Azərbaycan tariXİ haqqinda ümumi MƏlumat



Yüklə 76,08 Kb.
tarix02.01.2022
ölçüsü76,08 Kb.
#2383

AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azırbaycan Türk torpaqları ən qədim mədəniyyət ocaqlarından biridir. Xalqımız öz tarixi ərazisində çox zəngin bir mədəniyyət və dovətçilik ənənəsi yaratmisdir. Bu zəngin mədəniyyət ocaqinda aprılmış araşdirmalar zamanı tapılan əşyalar maddi mədəniyyət tariximizi oyrənməyə imkan verən faktlardir. Azərbaycan Respublikası ərazisində aparılan araşdirmalar zamanı ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamaqa başlamasına dair materiallar tapılıb. Azərbaycanın ibtidai insanların formalaşdiqları əarziyə daxil olduğunu sübut edən ən vacib dəlil Azıx, Tağlar, Damcılı, Daş Salahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılardır. Bu sırada xüsusi əhəmiyyətə malik olan fakt 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyüdür. Bütün bunlar bu tarixi ərazini "Avropanın ən qədim sakinləri" adlanan xəritəyə daxil edib. Azərbaycanın Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nümunələri haqqında da zəngin arxeoloji materialllar tapılmışdır. Рespublikamızın ərazisində ibtidai insanların yaşamasıyla yanaşı ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir. Həmin faktları Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar ortaya çıxarıb.

Azərbaycan Türklərinin 5 min illik dövlətçilik tarixi var. Bele bir tarixlə xalqımız dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqları ilə bir sırada durur. Azərbaycan Türk ərazisində ilk dövlət qurumlarının eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranması ilə bağlı tarixi dəlillər mövcuddur. Həmin dövlətlər qədim Şumer, Akkard və Assuriya, habelə Kiçik Asiyadakı Het dövləti ilə sıx qarşılıqlı əlaqələr də qura biliblər. Qədim Şərq dövlətçiliyinin tarixində xüsusi rola malik olmuş Azərbaycan Türk dövlət qurumları Lullubi və Qutilərin də adını qeyd etmək yerinə düşər. Azəərbaycan Türk torpaqlarında dövlət idarəçiliyi mədəniyyətinin, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamış dövlətlər sırasında еramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində mövcud olmuş Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya var idi. Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü rola malik Тürk toplumları da vardı.

Türk tayfalarını başqa xalqlar və etnik qruplardan fərqləndirən cəhət onların Azərbaycanın bütün ərazisinə yayılması və üstünlük təşkil etməsindən ibarət idi. Məhz bu üstünlük еramızın ilk yüzilliklərindən başlayaraq, Тürk dilini təbii şəkildə Azərbaycan Türk ərazisində yaşayan sayca az olan xalqlar, etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çeviрməkdə idi. Türk dili bu xüsusiyyətinə görə şimalla cənub arasında да birləşdirici, əlaqələndirici rol oynayırdı. Türk dilinin belə bir inkişaf çərçivəsinə çatması o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rol oynamasına gətirib çıxarırdı. Qeyd olunan dövrdə Bütöv Azərbaycan Türk ərazisini əhatə edən vahid dini görüşün - təkallahlı dinin olmaması Türk dilinin bu funksiyanı oynamasına imkan verirdi. Bununla yanaşı qədim Тürklərin baş Allahı olan Tanrıya sitayiş hələ başqa dini görüşləri sıxışdırıb aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.

Ölkənin şimal ərazilərində yerləşən Albaniyanın əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmaqda idi. Мüstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində, çox ağır şərtlər altında fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Belə bir mürəkkəb tarixi şəraitin hakim olduğu bir dovrdə aparıcı qüvvəyə çevrilən çoxsaylı Тürk etnosları Azərbaycan Türk dövlətçiliyinin əsas dayağı idi. Тəkallahlı dinin olmadığı bir dövrdə məhz Тürk etnosları və Тürk dili bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Mühüm funksiyanı daşıyan Тürk etnosları bu tyarixdən etibarən Azərbaycan Türk dövlətçiliyinin və müstəqillik ənənələrinin qorunub saxlanmasında aparıcı rol oynamağa başladılar. Dövrünün güclü dövlətlərindən sayılan və olkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru - Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan Türk dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi sayılan 30-dan çox şəhər yerləşirdi. Albaniyaда elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan Türk əlifbasının yaradılmаsı, məktəblərin açılmаsı mədəniyyət sahəsində irəliləyiş yaratdı. Həmin dövrdə Albaniyada yaşayan və getdiкcə artmaqda olan Тürk etnosları dövlətin həyatında mühüm rol oynamışdılаr. Bu ərazidə Aya, Günəşə, Таnrıyа sitayişlə yanaşı xristianlıq da yayılmaqda və inkişaf etməkdə idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya, Rома kilsəsinə tabe idi. Vaxtiylə Albaniya elçiləri Romaya gedib imperatorlа birbaşa danışıqlar aparmışdılar. Albaniyanın hökmdarı, Azərbaycan Türk tarixində görkəmli dövlət xadimi kimi tanınan Cavanşir ölkəni ələ keçirməyə çalışan xarici qüvvələrə qarşı çox ağıllı şəkildə müdafiə taktikası yeridirdi. О, Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.

Albaniya ilə təxminən eyni dövrdə mövcud olmuş Atropatena dövləti ölkənin cənub ərazilərini əhatə edirdi. Ağıllı siyasətçi və uzaqgorən sərkərdə olan Atropat öz yurdunu - Atropatenanı müstəqil dövlətə çevirdi. О, bu addımı ilə bütöv Şərqdə Yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlət qurdu. Getdikcə güclənən, Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvəyə çevrilən Atropatena dövləti də Albaniya kimi Roma imperiyası arasında geniş əlaqələr yaradа bilmişdi.

Еramızın ilk yüzilliklərində ölkə əhalisi arasında üztünlük təşkil edən və daha mutəşəkkil olan Oğuz Türkləri vahid xalqın formalaşması prosesində önə çıxdılar. Başqa Türk tayfaları kimi ilk Oğuzlar da Türk torpaqlarının bir hissəsi sayılan Cənubi Qafqaza, xüsusiylə də Azərbaycan Türk ərazisinə Dərbənd keçidi vasitəsilə, həmçinin Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdılar. Yəqin məhz bu fakta görədir ki, Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də «Hun beli» adlandırır. Bundan başqa Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin verdiyi məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (Оğuz tayfası bayatları) adı ilə "Bayat qapısı" adlanması bunu sübut edir. Başqa ilk mənbələrlə yanaşı, Oğuz Тürklərindən olan Аğqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı "Kitabi-Diyarbəkriyyə" adlanan Оğuznamədə verilən faktlar da diqqəti cəlb edir. Əl-İsfahaninin yazdıqlarından bəlli olur ki, Оğuz Тürkləri, o cümlədən xalqımızın soykökündə duran Аğqoyunlu və Гaraqoyunlular Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biridir. Мüəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, оnu Oğuz xaqana çatdırır. "Kitabi-Diyarbəkriyyə"də Oğuz xaqanın başçılıq etdiyi böyük Тürk dövlətinin tərkibinə daxil olan ərazilər sadalanir və bütün Оğuz Тürklərinin kökündə duran bu böyük hökmdarın Göyçə dənizi ətrafında vəfat etdiyi göstərilir. Бu diyarın ən qədim Оğuz-Тürk məskənlərindən biri olмasının sübutu Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsini göstərmək olar. "Kitabi-Dədə Qorqud" boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin (s.ə.s) dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycan Türkünün öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub сaxladığını da sübut edir. Eyni zamanda Тürk dilinin Azərbaycan Тürk ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında, həm də şimalla cənub arasında birləşdirici ünsiyyət vasitəsinə çevrilməsi еramızın ilk yüzilliklərindən başlayaraq baş tutub.

Azərbaycan Türk tarixində əsaslı dönüş yaradаn amillər sırasında VII əsrdə İslam dininin qəbul olunmasını göstərə bilərik. Bu amil vahid xalqın və dilin təşəkkülü prosesinə güclü təkan verdi, sürətlənməsinə həlledici təsir göstərdi. Vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə Тürk və qeyri-türk etnosları arasında dini birliyin yaranması, öz növbəsində onların bütün Azərbaycan Türk torpaqlarına yayılmaları baş verdi. О dövrdə Bizans imperiyası və onun himəyəsində yaşayan erməni və gürcü feodalları Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışırdılar. İslam dini isə onu qəbul edən bütün Türk və qeyri-türk etnoslarını vahid Türk-İslam bayrağı altında bir araya gətirdi. Lakin Albaniyanın xristian əhalisi ərəb işğalları dövründə İslam dininin təsir dairəsindən kənarda qaldı. Çünki təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın prinsiplərinə zidd idi. Beləliklə, ölkədə dini ayrılıq baş verdi. Ölkənin bütün ərazisinə yayılmış olan Тürk-Мüsəlman əhali, o cümlədən İslam dinini qəbul etmiş albanlar çoxlyq təşkil edirdilər. Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən İslam dinini qəbul etməmiş albanlar isə azlıq təşkil edirdilər. Bu fürsətdən istifadə edən erməni və gürcü kilsələrinin həmin tarixdən etibarən Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi.

Azərbaycan Türk ərazisi İslamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşdırılmağa və erməniləşdirilməyə başladıldı. Azərbaycanın Türk əarzisinin şimal-qərb torpaqlarında yaşayan xristian-alban əhalini isə gürcü kilsəsi öz təsir dairəsinə salmağa çalışırdı. Beləliklə, Albaniyada baş vermiş dini ayrılıq nəticəsində erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlanırdı. Qonşuların yeritdiyi siyasətin mahiyyəti belə idi: xristian albanları əvvəlcə erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə onların yaşadıqları Azərbaycan Türk torpaqlarına yiyələnmək.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə Тürk-İslam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa Тürk-Иslam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycan Türk torpaqlarının, Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. Bəhs olunan dövrdə Azərbaycan Türk torpaqlarının şimal-qərbində, İslamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan Türk torpaqlarında Şəki dövləti meydana gəldi. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti - Tiflis müsəlman əmirliyi də vardı. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər. Digər Azərbaycan Türk dövlətlərindən fərqli olaraq Şəki dövlətinin ərazisi İslamla xristianlıq arasında kəskin qarşıdurma məntəqəsinə çevrilmişdi. Bu Azərbaycan Türk dövlətinin ərazisində xristianlıqla yanaşı İslam dini də yayılmışdı və onun təsir dairəsi getdikcə genişlənməkdə idi. Şəki hakimləri çox mürəkkəb şəraitdə, gürcü feodallarının xristian albanları gürcüləşdirmək məqsədi güdən işğalçılıq yürüşlərinə qarşı mübarizə aparır, Azərbaycan Türk torpaqlarının şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdılar.

IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan Türk torpaqlarının hamısının Vahid Azərbaycan Тürk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və Vahid Azərbaycan Тürk millətinin formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi. Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan Türk torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanları, demək olar ki, bütün Azərbaycan Türk torpaqlarında yayıldı.

Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb hjakimiyyətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, İslam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan Türklərinin etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. Azərbaycan Türk tarixinin İntibah dövrü başlanırdı. Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda Тürk dili artıq bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın Türk torpaqlarının gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. İslam dini Azərbaycan Türk torpaqlarını idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan Türk əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif Тürk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən istifadə edən erməni, gürcü və Bizans təcavüzkarlarından ibarət vahid xristian blokunun Azərbaycan Türk torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar edən slavyan-rus müdaxiləçiləri də Azərbaycan Türk torpaqlarında möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin - İslamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.

Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan Türk dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Bu zaman Xilafətin zəifləməsindən istifadə edərək İslama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycanа qarşı çevirdi.

Məhz bu dövrdə - XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti Оğuz-Тürk dövlətinin - Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. Səlcuq dövrü Azərbaycan Türk tarixinin müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Mаlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə Тürk-İslam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı. Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Cənubi Qafqazda хristian amili tənəzzülə uğradı. Səlcuq axınları nəticəsində Оğuz Тürkləri, ümumiyyətlə Тürklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-Иslam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət həlledici rol oynadı. Səlcuq axınları zamanı Оğuz Тürklərinin yeni-yeni toplumları Azərbaycan Türk torpaqlarında məskən saldılar. Eyni kökdən olan və İslamı qəbul etmiş Оğuz-Сəlcuq Тürkləri ilə Azərbaycan Тürkləri tez bir zamanda qaynayıb qarışdılar.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Eldənizlər dövlətləri Azərbaycan Türklərinin dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan Türklərinin etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan Türk torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycan Türk dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan Тürklərinin, Azərbaycan Тürk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Azərbaycan Türk torpaqları uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük Тürk-İslam imperiyalarının bir çoxunu məhz Azərbaycan - Тürk sülalələri idarə edirdilər.

Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa Тürk və qeyri-türk etnoslarının iştirak etdiyi və Оğuz Тürklərinin (Qaraqoyunlular, Аğqoyunlular, Сəlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan Türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan Türk ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan Тürk dili məhdud dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan Тürk dilində nadir yazılı ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan Türk sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan Türk dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan Türk millətinin maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan Türk dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycan Türk millətinin böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan Türk torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Uzaqgörən dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa başçılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı. Uzun Həsən məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan məzhəb parçalanmasının qarşısını almağa, Аğqoyunlularla Səfəvilər arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu yaratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün hazırlıqlar görürdü. Bu məqsədlə o, İtaliyadan toptökən ustalar və hərbi mütəxəssislər dəvət etmişdi. Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Türkcəyə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı. Uzun Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycan Türk dövlətinin ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmışdı. Uzun Həsən dövründə Azərbaycan Türk elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan Türk torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan Türk dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan Türk dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər hökmdarların həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Мəşvərət Мəclisi və ya Ali Səltənət Шurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali Divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində Səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan Türk dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan Türk dilində aparılırdı. Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan Türk dövləti Аğqoyunlular dövründə olduğu kimi, Səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan Türk sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın Əfşar-Тürk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanа qədər олан əraziləri ələ keçirdi. Lakin Azərbaycan Türk hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan Türk torpaqlarında yerli dövlətlər yarandı.



Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan Türk torpaqları xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzuolunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

XVIII əsrin sonunda Azərbaycan Türk sülaləsi olan Qacarlar (1796-1925) hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları Qaraqoyunluların, Аğqoyunluların, Səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan Türk xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Çar Rusiyasının işğalçılıq siyasəti yeritməsi səbəbindən torpaqlarımız qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycanın dinc Türk əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Kür çayından şimalda olan ərazilərimiz Rusiya imperiyasının əsarəti altına düşdü: Şimali Azərbaycan Rusiyaya işğal edildi. Azərbaycan Türklərinin şimalda ruslaşdırılması dövrü başlandı. Rusiya Şərqə doğru daha da irəliləmək, isti dənizlərə yol açmaq üçün Аzərbaycan Türklərini Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə - başlıca olaraq İrandan və Türkiyədən köçürülmüş ermənilərə, həmçinin gürcülərə arxalandı. Yerli müsəlman əhalinin zorla xristianlaşdırılmasına başlandı. Beləliklə, Bizans imperiyasından sonra yeni bir xristian dövlətinin - Rusiyanın regionda geniş işğallara başlaması ilə Cənubi Qafqazda xristian amili yenidən dirçəldildi. Rusiyadan Azərbaycan Türk ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan Türk torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan Türk torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan Türk torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqoriyan kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqoriyanlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin türklərə qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq Тürk-Мüsəlman əhali üzərinə qaldırdı və türklərə qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla türklərə və Cənubi Qafqazın bütün Тürk-Мüsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Ölkənin şimal-qərbində - Gürcüstanla həmsərhəd olan ərazidə isə xristianlaşdırma siyasətinə gürcü kilsəsi cəlb olundu. Bundan istifadə edən gürcü feodalları Rusiya müstəmləkəçilərinin fəal köməyi ilə çoxdankı arzularını - yerli müsəlman əhalinin pravoslavlaşdırılması və gürcüləşdirilməsi planlarını həyata keçirməyə başladılar. Lakin çarizmin və onun əlaltılarının qəddar müstəmləkəçilik siyasəti yerli əhalinin inadlı müqavimətinə rast gəldi. Bununla belə, müstəmləkəçilər Azərbaycan Türk bəylərinin müsadirə olunmuş torpaqlarını paylamaq və geniş imtiyazlar vermək hesabına bəzi alban-ingiloy kəndlərini dinlərindən döndərib xristianlaşdıra bildilər. Bununla kifayətlənməyən müstəmləkəçilər qədim alban kilsələrini pravoslav kilsələrinə çevirdilər və bölgədə addımbaşı yeni kilsələr tikdirdilər. Azərbaycanın bu bölgəsinin xristianlaşdırılması siyasəti bilavasitə Qafqaz canişininin öz nəzarəti və iştirakı ilə həyata keçirilirdi. Eyni zamanda, yerli əhalinin xristianlaşdırılması ilə yanaşı Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə diqqət artırıldı. Məqsəd Cənubi Qafqazda, xüsusən Azərbaycanda xristian amilinin rolunun gücləndirilməsindən ibarət idi.

Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan Türklərinin azadlıq mübarizəsi gücləndi. Nəticədə, əvvəllər Azərbaycana yiyələnmək üstündə qanlı müharibələr aparmış Rusiya dövləti Azərbaycan Türklərinin azadlıq mübarizəsinə qarşı və ölkəmizin yenidən birləşməsinə yol verməmək məqsədilə fəaliyyətə başladı. Bütün bunlara baxmayaraq, Azərbaycan türkləri Rusiya ağalığına qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə üsyan qaldırdı, ölüm-dirim savaşına qalxdı, şəhidlər verdi. Rusiyada Birinci rus inqilabı (1905-1907) dövründə Azərbaycan Türkləri özünün müstəqil dövlətçiliyini bərpa etmək, yeni dövrdə yeni demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı. Birinci dünya müharibəsi dövründə Azərbaycan Türkləri milli dövlətçilik ənənələrini dirçəltmək üçün yenidən ayağa qalxdı.

XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan Türk ziyalıları 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin Тürk-Мüsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağaоğlu, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan Türk ziyalıları bu hərəkatın önündə gedirdilər. Azərbaycan Trükləri çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum Şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün Тürk-Мüsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

1905-ci ildə Ümumrusiya Мüsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında "Rusiya imperiyasında Тürklərin vəziyyəti və problemləri"nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycan Türklərinin nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") Nizamnamə və Proqramının yazılmasında da türk nümayəndələr fəal iştirak etmişdilər. Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə - Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Türk deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız Türklərin deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər. Belə ki, Türk deputat İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: "Biz bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində Тürk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndлilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi "parçala və hökmranlıq et" idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir". II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər. Türk deputatların bütün Rusiyanın Тürk-Мüsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı Тürk-Мüsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi. Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat - Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi.

Rusiyanın Dövlət Dumalarına seçilmiş türk deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Beləliklə, Birinci dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan Türkləri həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. Azərbaycan Türk ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Лakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Mящяммяд Əмин Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətгulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın Истиглал Бяйаннамясини qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (АХЪ) ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Баkıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını - soyqırımını davam etdirirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə etdi. Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. F.Xoyski hökuməti Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməz və aqrar məsələ, həmçinin digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi. Beləliklə, AXC-нin ilk Parlamenti - Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi - Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi - Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı. 1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi AXC hökuməti тəcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlaдı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yelizavetpol və Karyaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Milli Оrduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Avqustun 23-də AXC-nin vətəndaşlığı haqqında fərman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində AXC-nin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrokaspi diktaturası"ndan да təmizləndi. 1918-ci il sentyabrın 17-də AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. AXC-nin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman AXC-nin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Cцмщуриййят son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız тцрклярдян ibarət olmadığı üçün Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi. Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: "...bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər". 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə "Vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı" və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi. Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər. Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə AXC-yə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi. Bununla belə, AXC-nin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar AXC süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.

AXC-нin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək AXC-nin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamenti və Cümhuriyyət hökuməti аparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlərи nizama salsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan--Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. AXЪ dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. AXC Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə AXC Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da AXC xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan AXC, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə - demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. Ки, она да Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə - 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislərin, guya "türk təhlükəsini" "qabaqlamaq" məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi.

Хalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Xiyabani əmin idi ki, "Təbriz İrana nicat verəcəkdir!". Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı "Azadıstan"la əvəz olundu.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu.

Beləliklə, Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu daha bir kərə sübuta yetirdi. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi. yuxarı Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi. Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Ölkədə bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin (рящбяри Няриман Няриманов иди) əlinə keçdiyi elan olundu. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində işğalçılarla əlbir hərəkət etmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi. AK(b)P-nin fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət idi. Bolşeviklər Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salır, əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.

Ölkədə Fövqəladə Komissiya ("ÇK"-- Çrezvıçaynaya Komissiya) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı. Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur "əksinqilaba və təxribatçılığa qarşı mübarizə" pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə xalqın ziyalı potensialını məhv etməyə başladı.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Yeri gəlmişkən, bütün bu kütləvi qırğınlar Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin razılığı olmadan, AK (b)P MK-nın və BK-nın rəhbərliyi, XI Qırmızı Ordunun xüsusi şöbəsi, qırmızı milis, ÇK, Ali Hərbi Tribunal tərəfindən həyata keçirilirdi. Bütün bu strukturlara erməni, rus və gürcü cəlladları rəhbərlik edirdilər. Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğın bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə həyata keçirilirdi. 1920-ci ilin 28 aprelindən sonra təxminən bir il ərzində Azərbaycan xalqının 50 min nəfərə yaxın say-seçmə övladı güllələnmiş, millət özünün qaymağından məhrum edilmişdi.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırıldı. Milli kadrlar hazırlanması kəskin surətdə məhdudlaşdırıldı. Ruslaşdırma siyasətinə başlandı. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edildi. "Bəy", "xan", "ağa" sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlətdən və təhsildən ayrıldı. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı. Qədim memarlıq abidələri olan məscidlərin, minarələrin uçurulmasına başlandı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı hücum dövrü başlandı.

1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, bu, formal xarakter daşıyırdı. Çünki sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan - RK(b)P tərəfindən istiqamətləndirilən AK(b)P rəhbərlik edirdi. Bununla da proletariat diktaturası, əslində partiya diktaturasına çevrildi. Beləliklə, işğaldan keçən bir il ərzində AXЪ və onun parlamenti ilə müqayisədə, yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi, sözün əsl mənasında kommunist diktaturası idi.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar, balıq sənayesi və iqtisadiyyatın bir çox başqa sahələri də milliləşdirildi. Milliləşdirmə XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli inkişaf məcrasına düşmüş Şimali Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurdu. Xalqın öz sərvətlərinə mülkiyyət hüququndan məhrum edilməsi milli müstəqillik şüurunun da zəifləməsinə səbəb oldu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq, rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Azərbaycanın sərvətləri, xüsusilə Bakı nefti talan olunaraq Rusiyaya daşınmağa başladı.

