Prosessor və onun tərkib hissələri Prosessorların əsas xarakteristikaları intel firmasının prosessorları



Yüklə 0,66 Mb.
səhifə3/10
tarix14.12.2023
ölçüsü0,66 Mb.
#176735
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Muhazire 3

INTEL firmasının prosessorları
Müasir zamanda Intel firmasının istehsal etdikləri prosessorlar daha çox istifadə edilir. Onlar qiymətlərinə, takt tezliyinə, şin tezli­yinə, məhsuldarlıqlarına, nüvələrin sayına və s. görə bir-birindən fəq­lə­nirlər.
Birinci olaraq Intel firması tərəfindən IBM PC və IBM PC-XT kompüterlərində 8088 prosessorları tətbiq olunmağa başladı. Bu pro­ses­sorlar 8 mərtəbəli verilənlər şininə və 16 mərtəbəli ünvan şininə malik idi. Daha sonralar IBM PC-AT kompüterlərində 16 mərtəbəli verilənlər şininə və 16-mərtəbəli ünvan şininə malik olan 80286 prosessorların istehsalına başlanıldı. Beləliklə, 80286 prosessoru əsa­sın­da hal-hazıradək istifadə olunan və imkanları genişləndirilən bir sıra mikroprosessor standartlarının istehsalı davam etdirilir.
Sonralar Intel firması FK bazarında geniş funksiyalara malik olan prosessorlar istehsal etməyə başladı. Bu prosessorlara misal olaraq 80386DX və SX, 80486DX və SX, Pentium (80586), Pentium Pro (80686) və Pentium II/III/IV göstərmək olar. Intel firması məhdud imkanlara malik poosessorları SX notasiyası (qaydası) ilə işarələyir. Ümumiyyətlə, bu prosessor notasiyaları (SX, DX) digər istehsalçı firmalarla rəqabəti aparmaq üçün istifadə edilirdi.
Intel firması müxtəlif tətbiq sahələri üçün yarımkeçirici cihazları, o cümlədən, prosessorları geniş nomenklatura üzrə istehsal edir. Burada əsasən x86 əmrlər sistemi ilə təchiz edilmiş prosessorlara ba­xı­lacaq. Hal-hazırda Intel firması aşağıdakı kateqoriya üzrə pro­ses­sorları təsnifatlaşdırır:

  • Mobil FK-lar üçün prosessorlar

  • ikinci nəsil Intel Core i7 Extreme Edition prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i7 prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i5 prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i3 prosessorlar ailəsi;

  • əvvəlki nəslin prosessorları.

  • Masaüstü FK-lar üçün prosessorlar

  • ikinci nəsil Intel Core i7 Extreme Edition prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i7 prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i5 prosessorlar ailəsi;

  • ikinci nəsil Intel Core i3 prosessorlar ailəsi;

  • Əvvəlki nəslin prosessorları.

  • Server və işçi stansiyalar üçün prosessorlar.

Burada “əvvəlki nəslin prosessorları” dedikdə, sadələşdirilmiş və əvvəllər istifadə olunan köhnə prosessor modelləri nəzərdə tutulur (məs., Pentium, Celeron). Mobil FK və ya mobil tətbiqlər üçün ener­ji­yə qənaət və simsiz texnologiyalar üçün müxtəlif prosessorlar nə­zər­də tutulmuşdur. Server və işçi stansiyalar üçün Intel Itanium və Intel Xeon prosessorları təklif edilir. Qeyd etmək lazımdır ki, bu pro­sessorlar masaüstü FK-larda istifadə olunmurlar.
Şəkil 3.13-də Intel ailəsinə məxsus olan stasionar kompüterlərdə istifadə olunan zəif güclü prosessorlar, şəkil 3.14-də isə sənayedə və su­per kompüterlərdə tətbiq olunan böyük güclü prosessorlar göstəril­mişdir.





Intel Core i7 prosessoru

Intel Atom prosessoru

Şək. 3.13. Masaüstü FK-lar üçün prosessorlar





Intel Xeon prosessoru

Intel Itanium 2 prosessoru

Şək. 3.14. Sənayedə tətbiq olunan prosessorlar

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin