Intel Core i7 prosessorları 2008-ci ildə Intel firması “Nehalem” adı altında yeni x86 mikroarxitekturalı prosessoru təklif etdi və bununla da mikroprosessor texnikasında inqilab yarandı.
İlk növbədə bu prosessor yaddaş modulları ilə informasiya mübadiləsini sürətləndirmək üçün yaddaşa inteqrasiya edilmiş kontrollerlərdən təşkil edilmişdir. Həmçinin çipsetdə yaranan ləngimələri ləğv etməyə icazə verir. Bu halda şimal körpüsünün payına yalnız video altsistemi ilə işləmək funksiyası düşür. Eyni zamanda cənub körpüsü ilə əlaqə funksiyası bərpa olunur. Yeniliklərdən biri də odur ki, burada üç kanallı yaddaşdan istifadə olunmasıdır. İnteqrallaşdırılmış yaddaş kontrollerləri DDR3 yaddaş modulunu dəstəkləyir. Bundan əlavə Intel Core i7 prosessorları HT texnologiyasını dəstəkləməklə yanaşı, L1 (hər nüvə üçün verilənlər və əmrlər daxil olmaqla 64 Kbayt), L2 (hər nüvə üçün 256 Kbayt), L3 (bütün nüvələr üçün 8-12 Mbayt) səviyyəli keş yaddaşa və 2-dən 6-ya qədər nüvəyə malik ola bilər,
Cədvəl 3.3-də Intel Core i7 prosessorunun texniki xarakteristikaları göstərilmişdir. Cədvəldəki Intel Core i7-3960X modeli Extreme kateqoriyasına aiddir.
Intel Core i5 prosessorları Bu prosessorların əsas xüsusiyyətindən biri inteqrallaşdırılmış yaddaş kontrollerinin DDR3-ün 2 kanalını dəstəkləməsidir. Burada istifadəçi sistem platasının və yaddaşın modullarının sadələşdirilməsinə qənaət edir. Intel Turbo Boost texnologiyasından istifadə olunmaqla proqramların məhsuldarlığı maksimal dərəcədə artır. Əvvəllər prosessorun kristalına PCI Express x16 şininin kontrolleri birləşdirilirdi. Sonralar ikinci nəsil Intel Core i5 prosessorlarında Sandy Bridge arxitekturasına keçid baş verdi.
Cədvəl 3.3. Intel Core i7 prosessorunun texniki xarakteristikaları