Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi



Yüklə 364,36 Kb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü364,36 Kb.
#4034

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 81-83 (2014)

 

 



81 

Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi  

Və İqtisadi Səmərəsi 

 

T.M. Sadıqov  

 

AMEA Dendrologiya İnstitutu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89, Bakı AZ1044, Azərbaycan;  



E- mail: Sadigovtofig@mail.ru 

 

Azərbaycanın müxtəlif bölgələrində (Naxçıvan, Abşeron, Şirvan və Gəncə) qapalı istixana şəraitində 

xına bitkisinin becərilməsi, xına məhsulu və monoflor bal almaqla böyük iqtisadi səmərə  əldə 

edilməsinin mümkünlüyü haqda məlumat verilir. 

 

Açar sözlər: Xına  bitkisi, xına şitilləri, arı ailəsi, monoflor bal, məhsul, toxum, dərman 

 

 

Azərbaycanın təbii-iqlim şəraitində xına bitki-



sinin becərilməsi ölkəmizin bu məhsula olan tələba-

tını təmin etməyə imkan verir, ilk yeni məhsul olan 

monoflor balın alınması  və satışı iqtisadi gəlir 

gətirir (Abbasov, 1970; Аббасов  и  др., 1976; 

Sadıqov, 2007; Məmmdəov və b., 2008).  

Xına bitkisi öz morfoloji əlamətlərinə görə 

Ağlarot fəsiləsinə aid edilir. Hazırda Lavsoniya 

cinsinin  Lawsonia inermis L.  adlı bir növü var. Bu 

bitki çoxillik həmişəyaşıl kol olub, 1,5 m-dən 7,0 

m-ə qədər boy atır və 20-30 il yaşayır.Yabanı halda 

Ərəbistanın,  Şimali Amerikanın tropik-subtropik 

sahələrində bitir və Misir, Tunis, Hindistan, Yapo-

niya,  İran və  Şrilanka adasında  mədəni  şəraitdə 

becərilir.  

Ən yaxşı  xına məhsulu Misir xınası hesab 

edilir və dünya bazarında baha qiymətə satılır.  İlk 

dəfə Qədim Misirdə ondan müalicəvi, kosmetik və 

təbii boyaq bitkisi kimi istifadə edilmişdir. Sonralar 

xınadan Yaxın və Orta Şərq xalqları da istifadə 

etməyə başlamışlar. 

Xına saçların uzanmasına və dibinin bərkimə-

sinə kömək edir, onların tökülməsinin qarşısını alır. 

Şərq təbabətində  xınadan toz şəklində dermatit və 

ekzema xəstəlikıərinin müalicəsində istifadə olunur. 

Həmçinin baş  ağrısının qarşısının alınması üçün 

xına bitkisi müalicəvi  əhəmiyyətə malikdir. Xına-

dan müxtəlif boyaq maddələri alınır. Dünyada is-

tehsal olunan xına məhsulunun 50%-ə  qədəri 

Fransanın payına düşür. 

Keçmiş SSRİ-də xına tozuna illik təlabat təqri-

bən 800 ton olmuşdur. Bu məhsul ölkəyə xaricdən 

gətirildiyindən onun özünun yetişdirilməsi qərara 

alınmışdır. Bunun üçün müxtəlif respublikalarda 

xına bitkisinin becərilməsi üçün təcrübələr aparıl-

masına başlanıldı. 

Azərbaycan Elmər Akademiyasına xına bitki-

sinin yetişdirilməsi üçün tədqiqatlar aparılması tap-

şırıldı  və onun bir çox rayonlarında yerləşən elmi-

tədqiqat institutlarında yetişdirilməsinə start verildi. 

1975-ci ildə Naxçıvan Muxtar Respublikasının 

Naxçıvan Elm Mərkəzində ilk sınaq təcrübələri 

aparıldı  və  həmin ildən başlayaraq aparılan 

hərtərəfli çoxillik tədqiqatlar,  əldə edilən müsbət 

nəticələr keyfiyyətli xına və toxum məhsulunun 

istehsalına rəvac verdi. Naxçıvanda aparılan elmi 

tədqiqatlara  əsaslanaraq, Azərbaycan Respublikası 

Nazirlər Soveti 1986-1990-cı illərdə 100 ton xına 

və basma istehsal edilməsi üçün yeni xına 

müəssisəsi yaradılması haqqında qərar qəbul etdi 

(Abbasov, 1970; Аббасов и др., 1976)  



 

 

 



Şəkil. Monoflor bal almaq üçün qapalı şəraitdə 

yetişdirilmiş və çiçəkləmiş xına agacı (2 illik, 3 metr 

hündürlüyündə). 

 

Azərbaycan Respublikası  Xəzər rayonu Binə 



qəsəbəsində EMA şirkətinin istixanasında xına çi-

Azərbaycanda Xına Bitkisinin 

82 


çəklərindən monoflor balın alınması üzərində apa-

rılan tədqiqatlar müsbət nəticə vermişdir (İxtira J 

201372.   02.04.2012). 

1976-cı ildən keçən müddət  ərzində 50 ədəd 

xına kolu üzərində təcrübə aparılmış və qapalı şəra-

itdə məhsul alınmışdır. Tədqiqatlar göstərmişdir ki, 

xına kolları açıq  şəraitdə özünü birilik bitki kimi 

göstərdiyi halda, qapalı  şəraitdə  həmin kollar 

xınanın  İran ekotipinə məxsus müəyyən morfoloji 

xüsusiyyətlərini saxlayır, özünü çoxillik bitki kimi 

göstərir və il ərzində feneloji fazalarını başa vur-

maqla iki-üç dəfə məhsul verir. 

Qapalı  şəraitdə becərilən xına kollarına il 

ərzində hava şəraiti ilə əlaqədar olaraq tələb olunan 

qədər su verilməlidir. Hər suvarmada 1 m

2

 sahəyə 



1,0-1,5 litr su sərf edilməlidir.  İl  ərzində qapalı 

şəraitdə xına bitkisinin becərildiyi sahədə əl ilə 7,0-

10,0 dəfə alaq edilir. Sahəyə bir dəfə  əsas gübrə 

şəklində, iki dəfə yemləmə  şəklində birinci və 

ikinci yığımdan sonra üzvi və mineral gübrə 

verilmiş, kolların dibi dörd dəfə yumşaldılmışdır. 

Zərərverici və  xəstəliklərə qarşı dörd dəfə (hər 

rübdə bir dəfə) kimyəvi mübarizə (0,5%-li Bİ-58- 

ilə) aparılmalıdır. 

Qapalı şəraitdə əkilən dördillik xına kollarının 

hündürlüyü 1,5 metrdən 3,0 m-ə çatır və yüksək 

keyfiyyətli toxum və  xına məhsulu verir. Təcrübə 

və analizlərin nəticələri göstərir ki, qapalı şəraitdə 1 

m

2



 sahədə 4 ədəd xına kolu əkib becərmək 

mümkündür.  

Bu sahədə becərilən hər bir dördillik xına ko-

lundan birinci yığımda 250 q-dan 1,3 kiloqrama-

dək, ikinci yığımda isə 300 q- dan 1,5 kq-dək yaş 

xına yarpağı  yığmaq mümkündür. Bu halda hər 

kvadrat metr sahədən iki yığım prosesində orta 

hesabla 2 kiloqramdan 11 kq 200 qrama qədər yaş 

xına yarpağı  yığmaq olar. 1000 m

2

 sahəyə  əkilmiş 



4000  ədəd xına kolundan orta hesabla 2,2 tondan 

11,2 tona qədər yaş  xına yarpağı toplamaq müm-

kündür. Yığılan yaş  xına yarpaqlarından isə 26-

29%-  ə yaxın quru xına yarpağı  əldə oluna bilər. 

Yəni 1000 m

2

 sahədən orta hesabla 3,0 t quru xına 



yarpagı əldə etmək mümkündür.  

Bizim apardığımız 30 ilik tədqiqatlarson nəti-

cədə, təbii seçmə yolu ilə  Lawsonia inermis L. 

növündən il boyu çiçəkləyən yeni “Sərxan” xına 

sortu alınmışdır. Bu sort il boyu çiçəkləməklə yana-

şı, həm də 35-40%-ə qədər xına məhsulu verir. Bu 

da iqtisadi cəhətdən həm xına məhsulu, həm də və 

monoflor balın alınması üçün çox əhəmiyyətlidir. 

1000  m

2

 sahədə 5 ədəd arı ailəsi yerləşdir-



məklə il ərzində  həmin Xına sahəsindən 100 kq 

monoflor bal almaq olar. Aparılan çoxillik tədqiqat-

ların nəticələrinə əsaslanaraq demək olar ki, qapalı 

şəraitdə  həm keyfiyyətli xına toxumu, həm də 

yüksək keyfiyyətli xına məhsulu toplamaqla yanaşı, 

xına  əkilmiş istixanada arı ailəsi saxlamaqla 

Azərbaycanda istehsal olunmayan və ilk dəfə bizim 

tərəfimizdən alınmışilk dəfə bizim tərəfimizdən 

alınmış monoflor bal almaqla 0,1 hektar xına 

sahəsindən 100000 manata qədər gəlir götürmək 

mümkündür.  

İqtisadi hesablamalar göstərir ki, qapalı  şəra-

itdə  hər hektar xına sahəsindən 100-500 min man. 

gəlir götürmək olar. Azərbaycanın təbii iqlim 

şəraitində Xına bitkisinin becərilməsi ölkəmizin bu 

məhsula olan təlabatını  təmin etməyə imkan verər  

və ilk yeni məhsul monoflor balın alınması və satışı 

iqtisadi gəlir gətirər. 

Aparılan çoxillik tədqiqatlara Azərbaycanın 

Naxçıvan, Abşeron,Şirvan və  Gəncə bölgələrində 

qapalı istixana şəraitində  xına bitkisindən xına 

məhsulu və Monoflor bal almaqla böyük gəlir 

götürmək mümkündür.  

Xına bitkisinin həmişəyaşıl kol olmasını, iyun 

ayından başlayaraq ilin sonunadək daima çiçəklən-

məsini xoş  ətrə malik çiçəklərinin və gözəl rəngli 

meyvələrinin olmasını nəzərə alaraq, respublikanın 

park, bağ  və müəssisələrin  ərazisində  əkilməsi  

məqsədəuyğundur və bu məsələ yaşıllaşdırma 

idarəsinə tövsiyyə olunur.  



 

 

ƏDƏBİYYAT 

 

Məmmədov Q., Cəfərov A.B., Mustafayeva Z. 

(2008)  Əkinçilik və bitkiçiliyin əsasları. Bakı: 

Elm, 324 s. 



Sadıqov T.M. (2007) Azərbaycanda Xına, Basma 

Bitkilərinin becərilmə texnologiyası  və kosmetik 

tibbi müalicəvi əhəmiyyəti. Bakı: Nurlan, 206 s. 

Аббасов  М.А. (1970) Геаоморфология  Нахиче-

ванской АССР. изд.  Баку: Элм, 210 с. 



Аббасов  Р.М.,  Машанов  В.И,  Мамедов  Ф.M. 

(1976)  Хна - перспективная  культура  для 

возделывания  в  Азербайжане.  Изд.АН.  Азерб. 

ССР (сер.биол.науки), №3: 25-19. 

 

 



 

 

 

 

 

 

 

T.M. Sadıqov 

83 


Экономическая Эффективность и Выращивание Растения Хны  

В Азербайджане В Закрытых Условиях 

Т.М.Садыгов 

Институт дендрологии НАНА 

В статье представлена информация о выращивании растения хны в закрытых тепличных условиях в 

различных регионах (Нахчивань, Абшерон, Ширван, Гянджа) Азербайджана, а также о возможностях 

получения экономической выгоды с продукции и с получения монофлорного меда этого растения. 



Ключевые слова: растения хны, рассада хны, пчелиная семья, монофлорный мед, продукт 

Cultivation of Henna 

Plant Under Conditions of Indoor Greenhouse and Its Economic Profit  

T.M. Sadigov 

Institute of Dendrology, ANAS  

Information on the cultivation of Henna plant under conditions of indoor greenhouse in different regions of 

Azerbaijan (Nakhchivan, Absheron, Shirvan and Genge) and possibility of getting high economic profit from 

henna products and Monoflora honey has been presented.  



Key words: Henna plant, seedlings, the bee family, monoflora honey, henna products, herbal seeds, drugs 

Yüklə 364,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin