Prosessor və onun tərkib hissələri Prosessorların əsas xarakteristikaları intel firmasının prosessorları



Yüklə 0,66 Mb.
səhifə8/10
tarix14.12.2023
ölçüsü0,66 Mb.
#176735
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Muhazire 3

Hərfi prefiks

TDP, Vt

Qeyd

QX



İfrat məhsuldarlı 4-nüvəli prosessor

X



İfrat məhsuldarlı 2-nüvəli prosessor

Q



Masaüstü FK-lar üçün 4-nüvəli prosessor

E

≥55

Enerjiyə qənaət edən 4-nüvəli prosessor

T

30-39

Enerjiyə qənaət edən prosessor

P

20-29

Enerjiyə qənaət edən prosessor

L

12-19

İstisna hallarda enerjiyə qənaət edən prosessor

U

<11.9

Mobil FK-lar üçün kiçin enerji sərfli prosessor

Qeyd etmək lazımdır ki, cədvəl 3.6-da göstərilən hərfi prefiks­lərin sayı dinamik xarakter daşıyır və hər il yeniləşir.
AMD firmasının prosessorları
Digər prosessor istehsalçısı olan American Micro Devices (AMD) firması öz məhsulları ilə FK bazarında aparıcı yeri tutur. AMD pro­sessorları Intel firmasının istehsal etdiyi prosessorun bir çox xü­susiyyətlərinə malikdir. 64-mərtəbəli prosessorlara Intel firtması tərəfindən keçid 2007-ci ildə başladığı halda, AMD firması artıq bu keçidi 2003-cü ildə 64 mərtəbəli Athlon 64 prosessorlarında nümayiş etdir­mişdi.
AMD prosesorları seriyasına 3 modifikasiya daxil olur: Athion XP, Athion 64 və funksiyaları azaldılmış Sempron. Lakin, onlar ara­sında fərq həddindən artıq böyükdür. Məsələn, Athion o biri 2 mo­del­dən fərqli olaraq, həm böyük keş yaddaşa, həm də 64-mərtəbəli nü­vəyə malik olur.
Hal-hazırda AMD firmasının prosessorları üçün yeni və fərdi tex­nologiyalar hazırlanmaqda davam edir. Bu texnologiyalar Pentium və Core tipli prosessor arxitekturalarını təkrarlamırlar. AMD proses­sorlar ailəsində modelindən asılı olaraq müxtəlif kombinasiyalarla bir çox müxtəlif texnologiyalar istifadə olunur. Həmin texnologi­yalara aşağıdakılar aiddir:
Hyper Transport (HT) texnologiyası – AMD firmasının müasir prosessorlarının əsas texnologiyalarından biridir. Bu texnologiyanın əsas ideyası prosessorun giriş-çıxış sistemində yaranan problemlərin aradan qaldırılmasıdır. AMD firması prosessorun şimal körpüsü ilə əlaqəsi üçün paralel şininin yerinə “nöqtə-nöqtə” tipinin ardıcıl şinindən istifadə etməyi təklif etdi. HT texnologiyasından istifadə sistemin ümumi məhsuldarlığını artırmağa, verilənlərin mübadiləsini sürətləndirməyə və prosessordan alınan cavab müddətini azaltmağa icazə verir. Texnologiyanın üstünlüyü ondadır ki, inteqrasiya edilmiş DDR yaddaş kontrolleri birbaşa prosessorun yaddaşına olan müra­ciəti tezləşdirir.
3DNow Professional texnologiyası – üçölçülü multimedia obyekt­ləri ilə görülən işlər zamanı istifadə olunur.
AMD64 texnologiyası – 64-mərtəbəli hesablamalardan istifadə et­məklə yanaşı, həm də mövcud proqram vasitələrilə uyğunluq təşkil etməyə şərait yaradır. AMD64 texnologiyasından istifadə edən eyni platformada 32-mərtəbəli proqramlar da problemsiz icra olunacaq.
EVP mühafizə texnologiyası. AMD firması virus hücumlarından mühafizə olunmaq və proqram təminatında səhvləri aradan qaldır­maq üçün yeni prosessorlarında EVP (Enhanced Virus Protection - viruslardan muhafizənin artırılması) adlanan mexanizm daxil etmiş­dir. Qeyd etmək lazımdır, EVP mexanizmi yalnız o zaman işləyir ki, əmə­liyyat sistemi bu texnologiyanı dəstəkləsin.
AMD PowerNow texnologiyası – noutbuklarda prosessorun enerji sərfini və istiliyin ayrılmasını azaltmağa icazə verir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin