Mövzu İş etikasının tarixi inkişafı



Yüklə 35,5 Kb.
tarix21.01.2020
ölçüsü35,5 Kb.
#30255
İd. ET-M2
İd. ET-M2
Mövzu 2.İş etikasının tarixi inkişafı

İş etikasının hazırda yeri və mənasını anlamaq üçün qərbdəki sənayeləşmə prosesi, bazar mexanizmi, xüsusi sektor və sahibkarlığın keçdiyi mərhələlərin əsas xətləri ilə araşdırılması vacibdir. İş etikasının qərbdəki tarixi inkişafını XlX əsr; 1900-1950-ci illər dövrü; 1950-1970-ci illər dövrü ; 1970-2000-ci illər dövrü və 2000-ci illər əlaraq 5 əsas başlıqda araşdırmaq lazımdır.

1.XlX əsr: SƏNAYELƏŞMƏ, SƏRBƏST BAZAR VƏ SAHİBKARLIQ

XlX əsrədək iş etikası mövzusu üzərində ümumiyyətlə dini dünyagörüş hökm sürmüşdür. Bu dövrdən sonra iqtisadi, ictimai və siyasi dəyişikliklərə bağlı olaraq iş etikası düşüncəsi də əhəmiyyətli bir dəyişmə prəsesinə daxil olmuşdur. XlX əsr ortasına qədər xristianlıq dini və kilsə ticarət həyatına şübhəylə baxmış və dini çərçivə əsaslanaraq faiz qadağası sürmüşdür. Xristianlığın ilk zamanlarında, administratorluq və ticari fəaliyyətlərdə kilsənin iş əxlaqı məzmunundakı tənzimləmələri ticari fəaliyyətlər üzərində məhdudlaşdırıcı bir təsir etmişdir.



Kapitalizmin inkişaf mərhələsində, ticarət ilə kilsə arasındakı faiz qadağanına görə meydana çıxan gərginlik protestant islahatçılar tərəfindən aradan qaldırılmışdır. Bu müddətdə, protestantlıqda sərmaye qoyan adamın fazi haqqı qanuniləşmiş və protestantlıq tərəfindən qanuni hala gətirilmişdir. Faiz qadağasına bağlı qanunlar İngiltərədə 1854-cü ildə qüvvədən qalxmışdır. Habelə, 1856-cı ildə müəssisələrə gətirilən məhdud məsuliyyət imkanı verən və böyük şirkətlərin yaranmasını da təmin edəcək qanuni tənzimləmələrin qurulmasıyla periodik olaraq istehsal həyatəakeçirən müəssisələrə keçid sürətlənmiş, xüsusi sektor, sərbəst bazar, sərmayə və sahibkarlıq iqtisadiyyatın ən dinamik ünsürü halına gəlmişdir. Faiz qadağasının qaldırılması, ticarət və ticari müvəffəqiyyəti dini bir lütf saymasıyla protestantlıq və xüsusilə də kalvenizm, kapitalizm üçün lazımlı infrastrukturu ( dini və psixoloji ) hazırlamışdır.

2. 1900-1950-ci illər dövrü

Iş etikasi mövzusuna dini təsirin XIX əsrin sonuna doğru azalmışdır. Məsələn, məşhur mütəfəkkir və sosioloq Durkheim 1900-cü ildə peşə əxlaqı üzərinə elmi tədqiqatlar aparmışdır. Durkheim tərəfindən 1900-ci ildə qələmə alınan, amma, 1937-ci ildə nümayiş olunan "Peşə Əxlaqı" adlı əsərdə iqtisadi həyatdakı inkişafin əxlaqi istiqamətlərinə laqeydlik edilməsinin ictimai həyat üçün böyük təhlükə meydana gətirəcəyi ifadə edilmişdir. İş etikasi mövzusunda aparılan araşdırmalar XIX əsrin sonu XX əsrin əvvəlində ABŞ va Avropa da liberal iqtisadiyyata qarşı sosialist düşüncə və iqtisad tənqidlərinin sürət qazanmasıyla artmağa başlamışdır. Sosialist düşüncə sisteminin güclənməsi ilə liberal hərəkət və iqtisad arasındakı mübahisələr təbii olaraq sahibkalığın məqsədləri və cəmiyyətə təqdim etdikləri fayda-zərərlər və bu məzmunlu əxlaqi mövzular iqtisadi siyasət çərçivəsində müzakirə edilməsinə gətirib çıxarmışdır. Xüsusilə Avropada iqtisadi siyasət üsulu ilə sistem müzakirələri genişlənmişdi. Bunun əksinə ABŞ-da daha çox praktiki etika sahəsinə daxil olacaq faktlar müzakirə edilirdi. 1900-1920-ci illər arasında əxlaqçılar, qadın və uşaqların iş şəraitinin yaxşılaşdırılması, işçilərin təzminat hüquqları va reklamlarda ədalətli məlumat verilməsi kimi əxlaqi mövzuları müzakirə edirdilər. Bunun üçün ABŞ-da "daha yaxşı administratorluq dairəsi" və universitetlərdə iş əxlaqı dərsləri tədrisi tətbiqinə başlanılmışdı. 1904-1918-ci illər arasında ABŞ-da tədris olunan "Ticarət əxlaqı" dərslərində daha çox yaxşı administratorluğun yaxşı bir əxlaq əsasının olması zərurəti üzərində durulmuşdur. Yenə 1908-1915-ci illər arasında Britaniyadakı Scheffield Scientific School-da verilən ticarət əxlaqı dərslərində əxlaq təlimatı ehtiyac duyulan əsas administratorluq məsələlərinin müəyyən olunmasına çalışılmışdır. Xüsusilə jurnalistik, mühasibat və hüquq əxlaqi cəhətdən təhlil olunmuşdur. İnkişaf edən texnologiya qarşısında ortaya çıxan yeni problemləri də əhatə edəcək şəkildə iş dünyası üçün əxlaqi qaydalar inkişaf etdirilmiş, bu qaydaların həm ticarət, sənaye, həm də ictimai siyasətə yol göstərməsi nəzərdə tutulmuşdu. Max Weber 1919-cu ildə nəşr olunan “Protestant əxlaqı və kapitalizmin ruhu” kitabı ilə Britaniyada R.H.Tawneyin XX əsrin əvvəllərində nəşr olunan “Din və kapitalizmin yüksəlişi” adlı kitabı iş əxlaqı mövzusunu gündəmə gətirən əhəmiyyətli əsərlərdir. Britaniyada aparılan və iş etikasını din və fəlsəfə kontekstində qiymətləndirən elmi çalışmaların əksinə, ABŞ-da aparılan çalışmalar iş etikasını fəlsəfə, ilahiyyat və siyasətdən müstəqil praktiki sahəyə cevirmişdir. ABŞ-da xüsusilə bu dördə (1920-1950-ci illər arası) iş etikasi standartlarının müəyyənləşdirilməsi, reklamlara ədalətli məlumatların daxili ilə əlaqədar və bankir, sığortaçı və vəkillərlə bağlı iş etikası standartlarının yaradılması üçün müzakirələr və elmi çalışmalar aparılmışdır. Bunlar arasında ən çox diqqət çəkən 1921-ci ildə nəşr olunmuş Borden vo Hoperin "Bank və iş əxlaqı" kitabıdır ki, bu sahədə ilk nəzəri işi meydana gətirmişdir. 1900-ci illərin əvvəlində F. Taylorun elmi tədqiqatları idarəetmə və menecmentin ayrı-ayrı elmlər statusu qazanması, menecmentin sahibkarlıqdan ayrılaraq professional bir xüsusiyyət qazanması, menecer peşə şəxsiyyətinin meydana gəlməsinə sabəb olmuşdur. ABŞ-da Frederick Taylor "Principles of Management" İdarəetmənin prinsipləri (1911) və Avropada Henri Fayolun "Administration industrielle et Generale" «Цмуми сянайе идаряетмяси (1916) başlıqlı kitablari menecment elminə liderlik etmişdilər. İş etikasi mövzusundakı ilk empirik çalışmalar da yenə bu dövrdə ABŞ-da nəşr olunan reklamçılıq mövzusunda akademik jurnallarda yer almışdır. 1920-cı ildə Britaniyada Sənaye Menecmenti Institutu adlı təşkilatın qurulmasıyla iş etikasi sahəsi üzərinə tədqiqatlar aparılmış və artıq iş etikası fəlsəfə, ilahiyyat və iqtisaddan ayrı müstəqil sahə olaraq tədqiq olunmağa başlanmışdır. Alimlər və tədqiqatçılar iş etikasi üzərində təcrübi araşdırmaları analiz edərək mövzunun qanun va nəzəriyyələrini inkişaf etdirməyə çalışmışdılar. 1920-ci illərdə etik problemlər ümumiyyətlə qeyri-kafi təhsildən əsaslanmışdır. Bu dövrdə təhsil müəssisələrində iş əxlaqi dərsləri proqramlarda yer tutmağa etməyə başlamışdır. Buna əlavə olaraq, 1950-ci illərə doğru öz-özünü idarəetmə ehtiyacına bağlı həssaslıq yaradan qanun və qaydalar üzərində də durulmuşdur. Ancaq iş əxlaqının əhatəsi bu günə nəzərən çox dar qalmışdır. Bu dövrdə iş etikası baxımından iki əsas fərq meydana çıxmışdır. Bunlar müəssisənin daxili fəaliyyətlərindən əsaslanan etik problemlər və müəssisə xarici fəaliyyətlər nəticəsində yaranan etik problemlərdir. Bu dövrdə müəssisələrdə yaşanan bəzi əhəmiyyətli yaranma və dəyişmə meylləri özünü göstərirdi.

3.1950-1970-ci iLLƏR DÖVRÜ

Ikinci dünya müharibəsindən sonra (1950 - 1970-ci illər arasi) ümumi olaraq ABŞ və Avropa da iqtisadi rifah illəri olaraq bilinir. Bu dövrdə kütləvi istehsalın artması, iqtisadiyyat dünyasında böyük və beynəlxalq şirkətlərin suveren olmasi ilə yanaşı müəssisələrin sosial məsuliyyətlərinin müzakirəsi və bu məzmunda müəssisələrə istiqamətli etik tənqidlər də artmışdır. Kütləvi istehsalın artmasina paralel olaraq bu dövrdə istehlak da artmiş və bunun bir nəticəsi olaraq da istehlakçi hüquqlarının iş etikasinin bir ölçüsü olaraq müzakirəsinə başlanmışdır. 1962-ci ilda ABŞ-da ilk istehlakci hüquqları məlumati nəşr olunmuşdur. Bu dövrdə istehlakçıların məlumatlandırılması va həssaslıq səviyyəsi yüksəlmiş, istehlakci qrupları daha güclənmişdi. Ekoloji müdafiə təşkilatları müəssisələri buna məcbur etməyə, qeyri-hökumət təşkilatları və media isə müəssisələrin cəmiyyətdə necə iştirak etdiklərini mühakimə etməya başlamiş, işçilərin Umumi təhsil səviyyəsi və göziləntiləri yüksəlmiş, dövlətlərin müxtəlif mövzularda nəzarət etmə və tənzimləmə cəhdləri artmışdır. Bu illərdən etibarən etika xarici fəaliyyətlərdə olan müəssisələrə və onların fəaliyyətinə tənqidlər artmağa başlamışdır. (Arslan və Berkman, 2009; 49) Bu dövrdə iş etikasına fokuslanan tədqiqatlarda inkişaf nəticəliliyinə nail olunmuşdur. İşetikası çalışmalarında xüsusilə cəmiyyət – müəssisə arası problemlər üzərində də durulmağa başlanmışdır. Son illərdə tez-tez istifadə olunan müəssisələrin sosial məsuliyyət anlayışı bu dövrdə iş etikası anlayışı ilə birlikdə istifadə edilməkdə idi.

1960-cı illərdə müharıbədən sonra nikbinlik azalmış, ictimai və iqtisadi problemlər həm bərabərsizlik, həm də artan gözləntilər səbəbiylə daha da diqqət cəkməyə başlamışdır. Şəhərlərin qeyri-sağlam inkişafı, ətraf çirkliliyi, şirkətlərin həddindən artıq güclənməsi və bəzi rəhbərlərin iqtisadi və hətta siyasi həyatda çox təsirli hala gəldiyi müharibələr, iş əleyjdarları ya da “sistem əleyhdarları” kimi reaksiyalara sahib qrupların meydana çıxmasına səbəb olmuşdur.(Ferrell Fraedrich, 1994; 8) Bu dövrdə iş etikası məzmunundakı müzakirələr daxilində yer alan mövzulardan digəri də məhsul məsuliyyəti olmuşdur. Məhsulun müəssisənin məsuliyyəti altında olduğunu irəli sürənlər malın istehsalçı olan müəssisənin məhsul haqqında ən ətraflı məlumata sahib olmalı olduğu fikrini əsas götürərək məsuliyyətin başqa bir adama ya da tərəfə yüklənilməsinin etika olmadığını müdafiə edirdi. Bu dövrdə müəssisə menecmenti çərçivəsində ödənişli iş, tərfilər, işdən çıxarmalar, sənaye əlaqələri, istehsal, qiymıtlər, reklam işləri üzərinə fokuslanılmış ancaq nisbi olaraq iş etikası daha az əhəmiyyət verilən bir sahə olmuşdur.

4. 1970-2000-ci illər dövrü

Bu dövrdə müxtəlif müəssisələrin kəskin sui-istifadə və skandallara adının qarışması ilə idarəetmə etikasına qarşı maraq da buna paralel olaraq artmışdır. Məsələn, Watergate skandalı sosial gündəmə etika problemini daha aktual formada gətirmişdir. Ancaq, digər tərəfdən də etik problemlər ilə ictimai problemlərin bir-birindən ayırd edilməsində bəzi çətinliklər də qarşılaşılmışdır. ABŞ-ın keçmiş prezidenti Niksonun rəqiblərinin telefon danışıqlarını gizlicə dinlədiyi və daha sonra bunu inkar etdiyi üçün skandala çevirən Watergate hadisəsi ilə, ABŞ-ın gizlicə İrana silh satıb bundan əldə etdiyi pulu Cənubi Amerikadakı kontur-gerillalarına köçürməsi nəticəsində inkişaf edən İran-Kontra skandalı son dövrlər ərzində ABŞ-da görülən ən ciddi “siyasi korlanma” nümunələri olaraq qarşımıza çıxmaqdadır. Əhəmiyyətli məsələ, hər iki skandalda da hadisəyə qarışanların pul mənfəəti deyil, siyasi mənfəət arxasınca qaçmalarıdır. (Alkan, 1993;201) Hər iki hadisə də ictimaiyyıtdı böyük müzakirələrə yol çmış və siyasi idarəetmə sistemin mühakiməsinə səbə olmuşdur və bənzər hadisələrin qarşısını almaq üçün hüquqi və idarəçilik qanunvericiliyində dəyişikliklərin müzakiəsi başlanmışdır. 1970- illər də xüsusilə Watergate skandalından sonra siyasi idarəetmə əxlaqı mövzusu əsas müzakirə mövzusu olmuşdur. 1978-ci ildə Dövlət İdarəetməsində Əxlaq Qanunu qəbul edilmişdir. 1983-cü ildə isə Dövlət İdarəetməsində Əxlaq Dairəsi qurulmuşdur. Bu məzmunda yalnız ictimai menecment üzərində dayanmaqla qalınmayıb, eyni zamanda peşə əxlaqı da möhkəm yoxlamadan keçirilmişdir. Bu dövrdə iş etikası müəssisə ətrafını da əhatə edəcək hala gəlmişdi. Reallıqda biznes-ekologiya və ictimai-siyasət mövzuları da iş etikasının əsas mövzuları arasında olmuşdur. Bu məzmunda, yeni bir iş etikası iş sahəsi ortaya çıxmağa və inkişaf etməyə başlamışdır. Müəssisə menecmenti elmi sahəsi üzərində üzərində çalışan alimlər tərəfindən müəssisə sosial məsuliyyəti mövzusunda yazılan məqalələrdə ciddi artımlar olmuş və daha əhəmiyyətlisi isə filosoflar iş etikası sahəsini formalaşdırmaq üçün etika nəzəriyyələri və fəlsəfi analizi tətbiqi ilə bu sahəyə yeni baxış yaratmisdilar.Iş etikası problemləri ilə maraqlanan mərkəzlər yaradılmışdır.1974-ci ildə Beynəlxalq İş iqtisadiyyat və Əxlaq Dərnəyi 1976 ildə İş Əxlaqı Mərkəzi və 1977-ci ildə Əxlaq Resursları Mərkəzi iş sahəsindəki araşdırmaları etmək və təhsillər vermək üzrə qurulublar.

Sahələrarası elmi yığıncaqlarda müəssisə professorları ilahiyyatçılar filosoflar və iş adamları birlikdə içtirak etmişlər.1970-ci illərin sonlarına doğru rüşvət aldadıcı reklam qiymət hiylələri məhsul təhlükəsizliyi və ətraf çirkliliyi kimi bir çox əxlaqi problemlər ortaya çıxmışdır.İş etikası ümumi bir ifadə halına gəlmişdir.Xüsusilə marketinq və menecment sahələrində tədqiqatlar aparan alimlər əxlaqi problemləri və iş adamlarının müəyyən vəziyyətlərdə necə hərəkətə keçəcəklərini müəyyənləşdirməyə istiqamətli elmi araşdırmalara başlamışdır.Ancaq əxlaqi qərar vermə prosesinin necə işlədiyini və bu prosesə təsir edən dəyişənləri müəyyənləşdirməyə istiqamətli səylər çox məhdud olmuşdurş(Özgener 2009 63-64)

ABŞ-da 1980-ci ildə aparılan elmi araşdırmaya görə 500 böyük şirkətin yalnız 8%-i etik koda sahibkən bu nisbət 1985-ci ildə 77% və 1990-ci ildə 90%-in üzərinə yüksəlmişdir.(Sacconi 2002 11) Bu səbəbdən 1980-ci illərin ikinci yarısı ilə iş etikası sahəsində bir institusionallaşmaya doğru gedildiyi müşahidə edilmişdir.Bu dövrdə iş əxlaqı mözusunda beynəlxalq təşkilatlar qurulmağa başlanmışdır.Bunlardan ən əhəmiyyətlisi 1987-ci ildə Hollandiyada qurulmuş olan Avropa Biznes Əxlaqı( EBEN European Business Ethics NetWork) təşkilatlar şəbəkəsidir.Daha sonra Almaniya, İspaniya, İtaliya, İngiltərə və Türkiyədə EBEN-in şöbələri yaradılmışdır. 1980-ci illərin ikinci yarısından etibarən iş etikası mövzusunda nümayış olunan akdemik jurnalların sayında və iş etikası üzərində aparılan davranış və sahə tədqiqatları sayında da ciddi bir artım müşahidə olunmuşdur. Bu araşdırmalar arasında xüsusi mədəniyyətlərarası müqayisəli araşdırmalar əhəiyyətli bir yer tutmuşdur.

1987-ci ildə sosial investorlar tərəfindən “daha ədalətli, daha humanist və yaşana bilən bir dünya” vizionu ilə ictimaiyyət nəzdində dəyişməyə kömək etmək üçün Avropa Sosial Cəhd Şəbəkəsi(Social Venture Network Europe) yaradılmışdır. Haqqında qeyd edilən birlik yeni dünya nizamı olaraq adlandırılan prosesdə “vətəndaşlıq iqtisadiyyatı”nın təzahürünə inanan müasir iş adamı və sosial investorlar tərəfindən yer üzü, insanlıq dəyərlərinin qorunması və davamlı bəşəri inkişafın yüksəlməsı üçün birgə səy göstərmək məqsədilə qurulmuşdur. 1999-cu ildı İtaliyada Castellanza Universiteti Əxlaq, Hüquq və İqtisadiyyat Mərkəzinin rəhbərliyində bəzi şirkətlər, peşə təşkilatları, məsləhət şirkətləri və qeyri-kommersiya təşkilatlardan ibarət bir qrup tərəfindən Q-RES layihəsi (Şirkətlərdə Sosial və Əxlaqi Məsuliyyətlərin Keyfiyyəti Layihəsi) təşkil olunmuşdur. Bu layihənin məqsədi, biznes və maraq qrupları arasındakı sosial əlaqə anlayışını özünə daxil edən, şirkətlərin sosial və əxlaqi məsuliyyəti üzərinə fokuslanan bir menecment modeli yaratmaqdır.

Q-RES layihəsinə ekvivalent lyihələrə Avropanın digər Ölkələrində də rast gəlmək mümkündür. Məsələn, İngiltərədə SİGMA layihəsi və almaniyada Dəyər Menecmenti Sistemləri( Values Management Systems) həyata keçirilmişdir. Xüsusilə 2001-ci ilin iyul ayında Avropa Komissiyasının “Şirkət Sosial məsuliyyəti üzərinə Yaşıl Kitab(Green Paper on CSR)” dərc etməsiylə biznesdə sosial və əxlaqi məsuliyyətlərin əhəmiyyəti daha da artmışdır. Bu kitab şirkət əxlaqi kodlarının uyğunluq meyarları, şirkətlərin planlaşdırma və icraetmədə qanunla müəyyən olunan minimum tələbləri ödəmək, könüllü standartlara uyğun gəlib gəlmədiklərini meydana çıxarmağa istiqamətli məsələlər üzərində dayanmaqdadır. Bu məzmunda müəssisələrin paydaşlarına və cəmiyyətə etik dəyərlər çərçivəsində özünü qəbul etdirərək etibar qazanması əsas şərt olaraq görülmüşdür. Bu zaman müəssisənin cəmiyyətin problemlərinə həssas olması, sosial həyata dəstəyi və sosial məsuliyyət boynuna götürməsi əsas gözləntilərə çevrilmişdir. Habelə açıq sistem olan müəssisələrin iqtisadi vahidlər olduqları qədər eyni zamanda sosial vahid də olduğu və ətraflarıyla münsibətlər içərisində olduqları paydaş anlayışı da meydana çıxmışdır. Müştərilər, işçilər, səhmdarlar, investorlar, təchizatçılar, distributorlar, yerli təşkilatlar, əlaqədar dövlət qurumları, QHT-lər və media təşkilatları müəssisənin ətrafındakı maraqlı tərəflər olaraq qiymətləndirilmiş və bu qruplarla əlaqələrin müəssisə menecmentinin müvəffəqiyyətinə ciddi təsiri fikri müdafiə edilmişdir. Hazırda maraqlı tərəflər ilə əlaqələrin sağlam menecmenti, müəssisələrin müvəffəqiyyəti üçün aparıcı şərtlərdən biri sayılmaqdadır. Paydaş təsnifatıda ən çox qəbul edilən ateqoriyalaşma daxili və xarici paydaş üzərinədir.



Daxili maraqlı tərəflər

Firmada gözləntiləri-istəkləri ilə bağlı nümunələr

İnvestorlar

İnvestisiyalarına qənaətbəxş cavab almaq, mənfəətlilik payı, səhm qiymətlərinin müəyyənləşdirilməsi

Menecerlər

Yüksək ödəniş, səlahiyyət, status

İşçilər

Ədalətli ödəniş, iş təhlükəsizliyi, iş yeri təhlükəsizliyi



Xarici maraqlı tərəflər

Firmada gözləntiləri-istəkləri ilə bağlı nümunələr

Müştərilər

Keyfiyyət-qiymət arasında tarazlıq; etibarlı, zəmanətli, məhsul-xidmət və satış sonrası xidmət

Təchizatçılar

Uzun davamlı əlaqə-əməkdaşlıq; zamanında ödənişlər

Distributorlar

Uzun davamlı əlaqə-əməkdaşlıq

Banklar və digər maliyyə təşkilatları

Zamanında ödənişlər, təminatların dəyəri, likvidlik vəziyyəti

Əlaqəli ictimai və özəl sektor təşkilatları(Nazirliklər və bağlı təşkilatlar ilə yoxlama orqanları, yerli orqanlar, otaqlar, peşələr)

Əlaqəli qanunlara və qaydalara riayət edilmısi; hesabatların gerçək-doğru məlumatlara dayandırılması

Qeyri-hökumət qurum və təşkilatları, media, cəmiyyət

Qanun və tənzimləyicilik normalarına riayət edilməsi; istehsala və rifaha töhfə olması; ətrafı çirkləndirməməsi-gözəlləşdirməsi; ictimai həyatı zənginləşdirməsi; sosial məsuliyyət göstərməsi

Firmanın paydaşlarının təyin olunması, bunların mümkün təsirlərinin araşdırılması, bu təsirlərin müəssisənin əleyhinə olmaması üçün tədbirlər alınması, yəni müəssisə ilə maraqlı tərəflər arasındakı əlaqələrin menecmenti müəssisə menecmentinin yeni paradiqması olmuşdur. Menecerlərin funksiyları da bu yeni paradiqma çərçivəsində yenidən təyin olunmuşdur. İqtisa inkişaf komitəsi(Committee for Development, 1971) sosial məsuliyyət mövzusunda “üçlü halqa” ilə ilk modeli meydana gətirmişdir. Daxili halqa, müəssisələrin iqtisadi funksiyaları və məuliyyətləri; orta halqa iqtisadi funksiyaların ictimai dəyərlərin və prioritetlərin həssas şəkildə yerinə yetirilməsini, xarici halqa da iş dünyasının ictimai problemlərə dəstək duraraq cəmiyyətə töhfə olmasını ehtiva etməkdədir.

5. 2000-ci illər dövrü

XX son rübündə inkişaf edən informasiya texnologiyaları məşhur kommunikasiya tədqiqatçı alim M.M Luqanın fikrinin təsdiqi olaraq dünyanı qlobal bir kəndə çevirmişdi. Xüsusilə XX əsrin son on ilində yaşanan inkişafdan sonra qlobal səviyyəyə gələn böyük firmalarda meydana çıxan maliyyə hesabatı skandallarının dərhal ardından iş etikası 2000-ci illərin bütün menecment ifadələrinin daxilində yer almağa başlamışdır. 2000-ci illərdə müəssisələrin strategiya formalaşdırma proseslərində etik ölçü və paydaş menecmenti qətiliklə qiymətləndirilməyə başlanılmışdır. 2000-ci illərlə birlikdə xüsusilə xalqa açıq müəssisələr üçün maliyyə qiymətləndirmə və yoxlama hesabatlarının yanında “ictimai nəzarət” hesabatları da ictimaiyyətə təqdim halına gəlmişlər. Ayrıca bu ictimai nəzarət hesabatlarının müstəqil təşkilatlara etdirilməsi də ayrı bir əhəmiyyət daşımağa başlamışdır. Bu dövrdə müəssisələrin maliyyə performansları ilə ictimai çıxışları arasındakı əlaqənin varlığı və istiqamıtinin öyrənən bir çox araşdırmalar aparılmağa başlanılmışdır. Bunlar arasinda Fruman tərəfindən həyata keçirilən bir araşdrmada 2000-ə yaxın etik olmayan hadisə təhlil edilmiş, müvafiq şirkətlərin bu səbəblə hissə dəyərlərində böyük dəyər itkiləri ortaya çıxardığı müəyyən olunmuşdur. Bu və bənzəri tədqiqatlara görə müəssislərin orta və uzun dövrdə sosial performansları ilə marka dəyərləri, bazar dəyərləri arasında xətti bir əlaqə olduğu müəyyənləşmişdir. 2000-ci illərdəABŞ və Avropa xaricində də iş etikası ilə əlaqədar əhəmiyyətli təşkilatlar da fəaliyyət göstərməyə başlamışdır. Bu təşkilatlara nümunə kimi Yapon İş Etik Araşdırmaları Dərnəyi, Koreya İş Etik İnstitutu, Latın Amerika İş Etik Şəbəkəsi, Afrika İş Etik Şəbəkəsi, Cənubi Afrika Etika İnstitutu, Türkiyə Etika Dəyərlər Mərkəzi, Sankt Peterburq İş Etika Mərkəzi və Çin İş Etika Mərkəzi göstərilə bilər.



Dünyada iş əxlaqı ilə əlaqədar təşkilatlar:

  • Beynəlxalq İş, İqtisadiyyat və Əxlaq Dərnəyi (The İnternational Society of Business, Economics And Ethics- İSBEE)

  • İş Etikası Mərkəzi (The Center for Business Ethics- CBE)

  • Etik resursları Mərkəzi ( The Ethics Resource Center- ERC)

  • İş Etikası Birliyi ( The Society for Business Ethics- SBE)

  • İş və Peşə Etikası İnstitutu (The Institute for Business & Professional Ethics)

  • Markkula Tətbiqi Etika Mərkəzi (The Markkula Center for Applied Ethics)

  • Avropa Biznes Etikasi Təşkilat Şəbəkəsi (The European Business Ethics Network, EBEN)

  • Araşdirma Etikasi Mərkəzi (Centre for Research Ethics-CRE)

  • Beynalxalq İş və Cəmiyyət Dərnəyi (International Association for Business and Society - IABS)

  • Tətbiqli və Peşə Etika Birliyi (The Association for Practical and Professional Ethics - Appenin)

  • Etika idarəçiləri Birliyi (The Ethics Officer Association – EOA)

  • Sosial Məsuliyyət Dərnəyi (Business for Social Responsibility BSR)

  • Avstraliya Peşə vo Tətbiqi Etika Dərnəyi (The Australian Association for Professional and Applied Ethics AAPAE)

  • Beynəlxalq iş Etikasi Institutu (The International Busines Ethics Institute)

  • Avropa Biznes Etikasi Institutu (European Institute for Business Ethics - EIBE)

  • Qlobal Etika Institutu (The Institute for Global Ethics - IgE)

  • Şassi İş Etikası Mərkəzi

  • Makau İş Etikası Dərnəyi (The macau Association of Business Ethics)...

Habelə, BMT-nin “Qlobal Prinsiplər Razılaşması”nı qeyd etmək lazımdır. BMT-nin “Qlobal Prinsiplər Razılaşması” insan hüquqları, iş şəraiti, ətraf mühit və korrupsiya ilə mübarizə olmaq üzrə dörd başlıq altında on maddədən ibarət olan manifestdir.

Qlobal prinsiplər aşağıdakılardır:



  1. İş dünyası elan edilmiş insan haqqlarını dəstəkləməli və bu hüquqlara hörmət etməli(İnsan hüquqları prinsipi)

  2. İş dünyası insan hüquqları pozuntularının cinayət ortağı olmamalı(İnsan hüquqları prinsipi)

  3. İş dünyası işçilərin sindikatlaşma və ictimai müzakirə azadlığını dəstəkləməli(iş standartları)

  4. Zorla və məcburi işçi işlədilməsinə soon verilməli(iş standartları)

  5. Hər cür uşaq işçi və işlədilməsinə son verilməli(iş standartları)

  6. İşə alım və işə yerləşdirmədə ayrı-seçkiliyə son verilməli(iş standartları)

  7. İş dünyası ətraf mühit problemlərinə qarşı ehtiyatlı yanaşmaları dəstəkləməli(Ətraf mühit)

  8. İş dünyası ekoloji məsuliyyəti artıracaq hər cür fəaliyyətə dəstək verməli(Ətraf mühit)

  9. İş dünyası ətraf dostu texnologiyaların inkişafını və yayılmasını dəstəkləməli(Ətraf mühit)

  10. İş dünyası rüşvət və xərac daxil hər cür sui-istifadə ilə mübarizə aparmalıdır(Korrupsiya ilə mübarizə)

2000-ci ildə BMT ilə başlayan bu işlər dünya daxilində 6.200-ün üzərində firma və qeyri-hökumət quruluşunun könüllü iştirakı ilə qlobal bir xüsusiyyət qazanmışdır. “Qlobal Prinsiplər Konvensiyasi”na Türkiyədən qatılan təşkilat sayı 150-dən çoxdur. Qlobal Prinsiplər Konvensiyasının yanında BMT-nin “Korrupsiya ilə Mübarizə Konvensiyasını” daqlobal səviyyədə imzalanması üçün açmışdır.

Avropa mərkəzli beynəlxalq cəhd nümunələrindən bəziləri isə bunlardır:



OECD-nin:

  • Korporativ Menecment Qanunları

  • Beynəlxalq İnvestisiyalar və Çoxmillətli Müəssisələr Deklarasiyası

  • Beynəlxalq Ticarət Müəssisələrində Xarici Cəmiyyət vəzifəlilərinə rüşvət verilməsinin qarşısının alınması Müqaviləsi

Korrupsiyaya qarşı Mübarizə Qurumu Avropa Komissiyasının müxtəlif hesabat və forum işləri də iş etika üzərində cəmlənmişdir. Məsələn:

  • “Yaşıl Kitab” hesabatı

  • Eko-Menecment hesabatı

  • “Çoxlu maraqlı və təşkilati Sosial Məsuliyyət” forumu kimi.

Bu və buna bənzər işlər 2000-ci illərdə Etika və Sosial Məsuliyyət mövzularına istiqamətli nümunələrdir.
Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə