olunan müvafiq hərbi ça-
lışmalardan istifadəni mənimsətməyin əhəmiyyətini və onun gələ-
cək perspektivlərini görməyə kömək göstərir.
Bu məsələyə, yəni təlimdə fənlərarası əlaqə məsələsinə dövrü-
müzün psixoloq və metodistləri də yüksək qiymət vermişlər. Məsə-
lən, M.N.Skatkin (41) və L.V.Zankov (42) məktəblilərin bilik və ba-
carıqlarından əlaqəli və müqayisəli şəkildə istifadəyə onların bilik-
lərindəki formalizmin aradan qaldırılmasında bir vasitə kimi baxırlar.
Beləliklə, Azərbaycan dövlətinin ümumtəhsil məktəblərində
təlim prosesinin keyfiyyətini yüksəltməklə əlaqədar qəbul etdiyi
qərarlardan irəli gələn tələbləri, Silahlı Qüvvələrin müasir inkişaf
səviyyəsini, ixtisasçı alimlərin və müəllimlərin məktəbdə gənclərin
çağırışaqədərki hazırlığı məşğələlərinin daha səmərəli keçirilməsinə
dair fikirlərini ümumiləşdirərək belə bir nəticə çıxarmaq olar ki,
ibtidai hərbi hazırlıq fənninin digər ümumtəhsil fənləri ilə əlaqəli
tədrisi problemlərini geniş tədqiq etməyə, onları ümumiləşdirib elmi
sistemə salmağa böyük ehtiyac vardır.
Bəs bu məsələ praktikada necə həyata keçirilir?
Aparılmış tədqiqat göstərir ki, müharibə başlayana qədər res-
publika məktəblərində ibtidai hərbi hazırlıq fənninin tədrisi keyfiy-
yəti əvvəlki illərlə müqayisədə yaxşılaşdırılmış və bu kursun məz-
munu ilə riyaziyyat, fizika, kimya, coğrafiya, əmək təlimi və sair
fənlərin məzmunu xeyli uzlaşdırılmışdır. Bu dövrdə məktəblərimi-
zin bir qismində yaxşı hərbi kabinetlər var idi və onlar müasir ava-
danlıqlarla təchiz edilmişdir. Nəzəri və metodik cəhətdən hazırlıqlı
hərbi rəhbərlərin sayı da az deyildir. Onlar məşğələlərdə əyaniliyə,
dərslərin səmərəli təşkilinə və fənlərarası əlaqəyə (məsələn, coğrafi-
ya, fizika və riyaziyyat) müəyyən qədər yer verir, ibtidai hərbi ha-
13
zırlıq fənni üzrə bir sıra mövzuların izahı prosesində riyaziyyat və
fizikaya dair anlayışlardan şüurlu şəkildə istifadəni şagirdlərə mə-
nimsətməyə çalışırlar. Hazırda “İbtidai hərbi hazırlıq” fənni “Gənc-
lərin çağırışaqədərki hazırlığı” fənni adlandırılmış, tədris proqra-
mında köklü dəyişikliklər aparılmış, milli dərsliklər yaradılmışdır.
Yeni yaradılmış dərsliyin (müəllif prof. Həbib Ocaqovdur) üstün
cəhətləri çoxdur. Lakin etiraf etməliyik ki, X-XI siniflərdə material-
ların tədrisini konkret fizika və riyazi anlayışlarla, o cümlədən, hər-
bi məzmunlu fizika və riyazi çalışmalarla, hərbi-topoqrafik bilikləri
coğrafi biliklərlə əlaqələndirməyin əhəmiyyətini və rolunu düzgün
qiymətləndirməyən, belə bir əlaqəni keyfiyyətli təşkil etməyi
bacarmayan və onu hərbi silahlardan istifadə prosesində nəzərə ala
bilməyən hərbi rəhbərlər az deyildir. Bundan əlavə, hətta yaxşı
kabineti və təcrübəli hərbi rəhbəri olan məktəblərdə belə gənclərin
çağırışaqədərki hazırlığı kursunun tədrisi zamanı hərbi məzmunlu
fizika və riyazi çalışmalardan daha əlverişli formalarda istifadə
edilmir, şagirdlərin böyük bir qismi bilavasitə riyaziyyat, fizika,
kimya, coğrafiya, əmək təlimi fənlərilə əlaqələndirilməsi mümkün
olan bir sıra hərbi anlayışlara lazımı səviyyədə yiyələnmirlər.
Məsələn, güllənin atılma prosesində baş verən fiziki prosesləri,
həmçinin uçan hədəfi güllə ilə vurarkən qabaqlama məsafəsinin
hesablanmasında, hərbi-topoqrafik biliklərin mənimsənilməsi zama-
nı binokldan istifadə və s. proseslərdəki riyazi qanunauyğunluqları
dərk edə bilmir. Hərbi işlərdə qurma və ölçmə alətlərindən (xətkeş,
transportir və s.), müxtəlif riyazi hesablamalardan düzgün və cəld
istifadə etməkdə, həndəsi kəmiyyətlərin ölçülməsini tələb edən
hərbi anlayışları mənimsəməkdə çətinlik çəkirlər. Bu da onunla
əlaqədardır ki, şagirdlərin bir qismi müvafiq hərbi anlayışlarla bağlı
olan və bilavasitə orta ümumtəhsil fənlərindən öyrəndikləri zəruri
məlumatları xatırlaya bilmir, digər qismi həmin biliklərindən birinin
digəri ilə əlaqə momentlərini seçməkdə, bir qismi isə öz riyazi
(həmçinin fizika, coğrafiya və s.) bilik və bacarıqlarından yeri gəl-
dikçə hərbi işlərdə faydalanmaqda çətinlik çəkirlər. Ümumiyyətlə
götürüldükdə isə, gənclərin çağırışaqədərki hazırlığı fənninin
14
ümumtəhsil məktəblərində keçilən digər tədris fənlərinin məzmunu
ilə əlaqəli tədrisi problemləri praktik cəhətdən də həll olunmayıb.
Problemlərin ayrı-ayrı hissələrinin həllinə kor-təbii şəkildə cəhdlər
göstərilmişdir. Məsələn, bir neçə elmi-metodiki məqalədə (21, 22,
76) gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi zamanı şa-
girdlərin fizika və riyazi biliklərindən, o cümlədən, hərbi məzmunlu
fizika və riyazi çalışmalardan istifadəyə meyl göstərilir, lakin bura-
da elmi sistem olmadığından keyfiyyət xeyli aşağıdır. Bunların baş-
lıca səbəbi ondan ibarətdir ki,
a)
aşağı siniflərdə müxtəlif fənlərin (məsələn, riyaziyyat, fizi-
ka, kimya, coğrafiya və s.) tədrisi prosesində məktəblilər hərbi bi-
liklərin daha elmi əsaslarla mənimsədilməsinə alışdırılmır, X sinif-
dən gənclərin çağırışaqədərki hazırlığı fənni keçilməyə başlandıqda
onlar bu təlimə nəzəri cəhətdən hazır olmurlar;
b)
kurs üzrə yeni mövzuların izahı zamanı ümumtəhsil fənləri
üzrə zəruri biliklərdən, o cümlədən, fizika, riyazi və s. biliklərdən
istifadə problemləri nə ümumpedaqoji, nə də metodiki baxımdan
həll edilməmişdir;
c)
hərbi biliklərin möhkəmləndirilməsi, həmçinin bəzi möv-
zuların şərhi zamanı hərbi məzmunlu fizika və riyazi çalışmalardan
istifadə məsələləri, o cümlədən sırf hərbi xarakterli çalışmaların həl-
lində fizika, riyazi və hərbi biliklərin qarşılıqlı əlaqəli şəkildə tətbi-
qinin əlverişli imkanları, üsul və vasitələri, əhəmiyyəti (hərbi, riya-
zi, fizika və s. fənlər üzrə biliklərin mənimsənilməsinə göstərdiyi
müsbət təsirlər) tədqiq edilib araşdırılmamışdır.
Respublikamızın ümumtəhsil məktəblərində hərbi hazırlıq üz-
rə mövzuların tədrisi zamanı şagirdlərin riyazi biliklərindən istifadə
probleminə yalnız prof. B.Q.Pobedinskinin “Hərbi topoqrafiyanın
əsas məsələlərinin öyrənilməsinə orta məktəb rəsmxət və matema-
tika kursunun tətbiqi” (Bakı, Azərnəşr, 1942) əsəri, fizika biliklərin-
dən istifadə probleminə isə prof. A.Q.Abbaszadənin “Fizika təli-
mində hərbi texnika elementləri” (Bakı, Azərnəşr, 1942) əsəri həsr
edilmişdir. Lakin Böyük Vətən müharibəsi dövründə yazılmış bu
15
əsərlər elm və hərbi texnikanın müasir inkişafı baxımından tədqiq
olunan problemin həllinə cavab verə bilmir.
Müəlliflərdən K.E. Şvidçenko və A.F. Laxın isə hərbi hazırlıq
məşğələlərində fənlərarası əlaqənin nəzərə alınmasına məktəbdə
hərbi işin möhkəm və dərin mənimsənilməsində vacib şərt kimi
baxırlar (43, s.7). Bu fikri müəlliflərdən A.M.Kuprin, A.H.Kovalen-
ko və A.M.Morozov isə konkretləşdirib riyaziyyat və fizika fənləri
ilə ibtidai hərbi hazırlıq fənninə aid edirlər (44, s.24). Söylənilən
fikirlər ədəbiyyatda ideya kimi irəli sürülmüş, lakin konkret təd-
qiqat obyektinə çevrilməmişdir. Bütün bunlar belə bir fikir söylə-
məyə imkan verir ki, gənclərin çağırışaqədərki hərbi hazırlığı dərs-
lərinin keçirilməsi zamanı şagirdlərin I-V sinif riyaziyyat və təbiət-
şünaslıq, VI-XI sinif cəbr, həndəsə, cəbr və analizin başlanğıcı,
rəsmxət, fizika, kimya, coğrafiya, əmək təlimi və s. fənlərdən öy-
rəndikləri bilik və bacarıqlardan hərbi anlayışların izahı zamanı isti-
fadə məsələləri, həmçinin bir sıra ümumtəhsil fənlərinin tədrisi
prosesində hərbi texniki biliklərin verilməsi problemləri, o cümlə-
dən, ümumtəhsil fənləri üzrə biliklərə əsasən tərtib olunan hərbi
məzmunlu çalışmalardan istifadə sahəsində aparılan elmi-tədqiqat
işləri hələlik sistemə salınmamışdır və bugünkü məktəblərimizin
tələblərini ödəyə bilmir.
Beləliklə, bu mülahizələr də, yəni gənclərin çağırışaqədərki
hazırlığı məşğələlərində yeni mövzuların izahı və həmçinin hərbi
məzmunlu çalışmaların həlli zamanı şagirdlərin riyaziyyat, coğrafi-
ya, fizika və s. fənlərə aid bilik və bacarıqlardan səmərəli istifadə
etməyi bacarmamaları, belə əlaqələrin forma və metodlarının hərbi
rəhbərlərə tam aydın olmaması, nəzərdən keçirdiyimiz problemin
metodik ədəbiyyatda öz konkret həllini tapmaması müasir mərhə-
lədə onun tədqiqini zərurətə çevirir. Bu isə tədqiq olunan problemin
aktuallıq kəsb etdiyini bir daha sübut edir.
Gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində fənnin
məzmununa uyğun fizika, riyazi, coğrafi və s. xarakterli hərbi çalış-
malardan daha səmərəli istifadə məsələsinin müsbət həlli məktəbdə
tərbiyə və təhsilin ümumi məsələlərinin həllində də böyük əhəmiy-
16
yətə malikdir. Çünki bu məsələnin həlli yalnız hərbi işin əsaslarının
daha şüurlu və möhkəm mənimsənilməsinə deyil, eyni zamanda
digər həyat hadisələrinin gedişində şagirdlərə ümumtəhsil fənləri
üzrə biliklərdən daha şüurlu, düzgün və səmərəli formada istifadə
etməyə kömək göstərir. Bu da, riyaziyyat, fizika və s. fənlərə dair
biliklərin tətbiqi sahələrinin genişləndirilməsi üçün, bu genişlənmə-
nin şagirdlərə dərk etdirilməsi üçün, şagirdlərin riyazi və məntiqi
təfəkkürünün inkişafı üçün, həmçinin fizika, riyaziyyat və gənclərin
çağırışaqədərki hazırlığı fənləri ilə bərabər bütün tədris fənlərinin
şüurlu və möhkəm mənimsənilməsi üçün vacib şərtdir.
17
Dostları ilə paylaş: |