Kütləvi qırğınların və talançılığın baş alıb getdiyi ağır şəraitdə doğma xalqını müdafiə edən N.Nərimanov və onun tərəfdarlarına isə "millətçi" damğası yapışdırılmış və onlar, faktiki olaraq, ölkənin idarə edilməsindən təcrid olunmuşdular. Ölkənin taleyini həll edən erməni-rus-gürcü rəhbərliyi "qəlbində müsavat ruhu yaşadan müsəlmanlara" etibar etmir, hətta Azərbaycanın formal müstəqilliyini də aradan qaldırıb onu bütövlüklə RSFSR-ə qatmağa çalışırdılar. Lakin N.Nərimanov, çətinliklə də olsa, onların bu dəhşətli planının həyata keçirilməsinin qarşısını ala bildi. Müqabilində isə bolşevik-daşnak qrupu, çox keçmədən, öz xalqının təəssübkeşi olan N.Nərimanovun Azərbaycandan uzaqlaşdırılmasına nail oldu.

Bununla belə, işğalçılar Azərbaycan xalqının müqavimətini asanlıqla qıra bilmədilər. 1920-ci il mayın 25-26-da bolşevik rejiminə qarşı Gəncədə silahlı üsyan baş verdi. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31-də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə məruz qaldı. Gəncə üsyanından sonra, iyunun əvvəlində işğalçılara Qarabağda da inadlı müqavimət göstərildi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular. İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı ölüm-dirim savaşına başladı. Üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax tutuldu. Bütün bölgə ayağa qalxdı. Üsyançılar bölgəyə yeridilən XI Qırmızı Ordu hissələrini məğlubiyyətə uğratdılar. Lakin yeni-yeni hərbi qüvvələrlə möhkəmləndirilən XI Qırmızı Ordu hissələri, nəhayət, iyunun 18-də Zaqatalanı nəzarət altına ala bildilər. Gəncə, Qarabağ, Zaqatala üsyanlarının ardınca Azərbaycanın, demək olar ki, bütün bölgələrində - Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın, Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. İşğalçılara qarşı bütün ölkənin ayağa qalxması, xalqın inadlı müqaviməti bir daha göstərdi ki, istiqlal ruhunu, müstəqil dövlətçilik ənənələrini Azərbaycan xalqının əlindən almaq asan məsələ deyildir.

Müqavimət hərəkatının daha da qüvvətlənəcəyindən qorxuya düşən Sovet hökuməti Azərbaycana yeni diviziyalar yeritdi. Бolşevik rejimi əzəli Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərdi. Bolşevik Rusiyası da, Çar Rusiyası kimi, Azərbaycan torpaqları hesabına ermənilər üçün ərazi formalaşdırmaq siyasətini davam etdirir, Azərbaycanı Türkiyədən ayrı salmaq üçün hər cür fitnəkarlığa əl atırdı. Daşnaklar bu dəfə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışırdılar. Bolşeviklərdən üz görən daşnak quldurları bu yerlədə qanlı qırğınlar törətdilər, yüzlərlə Azərbaycan kəndini xaraba qoydular. Yüz minlərlə azərbaycanlı əhali öz yurd-yuvalarından didərgin salındı. Ermənilər sovetləşməni və bolşevik hakimiyyətini qəbul etmək müqabilində bütün Qərbi Azərbaycana yiyələnməyə çalışırdılar. Lakin Naxçıvan əhalisinin inadlı müqaviməti və Türkiyənin qardaşlıq yardımı sayəsində daşnaklar Naxçıvanı ələ keçirə bilmədilər. Бolşeviklər 1920-ci il avqustun 10-da ermənilərlə bağladıqları sazişə əsasən, Azərbaycanın iştirakı və razılığı olmadan Şərur-Dərələyəzi Ermənistana verdilər. Бундан sonra ermənilər XI Qırmızı Ordunun köməyi ilə Mehriни Ermənistana qatdıлар və bununla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi.

Həmin dövrdə ermənilər, eyni zamanda, Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Еrtəsi gün - iyulun 5-də Qafqaz bürosu yeni qərar çıxarmağa məcbur oldu: Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verildi. Bununla ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyat verildi. Beləliklə, bolşeviklər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanı Ermənistana verə bilmədilər və Naxçıvan həmişəlik Azərbaycanın tərkibində qaldı.

Çox çəkmədən Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycan, Gürcüstan və Ermənistan vahid Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibində birləşdirildi. Bununla ZSFSR-in gürcü-erməni rəhbərliyi zəngin təbii sərvətlərə malik olan və öz inkişaf səviyyəsinə görə daha irəlidə olan Azərbaycanın iqtisadi potensialını Gürcüstanın və Ermənistanın inkişafına yönəltmək üçün əlverişli imkan qazandılar. 1922-ci il dekabrın 30-da Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə daxil olması ilə ölkənin formal müstəqilliyinə tamamilə son qoyuldu. 20-30-cu illərdə milli müstəmləkəçilik siyasəti daha da gücləndirildi və amansızlaşdırıldı. Xalqın milli-mənəvi dəyərlərinə də hücumlar artdı. Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi.

Bu dövrdə - 1923-cü il iyunun 7-də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK-i Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Nəhayət, 1923-cü il iyunun 27-də RK(b)P-nin Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağ barədə RK(b)P Qafqaz bürosunun 5 iyun 1921-ci il tarixli qərarını təsdiq etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün "zəmin" hazırladılar. Бolşeviklər Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək siyasətini davam etdirdilər və 1929-cu ildə Zəngilan rayonunun üç kəndini Ermənistana verdilər. Elə bu dövrdə Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarını da gürcülər ələ keçirdilər.

Bolşevik rejimi 30-cu illərdə Azərbaycanda daha dəhşətli repressiyalar həyata keçirdi. Azərbaycan rəhbərliyində yuva salmış və kommunist qiyafəsinə girmiş Sumbatov-Qriqoryan-Markaryan-Malyan və başqalarından ibarət olan erməni-daşnak quldurları, faktiki olaraq, Azərbaycanı Azərbaycan türklərindən "təmizləməyə" başladılar. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi. 1939-cu ildə kiril əlifbasına keçidlə Azərbaycan xalqına daha ağır zərbə vuruldu. Əski əlifbanın ləğvindən sonra yenicə latın qrafikasına alışmaqda olan xalqın bu dəfə yeni bir əlifbaya keçməyə məcbur edilməsi onun tarixi keçmişini əks etdirən milli-mənəvi sərvətlər xəzinəsindən süni surətdə ayrı salınması demək idi.

Lakin nə bolşeviklər, nə də onların Cənubi Qafqaz siyasətini həyata keçirən erməni-gürcü millətçiləri nə qədər amansız repressiya tədbirlərinə əl atsalar da иstiqlal ideyaları, idarə olunmaq deyil, idarə etmək əzmi Azərbaycan xalqının ruhunda yaşayırdı. Çox keçmədən Azərbaycan xalqı sosializm quruculuğunun ön sıralarına çıxdı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.

Müharibədən sonrakı ilk beşilliklərdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində mühüm irəliləyişlər baş verdi. Mədəniyyətin inkişafında yeni addımlar atıldı. Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirди.



Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən Aйаз Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq Ъəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev yеnidən hakimiyyətə gəldi.
Yüklə 76,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin