Cədvəl 3.10-da AMD FX prosessorunun Intel Core i5/i7 prosessoru ilə müqayisəli texniki xarakteristikaları göstərilmişdir.
Cədvəl 3.10. AMD FX prosessorunun Intel Core i5/i7 ilə müqayisəsi
ISA üçün genişləndirilmiş arxitektu-ra: SSE3, SSE4, AES, AVX Plus, FMA4, XOP
ISA üçün genişləndirilmiş arxitektu-ra: SSE3, SSE4, AES, AVX
AMD CrossFireX texnologiyasının dəstəyi: 2x16
AMD CrossFireX texnologiyasının dəstəyi: 2x8
AMD prosessorlarının markalanması İndi isə AMD prosessorlarının markalanmasına baxaq. Şəkil 3.19-un a bəndində göstərilən hissəyə nəzar salaq. Birinci halda videoplata inteqrasiya edilmişdir. Şəkilin üzərində 1, 2, 3 və 4 rəqəmləri (bu rəqəmlər kvadratın daxilində yerləşdirilmişdir) göstərilmişdir. Həmin rəqəmlər AMD modelli prosessorun timsalında aşağıdakı parametrləri təyin edir.
Seriyanın adı.
Prosesordakı nüvələrin sayı.
Arxitekturası:
2 – Bulldozer;
3 – Piledriver;
Prosessor ailəsində modelin vəziyyəti əsasən tezlikdən asılıdır. Burada ən böyük rəqəm daha sürətli işləyən prosessoru xarakterizə edir.
Şəkil 3.19-un b variantında isə videoplatanın prosessora inteqrasiya edilməmiş vəziyyətinin markalanması qaydası verilmişdir. Markalanmanı anlamaq üçün şəklin üzərində 1, 2 və 3 rəqəmləri (bu rəqəmlər kvadratın daxilində yerləşdirilmişdir) göstərilmişdir.
Sürətli prosessor. Bu nüvələrin sayı və videokartın prosessora inteqrə edilməsilə digərlərindən fərqlənir.
A4 - 2 nüvə;
A6 - 2 nüvə;
A8 - 4 nüvə;
A10 - 4 nüvə.
Nəsillər.
Seriyada göstərilən model, əsasən prosessorun takt tezliyindən asılıdır. Markalanmada göstərilən sonuncu rəqəm nə qədər böyükdürsə (baxılan halda 8), prosessor bir o qədər sürətli sayılır.