Bir nəsil nə ağac əkərsə, başqa nəsil onun kölgəsində əyləşər



Yüklə 0,68 Mb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#36877
növüYazı
  1   2
serbest mövzu iqlim dəyişmələri.. coğrafiya .


Tələbə: Mühəmməd Abdıyev..

Mövzu:İqlim Dəyişmələri..

İqlim dəyişmələri nədir ?

“Bir nəsil nə ağac əkərsə, başqa nəsil onun kölgəsində əyləşər” – Çin atalar sözü

İqlim Dəyişmələri nədir?

İqlim dəyişmələri, onun müasir dünyamızdakı müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə adi insanların həyat tərzinə göstərdiyi təsiri barədə yazılmış ədəbiyyatın sayı artıq yüz minlərlədir. İqlim dəyişmələri mövzusunu araşdıran elmi cəmiyyət özü iki cəbhəyə bölünmüşdür. Birinci cəbhə iqlim dəyişmələrinin bir qrup maraqlı tərəf, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin qarşısının alınması üçün ortaya atılmış boş iddia olduğuna söykənir. Dünyanın ətraf mühit sahəsində tanınmış alimlərini özündə birləşdirən ikinci cəbhə isə iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu öz elmi mülahizələri və tədqiqatları ilə izah etməyə çalışır.

İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən problemin kökündə Yer Kürəsinin karbon-dioksid (CO2) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur. Bu nə deməkdir? Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi temperaturu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır.

Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda Yer Kürəsində orta illik temperatur təxminən -19° C olardı. Məhz buna görə həmin qazlar istilik effekti yaradan və ya “istilikxana” qazları adlandırılır. CO2və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradırlar. Beləliklə onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi Üçün zəruri temperaturun formalaşdırılmasında müstəsna rol oynayırlar. CO2 Atmosferə müxtəlif mənbələrdən daxil olur: kənd təsərrüfatı, landşaftdan istifadədə olan dəyişikliklər, sənaye, tullantılar, energetika və sair (bax: Şəkil 1). XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının atmosferdəki sayı sürətlə artmışdır (bax: Cədvəl 1). Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin