АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 76-84 (2013)
76
Azərbaycanda Zəhərli İlanların Öyrənilməsinin Nəticələri və Perspektivləri
T.M. İsgəndərov
AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, Bakı AZ1073, Azərbaycan
Məqalədə son 50 illdə Azərbaycanda zəhərli ilan növlərinin faunistikasını, sistematikasını,
biologiyasını, ekologiyasını və ilan zəhəri istehsal etmək məqsədilə süni şəraitdə saxlanılmasının və
istifadə edilməsinin elmi əsaslarını öyrənmək sahəsində əldə edilmiş nəticələr araşdırılır və bu
sahələrin, habelə Azərbaycanda ilan zəhərinin istehsalı və öyrənilməsinin perspektiv elmi, elmi-
praktik istiqamətləri göstərilir.
GİRİŞ
Zəhərli ilanlar Azərbaycanın sürünənlər
faunasında mühüm yer tutur. Ölkə ərazisində coğrafi
yayılma səviyyəsi yüksək olan sürü-nənlərdən biri də
zəhərli ilan növüdür (Macrovipera lebetina L.,1758).
Məlum olduğu kimi, ilanlar (Serpentes) biosenozda
qida zəncirinin tərkib hissəsidir və trofik əlaqələrdə
olduğu fauna növlərinin say balansının
saxlanmasında mühüm rol oynayır.
Ötən əsrin əvvəllərində ilan zəhərinin
tərkibində yüksək bioloji aktivliyi olan
komponentlər (fermentlər) aşkar edildikdən və
onun müalicəvi əhəmiyyəti tibbə məlum olduqdan
sonra zəhərli ilanların tədqiqinə diqqət artdı,
xüsusilə zəhərlərini əldə etmək üçün bu ilanların
süni şəraitdə saxlanılması üsullarını öyrənmək
zərurəti yarandı.
Qafqaz regionunda zəhərli ilanların
biomüxtəlifliyinə görə Azərbaycanın herpetofaunası
daha zəngindir. Ötən əsrin ortalarından etibarın
Azərbaycanda da zəhərli ilanların öyrənilməsinə və
ilan zəhəri əldə etmək üçün süni şəraitdə saxnılması
yollarının tədqiqinə başlanılıb. İlan zəhəri bu gün də
həm qiymətli və təbii tibbi xammaldır, həm də
qlobal tibbi-diaqnostik tədqiqatlarda geniş tətbiq
olunan bir vasitədir. Ona görə Azərbaycanda zəhərli
ilan növlərinin bioekologiyasının, təbii ehtiyatının
müasir ekoloji vəziyyətinin, iqtisadi məsədlə
davamlı itifadəsi yollarının və effektli qorunmasının
öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Təqdim olunan məqalə ötən əsrin ortalarından
etibarən Azərbaycanda zəhərli ilan növlərinin
öyrənilməsi, iqtisadi məqsədlə istifadəsi sahəsində
əldə edilən nəticələrə və bu sahədəki gələcək
tədqiqatların əsas istiqamətlərinə həsr edilib.
MATERİAL VƏ METODLAR
Məqalədə qarşıya qoyulan məqsədə nail olmaq
üçün 1960-ci ildən başlamış bu günə kimi
Azərbaycanın zəhərli ilanlarının öyrənilməsinə aid
mövcud elmi ədəbiyyatlar (33) təhlil edilib, müasir
herpetologiyanın əsas problemləri və standartları
baxımından bu sahədəki perspektiv istiqamətlər
araşdırılıb.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Azərbaycanın zəhərli ilanları uzun müddət
herpetofaunanın tərkib hissəsi kimi öyrənilib.
Azərbaycanda herpetofaunanın ilk dəfə öyrənildiyi
1830-cu illərdən başlayaraq, uzun illər (1920-ci ilə
qədər) Rusiya İmperator Akademiyasının səyyah-
alimləri (E.Menetries, G.Radde, A.B.Şelkovnikov,
N.A.Kiriçenko və s.) tərəfindən aparılan tədqiqatlar
nəticəsində bütövlükdə herptofaunanın, həm də
ilanlar faunasının növ tərkibi, demək olar ki, tam
müəyyən edilmişdir. 1929-1939-cu illrdə SSRİ EA
Zoologiya institutunun və SSRİ EA Zaqafqaziya
Filialının alimləri N.İ.Sobolevskiy, C.A.Çernov,
Boqaçev və b., daha sonra 1940-1951-ci illərdə
Azərb. SSR EA Zoologiya institutunun əməkdaşlrı
R.D.Cəfərov, A.M.Ələkbərov bu sahədə
tədqiqatları davam etdirərək zəhərli ilan növləri
haqqında faunistik və ekoloji məlumatları
genişləndiriblər. Həmin dövrlərin tədqiqatları
barədə professor A.M.Ələkbərovun «Земноводные
и
пресмыкающиеся
Азербайджана»
monoqrafiyasında (1978) xroniki ardıcıllıqla və
ətraflı məlumat verilib. Onu da qeyd etmək
lazımdır ki, bu monoqrafiya Azərbaycanda bir neçə
herpetoloqlar nəslinin yetişməsində boyük rol
oynayıb və bu gün də əhəmiyyətini itirməyib.
Azərbaycanda zəhərli ilanların ayrıca olaraq
öyrənilməsinə 1960-cı illərdən başlanılıb. Bu
sahədə əsas xidmətlər professor A.M.Ələkbərova
(1960-1978), onun tələbələri biologiya elmləri
namizədləri F.Q.Şərifova (1969-1974) və
T.R.Əliyevə (1970-1985), T.M.İsgəndərova (1978,
1992-2012) məxsusdur. Bu alimlərin tədqiqatları
Azərbaycanda zəhərli ilanların faunistiksına
(morfologiyası, coğrafi yayılması, say və sıxlığı),
çoxalma biologiyasına, ekologiyasına,
qorunmasına, habelə ilan zəhəri əldə etmək
məqsədilə süni şəraitdə saxlanılmasına və
Azərbaycanda Zəhərli İlanların
77
istismarına, habelə yetişdirilməsinə həsr edilib.
Sistematikası və növ tərkibi. Nəticələr.
Azərbaycanda ilanların sistematikasına və ya
taksonomiyasına dair ayrıca tədqiqatlar aparılmayıb.
Herpetofaunanın, o cümlədən ilanlar faunasının növ
tərkibi SSRİ-də yayılmış sürünənlərin
taksonomiyasına (Терентьев и др., 1949; Банников
и др., 1977) əsasən müəyyən edilib. Professor A.M.
Ələkbərovun yuxarıda adı çəkilən monoqrafiyasında
(1978) Azərbaycanın ilanlar faunasının cəmi 24,
zəhərli ilanlarının isə yalnız 5 növdən ibarət olduğu
göstərilib (Vipera ammodytes L.,1758, Vipera
lebetina L.,1758, Vipera xanthina Gray 1849, Vipera
ursini Bonap., 1835, Agkistrodon halys Pall.,1776).
Bu zəhərli ilan növləri o vaxtkı təsnifata görə 2 fəsilə
və 2 cinsə aid olub. Sonralar Azərbaycan ərazisində
yayılması təsdiqlənməyən Qabarıqburun gürzə
Vipera ammodytes L.,1758 [=Buynuzluburun
cənubiqafqazgürzəsi
Vipera transcaucasiana
(Boulenger,1913)] taksonomik siyahıdan çıxarılmış
və “Azərbaycanın heyvanat aləmi” kitabında (2000,
III cild) cəmi 23 ilan, o cümlədən 4 zəhərli ilan
növləri qeydə alınıb.
Son 30 ildə Rusiya, Ukrayna və bir çox Avropa
ölkələrində Şimali Avroasiyanın, o cümlədən Qafqaz
regionunun ilanlar faunasının sistematikasına aid
xeyli tədqiqatlar aparılıb (Nilson et al., 1994; 2001;
Murphy et al., 2007 və s.). Ayrı-ayrı taksonların və
takson qruplarının (fəsilə, cins, növ, yarımnöv)
filogenetik əlaqələri daha dəqiq morfoloji əlamətlər
və genetik materiallar (DNT) əsasında yenidən təftiş
edilib, Qafqazın ilanlar faunasının, xüsusilə
Viperidae fəsiləsinə aid olan müxtəlif gürzə
komplekslərinin (V.lebetina, V.xanthina, V. ursini,
V.berus və s.) sistematikası xeyli dəyişib (Ананьева
и др.,2004; Туниев и др., 2009). Qafqaz regionu
ofidiofaunasının müasir taksonomiyası və coğrafi
yayılması haqqında son ədəbiyyat məlumatlarını
nəzərə alsaq (Туниев и др.,2009), Azərbaycanın
ilanalar faunası hazırda 29 növdən ibarətdir.
Onlardan 9 növ (1 fəsilə və 5 cins) isə zəhərli
ilanlardır:
1. Levant irigürzəsi - Macrovipera lebetina
(Linnaeus,1758). Sinonimi: Coluber lebetinus
(Linnaeus.,1758). Azərbaycanda, həm də Cənubu
Qafqazda bu növün Macrovipera lebetina obtusa
(Dwigubsky, 1832) yarımnövü yayılmışdır
(sinonimləri: Coluber obtusa (Dw., 1832); Vipera
obtusa (Dw., 1832); Vipera lebetina obtusa (Dw.,
1832). Bu yarımnövün adı elmi ədəbiyyatda
azərbaycanca “Zaqafqaziya gürzəsi və ya
irigürzəsi” kimi də işlədilir (Şəkil 1,A).
2. Adi qalxansifət - Gloydius halys
(Pallas,1776). Sinonimləri:
Coluber halys
(Pallas,1776). Agkistrodon halys (Pallas,1776).
Azərbaycanda
Gloydius halys caucasicus
(Nikolsky, 1916) yarımnövü yayılıb. Elmi
ədəbiyyatda bu yarımnövün adı “Qafqaz
qalxansifəti” kimi də işlədilir (Şəkil 1, B).
3. Radde dağgürzəsi - Montivipera raddei
(Boettger,1890). Sinonimləri: Kiçikasiya gürzəsi-
Vipera xanthina (Gray,1849), Vipera raddei
(Boettger,1890). Azərbaycanda Montivipera raddei
raddei (Boettger,1890) yarımnövü yayılıb (Şəkil 1,C).
4. Başıqalxanlı şərqi-çölgürzəsi – Pelias
renardi (Christoph,1861). Sinonimi: Çöl və ya
biçənək gürzəsi - Vipera ursini (Bonap.,1835).
Hesab olunurdu ki, Azərbaycanda Vipera
ursini renardi (Christoph,1861) yarımnövü
yayılıb. İndi növ monotipikdir, 1 yarımnövü var: P.
r. renardi (Christoph,1861), (Şəkil 1,Ç)
5. Başıqalxanlı hirkangürzəsi - Pelias ebneri
(Knoeppfler et Sochurek,1955). Sinonimi: Çöl,
çəmənlik və ya biçənək gürzəsi - Vipera ursini
(Bonap.,1835). Hesab olunurdu ki, Azərbaycanda
V. u. ebneri (Knoeppfler et Sochurek,1955)
yarımnövü yayılıb.
6. Başıqalxanlı dinnikgürzəsi – Pelias dinniki
(Nikolsky,1913). Sinonimləri: Vipera berus dinniki
(Nikolsky,1913), Vipera dinniki (Nikolsky,1913).
7. Başıqalxanlı lotiyevgürzəsi - Pelias lotievi
(Nilson,Tuniyev,Orlov,Höggren et Andrėn, 1995).
Sinonimi: Vipera lotievi (Nilson, Tuniyev, Orlov,
Höggren et Andrėn, 1995).
8. Başıqalxanlı yerevangürzəsi - Pelias
eriwanensis (Reuss,1933). Sinonimləri:
Acridophaga renardi eriwanensis (Reuss,1933),
Vipera eriwanensis (Reuss,1933)
9. Burnubuynuzlu cənubiqafqazgürzəsi - Vipera
transcaucasiana
(Boulenger,1913). Sinonimi:
Vipera ammodytes (Linnaeus,1758). Hesab olunurdu
ki, Azərbaycanda V.a. transcaucasiana
(Boulenger,1913) yarımnövü yayılıb.
Qeyd etmək lazımdır ki, sonuncu 5 növün
Azərbaycanda yayılması əcnəbi müəlliflər tərəfindən
göstərilsə də (Ананьева и др., 2004; Туниев и др.,
2009), hazırda bunu təsdiq edən kolleksiya
materialları əldə edilməmiş, bəzi növlərin isə
sistematik statusları mübahisəlidir. Ona görə bu
növlərin Azərbaycan ərazisində olması, yalnız,
ehtimal olunur. Beləliklə, Azərbaycanda zəhərli ilan
növlərinin sayı hazırda, ən azı 4-dür (Xəritə 1).
Perspektivlər. Azərbaycanda mövcudluğu
ehtimal olunan zəhərli ilan növlərinin nümunələrini
əldə etmək və zəhərli ilanlar faunasının növ
tərkibini müasir təsnifata uyğun qaydada
dəqiqləşdirmək, xüsusilə “ursini” (“dağ-çöl
gürzələri”) kompleksinə aid olan növlərin
taksonomiyasını öyrənmək gələcək tədqiqatların
əsas istiqamətləridir. Azərbaycanda “dağ-çöl
gürzələri” kompleksindən olan zəhərli ilanların
(P.renardi, P.ebneri, P. dinniki, P.eriwanensis)
sistematikası müasir standartlara uyğun metodlarla
hərtərəfli öyrənilməlidir.
T.M. İsgəndərov
78
Xəritə 1. Azərbaycanda zəhərli lan növlərinin coğrafi yayılması.
A
B
C
Ç
Şəkil 1. Azərbaycanın zəhərli ilan növləri: A- Zaqafqaziya irigürzəsi Macrovipera lebetina obtusa (Dw.,1832) ;
B- Qafqaz qalxansifəti Gloydius halys caucasicus (Pall.,1776) ;C- Radde dağgürzəsi Montivipera raddei
raddei (Boett.,1890); Ç- Başıqalxanlı şərqi-çölgürzəsi – Pelias renardi renardi (Christ.,1861)
Azərbaycanda Zəhərli İlanların
79
A
B
C
Ç
Şəkil 2. Zaqafqaziya irigürzəsinin Macrovipera lebetina obtusa Dw.,1832 müxtəlif rəng formaları ( A- açıçq-
qonur rəng və B- tünd boz, melanik rəng); irigürzənin quru zəhəri (C) və maye zəhəri (Ç) şüşə flakonlarda
Morfologiyası. İlanların taksonomik statusunu
müəyyən etmək üçün onların xarici görünüşünü
formalaşdıran bir çox morfoloji əlamətlərə, əsasən
ölçülərinə, bu ölçülərin biri-birilərinə olan
nisbətlərinə, folidoz xüsusiyyətlərinə (pulcuq və
qalxancıqarın forması, yerləşməsi, sayı), rənginə,
naxışların forması və sayına və digər göstəricilərə
görə müəyyən edilir (Чернов и др.,1949;
Банников и др.,1977). Morfoloji əlamətlər
növlərin sistematikasında əsas kriteriyalardan
olduğu üçün son illərin tədqiqatlarında daha çox
morfoloji detallara diqqət yetirilir.
Nəticələr. Azərbaycanın zəhərli ilanlarının,
xüsusilə Zaqafqaziya irigürzəsinin (V.l.obtusa
Dw.,1832) və Çöl gürzəsinin (V.u.renardi
Christ.,1861) morfologiyası T.R. Əliyev tərəfindən
qismən öyrənilib (Алиев, 1974; Алиев и др.,
1985). Lakin, bu araşdırmalar ümumi morfoloji
xarakteristika səviyyəsindədir, taksonların
statuslarını mövcud standartlara uyğun qaydada
dəqiq-ləşdirmək üçün kifayət etmir.
Hazırda Qafqazın
dağ-çöl gürzələri
komplekslərinə, xüsusilə Vipera ursini kompleksinə
aid növlərinin morfoloji tədqiqi davam etdirilir.
Ukrayna və Azərbaycan tədqiqatçıları tərəfindən
Başıqalxanlı yerevangürzəsinin Pelias eriwanensis
(Reuss,1933) Cənubi Qafqazda coğrafi yayılmasını
dəqiqləşdirmək üçün morfoloji tədqiqat aparılıb
(Kukushkin et al., 2012). Azərbaycan MEA
Zoologiya institutunun və Xarkov Dövlət
Universitetinin muzeylərində saxlanılan kolleksiya
materiallarının müqayisəli morfoloji araşdırılması
göstərdi ki, Azərbaycan ərazilərindən (Şamaxı
ətrafı,1937 və Naxçivan MSSR,1947) əldə edilmiş
Çöl gürzələri V.u.renardi [=Pelias renardi
(Christ.,1861)] nümunələri ilə Gürcüstan və
Ermənistanda yayılmış yerevan gürzəsi Vipera
eriwanensis (Reuss,1933) nümunələri ilkin olaraq
morfoloji oxşarlığa malikdirlər. Hazırda bu sahədə
tədqiqatlar davam edirilir.
Perspektivlər. Azərbaycanın zəhərli ilan
növlərində morfoloji əlamətlərin növdaxili
(yarımnövlər və populyasiyalar səviyyəsində)
dəyişkənliyinin öyrənilməsi, növlərin
sistematikasının daha dəqiq morfoloji kriteriyaların,
bütün rəng variasiyalarının (melanik formalar da
daxil olmaqla) və bədən üzərindəki xarakterik
naxışların sayının, forma və toponomiyasının da
əlavə əlamətlər kimi nəzərə alınaraq araşdırılması
vacibdir (Şəkil 1,2). Bu sahədə daha müasir üsul
taksonların genetik materiallarını (DNT)
molekulyar səviyyədə müqayisəsinə əsaslanır.
Coğrafi yayılması, sayı və sıxlığı. Nəticələr.
Azərbaycanda zəhərli ilan növlərinin coğrafi
yayılması son 50 ildə əsasən, Ələkbərov A.M. və
T.R.Əliyev tərəfindən 1970-1985-ci illərdə
öyrənilib (Ələkbərov və b.,1972 Алиев,1972, 1974,
Ələkbərov və b.,1985). A.M.Ələkbərovun
monoqrafiyasında (1978) Azərbaycanda zəhərli ilan
növlərinin coğrafi və vertikal yayılması, habelə
biotoplar üzrə paylanması geniş şərh olunub
(Алекперов, 1978). Bu tədqiqatlar Levant
irigürzəsinin Azərbaycanda ən geniş yaılmış və çox
saylı zəhərli ilan növü ilduğunu göstərir (Xəritə 1).
Digər növlər isə (Radde dağgürzəsi, Adi
qalxansifət, Başıqalxanlı şərqi-çölgürzəsi) məhdud
ərazilərdə yayılmış zəhərli ilan növləridir.
Azərbaycanda zəhərli ilan növlərinin coğrafi
yayılması ayrı-ayrı ərazilərdəki tapıntılar əsasıda
öyrənilib. Lakin bu lokal tapıntı nöqtələri növlərin
xarakterik landşaftlar üzrə Azərbaycanda coğrafi
yayılma mənzərəsini ümumi şəkildə ifadə etsə də,
T.M. İsgəndərov
80
Azərbaycandakı areallarının perimetrlərini
(sərhədlərini) tam müəyyən etməyə kifayət etmir. Bir
çox ərazilərdə, məsələn, Böyük və Kiçik Qafqazın
yüksəkliklərində (subalp və alp), Qusar-Xaçmaz
düzənliklərində, Talış dağlarının yüksəkliklərində
zəhərli ilan növlərinin yayılması zəif öyrənilib.
Azərbaycanda “dağ-çöl gürzələri” kompleksindən
olan zəhərli ilanların (P.ebneri, P.lotiyeva, P. dinniki,
P.eriwanensis) coğrafi yayılmasının və areallarının
öyrənilməsinə böyük ehriyac var. Bu zəhərli ilan
növlərinin, o cümlədən Buynuzluburun cənubiqafqaz-
gürzəsinin (V. transcaucasiana) Azərbaycanda
yayılması barədə etibarlı kolleksiya materilları indiyə
kimi əldə edilməyib.
Azərbaycanda nisbətən daha çox öyrənilmiş
zəhərli ilan növlərinin (M. lebetina obtusa,
M.raddei. G.halys, P.renardi) say və sıxlığı da
bütün arealları boyu tam öyrənilməyib. Ayrı-ayrı
növlər üzrə əldə olan mövcud məlumatlar isə
ziddiyyətlidir və mübahisə doğurur. Məsələn, bəzi
materiallarda (Алиев,1974) Zaqfqaziya
irigürzəsinin
M.lebetina obtusa sayının,
ümumiyyətlə ölkə ərazisində orta hesabla hər 10
kv.km (=1000 ha) əlverişli sahə üçün 6,5-6,6 fərd
(min- 2-4 fərd, max- 8-10 fərd), digər mənbələrdə
(Животый мир Азербайджана, 2000) hər 10
hektar sahəyə 3-6 fərd olduğu bildirilir. Bu
mənbəələrdə sahə üçün istifadə olunan ölçü
anlayışları (10 kv.km və 10 hektar) fərqli ölçülər
olduğu üçün say və sıxlıq barədə verilən
məlumatlar da mübahisə doğurur.
Azərbaycanda irigürzənin M.l.obtusa sayı
barədə obyektiv məlumata F.Q.Şərifovun
tədqiqatlarında rast gəlinir və Şirvan düzünün
müxtəlif biotoplar üzrə 1 hektar yaşayış sahəsində
orta hesabla 1,6 fərd olduğu bildirilir (Şərifov,
1970). Apardığımız son tədqiqatlara görə də
Zaqafqaziya irigürzəsi herpetofaunanın adi
növlərindən biri olaraq qalır və 1 hektar əlverişli
yaşayış yerlərində (məsələn, Qobustan düzü)
irigürzənin sayı orta hesabla 1,4 fərd, antropogen
yaşayış yerlərində isə (məsələn, Abşeron y/a) 0,6
fərddir, yəni 2,5 dəfə azdır (Искендеров, 2012).
Azərbaycanda digər zəhərli ilan növləri
(Montivipera raddei, Pelias renardi, Gloydius
halys) Azərbaycanda məhdud ərazidə yayılmaqla
yanaşı (Xəritə 1), sayı və sıxlıqları da aşağıdır
(Алиев,1974): 1 hektar yaşayış sahəsində
Kiçikasiya gürzəsinin Vipera xanthina (=Radde
dağgürzəsi Montivipera raddei) sayı 2,5- 3,0 fərd,
Çöl gürzəsinin Vipera ursini renardi
(=Başıqalxanlı şərqi-çölgürzəsi Pelias renardi)
sayı isə 0,1-0,2 fərddir. Adi qalxansifət (Gloydius
halys) ilanın say və sıxlığı barədə isə, mövcud elmi
ədəbiyyatda, ümumiyyətlə məlumat yoxdur.
Kiçikasiya gürzəsi Vipera xanthina (=Radde
dağgürzəsi Montivipera raddei) sayca azalan növ
kimi Azərbaycanın Qırmızı Kitabının 1-ci nəşrinə
(1989) və hazırda çapda olan 2-ci nəşrinə salınıb.
Qırmızı Kitabının 2-ci nəşrinə habelə, Başıqalxanlı
şərqi-çölgürzəsi [Pelias renardi (Christoph,1861)]
məhdud ərazidə yayılan və sayca azalan həssas növ
kimi (VU) daxil edilib.
Araşdırılan bütün elmi materiallarda yaşaış
yerlərinin mənimsənilməsi və ya sıradan çıxmasına,
habelə digər antropogen təsirlərə görə
Azərbaycanda zəhərli ilanların sayının ilbəil
azalması göstərilir.
Ümumiyyətlə, Azərbaycanda zəhərli ilan
növlərinin say və sıxlığı barədə elmi ədəbiyyat
məlumatları 25-50 il əvvəlki dövrə aid olduğu üçün
artıq, köhnəlib (Шарифов, 1970; Алиев,1972,
1974, Ələkbərov və b.,1985) və bu məlumatların
dəqiqləşdirilməsinə və yenilənməsinə ehtiyac var.
Perspektivlər. Azərbaycanda zəhərli ilan
növlərinin coğrafi areallarının sərhədlərini
dəqiqləşdirmək, populyasiyalarda fərdlərin say və
sıxlığını, biotoplar üzrə paylanmasını öyrənmək,
güclü və zəif populyasyaları müəyyən etmək,
habelə yaşayış yerlərinin müasir ekoloji vəziyyətini
araşdırmaq vacib istiqamətlərdəndir. Bu sahədə
zəngin informasiya bazasının yaradılması
Azərbaycanda zəhərli ilan növlərinin düzgün və
səmərəli istifadəsini, habelə effektli qorunmasını
təşkil etmək üçün önəmlidir.
Bioekologiyası. Nəticələr. Zəhərli ilanların
bioekologiyası, xüsusilə yayılması, yemlənməsi,
çoxalması və inkişafı, davranış xüsusiyyətləri,
mövsümi və sutkalıq fəallıqları indiyə qədər
aparılmış bir çox tədqiqatların diqqət mərkəzində
olub. Bu tədqiqatlarda ilanların faunistikası və
ekologiyası xarakterizə edilir, ilanların coğrafi
yayılması, biotoplar üzrə paylanması, mövsümi və
sutkalıq aktivlikləri, yemlənməsi və çoxalma biolo-
giyası, cinsiyyət orqanlarının vəziyyətlərindəki
mövsümi dəyişkənlik araşdırılır (Алекперов, 1970,
1978; Şərifov, 1970; Шарифов, 1970, 1974; Алиев,
1974; Наджафов и др.,1994). Bəzi materiallar isə
ilanların reproduktiv fəaliyyətinin və ilkin
embriogenezinin adaptiv xüsusiyyətlərinin,
embrional inkişafının öyrənilməsinə həsr edilib
(Искендеров, 1978, 2006, 2011; Наджафов и
др.,1994).
Perspektivlər. Azərbaycanda zəhərli ilanların
bioekologiyasının bir çox cəhətləri tam
öyrənilməyib. Ontogenezinin ayrı-ayrı yaş
mərhələlərində ilanların bioekoloji və morfo-
fizioloji xüsusiyyətləri, reproduktv fəaliyyətləri,
yemlənmə, özünüqoruma və çoxalma ilə bağlı
davranış formaları və bu davranışlarda biotik və
abiotik amillrin rolu, xüsusilə termobiologiyası
tədqiq olunmayıb. Bu sahələrdə aparılacaq
tədqiqatlar həm də, mühüm praktik əhəmiyyət kəsb
edir. Belə ki, əldə ediləcək nəticələr təsərrüfat
Azərbaycanda Zəhərli İlanların
81
məqsədilə ilanların süni şəraitdə daha səmərəli
saxlanılması və yetişdirilməsi üsullarını hazırlamaq
üçün vacibdir.
Süni şəraitdə saxlanılması və iqtisadi
məqsədlə istifadə edilməsi. Elmi tibbə görə ilan
zəhəri əczaçılıq sənayesi üçün qiymətli xammal
olduğu kimi, qədim şərq təbabətinə görə də
ilanların əti, piyi, qanı və ödü insanın sağlamlığı
üçün faydalıdır. Bundan savayı, ilanların dərisi
müxtəlif bəzək və dəri məmulatları hazırlamaq
üçün qiymətlidir. İlanın zəhərini və digər bioloji
məhsullarını əldə etmək üçün hazırda bütün
dünyada onların yalnız təbii ehtiyatından istifadə
olunur. Belə ki, təbiətdən ovlanmış ilanlar
müvəqqəti olaraq müxtəlif müddətə (0,7-3 il) süni
şəraitdə saxlanılır və mütamadi istismar edilir.
Azərbaycanda da uzun müddət (1969-1995) SSRİ-
nin tibbi-əczaçılıq sənayesini ilan zəhəri ilə təmin
etmək üçün təbiətdən ovlanmış Zaqafqaziya
irigürzəsi süni şəraitdə saxlanılıb və istifadə olunub
(Шарифов,1974).
Nəticələr. Azərbaycanda ilan zəhəri əldə
etmək üçün gürzə ilanının (Vipera lebetina obtusa)
süni şəraitdə saxlanmasını ilk dəfə öyrənən F.Q.
Şərifov olmuşdur (1973, 1974). Azərbaycanda ilan
zəhəri istehsal edən herpetoloji laboratoriyanın
təşkilində (1969) və fəaliyyətində (1969-1975)
F.Q.Şərifovun xüsusi xidmətləri olub. O, gürzə
ilanlarının qapalı otaqlarda qəfəs şəraitində
saxlanması rejimlərini (temperatur, işıq, yemlənmə
və s.), ilanların süni şəratdə yaşama müddətinə və
sağlamlığına, zəhərvermə qabiliyyətinə təsir edən
amilləri, habelə süni saxlanma şəraitində ilanların
boy artımını öyrənib. Bu tədqiqatlar nəticəsində
ilan zəhəri əldə etmək üçün gürzə ilanlarının süni
şəraitdə saxlanmasının səmərəliliyi artmış və
ilanalrın süni şəraitdə fəal yaşama müddəti orta
hesabla 6-7 aydan 10-12 aya qədər yüksəlmişdir.
Buna baxmayaraq, bir tərəfdən ilan zəhərinə
olan ehtiyac, digər tərəfdən ilanların təbii
ehtiyatının səmərəli və davamlı istifadəsinin
vacibliyi tələb edirdi ki, təbiətdən ovlanmış hər bir
ilan süni şəraitdə maksimum effektlə və daha uzun
müddətə istismar edilsin, ən yaxşı halda onların
süni şəraitdə yetişdirilməsi problemi həll edilsin.
Bu məqsədlərə nail olmaq üçün T.M.
İsgəndərovun 1981-1995 -ci illərdə apardığı elmi-
təcrübi tədqiqatlar xüsusilə mühüm rol oynayıb.
Həmin tədqiqatlar Zaqafqaziya irigürzəsinin
coxalma biologiyasının adaptiv xüsusiyyətlərini və
embrional inkişafını, yumurtalarının süni
inkubasiyasını, biotik və abiotik amillrin
(vitaminləşdirmə, şüalandırma) ilanların yemlənmə
və çoxalma aktivliyinə, fəal yaşama müddətinə və
zəhərvermə qabiliyyətinə, sağlamlığına təsirini
öyrənməyə həsr olunub (Искендеров, 1978, 2001,
2003, 2006; İsgəndərov, 2003, 2008). Əldə edilən
nəticələrin, o cümlədən ilanlarda vitaminləşdirmə
və ultrabənövşəyi şüalandırma üsullarının 1985-
1990-cı illərdə ilan zəhəri (Şəkil 2,C,Ç) istehsal
edən kombinatda (sonradan “Zootoksinlər” İstehsal,
Elmi Araşdırma Mərkəzi) tətbiqi ilanların süni
şəraitdə fəal yaşama müddətini orta hesabla 16-18
aya, illik zəhər çıxımını isə orta hesabla 16,6 %
qaldırmağa imkan verdi. Nəticədə, 1985-1990-cu
illərdə
təbiətdən ilan ovunu artırmadan
Azərbaycanda illik ilan zəhəri istehsalını orta
hesabla 3,0 kq-dan 3,5 kq-a qaldırmaq mümkün
oldu (keçmiş SSRİ-də istehsal olunan illik ilan
zəhərinin 70-75%). Gürzə yumurtaları üçün
əlverişli süni inkubasiya metodunun hazırlanması
nəticəsində hər il serpentariyada yüzlərlə gürzə
balaları alınıb təbii ərazilərə introduksiya edilib.
Perspektivlər. Azərbaycanda ilan zəhərinin, o
cümlədən digər faydalı bioloji ilan məhsulların əldə
edilməsi üçün geniş təbii imkanlar var. Ona görə
ilanların süni şəratdə saxlanılmasının və
istismarının elmi əsaslarını hərtərəfli öyrənmək
vacibdir. Xüsusilə zəhərli ilanların süni şəraitdə
daha səmərəli metodlarla (qapalı və açıq-yarımtəbii
volyer, terrarium, qəfəs) saxlanılması, süni
inkubasiya yolu ilə əldə edilmiş ilan balalarının
cinsi yetişkənliyə və məhsuldar yaşlara çatana kimi,
yəni qapalı sistem üzrə yetişdirilməsi problemlərini
həll etmək üçün xüsusi tədqiqatlar aparılmalıdır. Bu
problemlərin həlli gələcəkdə ilan zəhəri və digər
bioloji ilan məhsullarının istehsalını təşkil etmək
üçün ilanların təbii ehtiyatından asılılığı azalda və
ya tam aradan qaldıra bilər.
İlan zəhərinin öyrənilməsində elmi- praktik
istiqamətlər. Azərbaycan ilan zəhərinin elmi
əsaslarla istehsalı sahəsində böyük təcrübə və
ənənəyə malikdir. Bu ənənənin bərpası və inkişafı
üçün ilanalrın süni şəraitdə saxlanılmasının və
yetişdirilməsinin elmi əsaslarını öyrənməklə yanaşı,
həm də ilan zəhərinin və ilanlardan əldə edilməsi
mümkün olan digər bioloji məhsulların biokimyəvi,
biofiziki, toksinoloji və farmakoloji
xüsusiyyətlərinin öyrənilməsi, tətbiq sahələrinin
araşdırılması da vacibdir. Azərbaycanda ilan
zəhərinin istehsalının bərpasından öncə bu
məhsulun müasir satış bazarının formalaşdırılıması
lazımdır. Hazırda dünya tibbi xammal bazarında
ilan zəhərinin etibarlılığına və keyfiyyətinə xüsusi
diqqət yetirilir və bu məhsula Avropa Tibb
Agentliyinin (European Medicines Agency)
standartlarına uyğun müasir texniki sənəd-
keyfiyyət sertifakatı tələb olunur. Ona görə dünya
tibbi xammal bazarına çıxarılması üçün
Azərbaycanda istehsal olunmuş ilan zəhərinə
müasir standartlara cavab verən keyfiyyət sertifikatı
hazırlanmalıdır. İlan zəhərinin keyfiyyəti onun bir
sıra biokimyəvi (tərkibindəki zülal maddəsinin
miqdarı və fermentlərin bioloji aktivliyi), biofiziki
T.M. İsgəndərov
82
(rəng, işıqlılıq, parlaqlıq və s.) və toksinoloji (LD
50
)
parametrlərinə görə müəyyən edilir. Azərbaycanda
iqtisadi məqsədlə istifadə edilən irigürzənin
(Macrovipera lebetina obtusa) zəhərinə bu sənədi
hazırlamaq və yuxarıda göstərilən keyfiyyət
parametrləri üzrə göstəriciləri müəyyən etmək üçün
ayrıca tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlar
nəticəsində ilanların təbiətdə olmasından və süni
şəraitdə saxlanılmasından, müxtəlif saxlanma
rejimlərinin təsirindən asılı olaraq keyfiyyət
göstəricilərinin normal dəyişmə diapazonu
müəyyən edilməlidir. Azərbaycanda ilan zəhərinin
(Vipera lebetina obtusa) biokimyəvi və farmakoloji
xüsusiyyətlərinin öyrənilməsi sahəsində tədqiqatlar
aparılsa da (Топчиева и др., 1996, Topşiyeva və b.,
2001; Топчиева, 2003), əldə edilən məlumatlar
yuxarıda göstərilən praktik məsələlərin həlli üçün
kifayət etmir.
İlanların zəhərli sekresiyaların və digər bioloji
məhsullarının biokimyəvi, farmakoloji və
toksinoloji xassələrini öyrənmək, bu xassələrin növ,
populyasiya və fərd səviyyələrində dəyişkənliyini
aşkar etmək, tibb və tibbi-diaqnostika, kosmetika
üzrə yeni tətbiq sahələrini araşdırmaq vacib elmi-
praktik istiqamətlərdəndir.
Azərbaycan ərazisində yaşayan ayrı-ayrı
zəhərli ilan növlərinin zəhər sekresiyalarının
biokimyəvi və toksinoloji xüsusiyyətlərinin
öyrənilməsi həm də, bu növlərin sistematikası üçün
elmi və zəhərli sancmalar zamanı daha effektli
müalicə
tədbirlərinin, homeopatik müalicə
vasitələrinin (qan zərdablarının) hazırlanması üçün
tibbi əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT
Ələkbərov A.M., Əliyev T.R. (1972) Naxçıvan
MSSR-də zəhərli ilanların öyrənilməsinə dair.
Azərb. döv. universitetinin Elmi Əsərləri, biol.
elm. seriyası, 1: 29-38.
Ələkbərov A.M., Şərifov F.Q. (1973) Radde
gürzəsinin ekologiyası və onun laboratoriya
şəraitində saxlanılması. ADU-nun Elmi Əsərləri,
biol. seriyası, 3: 43-47
Əliyev T.R., Əhmədov S.B., Qəniyev F.R. (1983)
Naxçıvan MSSR-nin nadir sürünənləri və onların
qorunmasına dair materiallar. Azərb.SSR EA-nın
Xəbərləri, biol. elm. seriyası, 6: 44-49
İsgəndərov T.M. (2003) Zəhər almaq məqsədilə
gürzə ilanlarının süni şəraitdə saxlanmasında
ultrabənövşəyi
şüalandırmanın və
vitaminləşdirmənin rolu. Azərb. Zool. Cəmiy. I
qurultayının materialları. Bakı, Elm: 541-544
İsgəndərov T.M. (2008) Zəhər alınmanın süni
şəraitdə saxlanılan Zaqafqaziya iri-gürzəsinə təsiri
(Macrovipera lebetina obtusa Dw., 1832).
Azərb.Zool. Cəmiyyətinin əsərləri, 1: 767-776
Şərifov F.Q. (1970) Zaqafqaziya gürzəsinin həyat
tərzi haqqında bəzi məlumatlar. Azərb.SSR EA-nın
Xəbərləri (biol. elm. seriyası), 4: 78-80
Topçiyeva Ş.Ə., Yolçiyev Y.Y. (2001) İlan
zəhərinin farmakoloji xüsusiyyətləri, insan və
heyvanların maddələr mübadiləsinə təsiri. Azərb.
MEA-nın Xəbərləri (biol. elmləri), 4-6: 100-108.
Алекперов А.М. (1961) К экологии и
распространению гюрзы (Vipera lebetina L.) в
Азарбайджане. Уч. зап. АГУ им. С.М.Кирова,
серия биол., 4: 13-17
Алекперов А.М. (1970) Ядовитые змеи
Азербайджана и вопросы состояния их
охраны. В сб.: «Ядовитые животные и их
яды» Материалы Среднеазиатской конф.
Изд.-во АН Узбек.ССР: 14-28.
Алекперов А.М. (1978) Земноводные и
пресмыкающиеся Азербайджана. Баку, Элм:
149-155.
Алекперов Х.М., Алиев Т.Р., Ганиев Ф.Р.
(1985) К распространению и экологии
Закавказской
гюрзы
в
Приараксинской
низменности Нахичеванской АССР. Вестник
Зоологии АН Укр. ССР ( Киев), 3: 59-63
Алиев Т.Р. (1972) К распространению и
экологии
кавказского
щитомордника
в
Азербайджане. Изв.АН Азерб.ССР. 3: 72-74.
Алиев
Т.Р. (1974) Ядовитые
змеи
Азербайджана (эколого-фаунистическое ис-
следование). Автореф. дисс. … канд. биол.
наук. Баку: 21.
Алиев
Т.Р.,
Ганиев
Ф.Р. (1985)
Распространение и эколого-морфологические
особенности степной гадюки – Vipera ursine
Bonoparte,1835 в Азербайджане. Извест. Акад.
Наук Азерб.ССР.(серия биол.наук), 1: 44-50.
Ананьева Н.Б., Орлов Н.Л., Халиков Р.Г.,
Даревский И.С., Рябов С.А., Барабанов А.
(2004) Атлас пресмыкающихся Северной
Евразии
(таксономическое
разнообразие,
географическое
распространение
и
природоохранный
статус).
Зоологический
институт РАН (Санкт-Петербург): 183-221
Банников А.Г., Даревский И.С., Ищенко В.Г.,
Рустамов А.К., Щербак Н.Н. (1977)
Определитель
земноводных
и
пресмыкающихся фауны СССР. Учеб. пособ.
для студ. биол. спец. пед. ин-тов. М.,
Просвещение: 319-332
Искендеров Т.М. (1978) Морфологическая
изменчивость
в
раннем
эмбриогенезе
некоторых видов рептилий и ее адаптивное
значение. Автореф. дисс. ... канд. биол. наук.
Баку: 21 с.
Искендеров
Т.М.
(2001)
О
биологии
размножении закавказской гюрзы в неволе при
Azərbaycanda Zəhərli İlanların
83
круглогодичном
производстве
их
яда.
Материалы науч. конференции. Баку, БГУ:
113-114
Искендеров Т.М. (2002) О некоторых аспектах
адаптации закавказской гюрзы в условиях
содержания в неволи при круглогодичном
производстве их яда. Вестник БГУ, серия
естеств. наук, 2: 78-82.
Искендеров Т.М. (2006) Эмбриональная
диапауза у Закавказской гюрзы и её
адаптивное значение (Vipera lebetina obtusa).
Труды Инст. Зоол. НАН Азерб. Респ., ХХVIII:
361-372
Искендеров Т.М. (2012) Влияние антропогенных
факторов на состояние популяции Закавказской
гюрзы (Macrovipera lebetina obtusa Dwigubsky,
1832). В сб.: «Вопросы герпетологии».
Материалы 5-го съезда Герпетол. общества им.
А.М.Никольского, Минск: 97-99.
Наджафов Дж.А., Искендеров Т.М. (1994)
Особенности
биологии
размножения
Закавказской гюрзы (Vipera lebetina obtusa).
Зоолог. Журнал АН СССР (М.), 4:148-153
Терентьев
П.В.,
Чернов
С.А. (1949)
Определитель
пресмыкающихся
и
земноводных. М., Советская наука: 340.
Топчиева Ш.А. (2003) Биохимическая и
фармакокинетическая
характеристика
яда
закавказской гюрзы ( Vipera lebetina obtusa).
Автореф. дисс. ... докт. биол. наук. Баку: 38 с.
Топчиева Ш.А., Алиев Т.Р., Елчиев Я.Я.
(1996) Белковый состав яда закавказской
гюрзы. Журнал "Здоровье" (Баку), 4: 37-39.
Туниев Б.С., Орлов Н.Л., Ананьева Н.Б.,
Агасян
А.Л. (2009) Змеи
Кавказа
(таксономическое разнообразие, распростра-
нение, охрана). Зоол. инст. РАН (Санкт-
Петербург-Москва): 100-193
Шарифов Ф.К. (1970) О суточной активности
гюрзы Ширванской степи Азербайджанской
ССР. В сб. «Ядовитые животные Средней
Азии и их яды». Матер. Среднеазиатск. конф.
АН Узбек.ССР: 88-90
Шарифов Ф.К. (1973) О продолжительности
жизни и темпа роста кавказской гюрзы в
неволе. Вопросы герпетологии. Л., Наука:
187–191.
Шарифов Ф.К. (1974) Пресмыкающиеся Кура-
Араксинской низменности и их практическое
значение. Автореф. дисс. ... канд. биол. наук.
Краснодар: 28 c.
Kukuschkin O., Iskenderov T., Axmedov S.,
Bunyatova S., Zinenko O. (2012) Additions to
the distribution of Vipera eriwanensis (Serpentes:
Viperidae) in Transcaucasia, with comments on
the identity of vipers in northeastern Azerbaijan.
Herpetology Notes, Puplished on line (http:/www.
Herpetology notes.sehherpetology.org), 5: 423-
427.
Murphy R.W., Orlov N.L., Ananjeva N.B.,
Lathrop A., Agasyan A., Mazanayeva L.,
RyabovS., Shiryaev K., Kapeleris A.P. (2007) A
molecular phylogeny of Caucasian vipers. 2nd
Biology of the vipers conference. CIBIO.
Portugal: 15
Nilson G., Andren C. (2001) The meadow and
steppe vipers of Europe and Asia- the Vipera
(Acridophaga) ursinii complex. Acta Zoolog.
Academiae Scientiarum Hungaricae, 47(2-3): 87-
267
Nilson G., Hoggren M., Tuniyev B., Orlov N.,
Andren C. (1994) Phylogeny of the vipers of the
Caucasus (Reptilia, Viperidae). Zoolog. Scripta,
23 (4): 353-360.
T.M. İsgəndərov
84
Итоги и Перспективы Изучения Ядовитых Змей в Азербайджане
Т. М. Искендеров
Институт зоологии НАНА
В статье рассматриваются результаты исследований, проводимых в Азербайджане на протяжении
последних 50 лет, в области изучения фаунистики, биологии и экологии ядовитых змей и содержания
и эксплуатации их в неволе в целях производства змеиного яда, указываются перспективные научные
и научно-практические направления в этих областях, а также в области изучения и производства
змеиного яда в Азербайджане.
Results And Perspectives For The Study Of Poisonous Snakes In Azerbaijan
T.M. Isgandarov
Institute of Zoology, ANAS
The paper analyzes the results obtained during the last 50 years on studying of the fauna, biology, ecology
and maintenance in captivity of venomous snakes in order to obtain and use of snake venom. Scientific and
practical directions for the production and study of snake venom in Azerbaijan are also given in the paper.
Dostları ilə paylaş: |