Prosessor və onun tərkib hissələri Prosessorların əsas xarakteristikaları intel firmasının prosessorları



Yüklə 0,66 Mb.
səhifə1/10
tarix14.12.2023
ölçüsü0,66 Mb.
#176735
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10
Muhazire 3


Mühazirə 3


  1. Prosessor və onun tərkib hissələri

  2. Prosessorların əsas xarakteristikaları

  3. INTEL firmasının prosessorları

  4. AMD firmasının prosessorları


Prosessor və onun tərkib hissələri
İstənilən sistem platasının əsas komponenti prosessordur. Prosessorlar xüsusi texnologiya ilə hazırlanan silisium kris­talın­dan təşkil olunur. Bir çox ədəbiyyatlarda prosessor – CPU (Centeral Prosessing Unit, mərkəzi əməliyyat qurğusu) da adlandırılır. Prosessor kompüterin “beyin mərkəzi” sayılır və proqramların icra edilməsini, həmçinin, sistemdə istifadə olunan hesab və məntiq əməliyyatlarının yerinə yetirilməsini təmin edir. Hal-hazırda istehsal olunan prosessorlar dörd əsas hissədən ibarətdir:

  • registrlər (registers);

  • hesab-məntiq qurğusu - HMQ (Arithmetic Logic Units);

  • interfeys qurğusu - İnQ (Interface Unit);

  • idarәetmә qurğusu - İQ (Control Unit).

Registrlәrprosessorun daxili yaddaş elementləridir. Hesabla­malarda istifadә edilәn ikilik kodlar registrlәrdә s
axlanılır. Ölçülәri 1 bit ilә bir neçә bayt intervalında dәyişә bilir. Registrlәr normal yaddaşlardakı kimi ünvan mәlumatı saxlamırlar. İQ tәrәfindәn bir­başa istifadәyә açıqdırlar. Registrlәr prosessorda müxtәlif mәqsәdlәr üçün istifadә edilir.
Mәsәlәn, ünvanların yaddaş registrləri (Memory Address Regis­ter) әmrlәrin әmәliyyat prosesindәki ünvanlarını registrdә saxlayar­kәn, verilәnlәrin yaddaş registrləri (Memory Data Register) әmrlәrin әmәliyyat anındakı ikilik qiymәtlәrini registrdә saxlanmasını təmin edir.
HMQhesabi vә mәntiqi әmәliyyatları yerinә yetirmәk üçün nәzәrdә tutulmuşdur. Prosessorun daxilindә bir neçә HMQ ola bilәr. Bu qurğu həmçinin, hesab әmәliyyatlarından əldə olunan nәticәlә­rinin registrlәrә yazılmasında da iştirak edir. Qrafiki və multime­dialı proqram­larla işlədikdə aktiv olaraq bundan istifadə edilir. Başqa bir HMQ ən mürəkkəb riyazi hesablamaları (sürüşən nöqtəli ədədlər üzərində əməliyyatlar) yerinə yetirən blok soprosessor adlanır.
İnQproqram әmrlәri vә verilәnlәrin prosessorla digәr qurğular arasında (klaviatura, maus vә s.) mübadilәsini tәşkil edir. Bu səbəb­dən dә interfeys qurğusu prosessor ilә digәr qurğular arasında giriş-çıxış interfeysi kimi istifadәni təmin edir.
İQ – verilənlərin, ünvanların yaddaş registrlərindən, əmrlər regis­trindən (Instruction Register, IR) vә proqram sayğacından (Program Counter, PC) tәşkil olunmuşdur. İQ prosessor daxilindә verilәnlәrin daxili qurğular arasında ötürülmәsinә vә әmrlәrin icrasına nәzarәt edir. Bu qurğunun əsas funksiyası zaman vә siqnal yoxlanmasını hә­yata keçirmәkdən ibarətdir.
Bir çox hallarda kompüter arxitekturasına – prosessor, əsas yaddaşgiriş-çıxış qurğularından ibarət struktur kimi baxılır (şəkil 3.12). Prosessor əməli yaddaş qurğusu ilə giriş-çıxış qurğuları arasında fiziki əlaqəni yaratmaq üçün verilənlər şinindən – VŞ (data bus), ünvan şinindən – ÜŞ (address bus) və idarəetmə şinindən – İŞ (control bus) istifadə olunur. Bu şinlərdən istifadə etməklə prosessor kodlaşdırma (decode), “icra etmə” (execute) və s. əməliyyatlarını həyata keçirir. VŞ, ÜŞ və İŞ birlikdə prosessorun sistem şini adlanır.


Şək. 3.12. Kompüter arxitekturasının əsas komponentləri
VŞ – prosessor ilə daxili və xarici qurğular arasındakı verilənlərin mübadiləsini təmin edir. VŞ – 8, 16, 32 və 64 bitlərdən təşkil oluna bilər. ÜŞ – prosessor ilə əməli yaddaş qurğusu arasındakı ünvan verilənlərini özündə saxlayır və prosessorun yaddaşdan mәlumata müraciәtini tәmin edir. ÜŞ – 8, 16, 32 və 64 bitlərdən təşkil oluna bi­lər. İŞ – köməkçi şin olub, prosessorla əlaqəli olan bütün qurğula­rın sinxronlaşdırılmasını təmin edir. İdarəetmə şini şəkildə qalın qara ox­lar­la göstərilmişdir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin