Azərbaycanın su ehtiyatları vəonun ekoloji problemləri
Məlum olduğu kimi Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada
əkinçilik yaranandan bəri suvarmadan istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003)
qeyd edir ki, təxminən 3000 il əvvəl yaradılan irriqasiya kanallarının izləri
indiyə kimi qalmışdır. Məsələn, VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda
da istifadə olunur. Muğan və Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma
sistemlərinin izləri aydın bilinir.
1880-1890-cı illərdə yalnız Yelizavetpol quberniyasında 890-a qədər
suvarma kanalı hesaba alınmışdır. 1914-cü ildə onların sayı 1200-ə çatmışdır.
Kənd təsərrüfatı sahələrinin suvarılması üçün çay sularından başqa
kəhriz,bulaq,yağış və qar sularından da istifadə olunmuşdur. Yağəş və qar
sularını ,həmçinin çay daşqın sularını toplamaq üçün böyük olmayan bəndlər
tikilmiş və su anbarları yaradılmışdır. Təkcə Lənkəran qəzasında 1883-cü ildə
əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdur.
Muğan düzündə Kürün sağ sahilində Qaraçala stansiyasının yanında
tikilən su anbarı daşqın suları ilə doldurularaq xanın 500 desyatin düyü sahəsini
suvarmaqda istifadə olunmuşdur.
Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir.Burada XVI əsrin
sonunda dəniz səviyyəsindən 2000m yüksəklikdə mövcud olan Qanlı Gölün
yerində eyni adlı su anbarı yaradıldı ,200-250 il istismar olunduqdan sonra bu su
anbarı öz əhəmiyyətini itirmiş, 1853-cü ildə isə Kəlbayı xan tərəfindən həcmi
artıralaraq yenidən bərpa edilmişdir. Sovet dövründə bu su anbarı yenidən
tikilərək həcmi 3 dəfə böyüdülmüşdür. Qanlı Göl XIX əsrdən 158 su anbarından
qalan yeganə su anbarı olub indi də fəaliyyət göstərir.
Respublikamızda 1950-ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə
qeyri-bərabər paylanan çay su ehtiyatından səmərəli istifadə etmək məqsədilə su
anabrları yaradıldı. Bu su anbarlarından suvarma kanalları vasitəsilə şoran
torpaqların meliorasiyası və suvarılması yerinə yetirilmişdir. Bu məqsədlə
respublikamızda 50-yə qədər su anbarı tikilmiş, bir çox suvarma kanallları və
kollektorları istifadəyə verilmişdir.
1953-cü ildə Kür çayı üzərində həcmi 16 km3olan Mingəçevir su
anbarının tikilməsi respublikada suvarma və energetika problemlərinin həllində
mühüm rol oynayır. Bu su anbarından suvarma məqsədilə ayrılan iki iri kanal
(Yuxarı Qarabağ- su buraxma həcmi -130 m3/s və Yuxarı Şirvan – 78 m3/s)
hazırda 550 mln. hektar əkin sahəsinin suvarılmasına ikan verir.
1982-ci ildən Şəmkir su anbarı, 2000-ci ildə isə Yenikənd su anbarı
istifadəyə verildi. Bu iki iri su anbarı Kür çayının çoxillik axımını tənzimləməyə
şərait yaratdı. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının su resursları
az olub həmin regionun 15%-ni təşkil edir.Respublikamızın su resursları
Gürcüstanda 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Su ilə təmin olunmaq
baxımından dünyanın su ilə az təmin olunan regionuna aid olub hər km2 əraziyə
təxminən 100000m3,hər adam başına isə ildə 950-1000 m3 su düşür.
Respublikamızda suyun ümumi ehtiyatı 28,5-30,5 km3olub quraqlıq illərində isə
azalaraq 27,0-22,6 km3-ə enir.Su ehtiyatları ərazi üzrə qeyri-bərabər
paylanmışdır. Belə ki, Şəki,Zaqatala,Xaçmaz,Kəlbəcər,Dağlıq Qarabağ, Gədə-
bəydə belə problem olmadığı halda, Qobustan-Abşeron regionunda və suvarma
əkinçiliyi inkişaf etmiş Kür-Araz ovalığı rayonlarında həmişə su qıtlığı
mövcuddur.
Respublikamızın bütün çayları Xəzər dənizi hövzəsinə aiddir ,onların sayı
8350-dir. İlk çayın uzunluğu (Kür və Araz) 500 km-dən artıqdır. 22 çayın
uzunluğu 100-500 km, 40 çayınkı -51-100km,107 çayınkı 26-50 km, onlardan
5141-i Kürçayı hövzəsinə, 1177-i Araz çyı hövzəsinə aiddir. Bilavasitə Xəzərə
tökülən çaylar qolları ilə birlikdə 3218-dir,ümumi çay şəbəkəsinin sıxlığı 0,36
km/km2 təşkil edir.
Ən sıx çay şəbəkəsi Lənkəran təbii vilayəti üçün səciyyəvi olub 0,84
km/km2 ,ən seyrək çay şəbəkəsi isə Abşeron-Qobustan regionunda 0,20 km/km2
təşkil edir. Göstərilən suların orta hesabla 80-85%-i çaylara məxsusdur.
Kür və Araz çayları nənbələrini Türkiyə ərazisindən götürərək 5 dövlətin
(Türkiyə,İran,Gürcüstan,Ermənistan və Azərbaycan) ərazisindən axır.
Azərbaycan Respublikasının və ümumiyyətlə Cənubi Qafqazın bütün
təsərrüfatlarında əsas yeri Kür çayı və onun qollarının su ehtiyatları (26,9 km3)
tutur. Bu ümumi su ehtiyatlarının 87%-ni təşkil edir. Kür hövzəsinin ümumi
axın həcminin yalnız 7,3 km3 respublikamız daxilində formalaşır. Qalan hissəsi
(19,6%-i) qonşu ölkələrdən tranzit olaraq daxil olur. Türkiyə və İranda hər iki
çay dağlıq ərazilərdən keçərək sahillərində iri yaşayış məntəqələri ,sənaye
müəssisələri olmadığı üçün çirklənməyə məruz qalmır. Son yarım əsrə qədər
müddətdə aparılan tədqiqatlar göstərdi ki, Kür,Araz çayları və onların əsas
qolları Respublikamızdan kənarda-Gürcüstan və Ermənistan ərazilərində
çirklənir.Belə ki, Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, Türkiyəni 31
min, İranın 40 min və Azərbaycanın 37 min km2 sahəsi Kür-Araz hövzəsinə
aiddir. Yəni Kür çayına 188 min km2,Araza isə 103 min km2 ərazidən
sənaye,kənd təsərrüfat və məişət çirkabı,müxtəlif tullantılar atılır.
Kür çayı əvvəlcə Gürcüstanın Borjom,Axalbaba,Xasuri,Qori,Kareli,kaspi
şəhərlərinin və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin sənaye
müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 mln.m3-ə qədər
çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tiflis şəhərini kəsib keçən
Kür çayı daha kəskin çirklənməyə məruz qalır.
Gürcüstan Respublikası su müfəttişliyinin məlumatına əsasən Tiflis şəhəri
daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son
həddən (QSh) 20 dəfə, fenol 300 dəfə,neft məhsulları 330 dəfə,xrom 600
dəfə,mis və kadmium 10 dəfə, sink 13 dəfə,azot 8 dəfə,mədə-bağırsaq basilləri
238 dəfə,saprofit bakteriyaları 300 dəfə artıqdır.
Ş.B.Xəlilov qeyd etdiyi kimi, Tiflisdə olan 30 dan çox küçənin leysan
yağış kollektorları şəhərin bir çox sənaye müəssisələrinin (“Elektrocihaz”.
“Dəzgahqayırma”, “Baxtrioni”, “Kruanisi”, “Ekran”,Dimitrov adına
aviasiya,dəri istehsalat birlikləri,avtomobil təmiri, elektrik qaynağı,kənd
təsərrüfatı maşınları,cihazqayırma,sabitləşdirmə zavodları,avtomobil
parkarı,xəstəxanalar və s.) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində
Kür çayının qəbul etdiyi kiçik qolların (Xevdzmara,Vere,Digmula,Loçino)
çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını
axıdan kanalizasiya kollektorlarına çevrilmişdir.
Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln.m3 çirkab suları qəbul
edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərində yenidən çirklənməyə
məruz qalır və sutka ərində yüz min m3-lə sənaye və kommunal-məişət
tullantılarından ibarət çirkab sularını qəbul edir. Nəticədə Kürə il ərzində orta
hesabla 700 min ton üzvi maddələr, 30 min ton azot-fosfor duzlrı,12 min ton
müxtəlif duzlar və qələvilər, 16 min ton süni səthi fəal maddələr və s. axıdılırdı.
Azot birləşmələrinin çox hissəsi Rustavidə “Azot” istehsalat birliyindən
buraxılırdı. Bu müəssisədə 1985 və 1987-ci illərdə baş verən qəza nəticəsində
Kürə külli miqdarda azot birləşmələri axmış,çayda Şəmkir su anbarına qədər
olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə Kür çayı
respublikamıza son dərəcədə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli
çay kimi daxil olur.İki respublikanın sərhədi boyu axan Kürün sağ qolu olan
Xram çayı Kürə çoxlu çirkab suları gətirir. Gürcüstan ərazisində Xram çayına
Ermənistanın ən çirkli çayı-Debedçay qovuşur. Ermənistanın rəngli
metallurgiya,kimya və yüngül sənaye mərkəzləri olan Kirovakan, Alaverdi və
Stepanavan şəhərləri b çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət
tullantıları təmizlənmədən çaya axıdılır. Kirovakan kimya,Alaverdi metallurgiya
kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən çirkab suların axıdıldığı
Debedi çayı çirklənmə dərəcəsinə görə Razdan və Oxçuçaydan sonra
Ermənistanın üçüncü çayı sayılır.
M.A.Salmanovun (2002) apardığı tədqiqatlar göstərdi ki, 1976-cı ildən
2001-ci ilə qədər çirklənmiş sular Şəmkir Su anbarına kimi Kür çayından öz
özünə təmizləmə prosesləri kəsərsizləşmişdir.Müəllifə görə Kür çayında
mikroflora son 35 ildə mühitə xas olmayan kənar növlərlə əvəz olunmuşdur.
Ona görə hazırda saprofit avtoxton ( mühitin özünə məxsus – təbii) bakteriyalar
antropogen mənşəli koloform bakteriyalarla əvəz olunmuşdur. Respublikamızın
ərazisinə qədər sahədə Kür çayının çirklənməsi-zəhərlənməsi Gürcüstan və
Ermənistanda çirkab axınına çevrilən Maşavera,
Ağstafaçay,Kazretula,Algeti,Xramçay və b. nəql etdikləri pollyutantlar (ümumi
çirkləndirici maddələr) hesabına daha da kəskinləşir.
Ağstafaçayın suyunun zəhərlənməsi nəticəsində suda oksigenin miqdarı 4
5 dəfə azalır,belə suyun istifadəsi təhlükəlidir. Çayın zəhərlənməsi suda olan
mikrofloranın inkişafına da mənfi təsir göstərir. Ermənistan tərəfindən
zəhərlənən Ağstafaçay Qazax rayonunda yaradılan su anbarında cəmləşir və
bölgənin kənd-qəsəbələrində məişətdə,suvarmada istifadə olunur. Ona görə bu
su anbarı əhalinin sağlamlığı üçün real təhlükə mənbəyinə çevrilmişdir, o,
məişətdə istifadə edilməməlidir.
Dövlət Hidrometeorologiya Komitəsinin çoxillik məlumatına görə Kür
çayının çirklənmə indeksi Şıxlı kəndində 1,60-2,2, Yenikənd qəsəbəsində 1,97
(mülayim çirklənmə - III qrup), Mingəçevirdə 2,9 (çirklənmiş- IV qrup), Yevlax
şəhərində 1,82,Pirəzə kəndində -1,26,Zərdabda-1,42-2,34, Mollakənddə-2,14,
Surra kəndində-2,11-2,44 (mülayim çirklənmə III qrup), Bankə qəsəbəsində
3,62-3,64 (çirklənmiş –IV qrup) və Mayak qəsəbəsində 5,10 (çirkli V qrup)
ölçüdə qeydə alınmışdır.Araz çayı sularının çirklənmə indeksi Sədərək
məntəqəsində 1,82-2,24(mülayim çirklənmə III qrup),Culfada 3,32 (çirklənmiş
IV qrup) , Saatlıda 3,64-4,93 (çirklənmiş və çirkli IV-V qrup) təşkil etmişdir.
Göstərilən Komitənin məlumatına əsasən (1987-89-cu illər) Şıxlı kəndi
yaxınlığında çayın sularında oksigenə olan biokimyəvi tələbat (OBTs) – 3,71
mq/l,neft məhsulları 0,15 mq/l, fenollar 0,03 mq/l,yəni normadan bir neçə dəfə
artıqdır. Heksoxloran kimi pestisidin isə il boyu miqdarı 0,006 mkq/l-ə qədərdir.
Mingəçevir yaxınlığında Kür sularında neft məhsullarının miqdarı 0,18 mq/l,
(4SKH-son konsentrasiya həddi), fenolların miqdarı isə 0,005-0,01 mq/l-ə qədər
olmaqla normadan 5-10 dəfə artıqdır.Heksoxloranın miqdarı isə sularda 0,037
mkq/l-ə qədərdir. Göstərilən ərazidəki, hidroloji məntəqələrdən götürülmüş su
nümumələrində bixromat oksidləri 13,5-22,6 mq/l,neft məhsulları 0,03-0,25
mq/l, fenollar 0,003-0,04 mq/l, heksoxloran 0,005-0,037 mkq/l təşkil etmişdir.
Benzol turşuları 2,8 mq/l, yəni normadan 5-6 dəfə artıq olmuşdur. Mingəçevir
Şirvan şəhərləri arasında ammonium,nitrit,nitrat,ümumi fosfor kimi biogen
mənşəli komponentlərin qalıqlarının miqdarı Kür sularında il boyu ümumi
sanitar,sanitar-toksikoloji və balıq təsərrüfatları üçün təyin olunmuş
normalardan bir neçə dəfə çoxdur. F.Ş.Əliyev və M.A.Məmmədovanın
məlumatına görə Kür çayında yerləşən hidroloji məntəqələrdən götürülmüş su
nümumələrində misin miqdarı toksikoloji normadan 10 dəfədən artıq olmuşdur
(misin toksikoloji norması sular üçün 1,0 mq/l-dir).Misin daha çox miqdarl
Yenikənd (18 mq/l), Mingəçevir (18 mq/l),Yevlax (14 mq/l),Zərdab (20 mq/l),
Salyan (14 mq/l) və Mayak (23mq/l) məntəqələrində qeydə
alınməşdər.Bismut,titan və manqan qeyri-üzvi kimyəvi elementlərin miqdarı da
Kür sularında həmişə normadan yüksəkdir,alüminium,dəmir və silisium Kür
sularında daim müşahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur.
Kür çayı,Şirvan,Salyan,Neftçala şəhərlərindəki yod-brom
zavodunun,Bankə qəsəbəsindəki balıq kombinatının və həmin şəhərin
kommumal təsərrüfatlarının çirkab suları ilə çirkləndirilir. Bu ərazilərdə Kürün
sularında bixromat oksidləri, fenollar,neft məhsulları və heksoxloran pestisidn
miqdarı digər məntəqələrlə müqayisədə 1,5-2,0 dəfə çoxdur. Bankə və Mayak
qəsəbələri yaxınlığında Kürdə benzol turşularının miqdarı uyğun olaraq 2,4 və
2,0 mq/l , yəni ümumi sanitar normalardan 4-5 dəfə artıqdır.
Şıxlı kəndindən Kürün mənsəbəsinə doğru suyun ümumi minerallıq
dərəcəsi (ÜMD) artır. Belə ki, Mingəçevir su anbarında suyun ÜMD 0,4-0,6
q/l,Surra kəndi yanında 0,7-0,9 q/l, Araz çayı ilə birləşəndən sonra 1,2-1,4
çatır.Bununla paralel sularda sulfat və xlor anionlarının miqdarı da artaraq təyin
olunmuş 500 və 300 mq/l normasından 15 dəfədən artıq olmuşdur.
Azərbaycan,Gürcüstan və Ermənistanın müvafiq idarələrinin məlumatına
əsasən 2000-ci ildə Kür çayının hövzəsinə 468 mln.m3 çirkab suları o cümlədən
237 mln m3 (51%) Gürcüstan, 219 mln.m3 (46%) Ermənistan, yalnız 12 mln m3
(3%) Azərbaycan tərəfindən atılmışdır.
Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha
təhlükəlidir. Araz çayı Gümrüdən başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə
kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və sənaye
çirkablarını qəbul edir. Bununla yanaşı dğşmən ərazisindən Araza qovuşan
Gedərçay,Vorotan,Axuryan çayları son dərəcə zəhərlənmişdir.Onların sularında
demək olar ki, oksigen olmur,turşuluq göstəricisi pH 2,4-ə enir,mikroflora 180
200 dəfə azalır,çay sahilləri boyu bitki örtüyü də məhv olur.
Dostları ilə paylaş: |