İdarəetmənin sosial və psixoloji təsir metodları
Sosial təsir metodları
Psixoloji təsir metodları
ə
Rəqabətin təşkili
Sosial psixologiya
Psixoloji təhrik
Mütərəqqi əmək üsullarının və yeniliklərinin genişləndirilməsi
Əmək mübadiləsi
Əmək kollektivinin birləşdirilməsinə təsir edən metodlar
Təhsil və peşənin seçilməsi psixologiyası
Əməyin humanizm psixologiyası
Təcrübə mübadiləsi
İdarəetmə, rəhbərlik psixologiyası metodlarını təsnifatına və xarak- terinə görə bir neçə təsir metodlarına ayırmaq olar:
a) ictimai-siyasi metod; b) siyasi-tərbiyə metodu; v) ideya-tərbiyə metodu; q) sosial—psixoloji metod.
Hər bir metod insanların mənəvi marağına təsir göstərir, onlarda sağlam dünyagörüşünün formalaşmasına, siyasi və ideoloji tərbiyənin, inamın, siyasi məlumatın, mənəvi keyfiyyətlərin yüksək səviyyədə olmasına köməklik göstərir.
Ümumilikdə, bu metodlar işçilərin əmək və yaradıcılıq fəallığını inkişaf etdirir, onlarda yeni insani, əxlaqi keyfiyyətlər, münasibətlər yaratmaq, sosial fəallığın yüksəldilməsi, əmək kollektivinin möhkəmləndirilməsi, onların ictimai fəallığını inkişaf etdirmək, qarşılıqlı münasibətləri, bu münasibətlərdəki ziddiyyətli halları üçün nəzərdə tutulu
İdarəetmə metodlarından istifadə mexanizmi
İstehsalatda müəyyən münasibətlər baş verir. Ən çox iqtisadi, təşkilati və sosial-psixoloji münasibət olur ki, bu da idarəetmə aparatında müxtəlif təsiretmə, təşkiletmə, nizamlaşdırma, uzlaşdırma, fəallaşdırma, tənzimetmə və başqa vasitələrin tətbiq edilməsini tələb edir. İdarəetmə mexanizmi idarəetmənin ümumi prinsipləri, qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ilə bağlıdır. Onların bir-birilə əlaqələndirilməsi qaydası, sistem halında tətbiq edilməsi idarəetmə mexanizminin fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Ən vacib problemlərdən biri də təsərrüfat mexanizmi ilə idarəetmə mexanizminin bir-birilə əlaqələndirilməsi və onları əmələ gətirən komponentlərin planlı halda idarə oluna bilməsidir. Burada əksliklərin vəhdəti və mübarizəsi dialektik qanununun həmin sahədə təzahüretmə və istifadə edilməsi mexanizminin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.
İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas kateqoriyası, obyektiv iqtisadi və iadrəetmə qanunlarının, qanunauyğunluqlarının tələblərinin idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsinin forması və daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının prinsiplərinin əməli təzahürünün təsir vasitəsi və mexanizmidir. Bu mexanizm ilə idarəetmənin planauyğun həyata keçirilməsi baş verir. Bəzi müəlliflər ayrı-ayrı metodlara mütləq üstünlük verilməsini irəli sürürlər. Əslində isə idarəetmə metodlarına ayrı-ayrılıqda mütləq üstünlük vermək düzgün deyildir. Məsələn, iqtisadi metodlar təsərrüfat fəaliyyətinin maddi cəhətdən, inzibati metod, təşkiletmə və nizamlaşdırma vasitəsilə, mənəvi metodlar insanların ictimai fəaliyyətini və fəallığını artırmağa, hüquqi metodlar isə təsərrüfat və ictimai fəaliyyəti tənzim etmək, müəyyən qayda-qanunlar vasitəsilə təsir edir. Göründüyü kimi, iqtisadi metodlar vasitəsilə maddi həvəsləndirmə və məsuliyyət, planlaşdırma və başqa vasitələri həyata keçirir. İnzibati metod onların yerinə yetirilməsini təşkil edir, uzlaşdırır və uyğunlaşdırır. Birgə əmək prosesində bir sıra sosial-psixoloji məsələlər meydana çıxır ki, bu da idarəetmənin sosial-psixoloji metodlarının köməyi ilə həyata keçirilir.
İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas kateqoriyası, obyektiv iqtisadi və idarəetmə qanunlarının, qanunauyğunluqlarının tələblərinin idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsi daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının və prinsiplərinin əməli təzahürünün təsir vasitəsidir, mexanizmidir.
İdarəetmədə bir çox metodlardan istifadə edilir ve onlar öz təbiətinə və tərkibinə, mezmununa, fəaliyyət dairəsinə, teəsir mexanizminə, ayrı-ayrı idarəetmə münasibətlərinə, obyektinə, bilavasitə və dolayı təsirinə görə fərqlənirlər.
Təsir mexanizminə və xaraktərinə görə bilavasitə (birbaşa) idarəetməyə təsir göstərən metodlara və idarəetməyə dolayı təsir edən metodlara ayrılır. Bu metodlar təsir obyektinə və subyektinə məqsədyönlü fəaliyyət göstərməsini təmin edən mexanizmləri və vasitələri özündə birləşdirir.
Bilavasitə (birbaşa) təsir metodları aşağıdakı kimi təsnifleşdirilir.
1. Mənəvi təsir metodları:
a) siyasi tərbiyə; b) sosial-pixoloji.
2. Maddi təsir metodları:
a) iqtisadi; b) sosial-teminat.
Hüquqi təsir metodları; Qismən təsir metodları; İnzibati təsir metodları:
a) təşkilati; b) sərəncam.
Dolayı təsir metodlarına isə aşağıdakılar aiddir:
1. Elmi-texniki, sosial və perspektiv inkişafın proqnozlaşdırılması, onların xüsusi metodları.
2. Tədqiqatlar və məlumat proseslerinin modelləşdirilməsi üçün kibemetik metodlar.
3. Iqtisadi həyatın təkrarlanan halları haqqında məlumatı yığmaq üçün statistik metodlar.
4. Optimal idarəetmə qərarları, sistem və qaydanın təhlili üçün əməliyyatın tədqiqi metodları.
5. Optimal planlaşdırma və texniki-iqtisadi hesablamalar üçün riyazi metodlar.
6. Iqtisadi və təskilati təhlil.
7. Sosial məlumatların toplanması üçün konkret sosioloji tədqiqat metodları.
8. Modelləşdirmənin qrafik metodları, hesablama, nəzarət, uçot və istehsal proseslərinin təhlili.
Metodlar təsərrüfat fəaliyyətində dərk olunmaqla, şüurlu surətdə istifadə edilməyə əsaslanır, idarəetmə, istehsal münasibətlərinin və proseslərinin məqsədyönlü olması təsiri vasitəsilə həyata keçirilir. İstehsalın idarəetmə münasibətləri geniş anlayış olmaqla idarəetmə metodları, idarəetmə texnikası və idarəetmənin təşkili məsələləri ilə bağlıdır.
İdarəetmə texnologiyası idarəetmə metodlarının reallaşdırılması vasitəsi
İdarəetmə texnologiyası idarəetmənin üslublarının, funksiyalarının, metodlarının, prinsiplərinin məkan və zaman aspektlərində elə qarşılıqlı, əlaqəli, ardıcıl, mərhələli, fasiləsiz tətbiqini nəzərdə tutur ki, nəticədə fəaliyyət səmərəli və məhsuldar olsun. Bu zaman bir sıra idarəetmə alətlərindən, vasitələrindən, hüquqlarından istifadə olunur.
İdarəetmə texnologiyasının məhsuldar formada aparılması aşağıdakı idarəetmə resurslarının olmasını tələb edir:
1. Qərarlar.
2. İnformasiyalar.
3. Hakimiyyət.
4. Səlahiyyət.
5. Məsuliyyət.
Qərarlar–qarşıya məqsədlərin qoyulması, məqsədə nail olmaq yollarının müəyyən edilməsi, problemlərin aradan qaldırılması məqsədilə qəbul edilir. Qəbul edilmiş qərarlar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, göstəriş, tapşırıqlar formasında təlqin edilir. Qərarlar gələcəyin hərəkət və ya hərəkətsizliyi diktə edən şüurlu və iradi idarəetmə aktıdır. Qərarlar idarəetmə aktı olmaqla tapşırır, qadağan edir, vəkil edir, məhrum edir, xitam verir.
Formasına görə qərarlar yazılı və şifahi qərarlara bölünür. Müddətlərinə görə qərarlar uzunmüddətli, ortamüddətli, qısamüddətli qərarlara bölünür. Qərarlar məzmununa görə iqtisadi, siyasi və təşkilati qərarlara bölünür.
Müəyyən dövr ərzində həll olunması nəzərdə tutulan problemlərin müzakirəsi ilə bağlı keçiriləcək iclasların qabaqcadan iş planı tutulur. İş planında hansı problemlərin həlli ilə əlaqədar məsələlərin nə vaxt müzakirə olunacağı nəzərdə tutulur. Bəzən zəruri sayılan hallarda plandankənar müşavirə və ya iclaslar da çağırılır. Bütün hallarda iclasın gündəliyi tərtib olunmalıdır. Gündəlikdə qoyulan məsələlər nə qədər az olarsa, müzakirələr daha effektiv keçər. Daimi iştirakçılar iclasın əvvəlindən axırınadək iştirak etməlidirlər. Kollegial təşkilatlarda iclasın baş tutması üçün kvorumun (yetərsayın) olması vacibdir. Kvorum olmadığı halda qərarların qəbul edilməsi hüquqi və məntiqiəsasa söykənmir.
Hakimiyyət, səlahiyyət və məsuliyyət. Müəssisə və təşkilatlarda idarəetmə fəaliyyəti idarəetmə aparatı tərəfindən həyata keçirilir. İdarəetmə aparatının başında rəhbər dayanır. Müəssisəni idarə etmək üçün rəhbər hakimiyyətə malik olmalıdır.
Hakimiyyət–müəyyən məqsədə nail olmaq üçün kollektivi yaradan, dəyişdirən və ya onun fəaliyyətinə xitam verən və adamların davranışına təsir edən sosial idarəetmə alətidir. Hakimiyyət təşkilatın daxilində hər hansı bir mövqe ilə əlaqədar olan qanuniləşdirilmiş qüvvədir. O, adətən qərar qəbul etmək, əmr etmək, icra etmək, resursları cəlb etmək və onlardan istifadə etmək hüququnu əhatə edir.
Hakimiyyət səlahiyyətlərinə malik olma idarəetmənin əsas xassəsidir. İdarəetmədə hakimiyyət səlahiyyətin azlığı və çoxluğu ilə deyil, həm də rəhbərin və ya liderin şəxsi keyfiyyətlərindən də asılıdır. Ayrı-ayrı təşkilatlarda və ya təşkilat daxilində hakimiyyətin dərəcəsini fərqləndirmək lazımdır. Hakimiyyətin dərəcəsi təsiretmənin, tabeçiliyin, asılılığın səviyyəsi ilə ölçülür. Nəzərə almaq lazımdır ki, tabeçilikdə olanların da hakimiyyəti vardır. Yəni hakimiyyət yuxarıdan aşağıya ayrı-ayrı sahələr və struktur vahidləri arasında bölüşdürülür.
Səlahiyyət kollektiv və subyektlərin hüququ statusunun bir hissəsidir. Səlahiyyət idarə etmədə iştirakla bağlı hüquq və vəzifələri, qərar qəbul etmək və icraçılıq hüququnu əhatə edir. Deməli, səlahiyyət öz vəzifələrini həyata keçirmək üçün işçiyə verilən konkret hüquqlardır.
Məsuliyyət səlahiyyətlərin verilməsinin üçüncü elementidir. Məsuliyyətin nə olduğunu başa düşmək üçün iki ünsürü yadda saxlamaq lazımdır. Birincisi, əmin olmalısınız ki, sizin işçiniz tapşırılan öhdəliyin uğurla yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını başa düşür və razılaşır. İşçilərin öhdəlik hissi öhdəliklərə diqqətini təmin etməyə kömək edir, onları sual verməyə və “qaranlıq yerləri” aydınlaşdırmağa sövq edir, işçilərin etibarlılıq səviyyəsini ölçməkdə menecerlərə kömək edir. İkincisi, menecerlər məsuliyyəti işçilərə verə bilmir. Menecer işçisinə müəyyən öhdəliyi tapşırır və nəzərdə tutur ki, həmin adam məsuliyyətlidir. Lakin menecer özünün məsuliyyətindən imtina edə bilməz, əmək bölgüsü müəyyən əmrlər zəncirindən keçdiyi üçün menecer tapşırığın kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq tapşırığın yerinə yetirilməsi üçün məsuldur.
Səlahiyyətlərin bölüşdürülməsinin müəyyən üstünlüklərinin olmasına baxmayaraq, bəzən bunun əleyhinə çıxanlarda olur. Aşağıdakılar həmin amillər kimi çıxış edə bilərlər:
1) Supervizorlar (ali menecerlər);
2) Tabeçilikdə çalışan işçilər;
3) Təşkilatın imkanları.
Beləliklə, metod istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir. Anlayış etibarı ilə desək, fənd üsul və ya hər hansı idarəetmə, insan fəaliyyətinin fəndlərinin məcmusu, hər hansı bir məqsədə çatmaq imkanı, hər hansı vəzifənin, tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi vasitəsidir. Bu vasitə ilə müəyyən məqsədə çatmaq üçün adamlarları istiqamətləndirmək, onların fəaliyyətini tənzim etmək və təşkil etmək mümkündür. Müəyyən bir məqsədi qarşıya qoyduqdan sonra onun yerinə yetirilməsinin daha sərfəli, səmərəli yollarını və üsullarını axtarmaq özü-özlüyündə bir zərurətdir. Bu, bir tərəfdən idarəetmənin mürəkkəb və dinamiki vəziyyətində, digər tərəfdən, hər hansı bir məqsədin müəyyən təsirə, vasitəyə, vasitəçiliyə möhtac olmasından irəli gəlir. Heç də təsadüfi deil ki, idarəetmə metodlarını idarəetmə prosesinin əsas ünsürü adlandırırlar. İdarəetmə metodları və onlardan istifadə edilməsi idarəetmənin təşkilinə, istehsalın ahəngdarlığına və səmərəliliyinə çox böyük təsir edir. Metodlar nəinki idarəetməyə və istehsala, onu həyata keçirən kollektivin fəaliyyətinə, onların yaradıcıllıq, işgüzarlıq, səriştəlilik faydalılığının yüksəldilməsinə, səfərbərliyə, qarşıya qoyulmuş müəyyən fəaliyyət proqramının vaxtlı-vaxtında yerinə yetirilməsinə kömək edir.
İdarəetmə metodunun başlıca rolu və məqsədi idarəetmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün, müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir.
NƏTİCƏ
Nəhayət, yekun nəticəni qeyd etmək istəyirəm. Təcrübə müddətində yerli tədbirlər daxil olmaqla, sosial tədbirlərdə də iştirak edirdim. Əlavə olaraq, universitetdə təhsil aldığım müddətdə əldə etdiyim nəzəri bilikləri praktiki olaraq tətbiq etməyə çalışırdım.
İndi isə yekun olaraq fəaliyyət göstərdiyim müddətdə gördüyüm işlərdən, iştirak etdiyim bölmələr haqqında məlumat vermək istəyirəm.
İlkin olaraq, kənd əhalisi ilə vaxtaşırı görüşlər təşkil edilirdi.Görüş zamanı əhalinin problemləri dinlənilirdi. Bu görüşləri təşkil etmək də məqsədimiz, sosial-iqtisadi vəziyyətini təhlil etmək, inkişaf meyillərinin müəyyənləşdirmək, kənd əhalisinin sosial-iqtisadi inkişafını proqnozlaşdırılmaq və planlaşdırılmaq, əhalinin sosial əhəmiyyətli təkliflərini öyrənilmək işini təşkil etmək, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlamaq və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etməkdən ibarət idi.
İdarə heyəti ilə digər bölmələrin ortaq qərarı ilə kənd əhalisi üçün müəyyən sosial aktivliklər təmin olunurdu. Məsələn, kənd ərazimizdə həm ətraf mühitin mühafizəsinin həyata keçirilməsi ilə bağlı, həm də ekologiyamızın muhafizəsinə dair kənd əhalisi ilə birgə işlər görülürdü. Nümunə olaraq, Novruz Bayramı ilə əlaqədar 20 mart tarixində kənd əhalisi üçün iməcilik fəaliyyətinin təşkil edilməsini göstərə bilərəm.
Xüsusi günlərdə kəndimizn məktəbəqədər təhsil mərkəzlərində, kənd məktəbimizdə tədbirlər, seminarlar, təlimlər və b. Bu tip sosial layihələr həyata keçirirdik.
İndi isə digər fəaliyyət sahələrimi qeyd etmək istəyirəm. Mütəmadi olaraq fəaliyyət göstərdiyim bölmələrdən biri də Kərgüzarlıq bölməsi idi. Burada işləyərkən əsasən sənədlərin hazırlanması, istifadə edilməsi, qəbulu, qeyd edilməsi, icraçılara çatdırılması, icrasına nəzarətin təşkili, onların çoxaldılması, göndərilməsi, verilməsi və s. İşlər görürdüm.
Digər bir fəaliyyət sahəm isə İnsan Resursları bölməsi idi. Mənim fikrimcə, İnsan Resursları, insanın sahib olduğu bilik və bacarıqların ən yaxşı şəkildə dəyərləndirilməsidir. Ki, bunu da əyani olaraq yaşadım. Açıq şəkildə yazsam, İdarə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi,karyeranın idarə olunması, mükafatlandırma sistemi,nizam-intizam,sosial-mədəni fəaliyyətlər kimi fəaliyyətlərlə məşğul olurdum.
İstinad və qeydlər. İstifadə olunmuş ədəbiyyat
A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov “Menecment” Bakı 2007
T.Ə.Quliyev “Menecmentin (idarəetmənin) əsasları” Bakı – 2006
İ.M.Abbasov, R.F.Sadıqov “Menecment” Bakı – 2013
A.M.İmranov “Menecment” Bakı – 2007
Ricky W. Griffin “Management”
about.management.com
Dostları ilə paylaş: |