İkinci nəsil Intel Core i7/i5/i3 prosessor ailəsi Intel Core i* prosessorlar ailəsinə istifadəçilərin müxtəlif tətbiq sahələri üçün nəzərdə tutulmuş mobil və masaüstü FK-larda istifadə olunan prosessorların dörd əsas amillərinə baxılır.
1. İkinci nəsil Intel Core i7 Extreme Edition prosessoru – ən bahalı və ən məhsuldar olur. Bu prosessorlar əsas etibarilə super kompüterlərdə istifadə edilir.
2. Ikinci nəsil Intel Core i7 prosessoru – masaüstü FK-lar üçün ən yaxşı Intel prosessoru hesab edilir. Burada yüklənməyə reaksiya verən sürətli intellektual çoxnüvəli texnologiyalardan istifadə olunur. Bu texnologiyalar oyunların məhsuldarlığını artırır və proqram tətbiqləri üçün inanılmaz sıçrayışları təmin edir.
3. İkinci nəsil Intel Core i5 prosessoru – multimedia proqramları ilə çoxməsələli rejimlərdə işləmək üçün unikal imkanlara malikdir. 2-kanallı rejimdən istifadə edən prosessor yaddaşının sadələşdirilməsi hesabına istifadəçilər FK-nın modernləşdirilməsi baxımın-dan iqtisadi səmərə əldə edir. Bundan əlavə, qrafik altsistemin prosessorunun korpusuna inteqrasiya edilməsi kompüteri video platasız idarə etməyə icazə verir.
4. İkinci nəsil Intel Core i3 prosessoru – Intel Core ailəsində ən ucuz başa gələn məhsuldur (Pentium və Celeron istisna olmaqla). Bəzi sistem platalarının çipsetləri prosessorun qrafik altsisteminə qoşulmaq üçün müvafiq sxemə malik olmur. Prosessora inteqrasiya olunmuş qrafik altsistem ev və ofis işləri üçün maksimum dərəcədə əlverişli sayılır.
Intel Core i7/i5/i3 prosessor ailəsinin texnologiyaları Intel Core i* prosessor ailəsində modeldən asılı olaraq müxtəlif kombinasiyalarla bir çox müxtəlif texnologiyalar istifadə olunur. Bu texnologiyalar aşağıdakılardan ibarətdir:
Intel Turbo Boost texnologiyası – proqramların məhsuldarlığını maksimal dərəcədə yüksəldir. Dinamik yüklənməyə məruz qalmış hissələrdə stabilləşdirməni təmin edir. Yəni, konkret nüvənin yüklənməsindən asılı olaraq onun takt tezliyini 1-2 pillə artıra və ya azalda bilər. Burada, pillə dedikdə baza takt tezliyinin vurma əmsalı başa düşülür. Prosessorların növbəti modellərində tezliyin dəyişmə əmsalı artıq 1-5 pillə təşkil edir. Sandy Bridge arxitekturalı prosessorlarda tətbiq edilmiş Intel Turbo Boost texnologiyasının ikinci versiyası temperaturun və nüvələrin takt tezliyini çevik idarə edir.
Intel HD Boost texnologiyası – müxtəlif multimedia proqramlarının məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldir. Effektivliyin yeni səviyyəsinə nail olmaq üçün müvafiq əmrlər sistemi vahid takt dövründə işə buraxılır.
Intel Hyper-Threading (HT) texnologiyası – virtual nüvələr yaradaraq çoxaxınlı məsələlərin paralel yerinə yetirməyə icazə verir. Məsələn, 4-nüvəli prosessor üçün əməliyyat sistemi onu 8 görəcək. Əlbəttə ki, belə bir HT ilə təchiz olunmuş prosessor iki prosessorun yerinə işləyə bilməz, lakin, bu halda sürət üçün 10-20% artım almaq mümkündür.
Intel Smart Cache texnologiyası – yüksək məhsuldarlığı və keş-yaddaşın effektivliyini təmin edir. Burada, ən müasir çoxaxınlı oyunların optimallaşdırılması təmin olunur.
Intel QuickPath Interconnect texnologiyası – verilənlərin ötürülmə sürətinin artırılmasını təmin edir. Bu texnologiya verilənlərin buraxılma qabiliyyətinin artmasını və ləngimə vaxtının azalmasını minimuma endirmək üçün hazırlanmışdır.
Intel Graphics texnologiyası – prosessorun korpusuna inteqrasiya edilmiş qrafik sistemdir. 2011-ci ilə qədər hibrid istehsal texnologiyasından istifadə olunurdu. Bu zaman prosessorun kristalı 32 nm, qrafik kristal ilə birlikdə isə 45 nm təşkil edirdi. Sande Bridge arxitekturalı prosessorlarda qrafik nüvə prosessorun kristalına inteqrasiya edilmişdir.