1. Bilik, bacarıq və vərdişlər mənimsədilməlidir



Yüklə 30,52 Kb.
tarix24.12.2023
ölçüsü30,52 Kb.
#192614
Təlim


Təlim- müəllimin rəhbərliyi altında şagirdlərə bilik, bacarıq və vərdişlərin öyrədilməsinə yönəldilmiş pedaqoji prosesdir. Ərəbcə “elm” sözündən əmələ gəlmiş təlim- “öyrənmə”, “elmi nəzəriyyə” mənalarını verir.Təlim iki tərəfli pedaqoji prosesi əhatə edir. Həmçinin təlim öyrədənlər və öyrənənlər arasında qarşılıqlı proses deməkdir. Bunun üçündə öyrədən şəxs təlim prosesi zamanı üç əsas istiqamətdə fəaliyyət göstərməlidir:
1. Bilik, bacarıq və vərdişlər mənimsədilməlidir.
2. Bilik və bacarıqlar vasitəsilə öyrənən şəxslərdə şüur və psixika yüksək səviyyədə inkişaf etməlidir.
3. Lazım olacaq mənəvi, psixoloji keyfiyyətlər aşılanmalıdır.
Təlim həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri tam olaraq həyata keçirir. Həmçinin Diferensial təlim- təhsilalanın şəxsiyyətinə yönəlib, təlimin fərdiləşməsinə imkan verir. Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:
1. Təhsilalanların qabiliyyətinə görə: bu qabiliyyətlərə -ümumi və xüsusi qabiliyyətlər daxildir.
2. Təhsilalanların maraqlarına görə
3. İxtisaslarına görə
Diferensial təlim elə müxtəlif səviyyəli təlim-tərbiyə prosesidir ki, hər bir təhsilalan tədris materialını öz şəxsi qabiliyyətləri hesabına mənimsəmək imkanına malik olur. Bu halda baza bilikləri müxtəlif forma və üsullarda mənimsənilmiş olur. Bu zaman təhsilalanın idraki fəaliyyətləri qiymətləndirilir, onun səyi və yaradıcılığı nəzərə alınır. Müasir dövrdə orta ümumtəhsil məktəbinin başlıca strategiyası yüksək intellektual hazırlığa malik olan, qazandığı biliklərdən həyatın müxtəlif sahələrində istifadə etməyi bacaran, dünyagörüşü hərtərəfli inkişaf etmiş, milli və ümumbəşəri mənəvi keyfiyyətlərə yiyələnmiş, müstəqil, varlığa şüurlu münasibət bəsləyən, yaradıcı şəxsiyyətin, əsl vətəndaşın yetişdirilməsindən ibarətdir. İnkişaf etməkdə olan təhsilimizin, texniki tərəqqimizin hərəkətverici qüvvəsi olan şagirdləri yetişdirmək məktəbimizin başlıca məqsədidir. Zəmanəmizdə informasiya bolluğu yetəri qədər olduğuna görə gənclərimizin fəaliyyətlərini necə qurulacağı hamımızı düşündürməlidir. Bunun üçün də şagirdlərin bütün keyfiyyətləri gözdən keçirilməli, onlara fəal həyat mövqeyi tərbiyə edilməlidir. Yeni insanın formalaşması tarixən təhsil sistemimizin mərkəzində dayanmışdır. Gənclərin hərtərəfli inkişafı,onların tərbiyəsi həmişə xalqımızın amalı hesab olunmuşdur. Təlim prosesi çox mürəkkəb bir sahədir.kimə? nəyi? Nə qədər? Harada? Nə vaxt?
Nə üçün? Və necə? Suallarına cavab verir. Burada axrıncı sualı təlimin metodları ilə bağlamaq olar.
Y.A.Komenski tərəfindən məktəbin ümumi vəzifəsi belə elan edilmişdir:” Hamıya hər şeyi necə öyrətməli?” Bu vəzifənin həlli ondan ibarətdir ki, müxtəlif fənn sahələri üzrə tələbləri tədris planlarında, proqramlarda, metodik vəsait və dərsliklərdə nəzəri cəhətdən reallaşdırmaq, şagirdləri və kiçik yaşlı məktəbliləri bu təlimə cəlb etmək mümkün deyildir. Uşaqları bu təlimə cəlb etmək , onları tam əhatə etmək onları təhsilləndirmək mənasına gəlmir. Məktəblərdə uşaqları proqram üzrə olan materialları müxtəlif səviyyələrdə qavrayırlar. Onların hamısı “əla” qiymət almır.Böyük bir qismi “kafi” və yaxud da ondan da aşağı qiymət alırlar.Təlim nəticələrini qiymətləndirmək,müvafiq səmərəli metodlardan istifadə etmək şagirdlərin idrak fəallığının yüksəldilməsində böyük rol oynayır.Bu gün təhsilimizin mərkəzində şəxsiyyətyönümlü təhsil əsas keyfiyyət rolunu oynayır.Bəs şəxsiyyətyönümlü təhsil nədir? Şəxsiyyətyönümlü təhsil şagirdin fərdi fəaliyyətindən bəhrələnir və onun fərdi xüsusiyyətləri üzərindən çıxış edərək şəxsiyyətin inkişafını və özünüinkişafını təmin edir.
Elmi biliklər inkişaf edərək məktəblərdə də təhsilin məzmunu kəskin şəkildə dəyişməyə başlayır.
Bunun üçün də müəllim təlimin məzmunu və metodlarını dərindən bilməli və onu şagirdlərə aşılamalıdır. Son illərdə isə pedaqoji icitmaiyyətin diqqəti məhz daha çox yeni pedaqoji texnologiyalara, yeni təlim metodlarına yönəlmişdir.Hər bir tədbirdə yeni təlim texnologiyaları, yeni metod və priyomlar diqqəti daha çox cəlb edir. Yenilik hər zaman ənənəvi üsul və metodlardan öndədir. Mahiyyət etibarı ilə gücündən, tətbiq etdiyi sferadan asılı olaraq bir müddət köhnə ilə yanaşı getməyə başlayır, öz yerini daha da möhkəm edir, tətbiq dairəsini genişləndirir, inandırır, qalib gəlir və hamı tərəfindən qəbul olunur. Düşünülmüş şəkildə yaradılan bu yenilik hər zaman fayda verir.
Təcrübə göstərir ki, müəllimlər uzun illər ənənəvi yollardan istifadə etmişlər və onların yeniliklərə aid bir marağı yoxdur. Buna baxmayaraq elə müəllimlərimiz də vardır ki onlar tamamilə yeni üsul və metodlardan istifadə etmiş interaktiv üsullarla fəal dərsə üstünlük vermişlər. Keçirilən dərslərdə müşahidə edilmişdir ki, pedaqoji texnologiyaların tətbiqi ilə əlaqədar metodik vəsaitlərə və dərsliklərə ciddi ehtiyac vardır. Bu sahədəki ehtiyacları ödəmək üçün kolleclərdə tədris olunan
Müasir təlim texnologiyaları fənnini nəzərə alaraq “Müasir təlim texnologiyaları” adlı dərslik hazırlanmışdır. Bu dərliyin məqsədi müasir dərsin təşkilinə verilən tələbləri nəzərə almaq, yeni pedoqoji texnologiyalar işləyib hazırlamaqdır. Həmçinin burada fəal təlimin mərhələləri, öyrədici mühit, fasiltasiya qaydaları, monitorinq və qiymətləndirmə meyarları da öz əksini tapmışdır.
Müəllimin dərsə hazırlıqlı gəlməsi təhsil islahatında əsas yer tutur.Bu dərsliyin də məqsədi müəllimin daxili imkanlarını yeni pedaqoji texnologiyaların öyrənilməsini motivləşdirərək özünə inamı artırmağa imkan verir. Bundan əlavə müəllim müxtəlif elmi nəzəri biliklərə yiyələnməli, sorğu kitabları və əyani vəsaitlər öyrənib hazırlamalıdır. Müəllim həmçinin hansı misalların və məsələlərin həllini, qrammatik çalışmaları yerinə yetirmə ardıcıllığını bilməlidir. Təlimin səmərəli olması onun təşkili formasından çox asılıdır. Dərsdə müəyyən bir məqsədə çatmaq üçün dərsdən, ekskursiyadan, laboratoriyadan, tədris-təcrübə sahəsindən, seminardan, müxtəlif məşğələlərdən istifadə olunmalıdır.
Təlim prosesinin səmərəli təşkilində təlim vasitələri mühüm rol oynayır. Qarşıya qoyulmuş məqsədə televizor, kodoskop, maqnitafon, linqafon, sxem, cədvəl, diaqram, didaktik material və.s istifadə edilməlidir. Təlimin ən mühüm komponentlərindən biri də onun metodlarını sadalaya bilərik.
Dərslərin daha səmərəli təşkil edilməsi, həmçinin şagirdlərin daha çox bilik və bacarıqlara, vərdişlərəyiyələnməsi metodların necə seçilməsindən və ondan necə istifadə edilməsindən asılıdır. Təlim metodlarından danışmazdan əvvəl ilk öncə görək təlim mahiyyəti nə deməkdir? Təlim ilk növbədə şagirdlə bağlı bir prosesdir. Həmçinin əgər şagirddə öyrənmə arzusu olmasa, onda dərsə həvəs yaranmasa, əgər şagird müəllimin nəzərdə tutduğu məqsədi sərbəst şəkildə həyata keçirmirsə, onu öyrətmək olmaz. Təlim bilik, bacarıq, vərdişlərin verilməsi və mənimsənilməsi prosesi, idrak fəaliyyətinin qaydasıdır. Deməli təlim təhsil almağın vasitəsidir.
Təlim metodlarından düzgün istifadə etməklə şagird müxtəlif idrak metodlarına yiyələnir, zəngin biliklər əldə edir və onları təcrübədə tətbiq etməyi öyrənirlər.Təlim metodu tədris prosesinin bir hissəsi olduğuna görə olar arasında olan qarşılıqlı əlaqələri bilməlidir. Buna görədə didaktika və təlim nəzəriyyələri ilə bağlı bəzi zəruri məsələləri nəzərdən keçirmək lazımdır. Müasir dərsdə müəllimin hökümranlığı hiss olunmalıdır. Dərsdə hər kəsə düşünmək, axtarışa qoşulmaq fikirlərə müxtəlif etirazlarını bildirmək, həyəcanını ifadə etmək kimi imkanlar verilməlidir. Müəllim şagirdlərlə birgə düşünməli, araşdırmalı və mübahisə etməlidir. Şagirdlər sinifdə baş verənlərin əyani iştirakçısı sayılır. Bunun üçün də didaktikanın bir komponenti olan təlim metodunu təlimin digər metodları ilə- təlimin məqsədi, məzmunu, təşkilat forması ilə ayırmaq çətindir. Bunun üçün də təlim metodlarından danışmaqdan əvvəl didaktikanın bəzi məsələlərinə diqqət etmək lazımdır. İbtidai siniflərdə bütün təlim-tərbiyə işlərinin tamamilə dəyişdirilməsi zaman-zaman pedaqoqların diqqət mərkəzində durmuşdur.Vaxtilə belə əsaslı dəyişikliyin tərəfdarı olan K.D.Uşinski zəmanəsi üçün tədris işinin tipik təşkilat fomasını xarakterizə edərək yazırdı ki,məktəbdə biliklərin mexaniki öyrənilməsi, formal mənimsənilməsi və ağılsız əzbərlənməsi hökm sürür. Müəllimlər yeni materialı izah etməklə özlərini əziyyətə salmaq istəmir, “burdan buraya qədər öyrənin “ deyib karandaş və ya dırnaqla kitablarda iz etməklə kiyafətlənirlər. Bundan sorada müəllim heç bir izahat vermir və şagirdlər də tapşırığı mexaniki əzbərləyir, və heç bir şey anlamadan müəllimə cavab verirlər. Təlimin belə təşkil olunması isə şagirdlərin çiyinlərinə böyük ağırlıq qoyur və müəllim ancaq nəzarətçi rolunu oynamaqla kifayətlənir. Həmçinin şagirdlərə öyrənməyi öyrətmək unudulur. Təlim prosesi şagirdin əqli fəaliyyəti ilə bağlıdır. O biliksizlikdən bilikliyə doğru irəliləyən bir prosesdir. Təlim prosesinin xarakteri, məzmunu və təşkil edilmə formaları cəmiyyətin tələbi ilə və tərəqqinin təsiri ilə inkişaf edir. Təlim prosesi özüdə inkişaf edir, ama bu inkişafda da bəzi ziddiyyətlər mövcuddur. Təlim prosesinin bir çox ziddiyyətləri- cəmiyyətin tələbi ilə real imkanlar arasında olan ziddiyyətlərə, yeni yaranmış vəzifələrlə mövcud olan səviyyələr arasında əmələ gəlmiş ziddiyyətlər, öyədənlə şagirdin tələbləri arasında yaranan ziddiyyət və.s Bu ziddiyyətlərin olmaması üçün müəllim diqqətli olmalı və təlim prosesini daha da səmərəli qurmalı, və təlimin funksiyalarını səmərəli şəkildə yerinə yetirməlidir. Burada deyə bilərik ki, təlim üç əsas funksiyanı yerinə yetirir: Öyrətmək, Tərbiyə etmək və İnkişaf etdirmək. Təlimin ilk funksiyası olan öyrədici funksiya şagirdlərə məktəb proqramı daxilində müxtəlif bilik və bacarıqlar öyrətmək üçündür. Bu təlimdə bütün şagirdlərə həm ümumi həm də xüsusi bacarıqlar aşılanmalıdır. Ümumi bacarıq və vərdişlərə kitabla iş, planlaşdırma, optimal tempdə oxumaq və yazmaq, ifadə və inşa yazmaq, mətni yığcam danışmaq, özünənəzarət bacarıq və vərdişlər daxildir.Bu bacarıqlara sahib olan uşaqlar yüksək səviyyədə öyrənmə imkanına sahib olur və çox az vaxt və qüvvə tətbiq etməklə daha da yüksək nəticələr göstərə bilirlər. Təlimin digər bir funksiyası olan tərbiyəedici funksiya şagirdləri yüksək səviyyədə tərbiyə etmək üçün nəzərdə tutulmuşdur. Gənc nəslə vətənpərvərlik və digər mənəvi keyfiyyətləri aşılayır. Təlimin bu forması da təlimin məzmunu və təşkil olunma formaları ilə birgə həyata keçirilir. Təlimin sonuncu funksiyası olan inkişafetdirici funksiya təlim prosesində şagirdlərin imkanlarının daha da təkmilləşməsinə, onların ümumi inkişaf və təşəkkülündə istifadə olunur.Bu funskiyanın şagirdlərə dərindən mənimsətmək üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim də bu funksiyadan istifadə edərək gənc nəslin zehni və mənəvi inkişafı üçün əlverişli şərait yaratmağa çalışmalıdır. Təlimin bu üç funksiyası vəhdət təşkil edərək təlimin daha da yüksək səviyyədə inkişafına və şagirdin əqli və psixi cəhətdən formalaşmasına kömək göstərə bilir.Bu funksiyanın yerinə yetirilməsi müəllim-şagird ünsiyyəti ilə birlikdə əhəmiyyətli yer tutur. Müəllim şagird arasında qarşılıqlı hörmət olarsa, təlim prosesi düzgün şəkildə təşkil olunarsa daha geniş imkanlar yarada bilər. Həmçinin təlim prosesi bir çox quruluşa malikdir. Bu quruluşlar bütün xüsusiyyətləri özündə əks etdirir. Bu ünsürlərə- təlimin başlıca məqsədi, onun məzmunu, metodları, təşkil olunma forma və üsulları, və sonda təlim nəticələri daxildir. Bu xüsusiyyətlər bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir. Buradan bir nəticə çıxara bilərik ki,bir ünsürdən sonra digər bir ünsür gəlir yəni bir-biri ilə asılılıq təşkil edir. Təlim nəticələrinin belə ardıcıl şəkildə sıralanması birlikdə son nəticəni almağa kömək edə bilər.Digər fənlərin tədrisində olduğu kimi, ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi prosesində humanist və demokratik prinsiplərə əsaslanan yeni təlim texnologiyalarının tətbiqi ən ciddi məqsədlərdən biri kimi qarşıda dayanır. Şagirdlərin əməyini stimullaşdıran,onların öyrənməyə yiyələnməyə marağını canlandıran fəal təlim prosesində aşağıdakı mərhələlər mühüm əhəmiyyət daşıyır. 1. Düşünməyə yönəltmə mərhələsi 2. Dərketmə mərhələsi 3. Düşünmə mərhələsi Düşünməyə yönəltmə mərhələsi- Bu mərhələdə şagirdlər öyrəndikləri bilikləri təhlil etməyə və mövzu ətrafında düşünməyə yönəlirlər. Şagird, ilk olaraq, mövzu ilə əlaqədar biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi hallarda bunlara yeni əlavələr edir. Dərketmə mərhələsi- Bu mərhələdə şagirdlər yeni informasiya və ideyalarla yaxından tanış olurlar. Əsas məsələ budur ki, əvvəlki mərhələdə yaranmış fəallıq inkişaf etdirilir, şagirdlər yeni anlayışları müəyyən edib və yeni biliklər arasında əlaqə yaradırlar. Düşünmə mərhələsi- Bu mərhələdə şagirdlər yeni qazandıqları bilikləri möhkəmləndirməyə çalışırlar. Bir neçə mühüm məqsədə nail olmaq istəyirlər. Birincisi, şagirdlər yeni ideya və informasiyaları öz sözləri ilə ifadə etməyə çalışırlar. İkincisi, şagirdlər arasında canlı müzakirə yaranır və onlar öz söz ehtiyatını genişləndirməyə, həmçinin, digər şagirdlərin fikirləri ilə tanış olmağa çalışırlar.
ƏDƏBIYYAT
1. «Методика трудового обучения» Под.ред. Д.А.Тхорожевского. 1981 г.2010.
2. Г.И. Кругликов «Методика преподования технологии с практикумом» yчебное пособия студентов пед.вузов 2010 г., Москва.
3. К.Л.Дерендяев «Поурочные разроботки по технолгии V класс» 2009
4. Ümumtəhsil məktəblərinin V-IX sinif üçün dərsliklər və metodiki göstərişlər
5. C.İ.Səfərov, S.M.Musayeva “Ağac materiallarının xassələri və emal texnologiyası” 2006-cı il
6. Ilkin Həsənov,Aynur Rüstəmova,Nigar Babayeva Kurikulum, Metodika, Pedaqogika “Mücrü” nəşriyyatı 2020
Yüklə 30,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin