АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 95-99 (2013)
95
Antioksidant Sistemi Fermentlərinin Və Lipid Peroksidləşməsinin Xroniki
Böyrək Çatışmazlığının Proqressivləşməsində Rolu
R.R. Göyüşova
1
, M.R. Quliyev
2
1
Bakı Dövlət Universiteti, akad. Z.Xəlilov kuç., 23, Azərbaycan
2
Azərbaycan Tibb Universiteti, Bakıxanov kuç., 23, Azərbaycan
Tədqiqat işində xroniki böyrək çatışmazlığı (XBÇ) olan xəstələrdə patoloji prosesin mərhələsindən
asılı olaraq antioksidant sistemin (AOS) aktivliyinin və lipid peroksidləşməsi (LPO) proseslərinin
intensivliyi öyrənilmişdir. Müəyyən edilmişdir ki, hemodializ LPO məhsullarının səviyyəsinə təsir
göstərmir. AOS göstəriciləri olan superoksiddismutaza (SOD) və katalazanın (KAT) hemodializdə
olan xəstələrdə artması orqanizmin müdafiə qabiliyyətinin artması kimi qiymətləndirilmişdir.
Qlutationperoksidazanın (QP) aktivliyinin azalmasına XBÇ zamani baş verən metabolik asidoz səbəb
ola bilər. Reduksiya olunmuş GSH səviyyəsinin azalması LPO proseslərinin intensivləşməsi və QP
aktivliyinin azalması ilə əlaqədardır.
Açar sözlər: xronik böyrək çatışmazlığı, lipid peroksidləşməsi, antioksidant sistem, superoksiddismutaza,
katalaza, qlutationperoksidaza, qlutation
GİRİŞ
Xroniki böyrək çatışmazlığı (XBÇ) –
böyrəklərin birincili və ya ikincili zədələnməsi
nəticəsində nefronların tədricən məhv olması və
homeostaz pozulmaları ilə müşayiət olunan
simptomokompleksdir. XBÇ-nin rastgəlmə tezliyi
hər 1 mln əhaliyə 100-600 arasında dəyişir və yaş
artdıqca baş vermə ehtimalı yüksəlir. Son vaxtlarda
hipertoniya, 2-ci tip şəkərli diabet və generalizə
olunmuş ateroskleroz fonunda təkcə yaşlılarda
deyil, həm də 60 yaşdan aşağı insanlarda XBÇ-nin
rastgəlmə tezliyi artmaqdadır (Carluccio et al.,
2002).
XBÇ qalıq azot komponentlərinin
ekskresiyasının nəzərə çarpacaq dərəcədə azalması
və böyrəklərin funksiyalarının zəifləməsi ilə
yanaşı, həm də dərin metabolik və endokrin
dəyişikliklərlə xarakterizə olunur. Böyrək
çatışmazlığının proqressivləşməsinin patogenetik
mexanizmləri araşdırılarkən müəyyənləşdirilmişdir
ki, arterial hipertenziya, diabetik nefropatiya,
proteinuriya və dislipidemiya əsas amillərdəndir
(Canesrtani et al., 1995).
XBÇ-nin inkişafı
və formalaşmasında
metabolik və hemodinamik pozulmalar ilə yanaşı
orqanizmin prooksidant sistemində müşahidə edilən
dəyişikliklərin də mühüm rol oynadığı güman edilir
(Haklar et al.,1995; Jackson et al., 1995).
XBÇ olan xəstələrdə LPO prosseslərinin
sürətlənməsi barədə məlumatlar bir sıra elmi
tədqiqat işlərinin nəticələrində göstərilmişdir
(Mimic-Oka et al., 1999; Nenov et al., 1995). Lakin
aparılan çoxsaylı araşdırmalara baxmayaraq XBÇ
zamanı oksidativ stress mexanizmləri sonadək
öyrənilməmişdir. Son illər müəyyən olunmuşdur ki,
XBÇ və ürək-damar patologiyası olan xəstələrdə
oksidativ stressin aterogenez prosesini stimulyasiya
etməsi patoloji prosesin proqressivləşməsinə gətirib
çıxaran hemodinamik və qeyri-hemodinamik
pozulmaların əsas səbəblərindən biridir (Дзугкоева
и др., 2011; Осиков, Григорьев, 2011). XBÇ olan
xəstələrin qan plazmasında karbohidratların,
lipidlərin və zülalların oksidləşmə məhsullarının
artması da oksidləşdirici stressin sürətlənməsini
şərtləndirən amillərdir (Бикбов, Томилина 2009).
Hüceyrə və toxumalarda müşahidə edilən
metabolizm pozulmaları son nəticədə membran-
destruktiv proseslərə gətirib çıxararaq, XBÇ-nin
proqressivləşməsini şərtləndirə bilər (Гудим и др.,
1980; Fridovich et al., 1961).
Hazırki işin məqsədi XBÇ olan xəstələrdə
patoloji prosesin mərhələsindən asılı olaraq
antioksidant sistemin aktivliyinin və lipid
peroksidləşməsi proseslərinin intensivliyinin
öyrənilməsi olmuşdur.
MATERİAL VƏ METODLAR
Tədqiqata 27-65 yaşı olan (orta yaş göstəricisi
39,5±1,36) 59 nəfər cəlb olunmuşdur. Xəstələr iki
qrupa bölünmüşlər: 1-ci qrupa konservativ müalicə
alan 16 xəstə, 2-ci qrupa XBÇ-nin terminal
mərhələsində olan və hemodializ müalicəsi alan 28
xəstə daxil edilmişdir. Nəzarət qrupu 15 praktik
sağlam şəxsdən (7 qadın və 8 kişi) ibarət olmuşdur.
Bütün xəstələrdə qanın və sidiyin ümumi
analizi aparılmış, qan zərdabında sidik cövhərinin
və kreatininin qatılığı “Human” (Almaniya)
firmasinin reaktiv dəstinin vasitəsi ilə
müəyyənləşdirilmişdir.
Antioksidant Sistemi Fermentlərinin Və Lipid
96
Antioksidant mühafizə sisteminin vəziyyətini
qiymətləndirmək üçün qanda katalazanın (KAT),
qlütationperoksidazanın (QP), superoksiddismu-
tazanın (SOD) aktivliyi və reduksiya olunmuş
qlütationun (GSH) səviyyəsi təyin edilmişdir. KAT
fermentinin aktivliyi М.А.Королюк və b. təklif
etdikləri spektrofotometrik üsulla ölçülmüşdür
(Королюк и др., 1988). Bu metodun prinsipi
hidrogen peroksidin molibden duzları ilə davamlı
sarı rəngli kompleks əmələ gətirməsinə əsaslanır.
SOD aktivliyi Дубининa Е.Е. və b. təklif etdiyi
üsulla, NADH və fenazinmetosulfatın (FMS)
iştirakı ilə nitrotetrazolin göyünün reduksiyasının
inhibisiyasına
əsasən müəyyənləşdirilmişdir
(Дубинина и др., 1983).
QP aktivliyi üçlü butil hidroperoksidinin
iştirakı ilə qlütationun oksidləşmə sürətinin təyini
prinsipi ilə ölçülmüşdür (Моин, 1986). GSH
konsentrasiyası Ellman metodu ilə təyin edilmişdir.
Bu üsulun prinsipi 5,5' -ditio-bis-nitrobenzoy
turşusunun SH qrupları ilə qarşılıqlı əlaqəsi zamanı
sarı rəngli məhsulların alınmasına əsaslanır
(Ellman, 1959).
Antioksidant sistemin vəziyyəti LPO-nin ilkin
məhsulu olan dien konyuqatlarının (DK) və aralıq
məhsulu malon dialdehidinin (MDA) qatılığının
təyini əsasında qiymətləndirilmişdir. MDA qatılığı
onun yüksək temperaturda tiobarbitur turşusu ilə
reaksiyası nəticəsində 532 nm dalğa uzunluğunda
maksimun udulan rəngli kompleksin əmələ
gəlməsinə əsaslanaraq təyin edilmişdir (Osakava,
Matshushita, 1980). DK qatılığı Гаврилова В.Б. və
b. təklif etdikləri metodla LPO zamanı
konyuqasiyaya uğramış dien strukturlarının 232-
234 nm dalğa uzunluğunda udulma intensizliyinin
dəyişməsinə
əsasən müəyyən edilmişdir
(Гаврилова и др., 1988).
Tədqiqatın statistik işlənməsi zamanı
parametrik göstəricilər Styudentin t-meyarı, qeyri-
parametrik göstəricilər isə Uilkokkson-Mann-Uitni
metodu ilə müqayisə olunmuşdur. Nəticələr orta
göstərici (±), standart orta xəta (M±m) şəklində
ifadə edilmişdir. Kəskin fərqlənən rəqəmlər Fischer
testi vasitəsilə seçilib kənarlaşdırılmışlar və p< 0,05
olduqda nəticələr dürüst qəbul olunmuşdur (Mehta,
Patel, 1997)
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Laborator diaqnostikada böyrəklərin
zədələnməsinin əsas markeri zülal mübadiləsinin
son məhsullarının səviyyəsinin təyini hesab olunur.
Tədqiqatın nəzarət qrupuna daxil olan şəxslərin
qanında kreatininin və sidik cövhərinin qatılığı
normal səviyyədə olmuşdur. 1-ci cədvəldən
göründüyü kimi XBÇ olan xəstələrin daxil olduğu
hər iki qrupda kreatininin və sidik cövhərinin
səviyyəsi nəzarət qrupuna nisbətən əhəmiyyətli
dərəcədə yüksəlir. Belə ki, konservativ müalicə
alan xəstələrdə kreatinin səviyyəsinin 7 dəfə, sidik
cövhərinin isə 5,5 dəfə, hemodializdə olanlarda isə
hər iki göstəricinin 4 dəfə artması müşahidə olunur.
Lakin konservativ müalicə alan xəstələrdə XBÇ-nin
terminal mərhələsində dializ alanlara nisbətən
hiperazotemiyanın daha yüksək səviyyəsi qeyd
olunur, bu isə müntəzəm hemodalizin kreatinin və
sidik cövhəri səviyyəsinin azalmasında müəyyən
rolu olduğunu təsdiqləyir.
Cədvəl 1. Xroniki böyrək çatışmazlığı olan xəstələrin
qanında zülal mübadiləsinin son məhsullarının
səviyyəsi (M± m)
Göstəricilər
Tədqiqat qrupları
Nəzarət
qrupu
n=15
Konservativ
müalicə alan
xəstələr n=16
Hemodializdə
olan xəstələr
n=28
Kreatinin
mkmol/l
88,4±2,9 638,9±83,5* 439,8±58,3*
Sidik cövhəri,
mmol/l
5,2±0,25 28,9±1,65 24,5±1.4*
*p<0,05
Şəkildə XBÇ olan xəstələrdə LPO göstəriciləri
olan DK və MDA səviyyələrinin müalicə
taktikasından asılı olaraq dəyişməsi
əks
olunmuşdur. Göründüyü kimi həm konservativ
müalicə alan, həm də hemodializdə olan xəstələrdə
DK və MDA səviyyəsi nəzarət qrupuna nisbətən
yüksək olmuşdur. Nəzarət grupu ilə müqaisədə
konservativ müalicə alan xəstələrdə DK və MDA
səviyyəsi 1,6 dəfə, hemodializ alan xəstələrdə isə
DK səviyyəsi 2,2 dəfə, MDA isə 1,7dəfə yüksək
olmuşdur.
Şəkil. Xroniki böyrək çatışmazlığı olan xəstələrin qan
plazmasında lipid peroksidləşməsinin göstəriciləri.
*p<0,05 nəzarət qrupu ilə müqayisədə fərqin statistik
dürüstlüyü
Bu isə patoloji prosesin ağırlıq dərəcəsindən
asılı olmayaraq XBÇ zamanı LPO sürətlənməsini
Göyüşova və Quliyev
97
göstərir. Qeyd etmək lazımdır ki, hemodializ
prosedurası LPO məhsullarının səviyyəsinə nəzərə
çarpacaq dərəcədə təsir göstərmir.
Tədqiqat qrupları üzrə antioksidant sistem
göstəriciləri 2 saylı cədvəldə əks olunmuşdur.
Cədvəldən göründüyü kimi XBÇ SOD və KAT
aktivliyinin əhəmiyyətli dərəcədə artması, QP
aktivliyinin və GSH qatılığının isə azalması ilə
müşayiət olunur. XBÇ zamanı yüksək SOD
aktivliyini superoksid anion-radikalin artıq
sintezinə səbəb olan hipoksik və iltihabi prosesə
qarşı kompensator-adaptasiya reaksiyası kimi
qiymətləndirilə bilər. Hidrogen peroksid (H
2
O
2
)
KAT substratı və SOD-un allosterik inhibitorudur.
KAT aktivliyi hüceyrədə Н
2
О
2
toplanmasını və
müvafiq olaraq SOD inhibisiyasını azaldır.
Ədəbiyyat məlumatına görə LPO-nin zərərli
məhsullarının təsirindən eritrositıərin membran
strukturlarının pozulmasına qarşı cavab reaksiyası
olaraq SOD aktivləşir və membranı daha dərin
zədələnmələrdən qoruyur. Ola bilər ki, SOD
aktivliyinin artması superoksid radikalların
eliminasiyasını təmin edən digər amillərin
çatışmazlığını, məsələn, qaraciyər xəstələrində
seruloplazmin və qlütation səviyyəsinin azalmasını
kompensasiya edir (Блинова, 2000). Ümumiyyətlə,
aparılan tədqiqat işlərinin nəticələrinə əsasən SOD
aktivlik səviyyəsinin artmasını oksidativ stress
şəraitində eritrosit membranı tamlığının qorunması
və reaktiv oksigen radikallarının azalmasına doğru
yönəlmiş adaptiv reaksiya kimi qiymətləndirmək
olar.
Cədvəl 2. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə
terapiyanın növündən asılı olaraq qanın antioksidant
sisteminin əsas göstəriciləri
Göstəricilər
Tədqiqat qrupları
Nəzarət
qrupu
n=15
Konservativ
müalicə alan
xəstələr n=16
Hemodializdə
olan xəstələr
n=28
SOD BV/mqHb
1,1±0.06
1,38±0,12*
1,46±0,12*
KAT V/mqHb
11,8±1,8
17,6±3,5* 28,9±5,2*
QP
mkМ/dəq/гHb
276,2±18,4 165,8±18,3* 182,4±12,6*
GSH mkmol/ml 0,54±0,025 0,39±0,025* 0,46±0,01*
*p<0.05
Apardığımız tədqiqat nəticəsində XBÇ-nin
terminal mərhələsində KAT aktivliyinin
əhəmiyyətli dərəcədə yüksək olması
müəyyənləşmişdir. Bir sıra müəlliflər bunun əksinə
olaraq göstərirlər ki, XBÇ zamanı oksidativ stress
hemodializ prosedurasının aparılmasından asılı
deyil və təkcə sərbəst radikalların yaranmasının
sürətlənməsi ilə deyil, həm də antioksidant sistem
aktivliyinin nəzərə çarpacaq dərəcədə azalması ilə
əlaqədardır (Morena, 2005). Ədəbiyyat
məlumatlarında göstərilir ki, XBÇ olan xəstələrdə
hemodializdən asılı olmayaraq qan plazmasında
KAT, Cu və Zn-dən asılı SOD-un aktivliyi azalır
(Григорьев, Осиков, 2011). Müxtəlif müəlliflərin
hemodializin sərbəst radikalların yaranması və
oksidləşmə proseslərinə təsiri barədə bir-birinə zidd
olan bu nəticələri hemodializ prosedurasının
aparılma şəraiti, səviyyəsi və bir sıra müxtəlif
amillərlə əlaqədar ola bilər (Блинова, 2000).
GSH hidrogen-peroksidin zərərsizləşdirilməsi
prosesində QP substratı olduğu üçün, onun
çatışmazlığı QP aktivliyinin azalması ilə müşayiət
olunur. XBÇ olan xəstələr üçün xarakterik olan
metabolik asidoz da QP aktivliyinin azalmasına
gətirib çıxara bilər. Böyrək patologiyaları zamanı
GSH səviyyəsinin dəyişməsinə dair olan ədəbiyyat
məlumatları bir-birinə ziddir. Belə ki, XBÇ zamanı
J.M. Sawant və b. GSH səviyyəsində heç bir
dəyişiklik aşkar etmədikləri halda (Sawant et al.,
2010) digər tədqiqatda qeyd olunur ki,
hemodializdən sonra xəstələrdə GSH qatılığı
əhəmiyyətli dərəcədə artır (Lucchi et al., 2005).
Mohamed-Siael S. Alhamdani və b. isə öz
tədqiqatlarında XBÇ olan xəstələrdə GSH
səviyyəsinin azalmasını müəyyən etmişlər
(Mohamed-Siael, Alhamdani, 2005; Lim et al.,
1999). Bu nəticələrə əsasən qeyd etmək olar ki,
XBÇ zamanı GSH səviyyəsinin dəyişməsi
xəstələrin anioksidant statusunun indikatoru kimi
özünü doğrultmur (Sawant et al., 2010).
Yekun olaraq qeyd etmək olar ki, XBÇ zamanı
LPO sistemində göstəricilər mualicədən asılı olaraq
dəyişmir, antioksidant sistem göstəriciləri isə
hemodializ aparılan xəstələrdə
əhəmiyyətli
dərəcədə yüksəlir ki, bunu da kompensator olaraq,
orqanizmin müdafiə qabiliyyətinin mobilizasiyasi
kimi qiymətləndirmək olar. Oksidativ stress XBÇ
zamanı proqressivləşmənin ümumi patoloji
mexanizmlərinin əsasında dayanır.
XBÇ zamani orqanizmdə baş verən
dəyişikliklərin ətraflı oyrənilməsi mualicə və
profilaktika üsullarinin təkmilləşdirilməsinə əsas
verə bilər. Lakin oksidativ stressin patogenezinə
dair bir çox məsələlər sonadək aydınlaşmayıb və bu
sahədə geniş aspektli tədqiqatlaın aparılmasına
ehtiyac var.
ƏDƏBİYYAT
Бикбов Б.Т., Томилина Н.А. (2009) Состояние
заместительной почечной терапии больных с
хронической почечной недостаточностью в
Российской Федерации в 1998-2007 гг.
(Аналитический отчет по данным Российского
регистра заместительной почечной терапии).
Ж.Нефрология и диализ, 11:144-233
Antioksidant Sistemi Fermentlərinin Və Lipid
98
Блинова Т.В. (2000) Влияние гемодиализа на
антиокислительную систему эритроцитов у
людей
с
почечной
недостаточностью.
Афтореф. дисс. … канд. биол. наук.
Краснодар, 23 c.
Гаврилова В.Б., Гаврилова А.Р., Хмара Н.Ф.
(1988) Измерение диеновых конъюгатов в
плазме крови по УФ – поглощению
гептановых и изопропанольных экстрактов.
Лаб. дело, №2:60-64.
Григорьев Т.А., Осиков М.В. (2011) Процессы
свободно-радикального окисления и роль
эритропоэтина в их коррекции у больных
хронической почечной недостаточностью,
находящихся на гемодиализе. Современные
проблемы науки и образования, №2:24-28.
Гудим В.И., Сигалла П., Иванова B.C. (1980)
Изучение эффекта уремической сыворотки ее
фракций на стволовую клетку. Бюлл. эксперем.
биологии и медицины, 86(5): 592-594.
Дзугкоева Ф.С., Такоева Е.А., Можаева И.В. с
соавт. (2011) Состояние активности про- и
антиоксидантной системы как факторов риска
эндотелиальной
дисфункции
почечной
недостаточности у больных с хроническими
болезнями почек. Ж. Успехи современного
естествознания, 12:38-39
Дубинина Е.Е., Сальникова Л.А., Ефимова
Л.Ф. (1983) Активность и изоферментный
спектр супероксиддисмутазы эритроцитов и
плазмы крови человека. Лаб. дело, 10:30-33.
Королюк М.А., Иванова Л.И., Майорова И.Г.
(1988) Методы определения активности
каталазы. Лаб. дело, 1:16-19.
Моин В.М. (1986) Простой и специфический
метод определения активности глутатионпер-
оксидазы в эритроцитах. Лаб. дело, 12:724-
727.
Осиков М.В., Григорьев М.В. (2011) Влияние
эритропоэтина
на
тромбоцитарно-
лейкоцитарные взаимодействия и экспрессию
тромбоцитарных гликопротеинов у больных с
терминальной почечной недостаточностью.
Вестник Уральской медицинской академичес-
кой науки, 2/1:56-57.
Canesrtani F., Buoncristiani U., GalliF. (1995)
Redox state, antioxidative activity and lipid
peroxidation in erythrocytes and plasma of
chronic ambulatory peritoneal dialysis patients.
Clin. Chim. Acta, 234:127-136.
Carluccio F., Siems W., Stefanelli G. et al. (2002)
Homocysteine in chronic renal failure in relation
to renal anemia and to oxidative stress parameters
4-hydroxynonenal and malondialdehyde. Clin.
Nephrol., 58(Suppl. 1):S26-S30.
Ellman A.L. (1959) Tissue sulphhydryl groups.
Arch. Biochem. Biophis., 82(1):48-51.
Fridovich I., Handler P. (1961) Detection of free
radical generated during enzymic oxidation by
initiation sulfure oxidation. Ibid., 236:1836-1840
Haklar G, Yegenaga L, YalcinAS. (1995)
Evaluation of oxidant stress in chronic
hemodialysis patients: use of different parameters.
Clin. Chim. Acta, 234:109-114.
Jackson P., Loughrey С.М., Lightbody J.H. et
al. (1995) Effect of hemodialysis on total
antioxidant capacity and serum antioxidants in
patients with chronic renal failure. Clin. Chem.,
41:1135-1138.
Lim P.S., Wei Y.H., Yu Y.L., Kho B. (1999)
Enhanced oxidative stress in hemodialysis
patients receiving intravenous iron therapy.
Nephrol. Dial. Transplant., 14:2680-2687.
Lucchi L., Bergamini S., Iannone A., Perrone S.,
Stipo L., Olmeda F., Caruso F., Tomasi A.,
Albertazzi A. (2005) Erythrocyte susceptibility to
oxidative stress in chronic renal failure patients
under different substitutive treatments. Artif.
Organs, 29(1):67-72.
Mehta C.R., Patel N. R. (1997) Exact inference in
categorical data. Biometrics, 53(1):112-117.
Mimic-Oka J., Simic Т., Djukanovic L. et al.
(1999) Alteration in plasma antioxidant capacity
in various degrees of chronic renal failure. Clin.
Nephrol., 51:233-241.
Mohamed-Siael S. Alhamdani. (2005)
Impairment of glutathione biosynthetic pathway
in uraemic and dialysis. Nephrol. Dial.
Transplant., 20(1):124-128.
Morena M. Delbosc S., Dupuy A.M.et al. (2005)
Overproduction of reactive oxygen species in end-
stage renal disease patients: a potential component
of hemodialysis-associated inflammation.
Hemodial. Int., 9(1):37-46.
Nenov D., Paskalev D., Yankova Т., Tchankova
T. (1995) Lipid peroxi-dation and vitamin E in
red blood cells and plasma in hemodialysis
patients under rhEPO treatment. Artif. Organs.,
19:436-439.
Osakava Т., Matshushita S. (1980) Coloring
conditions of thiobarbituric acid test foe detection
lipid peroxides. Lipids, 15(3):137-140.
Sawant J.M., Nair S., Redkar N.N. (2010)
Oxidative stress and serum paraoxonase activity
in patients on maintenance hemodialysis. The
Internet Journal of Nephrology, 6(1): DOI
10.5580/8cf.
Göyüşova və Quliyev
99
Роль Ферментов Антиоксидантной Системы И Перекисного Окисления Липидов При
Прогрессировании Хронической Почечной Недостаточности
Р.Р. Гоюшова
1
, М.Р. Кулиев
2
1
Бакинский государственный университет
2
Азербайджанский медицинский университет
В данной работе были изучены активность антиоксидантной системы (АОС) и интенсивность
процессов перекисного окисления липидов (ПОЛ) в зависимости от стадии патологического процесса
у больных с хронической почечной недостаточностью (ХПН). Выяснено, что гемодиализ не влияет на
уровень продуктов ПОЛ. Повышение показателей АОС супероксиддисмутазы (СОД) и каталазы
(КАТ) у больных, находящихся на гемодиализе, можно оценивать как временное повышение
защитных возможностей организма. Метаболический ацидоз, характерный для ХПН, может быть
причиной снижения активности ГП. Снижение уровня восстановленного глутатиона (GSH) связано с
интенсивностью процессов ПОЛ и уменьшением активности ГП.
The Role Of Enzims Of Antioxidant System And Lipid Peroxidation
In The Progression Of Chronic Renal Failure
R.R. Goyushova
1
, M.R. Quliyev
2
1
Baku State University
2
Azerbaijan Medical University
This study investigated the changes in antioxidant system (AOS) and lipid peroxidation (LP) activity
depending on the stage of pathologic processes in patients with chronic renal insufficiency (CRI). It was
determined that hemodialysis does not effect on the levels of LPO products. We estimated the elevation of
AOS parameters - superoxide dismutase (SOD) and catalase (CAT) in patients with hemodialysis as the
might be accepted as improved compensatory abilities of the organism. Low activity of glutathione
peroxidase (GP) might be in the result of metabolic acidosis in patients with CRI. Decreased concentration of
reduced GSH might be connected with activation of LP and inhibition of GP activity.
Dostları ilə paylaş: |