Təcrübəninmüddəti: 20 22 il fevralayının“ 16 -dan(dən) 20 22 ilmayayının “ 25 ” -dək M.Y. Tələbə Şirinov Qasım Fariz (s.a.a) (imza)
Universitetdən təcrübə rəhbəri Havaxanım Soltanova, Orucova Mehparə (vəzifəsi,s.a.a) (imza)
Təcrübə üzrə topladığıbal: (rəqəm və hərflə) (imza)
“”2022 - ciil
Bakı-2022 -ci il
Mündəricat
Giriş 2
Təcrübə yeri haqqında məlumat 3
2.1. Gəlmə kənd İcra Nümayəndəliyi haqqında
Təcrübə keçdiyi bölmələr 4
İdarəetmənin metodları anlayışı və onların təsnifatı 5
İdarəetmə metodlarından istifadə mexanizmi 19
Nəticə 27
İstinad və qeydlər. İstifadə olunmuş ədəbiyyat 29
GİRİŞ Təbii ki, müasir dövrün ən başlıca vəzifəsi sosial-iqtisadi inkişafı təmin etməkdən, iqtisadi potensialı möhkəmləndirməkdən ibarətdir. Həmin vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi idarəetmə fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsinin məqsədəuyğun bir halda istifadə edilməsini tələb edir.
Təcrübə müddətində qarşıma çıxan problemlərdən bəzilərini qeyd etmək istəyirəm. Məsələn, idarəetmə proseslərinin dəqiq və düzgün təşkili üçün müasir texnikadan, texnologiyadan, istehsal və əməyin mütərəqqi formasından istifadə edilməsinə şərait yardılması, qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün maksimum fəallıq göstərməyi təmin etməkdən ibarət olmalıdır. Mühazirələrdən də bildiyimiz kimi idarəetmənin metodları idarəetmə fəaliyyətinin əsas aləti hesab olunur. Təbii ki, onlardan müəyyən olunmuş qaydalar və perspektivlər üzrə təcrübədə istifadə edilir.
Təcrübə müddətində daha çox kənd təsərrüfatı ilə əlaqəli olan bir qurumda fəaliyyət göstərdiyim üçün iqtisadiyyat, idarəetmə, xidmət və s. Anlayışlardan geniş istifadə edilirdi.
Bu müddət ərzində mühazirələrdən əldə etdiyim məlumatların faydasını həddindən artıq çox gördüm. Qısa olaraq belə bir qənaətə gəldim ki, idarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və bu və ya digər sahələrdə çox mühüm əhəmiyyət kəsb edir.
4 illik təhsil müddətim ərzində həddindən artıq nəzəri məlumatlar əldə etdim. Amma muasir dövr iqtisadiyyatının ən başlıca tələbi nəzəri biliklərdən əlavə, nəzəri bilikləri, məlumatları praktiki şəkildə tətbiq etməkdir. Çünki bunlar ardıcıl formada baş verən proseslərdir.