Yerli qan dövranına təsir edən tədbirlər. Hirudinoterapiya



Yüklə 19,02 Kb.
tarix13.12.2022
ölçüsü19,02 Kb.
#74495
Yerli qan dövranına təsir edən tədbirlər


Yerli qan dövranına təsir edən tədbirlər. Hirudinoterapiya

Qan dövranına təsir tədbirləri bəzən vaxtında istifadə edildikdə, xəstəliyin gedişinə müsbət təsir edir.


BANKA VƏ ONUN İSTİFADƏSİ—yayındırıcı vasitədir. Təsir mexanizmi dəriyə qoyulan zaman daxilində mənfi təzyiq yaranır nəticədə dəri bankanın içərisinə sorulur, qan həmin nahiyəyə yığılır, qan damarları genişlənir və cırılır, nöqtəvari qan sızmalar yaranır, bir-—iri ilə birləşir böyük ocaqlar əmələ gətirir, sonra isə sorulur. Sorulma məhsullarının qana sorulması qanyaradıcı orqanları stimulə edir. Adətən ağ ciyər və bronxlarda iltihabi və durğunluq əlamətləri olduqda, əzələlərdə, sinir kötüklərində ağrılı proseslərdə istifadə edilir. Əks—göstəriş; dəri xəstəlikləri və qanaxmalar.
Bundan başqa müalicəvi aə diaqnostik məqsədlə də istifadə edilir. Bu məqsədlə kürəkarası və büzdüm nahiyələrinə qoyulur. Əvvəlcə, dəri dezinfeksiyaedici məhlulla silinir, lazımi yerlərdə xırda və səthi kəsiklər edilir və adi qayda ilə qoyulur. 5 dəq.dən artıq saxlanmır. Bu müddət ərzində hər bankaya 20—30 ml qan yığılır, bankalar özü qopub düşür, həmin sahə təmiz silinir, steril salfetkalar qoyulur.
XARDAL YAXMALARI. Yerli olaraq qan və limfanın çox axıb toplanması məqsədilə işlədilir. Göstəriş olduqda, döş qəfəsi nahiyəsinə və ənsəyə qoyulur.
ZƏLİ və ondan istifadə qan dövranına təsir tədbirlərindəndir. Adətən, güclü baş ağrıları ilə keçən hipertoniya xəstəliyində, baş gicəllənməsində, insultönü vəziyyətlərdə istifadə olunur, bundan başqa, tromboflebitlərdə, hemorroyda və bir sıra digər xəstəliklərdə istifadə olunur.
QURU VƏ YAŞ İSTİNİN TƏTBİQİ: titrətmədə, güclü soyuqdəymədə ümümi quru istidən istifadə olunur. Bu zaman xəstəni isidilmiş quru odeyallarla bürüyürlər, və qaynar isidicilər üzərinə qoyulur, aspirin verilir. 2-3 saatdan sonra paltarlarını dəyişdirib, qurusu ilə əvəz edirlər. Bu məqsədlə quru hava vannalarından da istifadə olunur. Bu qurğu üzərində elektrik lampaları olan yarısilindrlərdən ibarətdir, hündürlüyü isə 75—100 sm olur. Xəstənin boynunu quru dəsmalla örtürlər, başına soyuq kompress qoyulur xəstənin üzərində quraşdırılır. Belə vannalardan 15—30 dəq istifadə olunur.
Nəm istinin tətbiqi böyrək xəstəliklərində, tərləməni artırmaq məqsədilə, bir sıra sinir xəstəliklərində, yuxusuzluqda istifadə edilir.
İSİDİCİ KOMPRESS—adətən, yerli olaraq qan toplaqması məqsədilə, əzələ gərginliyini aradan götürmək məqsədilə, iltihabi infiltratları sorulması, ağrıların azalması üçün istifadə edilir. 12 saata qədər saxlanır, bədənin hər hansı nahiyəsinə istifadə olunur.
Texnikası; bir neçə qat tənzif və ya material otaq t-da suda isladılır, sıxılır, xəstə nahiyəyə qoyulur, sonra üzərinə su keçirməyən material örtülür, üzərindən də istiliyi saxlamaq üçün material qoyulur və bintlə sarınır. Bəzən su əvəzinə spirtdən də istifadə olunur.
SOYUQ PROSEDURALARININ İSTİFADƏSİ: yerli məqsədlə qan damarlarının daralması və orqan və ya hər hansı nahiyənin qandolğunluğunu azaltmaq üçün istifadə edilir (əzilmələrdə, daxili qanaxmalarda və s.).
Hirudoterapiya-qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.
Zəlinin kompleks müalicə effekti vardır. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. Hirudoterapiya insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin də (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi "vasitədir". Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1və ya bir neçə zəli istifadə oluna bilər. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sora bilər. Doyunca sorduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür. Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) ifraz edirki, bu sekret insanın qanına düşür və insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesini aradan götürür və yüksək təzyiqi aşağı salır. Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri islatmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalarinsanınsəhhətiüçünheçbirtəhlükəyaratmırvə 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz.
Hirudoterapiya, əsasən, 3 təsir göstərir: mexaniki, bioloji və refleksogen.
Mexaniki təsir-dəridə qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.
Bioloji təsir-zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. O,kifayət qədər mürəkkəb tərkibə(200-ə yaxın fermentlər) malikdir.
Reflektor təsir-refleksoterapiya ilə, demək olar ki, eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələri qoymağı daha məqsədəuyğun hesab edirlər.
Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyim qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.
Yüklə 19,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin