Birinci nəsil Intel Core i5 prosessorları HT və Virtualization Technology for directed I/O (VT) texnologiyalarını dəstəkləmirdi. 2011-ci ildən sonra ikinci nəsil Intel Core i5 prosessorları Sandy Bridge arxitekturası əsasında istehsal olunmağa başladı. Bundan əlavə Intel Core i5 prosessorları L1 (hər nüvə üçün verilənlər və əmrlər daxil olmaqla 64 Kbayt), L2 (hər nüvə üçün 256 Kbayt) , L3 (bütün nüvələr üçün 4-8 Mbayt) səviyyəli keş yaddaşa və 2-dən 4-ə qədər nüvəyə malik ola bilər.
Cədvəl 3.4-də ikinci nəsil Intel Core i5 prosessorunun texniki xarakteristikaları göstərilmişdir.
Cədvəl 3.4 . Intel Core i5 prosessorunun texniki xarakteristikaları