Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix02.01.2022
ölçüsü11,68 Mb.
#1105
1   2   3   4   5   6   7   8   9   ...   25
Martın 2-də Azərbaycan 

Tibb Universitetinin rekto-

ru, millət vəkili, akademik 

Əhliman Əmiraslanov Qazi 

Universitetinin rektoru, pro-

fessor Süleyman Büyükberbe-

rin başçılıq etdiyi nümayəndə 

heyətini qəbul edib.

Görüş  zamanı  Ə.Əmiraslanov 

qonaqlara  son  illər  universitetdə 

görülən işlər, açılan yeni klinikaların 

fəaliyyəti  haqqında  ətraflı  məlumat 

verərək  Universitetin  Stomatolo-

ji,  Onkoloji,  Tədris-terapevtik  və 

Tədris-cərrahiyyə  klinikalarının  hər 

birində  ən  müasir  tibbi  avadanlıq-

ların  quraşdırıldığını  vurğulayıb. 

Dünyanın aparıcı şirkətlərinin isteh-

salı  olan  bu  cihazların  müayinə  və 

müalicə  işini  ən  yüksək  səviyyədə 

həyata  keçirməyə  tam  imkan  ver-

diyini diqqətə çatdıran rektor klinika 

üçün yaxın gələcəkdə bir sıra yeni 

avadanlıqların  alınmasının  planlaş-

dırıldığını da bildirib.

Akademik  Ə.Əmiraslanov  onu  da 

qeyd  edib  ki,  Qazi  Universiteti  ilə 

münasibətlərin  tarixi  20  ildən  artıq 

müddətə  dayanır:  “Artıq  bu  univer-

siteti  özümüzə  doğma  sayırıq.  Bir 

neçə  dəfə  birlikdə  telekörpü  təşkil 

etmişik.  Rezidentlərimiz  mübadilə 

proqramları  çərçivəsində  Qazi 

Universitetində rotasiya keçirlər. Bu 

əlaqələri  daha  da  genişləndirmək, 

Qazi  Universitetinə  daha  çox  rezi-

dent göndərmək niyyətindəyik”.

Öz  növbəsində  Süleyman  Bü-

yükberber  də  Qazi  Universitetinin 

nəzdində  yeni  xəstəxana  tikildiyini, 

bu  səhiyyə  ocağının  Avropanın  ən 

böyük  təcili  yardım  xidməti  olaca-

ğını söyləyib. Onun sözlərinə görə, 

hazırda  80  min  tələbəsi  olan  Qazi 

Universitetinin 

xəstəxanasında 

azərbaycanlı assistentlər də işləyir: 

“Ümumi  cərrahiyyədə  işləyən 

azərbaycanlı  rezidentlərdən  çox 

razıyıq.  Biz  Azərbaycan  Tibb 

Universitetindən daha çox reziden-

tin,  həkimlərin  Türkiyəyə  gəlməsini 

istəyirik”.

Daha  sonra  Türkiyəyə  göndərilən 

rezidentlərin  sayının  artırılması  ilə 

bağlı müzakirələr zamanı qərara alı-

nıb ki, həm Mövlanə Mübadilə Proq-

ramı,  həm  də  universitetlərarası 

saziş  əsasında  Qazi  Universitetinə 

göndərilən 

rezidentlərin, 

assistentlərin sayı artırılsın.

Bundan  əlavə,  hər  iki  universi-

tet  arasında  proqramların  uyğun-

laşdırılması  məsələsi  ilə  bağlı  il-

kin  müzakirələr  aparılıb.  Bunun 

sayəsində  gələcəkdə  bu  iki  təhsil 

ocağının  tələbələrinin  hər  iki 

universitetdə  təhsil  alması,  hər  iki 

yerdən diplom alması mümkün ola-

caq.


Qeyd  edək  ki,  Azərbaycan  Tibb 

Universiteti və Qazi Universiteti ara-

sındakı əməkdaşlıq müqaviləsi aka-

demik heyətdə çalışan əməkdaşların 

və tələbələrin mübadiləsi, müştərək 

konfranslar,  seminarlar,  müxtəlif 

tədbirlərin təşkili və digər sahələrdə 

qarşılıqlı  fəaliyyətə  dair  məsələləri 

özündə əks etdirir.

Görüşdə  ATU-nun  tədris  işləri 

üzrə  prorektoru  Sabir  Əliyev,  elmi 

işlər üzrə prorektor İbrahim İsayev, 

beynəlxalq  əlaqələr  üzrə  prorektor 

Rəhimə Qabulova, tədris hissəsinin 

müdiri Nəsimi Qasımov, beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri  Nadir 

Zeynalov iştirak ediblər. 

Görüşdən  sonra  qonaqlar  ATU-

nun Tədris Cərrahiyyə Klinikasında-

kı şəraitlə də tanış olublar.





Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə