Azərbaycanda arı ailələrinin məhvinə



Yüklə 57,2 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü57,2 Kb.

Azərbaycanda arı ailələrinin məhvinə                                                        

səbəb olan təhlükəli xəstəliklər 

Qədimov V.Ə. 

Sumqayit Dövlət Universiteti 

Valeh_qedimov@mail.ru 

 

Dünyada  arıçılıqla  məşğul  olan  bütün  coğrafi  bölgələrdə  bir  çox  bal  arısı 



xəstəlikləri və zərərvericiləri bu təsərrüfata ziyan verməkdədir. 

 

Respublikamızda bir çox arıçılar, yazda və payızda arı ailələrində ishal xəstəliyi 



törədən  Nosema  apis  xəstəliyinin  əlamətlərini  görən  kimi  dərhal  ona  qarşı  mübarizə 

apara bilirlər. 

 

Son  illərdə  ölkəmizdə  ishal  əlamətləri  olmayan,  lakin  arının  bağırsağının  içini 



dolduran yeni bir Nosema cerenae xəstəliyi yayılmaqdadır. 

 

Nosema cerenae bir çox illər bundan əvvəl Asiya bal arılarının daxili paraziti kimi 



yayılmış  və  çox  ciddi  ziyan  vermişdir.  2005-ci  ildə  Avropa  arı  ailələrində  müşahidə 

edilmişdir. 

 

2005-2006-cı  illərdə  İspaniyada  bu  xəstəlik  arı  ailələrinin  böyük  itkisinə  səbəb 



olmuşdur.  Bu  xəstəlik  Fransa,  Almaniya,  İsveçrə,  İtaliya,  Yunanıstan  və  digər  Avropa 

ölkələrində  və  Amerikada  yayılmışdır.  Hətta  Danimarkanın  təcrid  kimi  qəbul  edilmiş 

adalarında da Nosema cerenae-nin görünməsi onu göstərir ki, xəstəlik sürətlə yayılma 

imkanına malikdir. 

 

Ədəbiyyat  məlumatlarına  əsasən,  N.cerenae  2007-ci  ildən  Türkiyənin  ayrı-ayrı 



bölgələrində arı ailələrinə yoluxmuş və ciddi ziyan vermişdir. 

 

Nosema cerenae xəstəliyi N.apis-dən daha çox patogen xüsusiyyətə malikdir. Bu 



xəstəlik bal arısının bağırsaq paraziti Nosema cerenae tərəfindən törədilir. 

 

Nosema cerenae birhüceyrəlilərin Mikrosporidilər tipinin Mikrosporidia dəstəsinin 



Sporlular  sinfinə  daxil  olan  bağırsaqdaxili  (endoparazit)  parazit  növüdür.  Bu  parazitin 

sporları oval silindrik formada olub, 4,7 x 2,7 nm böyüklüyündədir. 

 

Bu  xəstəlik  zamanı  Nosema  apis-dən  fərqli  olaraq  pətəyin  içi,  ön  divarı  və 



çərçivələr  nəcis  ləkələri  ilə  örtülmür.  Nosema  cerenae-nin  sporları  əsasən  işçi  arıların 

orta bağırsağında olurlar. Xəstəlik ən çox güclü ailələrdə baş verir. Çünki güclü ailələrdə 

arıların  bir-biri  ilə  təması  daha  çoxdur.  Qışlamaya  gedən  arı  ailələrində  xəstəlik  güclü 

olarsa, onda həmin ailələrin arıları dolmuş bağırsağını boşaltmaq üçün pətəkdən bayıra 

uçuş edirlər. Uçuş edən işçi arılar pətəyin qarşısına, ətrafına, qapağın üstünə və qarın 

üzərinə  tökülərək  məhv  olurlar.  Eyni  zamanda  pətəyin  önündə  və  yerdə  uçabilməyən, 

yerdə sürünən arılara rast gəlinir. Pətəyin içərisində xeyli miqdarda ölmüş arılar da ola 

bilər. Hətta pətəkləri tərk edən tək-tək ailələrə də rast gəlmək mümkündür.  

 

Erkən  yazda  havaların  uzun  müddət  soyuq  və  yağışlı  keçməsi  zamanı,  xəstə 



arılar  qarıncığını  pətəyin  içərisinə  boşaltmağa  məcbur  olurlar.  Bu  zaman  xəstəliyin 

sağlam arılara və onların bağırsağına yoluxması daha tez baş verir. Yaşlı arılar pətəyin 

dibini təmizləyərkən xəstə arıların çirkləndirdikləri nəcislə bulaşması yolu ilə yoluxurlar.  

 

Məlum  olduğu  kimi,  arı  ailələrində  Nosema  apis  yazda  və  payızda,  soyuq  və 



nəmli  havalarda  müşahidə  olunur.  Lakin  bundan  fərqli  olaraq  Nosema  cerenae  bütün 

ilboyu hər mövsümdə baş verir. 



 

Beləliklə, N.cerenae xəstəliyinə yoluxmuş ailələrdə bir qədər sonra yavaş-yavaş 

arılar məhv olurlar və ailələr çox az miqdarda bal toplayırlar.  

 

Xəstəliyin  ən  çox  gözdən  qaçan  əlaməti  ondan  ibarətdir  ki,  qışlamaya  gedəcək 



ailələrdə  ana  arının  payızın  son  günlərinə  qədər  çoxlu  sayda  yumurta  qoymasıdır.  Bu 

zaman  arıçı  bundan  şübhələnmir  və  elə  zənn  edir  ki,  arı  ailələri  güclü  olduğuna  görə 

ana arılar gec olaraq payızın son günlərinə qədər yumurta qoyurlar və bundan hətta çox 

razı qalırlar. Erkən yazda pətəklərin dibində minlərlə ölmüş arı cəsədlərinə rast gəlinir ki, 

bu  da  normal  hal  deyildir.  Hətta  bu  zaman  arıçılar  müxtəlif  xəstəliklərdən  və 

səbəblərdən şübhələnirlər. Əslində isə bunu dəqiqləşdirmək üçün ölmüş arı cəsədlərini 

arı  xəstəliklərini  analiz  edən  laboratoriyaya  göndərmək  lazımdır  ki,  xəstəliyin  dəqiq 

diaqnozu  qoyulsun.  Lakin  əfsuslar  olsun  ki,  hal-hazırda  bizim  respublikamızda  bu 

xəstəliyi təyin edəcək heç bir laboratoriya, şərait və bu sahədə mütəxəssisimiz yoxdur. 

 

Onu da qeyd etmək lazımdır ki, hal-hazıra qədər Nosema cerenae-nin biologiyası 



tam  öyrənilməmişdir.  Hətta  bəzi  müəlliflər  göstərirlər  ki,  bir  arı  bağırsağında  hər  iki 

nozemanın sporları ola bilər. 

 

N.cerenae  xəstəliyi  ilə  yoluxmuş  arı  ailələri  olan  pətəkdən  şanlı  çərçivələr 



kənarlaşdırılır, pətəklər isə dezinfeksiya edilməlidir. Bir sıra müəlliflər bu xəstəliyə qarşı 

mübarizədə  müxtəlif  preparatlardan  istifadə  etsələr  də  xəstəliyin  tam  müalicəsinə  nail 

olmamışlar. 

 

Məsələn,  İspaniya  tədqiqatçıları  Fumidil  –  B  (fumaqilin)  preparatından  istifadə 



edərək qismən müsbət nəticələr əldə etmişlər. 

 

Thrasyvoulou  A.,  Tananaki  G.  Və  başqaları  (1)  N.cerenae-nin  müalicəsində 



Fumidil – B-nin, Vita Feed Gold, Protofil, Nosestat və sarımsaqdan ibarət qarışığın daha 

effektli olmasını göstərirlər.  

 

Türkiyədə isə Arı Frma Nosetet (suda əriyən narın toz) arıların xəstəliklərə qarşı 



fizioloji  müqavimətini  artıran,  bağırsaq  florasını  düzəldən  və  bitki  tərkibli  preparatdan 

istifadə  edilir.  Tərkibində  antibiotik  yoxdur.  Şəkər  məhlulu  və  arı  kökəsi  (kandi)  ilə 

qarışdırılaraq  arı  ailələrinə  verilir.  Biositimulyant  olan  Nosest  xəstəliklə  yoluxmuş  arı 

ailələrinə  bir  gündən  bir  (gün  aşırı)  3  və  ya  4  dəfə  şərbətlə  verilərsə  Nosema  sporları 

müəyyən miqdarda azalır və xəstəlik zəifləyir.  

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  indiyə  qədər  xəstəliyin  qarşısını  tamamilə  alan  və 



onu müalicə edən preparat tapılmamışdır.  

 

Akarapidoz xəstəliyi 

 

Akarapidoz – yaşlı arıların (ana, erkək və işçi arıları) traxeya sistemində (tənəffüs 



yolunda)  parazitlik  edən  Akarapis  woodi  (Rennie,1921)  gənəsinin  törətdiyi  invazion 

xəstəlikdir.  Bu  xəstəlik  zamanı  işçi,  ana  və  erkək  arıların  tənəffüs  sistemi  zədələnərək 

sıradan  çıxır.  Arının  yumurtası,  süfrə  və  pupu  bu  gənələrlə  yoluxmur.  Akarapidoz  ən 

təhlükəli  karantin  xəstəliyi  olub Azərbaycanda  arıçılığıa  çox  böyük  iqtisadi  ziyan  verir. 

Xəstəlik nəticəsində arı ailələri tamamilə zəifləyir və hətta bütün arıxana məhv ola bilir.  

Akarapidoz xəstəliyi ilk dəfə olaraq 1904-cü ildə İngiltərənin Uayt adasında qeydə 

alınmışdır. 1922-ci ildən isə Avropa qitəsinin hər tərəfinə yayılmağa başlamışdır. ABŞ və 

Kanada  kimi  ölkələrdə  bu  xəstəlik  qeydə  alınmamışdır.  Çünki  buraya  başqa  ölkələrdə 

arı ailəsinin gətirilməsi qadağandır və bu haqda qəti qanun vardır.  

 

Keçmiş  SSRİ-nin  ərazisində  isə  1926-cı  ildə  bu  xəstəlik  müşahidə 



edilməmişdir. Beləliklə, bu xəstəlik müxtəlif yollarla bütün respublikalara yayılmışdır.  

Bizim  respublikamızda  isə Akarapidoz  xəstəliyi  2000-2001-ci  illərdən  müşahidə 

edilmiş və arı ailələrini kütləvi surətdə məhv etmişdir. 

2001-ci  ilin  qışında  Quba  və  Şamaxı  rayonlarından  gətirilmiş  bal  arılarının 

traxeyasından bizim tərəfimizdən preparat düzəldilmiş və akarapidoz xəstəliyinin olması 

müəyyən edilmişdir. 

Bu  xəstəliyin  bizim  ölkədə  arı  ailələrində  kəskin  surətdə  yayılmasının  əsas 

səbəblərindən  biri  də  ondan  ibarətdir  ki,  son  zamanlar  Varroa  gənəsinə  qarşı  çox 

arıçılar  maye  preparatlarla  mübarizəyə  üstünlük  verdilər.  Bu  preparatlarda  Varroa 

gənəsinə  müsbət  təsir  etdi,  lakin  arının  traxeyasındakı  akarapidoz  gənəsinə  isə  təsir 

etmədi. Nəticədə arı ailələrində bir sıra göbələk xəstəlikləri əmələ gəldi və akarapidoz 

xəstəliyi üstünlük əldə edərək arı ailələrini məhv etməyə başladı. 

Arıçı  akarapidoz  xəstəliyinə  qarşı  arıxanada  düzgün  mübarizə  aparmaq  üçün 

xəstəliyi törədən gənənin biologiyasını, yayılma yollarını, mənbəyini, onun diaqnozunu, 

sanitar-gigiyenik qaydaları, müalicə üsullarını və vaxtını yaxşı bilməlidir. 

Akarapis  woodi  gənəsi  çox  kiçik  ölçüyə  malikdir.  Gənənin  bel-qarıncıq  nahiyəsi 

sitiqamətində  güclü  yastılaşmış  bədəni  oral  formada  olub  ağımtıl  rəngdədir.  Dişilər  

(100-200) x (70-100) mkm, erkəklər isə (100-170) x (60-100) mkm ölçüyə malikdir. 

Gənələr  40  günə  qədər  yaşayırlar.  Gənə  arının  birinci  cüt  döş  traxeyasında 

yaşayır.  Parazit  gənə  buraya  birinci  cüt  döş  dəliyindən  (siqmadan)  daxil  olur. 

Mayalanmış dişi gənə traxeyadan xaricə çıxır və bir arıdan digərinə keçir. 

Dişi  gənələr  mayalandıqdan  3-6  gün  sonra  yumurta  qoymağa  başlayır.  Bir  dişi 

gənə 7-10 yumurta qoya bilir. Bir arının traxeyasında 1-dən 150-yə qədər parazit gənə 

ola bilər. Arının orqanizmindən kənarda gənə tez məhv olur. Şanda, pətəyin dibində və 

içərisində gənə bir sutka yaşaya bilir. 

Xəstəlik  əksərən  xroniki  olaraq  gizli  gedir  və  arıların  yoluxması  3-5  ildən  sonra 

müşahidə edilir. Xəstəlik müşahidə edildikdə isə artıq ailədə arıların 30-50 faizi parazit 

gənələrlə  yoluxmuş  olur.  Bu  gənələr  bal  arısının  lemolimfası  ilə  qidalanır.  Divarları 

deşilmiş  traxeya  öz  elastikliyini  itirir  və  arının  tənəffüs  sistemi  korlanır.  Eyni  zamanda 

arının  traxeyasındakı  gənələr  qidalandıqları  və  çoxaldıqları  zaman  arının  bədəninin 

daxilinə  bir  çox  zərərli  və  toksiki  maddələr  ifraz  edirlər.  Nəticədə  tamamilə  zəifləmiş 

arılar asanlıqla müxtəlif infeksion xəstəliklərə tutulurlar. 

Qışda  və  yazda  akarapidoz  xəstəliyinə  tutulmuş  arı  ailələrində  amebioz, 

nozematoz,  toksikoz,  göbələk  xəstəlikləri,  yayda  isə  Amerika  və  Avropa  çürüməsi  və 

digər  xəstəliklər  baş  verir.  Ona  görə  də  belə  bir  vəziyyətdə  akarapidoz  xəstəliyinin 

diaqnozunu qoymaq çətinləşir. Xəstəliyin əlamətləri aşağıdakılardan ibarətdir: 

Xəstəliyin  ilk  vaxtlarında  ailədə  baş  verən  dəyişikliyi  müəyyən  etmək  mümkün 

deyildir.  Yoluxmuş  arılarda  əvvəlcə  oksigen  tələbatı  artır,  ölümqabağı  isə  bu  tələbat 

normadan  çox  aşağı  olur.  Arılar  çox  narahat  olurlar,  qışlama  zamanı  normal  yumaq 

(klubok) əmələ gətirə bilmirlər və yuvadan bayıra ayrı-ayrı fərdlər çıxaraq məhv olurlar. 

Xəstəliyə tutulmuş arıxanalarda arı ailələrinin ölümü əsasən qışda və yazda baş verir. 

Xəstə  ailələrdə  gündən  –günə  ölən  arıların  miqdarı  artır.  Qışlamadan  çıxan  xəstə 

arıların qarıncığı böyüyür. Pətəyin xaricində və içərisində nəcis ləkələri olur. Hətta belə 

ailələrin yuvadakı çərçivələri tamamilə nəcis ləkələri ilə örtülür. Belə olan halda bir sıra 

arıçılar səhv olaraq zənn edirlər ki, arı ailələri nozematoz xəstəliyinə tutulmuşdur.  



Yaz  uçuşu  zamanı  ilk  günlər  xəstə  və  sağlam  arılar  pətəkdən  uçarkən  xəstələr 

havaya  qalxa  bilmirlər  və  yerə  düşərək  sürünürlər.  Xəstə  arıların  qanadları  düzgün 

vəziyyətdə  olmur,  yəni  deformasiyaya  uğrayırlar.  Bir  çox  arıların  qanadları  qabağa, 

aşağı  və  ya  yan  tərəfə  qatlanır.  Yazda  və  yayda  qeyri  əölverişli  havalarda  pətəyin 

ətrafında  sürünən  və  uça  bilməyən  arılara  rast  gəlinir.  Arının  gənə  ilə  yoluxmasının 

müddətindən  asılı  olaraq  onun  traxeyasında  sarı,  yaşıltəhər  və  yaxud  qara  ləkələr 

əmələ gəlir. Belə arının traxeyası qaralaraq tamamilə sıradan çıxır.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  xəstə  arıların  orqanizmi  çoxlu  miqdarda 

mikroorqanizmlərdə  zəngin  olur.  Beləliklə  bir  neçə  xəstəliyin  birlikdə  baş  verməsi 

nəticəsində arı ailəsi tezliklə məhv olur.  

Xəstəliyin diaqnozunu qoymaq üçün laboratoriyada xəstə arıların traxeyasından 

preparat  düzəltmək  lazımdır.  Diaqnoz  üçün  laboratoriyaya  göndərilən  arılar  diri  və 

yaxud da təzə ölmüş olmalıdır. Əvvəlcədən ölmüş arılardan preparat düzəltmək çətinlik 

törədir və dəqiq diaqnoz qoymaq olmur. Eyni zamanda arı öldükdən sonra qısa müddət 

ərzində  gənələr  arının  traxeyasını  tərk  edərək  bayıra  çıxırlar  və  tezliklə  məhv  olurlar. 

Hazırlanmış  preparatlara  ən  azı  30-50  dəfə  obyekti  böyütmək  gücünə  malik  olan 

mikroskop altında baxılır. 

Xəstəliyin profilaktikası üçün aşağıdakılara ciddi riayət edilməlidir: 

Akarapidoz  xəstəliyi  müəyyən  edilən  kimi  arıxanada  və  onun  ətrafında  karantin 

elan  etmək  lazımdır.  Arıxanadan  arı  ailəsinin,  beçənin  və  avadanlıqların  kənara 

çıxarılması qadağan edilməlidir. Xəstə və ölmüş ailələrin pətəyi diqqətlə yoxlanılamlı və 

yaxşı  təmizlənməlidir.  Sonra  təmizlənmiş  pətəyi,  altlığını,  çərçivələri,  pətəyin  qapağını 

alovda  qonurlaşana  qədər  saxlamaq  və  onları  müxtəlif  reaktivlərlə  dezinfeksiya  etmək 

lazımdır.  

Arıçılar  və  baytar  işçiləri  bilməlidirlər  ki,  bu  xəstəliyə  qarşı  həmişə  kompleks 

müalicə və baytar-sanitariya tədbirləri aparmaq lazımdır. 

Akarapidoza  qarşı  mübarizə  məqsədi  ilə  akarasan,  polisan,  amitraz,  qarışqa  və 

quzuqulağı turşularının buxarı, teda və digər preparatlardan istifadə olunur. 

Aparılmış  təcrübələrin  nəticəsi  göstərmişdir  ki,  akarapidoza  qarşı  mübarizədə 

istifadə  olunan  bu  dərman  preparatlarından  ən  əhəmiyyətlisi  akarasan  və  polisandır. 

Akarasan  və  Polisanın  effektivliyi  97-98  faiz  təşkil  edir.  Lakin  son  zamanlar  istehsal 

keyfiyyətindən asılı olaraq Polisan daha çox əlverişlidir.  

Akarasan  və  Polisan  preparatları  ilə  müalicə  olunan  arı  ailələri  9-10  yaxud  7-8 

yuvacığa  malik  olmalıdır.  3  yuvacıqdan  az  gücə  malik  olan  arı  ailələrinin  bu 

preparatlarla  müalicə  edilməsi  məsləhət  görülmür.  Zəif  ailələrin  işçi  arıları  ananı  və 

özlərini mühafizə edə bilmirlər. Əksərən belə zəif ailələrin anası müalicə zamanı məhv 

olur.  Ona  görə  də  orta  və  zəif  gücə  malik  olan  arı  ailələrinə  tam  dozanı  vermək 

məsləhət deyil. 

Eyni  zamanda  akarapidozla  yoluxmuş  ailəni  akarasan  və  polisanla  müalicə 

etdikdə  də  ehtiyatlı  olmaq  lazımdır.  Çünki  bu  xəstəliyə  yoluxmuş  ana  və  işçi  arıların 

traxeyası  zədəli  olduğuna  görə  onlar  çətinliklə  tənəffüs  edirlər.  Pətəyin  içərisində  bu 

preparatların  tam  dozası  yandırılan  zaman  belə  xəstə  ana  və  işçi  arılar  tezliklə 

boğularaq məhv olurlar. 

Yuxarıda  göstərilən  səbəblərə  görə  yaxşı  olar  ki,  hər  bir  zəif  və  xəstə  arı  ailəsi 

üçün karton lövhənin yarısı götürülsün və pətəyin içərisində yandırılsın. 



Akarapidozla  yoluxmuş  ailələr  yaz-payız  dövründə  7  gün  fasilə  ilə  6  dəfə 

dərmanlanır. Profilaktika məqsədi ilə 7 gündən bir 2 dəfə dərmanlanır.  

Müalicə üsulu hər bir dərman preparatının təlimatında dəqiqliklə verilmişdir. 

Beləliklə, əlamətlərindən göründüyü kimi Nosema cerenae, akarapidoz, xronuiki 

və  kəskin  paralic  və  digər  xəstəliklərin  müəyyən  əlamətlərinin  bir-birinə  oxşarlığı 

olduğuna  görə  arıçılar,  baytarlar  və  başqaları  diaqnoz  qoymaqda  çətinlik  çəkirlər.  Ona 

görə də respublikada arı xəstəliklərini dəqiq analiz edən laboratoriya və mütəxəssislər 

olmalıdır.  

Arıxanada  mövsümlə  əlaqədar  olaraq  aparılan  baytar-sanitariya  tədbirləri  qısa 

şəkildə aşağıdakılardan ibarətdir: 

Yaz-yay işləri: 

Nozematozun  profilaktikası  üçün  yaz  uçuşuna  qədər  arı  ailələrinə  Nozematlı 

kandi verilir; yaz uçuşundan sonra Nozematlı şəkər şirəsi (siropu) ilə qidalandırılır. 

Varroa  gənəsi  ilə  mübarizə  üçün  arıların  kütləvi  uçuşundan  sonra  pətəyin  arxa 

divarına yaxın Fumisan yaxud Varrosan qoyulur. 

Mart-apreldə  akarapidozun  profilaktikası  və  müalicəsi  üçün  Polisanla  arı 

ailələrinin dərmanlanması aparılır. 

Aprel-mayda çürümə xəstəlikləri olarsa Oksivitlə xəstə ailələrin müalicəsi aparılır.  

May-iyunda  arı  Askosferozu  zamanı  arı  ailələrinin  müalicəsi  üçün  Unisan, 

Askosan yaxud Apiask tətbiq olunur. 

Yay-payız işləri: 

Bal süzümündən sonra iyulun axırları – avqustda Varroa gənəsindən azad, yəni 

cavan  arı  nəslinin  formalaşması  üçün  arı  ailələrini  Fumisan  yaxud  Varrosanla  müalicə 

etmək lazımdır. 

Avqustda arı ailələrinə hər hansı bir həvəsləndirici vitaminli şəkər şirəsi verilir. 

Sentyabrda  qış  yemləməsindən  sonra  Nosema  apis  və  Nosema  cerenae 

xəstəliklərinə  qarşı  profilaktik  müalicə  aparmaq  üçün  Nozemat,  Nozemasit  və  başqa 

ishal preparatlarından istifadə etmək olar. 

Sentyabr-oktyabrda  balasız  dövrdə  arı  ailələrində  Akarapidoz  və  Varroatoz 

xəstəliklərinə qarşı mübarizə tədbirləri aparmaq lazımdır.  



ƏDƏBİYYAT 

1. Thrasyvoulou A.,  Tananaki  G.  Və  başqaları.  Nosema  cerenae  in  Greek  and 

some  attemts  to  controe  it.  1.    Uluslararası  Muğla  Arıəçılık  və  Çambalı 

Kongresi.  25-27  Kasım  2008.  77-81  p.  Muğla  Üniv.  Arıçılık  Araştırma  ve 

Uygulama Merkezi, Muğla. 

2. Ütük  A.E.,  Pişkin  F.Ç.,  Kurt  M.  2010.  Türkiyede  Nosema  cerenae-nin  ilk 

moleküler tanısı. Ankara Üniv. Veteriner Fak.Dergisi 57: 275-278, Ankara. 

3. Watkins  M.,  2014.  Your  guide  to  healthy  beekeeping  (2nd  edition).  Vita 



(Europe)  Limited.  Vita  House,  London  Street,  Basigtoke,  Hampshire,  7  RG, 

UK. 


Yüklə 57,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə