АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 81-83 (2014)
81
Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi
Və İqtisadi Səmərəsi
T.M. Sadıqov
AMEA Dendrologiya İnstitutu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89, Bakı AZ1044, Azərbaycan;
E- mail: Sadigovtofig@mail.ru
Azərbaycanın müxtəlif bölgələrində (Naxçıvan, Abşeron, Şirvan və Gəncə) qapalı istixana şəraitində
xına bitkisinin becərilməsi, xına məhsulu və monoflor bal almaqla böyük iqtisadi səmərə əldə
edilməsinin mümkünlüyü haqda məlumat verilir.
Açar sözlər: Xına bitkisi, xına şitilləri, arı ailəsi, monoflor bal, məhsul, toxum, dərman
Azərbaycanın təbii-iqlim şəraitində xına bitki-
sinin becərilməsi ölkəmizin bu məhsula olan tələba-
tını təmin etməyə imkan verir, ilk yeni məhsul olan
monoflor balın alınması və satışı iqtisadi gəlir
gətirir (Abbasov, 1970; Аббасов и др., 1976;
Sadıqov, 2007; Məmmdəov və b., 2008).
Xına bitkisi öz morfoloji əlamətlərinə görə
Ağlarot fəsiləsinə aid edilir. Hazırda Lavsoniya
cinsinin Lawsonia inermis L. adlı bir növü var. Bu
bitki çoxillik həmişəyaşıl kol olub, 1,5 m-dən 7,0
m-ə qədər boy atır və 20-30 il yaşayır.Yabanı halda
Ərəbistanın, Şimali Amerikanın tropik-subtropik
sahələrində bitir və Misir, Tunis, Hindistan, Yapo-
niya, İran və Şrilanka adasında mədəni şəraitdə
becərilir.
Ən yaxşı xına məhsulu Misir xınası hesab
edilir və dünya bazarında baha qiymətə satılır. İlk
dəfə Qədim Misirdə ondan müalicəvi, kosmetik və
təbii boyaq bitkisi kimi istifadə edilmişdir. Sonralar
xınadan Yaxın və Orta Şərq xalqları da istifadə
etməyə başlamışlar.
Xına saçların uzanmasına və dibinin bərkimə-
sinə kömək edir, onların tökülməsinin qarşısını alır.
Şərq təbabətində xınadan toz şəklində dermatit və
ekzema xəstəlikıərinin müalicəsində istifadə olunur.
Həmçinin baş ağrısının qarşısının alınması üçün
xına bitkisi müalicəvi əhəmiyyətə malikdir. Xına-
dan müxtəlif boyaq maddələri alınır. Dünyada is-
tehsal olunan xına məhsulunun 50%-ə qədəri
Fransanın payına düşür.
Keçmiş SSRİ-də xına tozuna illik təlabat təqri-
bən 800 ton olmuşdur. Bu məhsul ölkəyə xaricdən
gətirildiyindən onun özünun yetişdirilməsi qərara
alınmışdır. Bunun üçün müxtəlif respublikalarda
xına bitkisinin becərilməsi üçün təcrübələr aparıl-
masına başlanıldı.
Azərbaycan Elmər Akademiyasına xına bitki-
sinin yetişdirilməsi üçün tədqiqatlar aparılması tap-
şırıldı və onun bir çox rayonlarında yerləşən elmi-
tədqiqat institutlarında yetişdirilməsinə start verildi.
1975-ci ildə Naxçıvan Muxtar Respublikasının
Naxçıvan Elm Mərkəzində ilk sınaq təcrübələri
aparıldı və həmin ildən başlayaraq aparılan
hərtərəfli çoxillik tədqiqatlar, əldə edilən müsbət
nəticələr keyfiyyətli xına və toxum məhsulunun
istehsalına rəvac verdi. Naxçıvanda aparılan elmi
tədqiqatlara əsaslanaraq, Azərbaycan Respublikası
Nazirlər Soveti 1986-1990-cı illərdə 100 ton xına
və basma istehsal edilməsi üçün yeni xına
müəssisəsi yaradılması haqqında qərar qəbul etdi
(Abbasov, 1970; Аббасов и др., 1976)
Şəkil. Monoflor bal almaq üçün qapalı şəraitdə
yetişdirilmiş və çiçəkləmiş xına agacı (2 illik, 3 metr
hündürlüyündə).
Azərbaycan Respublikası Xəzər rayonu Binə
qəsəbəsində EMA şirkətinin istixanasında xına çi-
Azərbaycanda Xına Bitkisinin
82
çəklərindən monoflor balın alınması üzərində apa-
rılan tədqiqatlar müsbət nəticə vermişdir (İxtira J
201372. 02.04.2012).
1976-cı ildən keçən müddət ərzində 50 ədəd
xına kolu üzərində təcrübə aparılmış və qapalı şəra-
itdə məhsul alınmışdır. Tədqiqatlar göstərmişdir ki,
xına kolları açıq şəraitdə özünü birilik bitki kimi
göstərdiyi halda, qapalı şəraitdə həmin kollar
xınanın İran ekotipinə məxsus müəyyən morfoloji
xüsusiyyətlərini saxlayır, özünü çoxillik bitki kimi
göstərir və il ərzində feneloji fazalarını başa vur-
maqla iki-üç dəfə məhsul verir.
Qapalı şəraitdə becərilən xına kollarına il
ərzində hava şəraiti ilə əlaqədar olaraq tələb olunan
qədər su verilməlidir. Hər suvarmada 1 m
2
sahəyə
1,0-1,5 litr su sərf edilməlidir. İl ərzində qapalı
şəraitdə xına bitkisinin becərildiyi sahədə əl ilə 7,0-
10,0 dəfə alaq edilir. Sahəyə bir dəfə əsas gübrə
şəklində, iki dəfə yemləmə şəklində birinci və
ikinci yığımdan sonra üzvi və mineral gübrə
verilmiş, kolların dibi dörd dəfə yumşaldılmışdır.
Zərərverici və xəstəliklərə qarşı dörd dəfə (hər
rübdə bir dəfə) kimyəvi mübarizə (0,5%-li Bİ-58-
ilə) aparılmalıdır.
Qapalı şəraitdə əkilən dördillik xına kollarının
hündürlüyü 1,5 metrdən 3,0 m-ə çatır və yüksək
keyfiyyətli toxum və xına məhsulu verir. Təcrübə
və analizlərin nəticələri göstərir ki, qapalı şəraitdə 1
m
2
sahədə 4 ədəd xına kolu əkib becərmək
mümkündür.
Bu sahədə becərilən hər bir dördillik xına ko-
lundan birinci yığımda 250 q-dan 1,3 kiloqrama-
dək, ikinci yığımda isə 300 q- dan 1,5 kq-dək yaş
xına yarpağı yığmaq mümkündür. Bu halda hər
kvadrat metr sahədən iki yığım prosesində orta
hesabla 2 kiloqramdan 11 kq 200 qrama qədər yaş
xına yarpağı yığmaq olar. 1000 m
2
sahəyə əkilmiş
4000 ədəd xına kolundan orta hesabla 2,2 tondan
11,2 tona qədər yaş xına yarpağı toplamaq müm-
kündür. Yığılan yaş xına yarpaqlarından isə 26-
29%- ə yaxın quru xına yarpağı əldə oluna bilər.
Yəni 1000 m
2
sahədən orta hesabla 3,0 t quru xına
yarpagı əldə etmək mümkündür.
Bizim apardığımız 30 ilik tədqiqatlarson nəti-
cədə, təbii seçmə yolu ilə Lawsonia inermis L.
növündən il boyu çiçəkləyən yeni “Sərxan” xına
sortu alınmışdır. Bu sort il boyu çiçəkləməklə yana-
şı, həm də 35-40%-ə qədər xına məhsulu verir. Bu
da iqtisadi cəhətdən həm xına məhsulu, həm də və
monoflor balın alınması üçün çox əhəmiyyətlidir.
1000 m
2
sahədə 5 ədəd arı ailəsi yerləşdir-
məklə il ərzində həmin Xına sahəsindən 100 kq
monoflor bal almaq olar. Aparılan çoxillik tədqiqat-
ların nəticələrinə əsaslanaraq demək olar ki, qapalı
şəraitdə həm keyfiyyətli xına toxumu, həm də
yüksək keyfiyyətli xına məhsulu toplamaqla yanaşı,
xına əkilmiş istixanada arı ailəsi saxlamaqla
Azərbaycanda istehsal olunmayan və ilk dəfə bizim
tərəfimizdən alınmışilk dəfə bizim tərəfimizdən
alınmış monoflor bal almaqla 0,1 hektar xına
sahəsindən 100000 manata qədər gəlir götürmək
mümkündür.
İqtisadi hesablamalar göstərir ki, qapalı şəra-
itdə hər hektar xına sahəsindən 100-500 min man.
gəlir götürmək olar. Azərbaycanın təbii iqlim
şəraitində Xına bitkisinin becərilməsi ölkəmizin bu
məhsula olan təlabatını təmin etməyə imkan verər
və ilk yeni məhsul monoflor balın alınması və satışı
iqtisadi gəlir gətirər.
Aparılan çoxillik tədqiqatlara Azərbaycanın
Naxçıvan, Abşeron,Şirvan və Gəncə bölgələrində
qapalı istixana şəraitində xına bitkisindən xına
məhsulu və Monoflor bal almaqla böyük gəlir
götürmək mümkündür.
Xına bitkisinin həmişəyaşıl kol olmasını, iyun
ayından başlayaraq ilin sonunadək daima çiçəklən-
məsini xoş ətrə malik çiçəklərinin və gözəl rəngli
meyvələrinin olmasını nəzərə alaraq, respublikanın
park, bağ və müəssisələrin ərazisində əkilməsi
məqsədəuyğundur və bu məsələ yaşıllaşdırma
idarəsinə tövsiyyə olunur.
ƏDƏBİYYAT
Məmmədov Q., Cəfərov A.B., Mustafayeva Z.
(2008) Əkinçilik və bitkiçiliyin əsasları. Bakı:
Elm, 324 s.
Sadıqov T.M. (2007) Azərbaycanda Xına, Basma
Bitkilərinin becərilmə texnologiyası və kosmetik
tibbi müalicəvi əhəmiyyəti. Bakı: Nurlan, 206 s.
Аббасов М.А. (1970) Геаоморфология Нахиче-
ванской АССР. изд. Баку: Элм, 210 с.
Аббасов Р.М., Машанов В.И, Мамедов Ф.M.
(1976) Хна - перспективная культура для
возделывания в Азербайжане. Изд.АН. Азерб.
ССР (сер.биол.науки), №3: 25-19.