1
Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI
İNSTİTUTU
Sabirə Allahverdiyeva
UŞAQLARIN İNTERNETDƏ
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ
PROBLEMLƏRİ
EKSPRESS –
İNFORMASİYA
İNFORMASİYA CƏMİYYƏTİ SERİYASI
Bakı – 2016
2
Allahverdiyeva S.S.
Uşaqların
İnternetdə
təhlükəsizliyinin təmin edilməsi problemləri. Ekspress–
informasiya.
İnformasiya cəmiyyəti seriyası. Bakı:
"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2016, 91 s.
Ekspress–informasiyada u
şaqların
İnternetdə
qarşılaşdığı təhlükələr, onların təsnifatı, uşaqların bu
t
əhlükələrdən qorunması yolları göstərilir. Beynəlxalq
al
əmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və
çağırışlar şərh edilir. Onlayn mühitdə uşaqların yaş
xüsusiyy
ətləri nəzərə alınmaqla, Əşyaların İnterneti, uşaqlar
üçün n
əzərdə tutulmuş sosial şəbəkələr və s. problemlər
identifikasiya olunur. N
əticə olaraq yeni tövsiyə və təkliflər
ir
əli sürülür.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi
Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.
Elmi redaktoru: tex.f.d. Yadigar
İmamverdiyev
İSBN:978-9952-434-75-0
©
"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2016
3
MÜNDƏRİCAT
G
İRİŞ ........................................................................................... 4
I. İNTERNET VƏ ONUN YARATDIĞI TƏHLÜKƏLƏR .. 6
1.1. Uşaqların İnternet mühitində qarşılaşdığı təhlükələrin
t
əsnifatı .......................................................................................... 8
1.2. T
əhlükələrin texnoloji səviyyədə qabaqcadan qarşısının
alınması üsulları ............................................................................ 17
1.3. Uşaqların İnternetdə təhlükəsizliyi probleminə dair
beyn
əlxalq çağırışlar ..................................................................... 21
1.4. «T
əhlükəsiz İnternet Proqramı» üzrə fəaliyyətlər ................. 27
II.
RƏQƏMSAL
ALƏMDƏ
UŞAQLARIN
DAVRANIŞLARI ........................................................................ 35
2.1. İnformasiya təhlükəsizliyinin yaşa uyğun xüsusiyyətləri ...... 35
2.2. Uşaqlar və sosial şəbəkə mühiti ............................................ 41
2.3. Əşyaların İnterneti və uşaqlar ................................................ 46
III. UŞAQLARIN TƏHLÜKƏSİZLİYİNİN QORUNMASI
SAHƏSİNDƏ ÖLKƏLƏRİN SİYASƏTİ ................................. 52
3.1. İnternet mühitində uşaqların təhlükəsizliyinin qorunmasına
aid normativ s
ənədlər və ölkələrin siyasəti ................................... 53
3.2. B
əzi ölkələrin Milli Təhlükəsiz İnternet Mərkəzlərinin
t
əhlükəsizlik siyasəti ..................................................................... 56
3.3.
Uşaqların təhlükəsizliyinə dair keçirilən konfranslar ........... 60
3.4. Mövzu üzr
ə elmi araşdırmalar və nəşrlər .............................. 64
3.5.Az
ərbaycanda
uşaqların
İnternetdə
t
əhlükəsizliyi
probleminin h
əlli ilə bağlı görülən işlər ....................................... 67
NƏTİCƏ ....................................................................................... 71
Əlavə 1. Dünyanın bəzi ölkələrində uşaqların İnternetdə
t
əhlükəsizliyinin təmin edilməsinə dair rəsmi sənədlər ............... 75
QLOSSARİ .................................................................................. 78
ƏDƏBİYYAT .............................................................................. 84
4
G
İRİŞ
Ölk
əmizdə
İnformasiya
Cəmiyyətinin
(İC)
qurulmas
ında
informasiya-kommunikasiya
texnologi-
yalarının (İKT) rolu böyükdür. Müasir dünyanı kompüter və
İnternetsiz təsəvvür etmək mümkün deyil. İnternet sonuncu
informasiya inqilabı kimi bütün dünyanı əhatə edib və
h
əyatımızın bir hissəsinə çevrilərək cəmiyyətin sosial-
psixoloji v
əziyyətinin formalaşmasında yeni bir mərhələnin
başlanmasına səbəb olmuşdur.
İnformasiya bolluğu, tez-tez yenilənmə və daxil olan
müxt
əlif məzmunlu informasiya təhlükələrin mövcudluğuna
şərait yaradaraq kibercinayətkarlara geniş meydan açır.
T
əhlükələrlə qarşılaşmanın çox hissəsi bu mühitdə daha az
t
əcrübəsi olan uşaq və yeniyetmələrin payına düşür.
İnformasiya mübadiləsi
zamanı
istifad
əçilərin
t
əhlükələrlə rastlaşma ehtimalı çoxalır. Virtual mühitdə
uşaqların istifadəçi kimi fəal olması, müxtəlif məkanlarda
yaşayan insanlarla əlaqə saxlamaq, ətraf aləmi daha çox
öyr
ənmək həvəsi və müasir texnologiyalara olan maraqları
onları onlayn “yırtıcı”ların qurbanına çevirir.
Araşdırmalar göstərir ki, uşaqların əksəriyyəti
İnternetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-
5
psixoloji t
əhdidlərlə üzləşir. Qlobal şəbəkədə ziyanlı
m
əlumatlarla zəngin səhifələrin mövcud olması uşaqların
bilm
əyərəkdən burada yaşa uyğun olmayan şəkillərlə, cinsi
istismarı, aqressiyanı və zorakılığı təbliğ edən mətnlərlə
rast
laşmasına gətirib çıxarır.
Reallıq budur ki, İnternetdə yerləşdirilmiş informasiya
heç bir
senzura, qadağalar, qaydalar və reqlamentlər olmadan
toplan
dığından, hər dəfə İnternet resurslarından istifadə
ed
ərkən uşaqlar təhlükəli və zərərli informasiyalarla zəngin
bir dünya il
ə təkbətək qalır. Bu da onların mənəvi-psixoloji
sağlamlığına təsir edir. Bütün bunlar isə İC-nin
formalaşmasının mənfi təzahürləri kimi özünü göstərir.
6
I.
İNTERNET
VƏ
ONUN
YARATDIĞI
TƏHLÜKƏLƏR
İnternet uşaqların daha çox informasiya qəbul edəcəyi
bir mənbə olduğundan, istənilən məlumatı asanlıqla əldə edə
bilirlər. Faydalı məlumatlarla yanaşı, eyni zamanda onlara
zərər verə biləcək məlumatlarla zəngin İnternet səhifələrinin
mövcudluğu, şəbəkələrdə olan təhlükələrin ciddiliyindən
xəbərsiz olduqlarından, İnternetdən istifadə zamanı həm
özlərinin, həm də istifadə etdikləri kompüterin
təhlükəsizliyinin pozulmasına səbəb olan bir çox təhlükələrlə
qarşılaşırlar.
Onlayn mühitdə uşaqların təhlükə ilə qarşılaşması üçün
kifayət qədər geniş imkanlar var. İnternetdən istifadə zamanı
onlar həm texniki, həm də sosial-psixoloji təhdidlərə məruz
qala bilir. Uşaqlar sosial şəbəkələrdə, çat və forumlarda
təhqirlə, qeyri-etik davranışla qarşılaşır və bu da onların
həyatında zaman keçdikcə öz mənfi təsirini göstərir.
Qanunazidd hərəkətlər, zorakılıq, uşaqları cinayətə,
terrora, pis yollara cəlb edən insanlar üçün elektron mühit bir
meydandır və onlar uşaqlardan müxtəlif məqsədlər üçün
istifadə edirlər. Bunun nəticəsi olaraq, uşaqların əksəriyyəti
7
İnternetdə aldadılır, təhqirlərə məruz qalır və bütün bunlar
uşaq istismarına yol açır.
İnternet müasir dövrdə uşaqların əsas məşğuliyyətinə
çevril
ərək onları yaxınlarından uzaqlaşdırır, ailələrin tərbiyə
etdiyi kimi deyil,
virtual aləmin "diktə" etdiyi kimi hərəkət
etməyə sövq edir. Onlar informasiya selinin qarşısında
dayana bilm
əyərək düşünüb düzgün qərar verməkdə çətinlik
ç
əkirlər və getdikcə dəyərləri tərk edir, ətrafa qlobal aləm
kimi yanaşaraq kosmopolit düşüncələrlə yaşayırlar. Bu
proses getdikcə dərinləşir, gənclərin dünyaya baxışlarını
dəyişərək onlarda vətənsizləşmə hissləri yaradır.
Qlobal şəbəkədən aldığı məlumatlar birbaşa azyaşlı
istifad
əçinin şüuruna təsir edir, müxtəlif cəmiyyətlərə, yaxud
h
əyat tərzinə rəğbət oyadır. Hardasa ürəkaçan, xoşbəxt bir
mühiti, yaxud v
ərdişləri təbliğ edir. Bu isə bir növ uşaqlarda
"beyin yuyulması" (Brain wash) işini həyata keçirir.
Valideynlər çıxış yolunu uşaqlara İnternetdən istifadəni
qadağan etməkdə görürlər, əksinə bu yanaşma onların
şəbəkəyə marağını daha da artırır.
8
1.1.
Uşaqların İnternet mühitində qarşılaşdığı
t
əhlükələrin təsnifatı
İnternet istifadəsi zamanı uşaqların həm şəxsi
təhlükəsizliyinə, həm də istifadə etdikləri kompüterin
təhlükəsizliyinə yönəlmiş müxtəlif təhlükələrin baş verməsi
mümkündür. Bu t
əhlükələri aşağıdakı kimi təsnifatlaşdırmaq
olar:
•
Cinayətkarların hədəfinə çevrilmə
•
Zərərli informasiya ilə məlumatlandırma
•
İnternet-asılılıq
•
Zərərli oyunlar
•
“Phishing”
texnologiyası
•
Zərərli proqramlar.
Cinayətkarların hədəfinə çevrilmə. Çox vaxt uşaq və
ya yeniyetmə psixoloji problemlər yaşayır, ailəsində ala
bilmədiyi mehribanlığı İnternetdə başqalarında axtarır.
Bədniyyətli şəxslər onların bu psixoloji vəziyyətindən
istifadə edərək uşaqlarla mehriban münasibət qurmaqla
təcrübəsi az olan insanları öz torlarına salırlar. Bu prosesin
qurbanı olan uşaqlar onlayn mühitdə təhlükə ilə üzləşə,
cinayətkarların potensial hədəfinə çevrilə bilərlər. Ünsiyyət
virtual şəxslə baş verdiyindən iştirakçılar fiziki olaraq təqdim
9
olunmurlar, y
əni virtual aləmdə müxtəlif virtual vəziyyətlərlə
t
əqdim edilirlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat
mübadiləsi zamanı, sosial şəbəkələrdə, çatlarda, forumlarda
və elektron poçtla təmasda olurlar. İnternetdə
ünsiyyətin anonimliyi dostluq və inam münasibətlərinin tez
yaranmasına kömək edir. Bədniyyətli insanlar anonimliyin
bu üstünlüyündən istifadə edərək, təcrübəsiz gənclərlə
münasibət qurmaq üçün əlverişli bir vasitə kimi istifadə
edirlər. Cinayətkarlar uşaq psixologiyasını, maraqlarını, yaşa
uyğun tələblərini öyrənir, gənc insanlara daha artıq diqqət,
qayğı və mehribanlıqla rəftar edərək, onlarla “dostluq”
münasib
ətləri qurur və real həyatda onlarla görüşməyə cəhd
edirl
ər. Statistikaya görə İnternet istifadəçisi olan 9-16 yaş
arası uşaqların 30%-i əvvəlcədən tanımadığı insanlarla real
h
əyatda görüşdüyünü və bunun riskli, amma əyləncəli
olduğunu söyləmişdir. 9-10 yaş arası uşaqlar isə virtual
al
əmdə nə qədər yaxın münasibət qursalar da, real aləmdə
görüşməkdən ehtiyat edir və hətta belə görüşə gedənlərin
31% bundan narahat olduqlarını bildirmişdir [1].
Yeniyetmələrin çoxu veb-gündəliklərə və ya bloqlara,
sosial şəbəkələrə şəxsi məlumatlarını (adı, ailəsi haqqında,
yaşayış yeri, oxuduğu məktəb, telefonları və s.) tam şəkildə
10
yerləşdirirlər. Bununla da özlərinə qarşı hər hansı cinayət
planının hazırlanmasına şərait yaratmış olurlar. Veb-
gündəliklər – məlumatların məhsuldar və dinamik bir şəkildə
paylaşımını təmin edən onlayn gündəliklər olduğundan,
zamanında yeniyetmə haqqında lazım olan informasiyanı
təmin edən yaxşı bir vasitədir. Bu isə uşaqlara əlyetərliyə
şərait yaradır, onların istismarına və cinayətkar planlarının
qurbanı olmağa gətirib çıxarır.
Zərərli informasiya ilə məlumatlandırma. İnternetdə
informasiya
bolluğu, eyni zamanda sürətlə yenilənmə
onlardan han
sının zərərli, hansının zərərsiz olduğunu analiz
etməyi çətinləşdirir. İnformasiya yerləşdirən şəxslər öz
mədəniyyətini, tərbiyəsini, yaxud pis niyyətlərini onlayn
mühitdə təbliğ edir. İnternet üzərindən dini, irqi, milli, sosial
nifrəti qızışdıran məlumatları, cinsi istismar (Grooming-lər
tərəfindən) xarakterli informasiyaları yayırlar. Eyni zamanda
buraya narkotikd
ən istifadə və onun hazırlanması, müxtəlif
z
ərərli və partlayıcı maddələrin ev şəraitində düzəldilməsi,
terrora c
əlbetməni dəstəkləyən məlumatlar aid edilə bilər.
G
ənc istifadəçilər daxil olduğu saytlarda yaşa uyğun olmayan
informasiya, yaxud uşaq intiharına gətirib çıxaran
m
əlumatlarla qarşılaşa bilərlər [2].
11
Cinay
ətkarlar İnternetdən bir təbliğat üsulu kimi
istifad
ə edərək, çirkin planlarını həyata keçirmək üçün uşaq
v
ə yeniyetmələrdən istifadə edirlər. Buna misal olaraq, son
günl
ərdə aktual olan bir mövzunu göstərmək olar. Məsələn,
"İŞİD" terror qruplaşmasının üzvləri arasında mübarizə
ap
aran 10 yaşlı uşağın videosunu sosial şəbəkələrdə
paylaşaraq, onu Suriya və İraq ərazisi uğrunda gedən
döyüşlərdə həlak olmuş qəhrəman kimi təqdim edirlər [3].
Eyni zamanda www.youtube.com
saytında çağırış xarakterli
video-çarxlar, filml
ər yerləşdirərək yeniyetmələri bu terrorçu
qrupa c
əlb etməyə çalışırlar. Uşaqların hələ formalaşmamış
dünyagörüşünü korlayaraq, müxtəlif məlumatların yanlış
t
əbliğatını aparırlar.
Veb-
səhifələrdə diqqət çəkən elə bir reklam çarxı,
çağırış, yaxud İnternetdə işlədilən qeyri-etik, jarqon ifadələr,
pis vərdişlər ola bilər ki, uşaq maraqlarını tamamilə qeyri-
sağlam bir mühitə, hətta terrora belə cəmləşdirə bilər. Bəzən
uşaqların evdən getməsi, cinayətkarlarla görüşməsi, onlardan
istismar
məqsədilə istifadə edilməsi İnternet mühitinin
ailələrə bəxş etdiyi mənfi məlumatların nəticəsində baş verir.
Dünyada müxtəlif qurumlar, təşkilatlar yeniyetmələri
pis vərdişlərə, onlara zərər verə biləcək hər bir məlumata
12
qarşı mübarizə aparır. Uşaqların cinsi istismarı ilə mübarizə
aparan hollandiyalı bir yardım dərnəyi tərəfindən təklif
olunan layihə dünyanın hər yerindən olan pedofilləri cəlb
etmişdi. İnternetdə keçirilən əməliyyat zamanı bir İnternet
hesabının filippinli bir qıza aid olduğu göstərilmişdir. Bu
hesaba dünyanın 71 ölkəsindən müraciət edən 1000 nəfərə
yaxın insan “Sweetie” adıyla açılan hesabın həmin qıza aid
olduğunu zənn edərək onu cinsi istismara təşviq etmişdir. Bu
insanlar arasında olan 110 nəfər İngiltərə vətəndaşının adları
İngiltərənin Milli Cinayət Təşkilatına göndərilmiş və bir
nəfər Avstraliya vətəndaşına hökm oxunmuşdur. Avstraliya
vətəndaşı Scott Robert Hansen özünə qarşı qoyulmuş üç
ittihamı qəbul etmiş və “Sweetie”yə ədəbsiz fotoşəkillər
göndərdiyini, şəxsi kompüterində uşaq cinsi istismarına aid
görüntülərinə sahib olduğunu və cinsi istismarçılara tətbiq
olunan məhdudiyyətləri pozduğunu qəbul etmişdir və ona iki
il həbs cəzası verilmişdir [4].
İnternet-asılılıq. Şəbəkələrdə oyunlarla, informasiya
axtarışı ilə məşğul olan, yaxud bütün gününü sosial
şəbəkələrdə keçirən uşaqlar var. Onlar bəzən lazım olan və
olmayan hər şey barəsində İnternetdə axtarışlar edir, yaxud
13
şəbəkə oyunları oynayır, vaxtının cox hissəsini kompüter
arxasında keçirirlər, bu isə əksər valideynləri narahat edir [5].
Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi
müxtəlif zaman intervallarında olmalıdır. Uşaqlar
kompüterdən müəyyən biliklər əldə edir, amma onların
kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların
texnologiyaya olan marağı özlərinin sağlamlığının və
psixologiyasının korlanmasına səbəb olar. Saatlarla vaxtını
kompüter arxasında keçirən uşaq fiziki olaraq dəyişir, onların
dayaq
hərəkət sistemi pozulur, sanki "pinqvinləşir". Çox vaxt
onlar
müəyyən maraqlarını ödəmək üçün kirpiyini qırpmadan
uzun müddət kompüterin arxasından qalxmırlar. Yaxın
məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur.
Nəticədə, gözlərin buynuz qişası quruyur, göz sağlamlığını
itirir
və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır.
Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları
İnternetdən asılı vəziyyətə salır. İnternetdə informasiya
asılılığına məruz qalanlar müxtəlif kibercinayətlərin həm
obyekti, həm də subyekti kimi çıxış edə bilirlər [6].
İnsanlarda kiçik yaşlarından başlayaraq ətrafdakılarla
ünsiyyət vərdişləri formalaşır. Virtual aləmdə tanımadığı
“tanışları” və “dostları” ilə hər gün ünsiyyət qurması və
14
interaktiv oyunlar
uşaqları zaman, məkan, reallıq hissindən
uzaqlaşdırır. Vaxtını İnternetdə keçirən uşaq get-gedə
reallıqdan uzaqlaşır, ətrafa inamsızlıq yaranır, gündəlik
rejimi
pozulur və dərslərini zəif oxuma halları müşahidə
olunur.
Qida rejiminin pozulması, real həyatdan çox, virtual
aləmdə olmağa üstünlük verirlər. Onların texnologiyaya olan
maraqları belə risk qrupuna düşməsinə səbəb olur və nəticədə
İnternet asılılığının qurbanına çevirir. Onlar bu aləmə o qədər
aludə olurlar ki, kompütersiz özlərini depressiyada hiss edir,
sanki
ondan asılı vəziyyətə düşürlər. İnternet asıllığı artıq bir
çox ölkələrdə xəstəlik kimi qəbul olunmuşdur [7].
Valideyn öv
ladını İnternetdən asılı vəziyyətdən
qurtarmaq
naminə mütləq digər əyləncə – idman, rəsm, başqa
bir maraqlı mühitdə bilik, bacarıq və istedadını inkişaf
etdirərək onu bu vəziyyətdən qurtara bilər. İnformasiya
mənbələrindən, İnternetdən asılı vəziyyətə düşməmək üçün
insanın informasiya mədəniyyətinin olması, informasiya ilə
davranış normalarını öyrənməsi vacibdir [8].
Zərərli oyunlar. İnternetdə yeniyetmələrin vaxt itkisinə
səbəb olan, diqqət çəkən məqam oyunlarla bağlıdır. İlk
kompüter oyunları 1970-ci ildə yaradılmış, həmin vaxtdan
başlayaraq əyləncə aləminə daxil olmuşdur. İnternetdə
15
öyrədici xarakterli, intellektual, məntiqi, şəkilli, əyləncəli,
uşaqların beynini inkişaf etdirən oyunlarla yanaşı, həm də
onlara zərər verə biləcək oyunların olması gənc nəslin
tərbiyəsinə və sağlamlığının pozulmasına təsir edir [9].
Zərərli oyunlardan danışarkən, həqiqi pullarla
oynanılan qumar oyunlarını mütləq qeyd etmək lazımdır.
Əgər uşaq və ya yeniyetmələr şəbəkədə oyun pulları ilə
oyunlar oynayırsa, bu oyunlar qanunidir, oyunçu pul, yaxud
xal qazanır, udur, uduzur, priz qazanır və s. Burada zərərli
bir
cəhətin olmadığı məlumdur. Amma, həqiqi pullarla
oynanılan oyunlar yolverilməz vərdişlər aşılayır və daha pis
nəticələrə gətirib çıxarır. Elə oyunlar var ki, uşaq
psixologiyasına təsir edərək onları mənfi istiqamətə
yönləndirir. Buna misal olaraq, qrup şəklində oynanılan
populyar “Desert Storm”
oyununu göstərmək olar. Oyunun
məzmunu ABŞ-ın İraq sərhədlərində apardığı əməliyyatları,
müqavimətçilərin yox edilməsini, zorakılığı, istismarı təbliğ
edir. “Knights of Temple” oyununun süjet x
ətti isə Orta
əsrlərdə Səlib döyüşləri zamanı qarşısına çıxan bütün
müs
əlmanları öldürmək üzərində qurulub .
Müxt
əlif oyunları misal göstərmək olar ki, orada qara
irqin nümay
əndələrinə qarşı olan ayrı-seçkilik öz əksini
16
tapmışdır. İdeologiya xarakterli bu oyunlar şiddəti, zorakılığı,
dini, irqi ayrı-seçkiliyi təbliğ edir, gənc insanları öz təsiri
altına alaraq onları aqressiv hərəkətlər etməyə yönəldir,
gələcəkdə cinayətkar kimi yetişməyi və s. pis vərdişləri
aşılayır [10].
Uşaq-cinayətlərinin oyunların təsiri altında baş
ver
məsinə aid xeyli misal göstərmək olar. Onlar oyun zamanı
insanları öldürür, qisas alır, aqressiv hərəkətlər edərək
alışqanlıq hissi ilə, heç bir təəssüf və ya peşmançılıq hissi
keçirm
ədən reallıqda bunu asanlıqla edə bilirlər. İntenetdə
“əldə etdiyi” yad davranışlar uşaqların ətrafdakılarla ünsiyyət
qurmasına təsir edir. Özlərini oyun qəhrəmanları kimi
aparmağa sövq edir. Oyunlar bir qədər reklam xarakteri
daşıyır, istifadəçiyə mütləq bir mesaj verir. Yad
mədəniyyətləri təbliğ edir, gənc nəsli milli dəyərlərdən, öz
xalqının adət-ənənələrindən uzaqlaşdırır.
“Phishing” texnologiyası. Başqa bir təhlükə İnternet
dələduzları tərəfindən istifadə edilən metod – “phishing”
(fishinq –
balıq ovu) texnologiyasıdır [11]. Hakerlər
t
ərəfindən yaradılmış bu metod saxtakarlıqla düzəldilmiş e-
poçt məktubunu açmağa istifadəçini həvəsləndirir, e-poçtda
olan link
i seçməklə aktivləşdirilən zərərli proqramlar
17
istifadəçinin şəxsi məlumatlarını öyrənir. Virtual dələduzlar
kompüter istifadəçilərini aldadaraq, kredit kartı nömrələrini,
parol və şifrələri, hesab nömrələrini, İnternet bankçılığında
girişdə istifadə olunan istifadəçi kodu və şifrələri əldə edərək
onlara ziyan vururlar.
Zərərli proqramlar. Veb-səhifələri açarkən avtomatik
yüklənən proqramlar, təklif olunan pulsuz proqram
təminatlarının yüklənməsi zamanı avtomatik qurulan reklam
proqramları, parolları oğurlayan proqramlar, back-door
(arxa-
qapı) proqramları, klaviatura casus-proqramları, troya
atlarını qeyd etmək olar. Kompüter virusları da bu cür
təhlükələrdəndir. Word və Excel üçün makroviruslar,
yükl
əmə virusları, skript viruslar, skript troyanları və s. hər
gün yüzl
ərcə zərərli proqram təminatı yaradılır. Bu
proqramlar
istifadəçinin kompüterinə ziyan vura,
informasiyanı korlaya, yaxud tamamilə məhv edə bilər.
Dostları ilə paylaş: |