Prosessor və onun tərkib hissələri Prosessorların əsas xarakteristikaları intel firmasının prosessorları


Prosessorların əsas xarakteristikaları



Yüklə 0,66 Mb.
səhifə2/10
tarix14.12.2023
ölçüsü0,66 Mb.
#176735
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Muhazire 3

Prosessorların əsas xarakteristikaları
Prosessorun əsas xarakteristikalarına onun takt tezliyi, sistem şini, mərtəbələr şəbəkəsi, keş-yaddaşın həcmi, məhsuldarlığınəsilləri aiddir.
Takt tezliyi - prosessorun işləmə sürətini təyin edən ən vacib gös­tə­­ricidir. Meqaherslər (MHs) və giqaherslərlə (GHs) ölçülən takt tezliyi vahid zaman ərzində prosessorun yerinə yetirdiyi dövrlər sayını göstərir.
Sistem şini. Sistem şini özünə məxsus informasiya magistralı olub, sistem platasına qoşulan prosessoru, əməli yaddaşı, videoplata kimi bütün qurğu­ları əlaqələndirir. Şinin ötürmə sürəti onun tezliyini təyin edir. Şin tezliyi Mhs və GHs-lə ölçülür. Sistem şininin tezliyi prosessorun takt tezliyi ilə “vurma əmsalı” vasitəsilə bağlıdır. Pro­sessorun takt tezliyi əmsala vurulmuş sistem şininin tezliyinə bəra­bərdir:

2.4 GHs

=

12

×

300 MHs

takt tezliyi




əmsal




şin tezliyi

Prosessorun mərtəbələr şəbəkəsi (mərtəbəsi). Prosessorun mərtə­bə­si onun daxilində olan registrlərin uzunluğu ilə bağlıdır və hər hansı bir əmr icra olunan zaman ikilik mərtəbələrin sayı ilə təyin olunur. Kompüterdə prosessorlar 8, 16, 32, 64 mərtəbələr şəbəkəsi ilə təşkil olunur. Hal-hazırda prosessorların əksəriyyəti 32 və 64 mərtəbəlidir. Əgər prosessorun takt tezliyini çaydan axan suyun sürətinə bənzətmək olarsa, prosessorun mərtəbələr şəbə­kə­sini həmin çayın eninə bənzətmək olar.
Keş yaddaşın həcmi. Prosessor tez-tez istifadə olunan verilənləri əldə etmək üçün gec işləyən əməli yaddaşa və sərt diskə müraciət etmək əvəzinə, daxildə quraşdırılan keş yaddaşa müraciət edir. Proses­sorlarda 1, 2 və 3 səviyyəli keş yaddaş texnologiyasından istifadə olu­nur. Onların həcmi Kbayt və Mbaytlarla ölçülür.
Prosessorun məhsuldarlığı. Kompüterlərin məhsul­darlı­ğının artırıl­masını nəinki böyük takt tezliyinə malik olan prosessorun seçilməsi ilə, hətta sistemə ikinci prosessoru qoşmaqla da əldə etmək olar. Hal-hazırda prosessorun vahid gövdəsi üzərində bir neçə nüvədən istifadə olunur. Prosessorun məhsuldarlığı aşağıdakı kimi xa­rak­terizə olunur:

Prosessorun məhsuldarlığı

=

Takt üzrə icra olunan əmrlərin sayı

×

Takt tezliyi

Prosessorun nəsilləri bir-birindən işləmə sürətləri, arxitekturaları, mərtəbələr şəbəkəsinin sayı, keş yaddaşın həcmi, prosessordakı nüvələrin sayı və s. kimi parametrlərlə fərqlənirlər. Məsələn, Intel fir­ma­sının istehsal etdikləri prosessorlar əvvəlki nəsil prosessorlara (Ce­le­ron, Pentium) nəzərən hazırkı dövrdə ikinci nəslini (İntel Core i7/i5/3) yaşayır.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin